Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4116/2024 25.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1372/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı c avabdeh "xxxx" MMC-ya qarşı müqavilə öhdəliklərinin icra edilməsi və müqavilə predmeti olan mənzilin təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilmiş, A saylı yaşayış binasında, mərtəbə 14, ümumi sahəsi 47.3 kvadrat metrdən ibarət 1 otaqlı 80 nömrəli mənzilin xx.xx.2016-cı il tarixli, TM-0090 saylı mənzilin alğı-satqı müqaviləsinin 2.2.4-cü bəndinin “e” yarımbəndinə əsasən qazla təchiz olunaraq və “g” yarımbəndinə əsasən ilkin təmir işləri (ağ suvaq, santexnika və elektrik işləri) görülərək qısa müddət ərzində mənə təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun, məhkəmə üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsum u cavabdeh "xxxx" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 2(012)-1192/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilmiş, A saylı yaşayış binasında, mərtəbə 14, ümumi sahəsi 47.3 kvadrat metrdən ibarət 1 otaqlı 80 nömrəli mənzilin qazla təchiz olunaraq və ilkin təmir işlərinin (ağ suvaq, santexnika və elektrik işləri) görülərək İddiaçı təhvil verilməsi, "xxxx" MMC-dən ödənilmiş dövlət rüsumuna görə 100 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh “"xxxx" MMC-yə qarşı müqavilə öhdəliklərinin icra edilməsi və müqavilə predmeti olan mənzilin təhvil verilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1372/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Həmin qətnamədən cavabdeh "xxxx" MMC kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Ko mmersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 129.1. İll ərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutu lmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qe yri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. K ASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.
8. İşdən məlum olur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" MMC-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə yerləşdirilməklə rəsmi qaydada təqdim olunmuş, kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə sözügedən kabinetə yerləşdirilməklə verilmiş və bununla da, qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulan 2 aylıq prosessual müddət buraxılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi də qanunvericiliyin istinad olunan imperativ tələblərini diqqətdən qaçıraraq, qətnamə MPM-in 408.1.4.-cü maddəsinin tələblərini nəzərə alaraq qanunl a nəzərdə tutulan prosessual müddət buraxılmaqla verilmiş şikayətini qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
10. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti müəyyən olunmuş müddət ötürülməklə verildiyi üçün qeyri-mümkün sayılmalı və şikayət onu verən tərəfə qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
11. Göstərilənlərə əsasən və MPM-in 404-1 və 408.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1372/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət ona qaytarılması üçün mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.