Məhkəmə qərarları › İş №2(102)-4120/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4120/2021

06.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4120/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx oğlunun, Cavabdehin vəkili xxxoğlunun i ştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2021-ci il i tarixli, 2(103)1621/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: xxx oğlu 01 oktyabr 2015-ci il tarixdən "xxxx" ASC-də hüquqşünas kimi işə qəbul edilmiş və "xxxx" ASC-nin 02 iyul 2020-ci il tarixli k/20-02537 nömrəli əmri ilə xxx oğlunun əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir. xxx oğlu 30 iyun 2020-ci il tarixdən 04 iyul 2020-ci il tarixədək ambulator müalicədə olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instans iya məhkəməsində icraat İddiaçı xxx oğlu cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 02 iyul 2020-ci il tarixli K/20-02537 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa, 02 iyul 2020-ci il tarixdən işə bərpa olunacağı günə qədər hər ay üçün məcburi işburaxmaya görə aylıq əmək haqqının, əmək haqqının gecikdirildiyi hər gün üçün onun 2%-i həcmində ödəncin və 10000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 01 dekabr 2015-ci il tarixdən "xxxx" ASCnin Hüquq İdarəsində hüquqşünas vəzifəsində işləmiş, əmək funksiyalarının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə və müddətinə görə vəzifə üzrə gördüyü işlərin daimi xarakter daşımasına baxma yaraq cavabdeh müəssisə tərəfindən hər dəfə 3 ay olmaqla onunla müddətli əmək müqaviləsi bağlanılmışdır. Cavabdeh müəssisə tərəfindən onunla bağlanmış əmək müqaviləsinə 02 iyul 2020-ci il tarixli K/20-02537 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. O, 30 iyun 2020-ci il tarixdən 04 iyul 2020-ci il tarixədək ambulator müalicədə olmuşdur. Bu barədə 38 nömrəli şəhər poliklinikası tərəfindən 820478 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Buna baxmayaraq əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunsuz olaraq işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Əmr əsaslandırılmamış və lazımi qaydada rəsmləşdirilməmişdir. Belə ki, 01 dekabr 2015-ci ildən hər dəfə 3 ay artırılmaq la fasiləsiz olaraq 02 iyul 2020-ci ilədək davam edən əmək münasibətlərinə işəgötürən tərəfindən müqavilə müddətinin bitməsi ilə bağlı qəflətən xitam verilməsinin hansı səbəblə əlaqədar olması sözügedən əmrdə əsaslandırılmamışdır. Cavabdeh müəssisə Əmək Məcəlləsinin maddələrini pozmaqla əmək münasibətlərinə xitam verərkən ona həmçinin mənəvi ziyan vurmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(006)4135/2020 nömrəli qətnaməsi ilə (hakim S.R.Mustafayeva) iddia qismən təmin edilmiş, "xxxx" ASC-nin 02 iyul 2020-ci il tarixli, k/20-02537 saylı əmrinin ləğv edilməsi, xxx oğlunun əvvəlki, "xxxx" ASC-nin hüquq idarəsinin hüquqşünası vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günlərinə görə əmək haqqının hesablanaraq ödənilməsi, iddianın digər hissələrd ə təmin edilməməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməli olmasına baxmayaraq, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış Əmək müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada - müəssisənin möhürü ilə təsdiqlənməmişdir. Bundan əlavə, qanunvericilik işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin on un işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə biləcəyini müəyyən etmişdir. Lakin cavabdeh əmr verildiyi tarixdə ambulator müalicədə olmuşdur. Bu hal əmək qabiliyyətinin olmaması barədə vərəqə ilə təsdiqlənir və əksi sübuta yetirilməyincə tibb müəssisəsinin işçinin “əmək qabiliyyətinin olmaması barədə vərəqəsi” mötəbər və həqiqi sübut sayılır. Beləliklə, 30 iyun 2020-ci il tarixdən 04 iyul 2020-ci il tarixədək ambulator müalicədə olan xxx oğlunun əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar onun müalicədə olduğu dövrdən – 02 iyul 2020-ci il tarixindən xitam verilməsi barədə "xxxx" ASC-nin əmri əsassızdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2020-c i il tarixli 2(006)-4135/2020 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2021-ci il i tarixli, 2(103)-1621/2021 nömrəli qətnaməsi ilə (hakim V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və A.N.İmanovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(006)-4135/2020 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş ("xxxx" ASC-in 02 iyul 2020-ci il tarixli, k/20-02537 saylı əmrinin ləğv edilməsi, xxx oğlunun əvvəlki, "xxxx" ASC-nin Hüquq idarəsinin hüquqşünası vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi) hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbinin rədd edilməsi qət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi 30 iyun 2020-ci il tarixdən 04 iyul 2020-ci il tarixədək ambulator müalicədə olmasına baxmayaraq, həmin dövrdə qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsi halı iş materialları ilə təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 38 saylı şəhər Poliklinikası tərəfindən 30 iyun 2020-ci il tarixdə verilmiş 820478 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində xxx oğlunun 30 iyun 2020-ci il tarixdən 04 iyul 2020-ci il tarixədək ambulator müalicədə olması, işə b aşlamalı olduğu tarix 05 iyul 2020-ci il tarix göstərilsə də, iş materiallarında olan İş saatının (vaxtının) istifadəsinin hesabatının tabelindən (Ayların günləri üzrə işə davamiyyətin qeydiyyatını göstərən) müəyyən edilir ki, iddiaçı 30 iyun 2020-ci il tarixdə, 01 iyul 2020-ci il tarixdə işdə olmuş, 02 iyul 2020-ci il tarixdə isə işdən azad edilmişdir. Həmçinin "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən ofis binasında işləyən Hüquq idarəsinin aparıcı hüquqşünası X2 və idarənin hüquqşünasları X3, X4, X5, X9 və mütəxəssis X8 tərəfindən tərtib edilmiş 10 avqust 2020-ci il tarixli aktda göstərilmişdir ki, “həqiqətən idarənin hüquqşünası xxx oğlu 30 iyun, 01 iyul və 02 iyul 2020-ci il tarixlərində yuxarıda qeyd olunan ünvanda iş yerində olmuş və bizimlə birlikdə əmək funksiyasını icra etmişdir”. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 göstərmişdir ki, “o, "xxxx" ASC-nin hüquq idarəsinin hüquqşünası vəzifəsində çalışır. xxx oğlunun 30 iyun, 01 iyul və 02 iyul tarixlərində işdə olması ilə bağlı akt tərtib etmişlər. xxx əmək müqaviləsinə xitam verilən gün işdə olmuşdur. X7 həmin gün konkret olaraq hansı əmək funksiyalarını yerinə yetirdiyi barədə məlumatı yoxdur. Şahid qismində dindirilən X4 göstərmişdir ki, “o, "xxxx" ASC-nin hüquq idarəsinin hüquqşünası vəzifəsində çalışır. xxx oğlu əmək müqaviləsinə xitam verilən gün işdə olmuşdur. Lakin onun da xxxin həmin gün konkret olaraq hansı əmək funksiyalarını yerinə yetirdiyi barədə məlumatı yoxdur”. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı, əgər iddia etdiyi kimi, həqiqətən 30 iyun 2 020-ci il tarixdən xəstəliyi ilə əlaqədar ambulator müalicəyə çıxmışdırsa, bu barədə işəgötürənə məlumat verməli olduğu halda, bu halı göstərən hər hansı sübut təqdim etməmiş, işəgötürən isə bu barədə işçi tərəfindən məlumat verilmədiyini, əksinə həmin tarixlərdə işçinin iş yerində olduğunu və bunun da tərtib edilmiş aktla, istinad olunan cədvəllə, həmçinin şahid ifadələri ilə sübuta yetirildiyini bildirmişdir. İddiaçının istinad etdiyi əmək müqaviləsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəssisənin möhürü ilə təsdiqlənməməsi ilə bağlı dəlilə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışı zamanı təqdim edilmiş əmrin təsdiq edilmiş surətindən görünür ki, əmr işəgötürən tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmişdir. Kassasiya şi kayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı xxx oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2021-ci il i tarixli, 2(103)-1621/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə davamiyyətin qeydiyyatı cədvəlinə istinad etsə də, həmin cədvəldə iddiaçının işə gəlmə və getmə qrafasında imzasının olmamasına əhəmiyyət verməmişdir. Cavabdehin dediyi kimi iddiaçı işdə olmuşdursa, bu "xxxx " ASC-nin inzibati binasının içərisində və binanın xaricində quraşdırılmış müşahidə kameraları ilə izlənilməlidir. Həmin tarixlərdə müşahidə kameralarının yaddaş qurğularına nəzər salınmaması cavabdehin tərəfin fikirlərinin əsassız olduğunu sübut edən haldır. İnzibati binaya giriş işçilərə verilmiş xidməti kart vasitəsilə həyata keçirilir, həmin dövrdə sistem məlumatlarından əldə ediləcək müvafiq çıxarış da qeyd olunan dövrlərdə iddiaçının istifadəsində olan kartdan istifadə etmədiyini sübut edəcəkdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi 10 avqust 2020-ci il tarixli akta istinad etsə də, həmin aktın mübahisələndirilən əmr qəbul edildiyi tarixdən təxminən 40 gün sonra tərtib olunmasını nəzərə almamış, aktda imzası olan işçilərin özlərinin həqiqətən qeyd olunan tarixlərdə (02 iyul 20 20-ci və 10 avqust 2020-ci il tarixlərdə) işdə olub-olmadıqlarını dəqiqləşdirməmişdir. Apellyasiya instansiya məhkəməsi qətnamədə iddiaçının istinad etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsinin həqiqiliyinin şübhə doğurduğunu bildirsə də, bu şübhənin nədən ibarət olmasını, eyni zamanda onun əsassızlığını sübut edən heç bir araşdırma aparmamışdır. Əvəzində isə apellyasiya məhkəməsi poliklinikaya sorğu verməklə və oradan sorğuya cavab almaqla iddianın əsasını təşkil edən halın mübahisəsiz olduğunu dəqiqləşdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasınd an xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili xxxoğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, iddiaçı iddianın təmin olunmayan hissəsini mübahisələndirməmişdir. Apellyasiya şikayətini cavabdeh vermiş və iddianın təmin olunan hissəsinin ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya baxışının hədlərini iddianın təmin olunan hissəsi - "xxxx" ASC-in 02 iyul 2020-ci il tarixli, k/20-02537 saylı əmrinin ləğv edilməsi, xxx oğlunun əvvəlki, "xxxx" ASC-nin Hüquq idarəsinin hüquqşünası vəzifəsinə bərpa edilməsi və ona məcburi işbu raxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi təşkil etmiş və apellyasiya instansiyası məhkəməsi iddianı həmin hissədə də rədd etmişdir. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarına riayət olunmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam veril ə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü m addəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsin ə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyab r 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, ha belə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan əmək qabiliyyətinin olmaması vərə qəsində xxx oğlunun 30 iyun 2020-ci il tarixdən 04 iyul 2020-ci il tarixədək ambulator müalicədə olması, işə başlamalı olduğu tarix 05 iyul 2020-ci il tarix göstərilsə də, iş materiallarında olan İş saatının (vaxtının) istifadəsinin hesabatının tabelindən (Ayların günləri üzrə işə davamiyyətin qeydiyyatını göstərən) müəyyən edilir ki, iddiaçı 30 iyun 2020-ci il tarixdə, 01 iyul 2020-ci il tarixdə işdə olmuşdur. Yəni apellyasiya instansiyası məhkəməsi işdə olan və məlumatları bir-birinə ziddiyyət təşkil edən iki sənədin arasında cavabdehin təqdim etdiyi cədvəli əsas götürmüşdür. Lakin apellyasiya instansiyası məhkəməsi bu zaman sübutların qiymətləndirilməsinə dair MPM-in 88-ci maddəsinin tələblərini pozaraq, Əmək qabiliyyəti olmaması vərəqəsinin mötəbər sübut qismində qəbul edilməməsini əsa slandırmamışdır. Halbuki, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi həmin vərəqəni verən 38 nömrəli Şəhər poliklinikasına sorğu vermiş və poliklinikanın 15 fevral 2021-ci il tarixli məktubu ilə xxx oğlunun 30 iyun 2020-ci il tarixdə sahə həkiminə müraciət etməsi, ona “NSD hipotonik tipli” diaqnozu qoyulması və xəstəlik vərəqəsi ilə 04 iyul 2020ci il tarixədək işdən azad edilməsi öz təsdiqini tapmışdır. Əksinə apellyasiya instansiyası məhkəməsi mötəbər sübut qismində istinad etdiyi Ayların günləri üzrə işə davamiyyətin qeydiyyatı cədvəlləri kompüter vasitəsi ilə tərtib edilməklə, iddiaçının məhz 30 iyun – 02 iyul 2020-ci il tarixlərdə işdə olması qeyd olunsa da, həmin məlumat iddiaçının öz imzası ilə təsdiq olunmamışdır. Həmin sənəd İnsan Resursları Departamentinin baş mütəxəssisi C.Nuriyev tərəfindən tərtib edilmiş, bu zaman apellyasiya instansiyası məhkəməsi onun hansı məqsədlə tərtib olunmasını, ASC-də işləyən şəxslərin davamiyyətinin hansı qaydada nəzarətdə saxlanılmasını araşdırmamış və qeyd olunan cədvəlin iddiaçının mübahisələndirilən tarixdə işdə olub-olmamasının sübutu qismində qəbul edilə bilməsi məsələsinə hüquqi qiymət verməmişdir. İddiaçının işdə olmasının sübutu qismində apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi ikinci sənəd "xxxx" ASC-nin Hüquq idarəsinin hüquqşünasları tərəfindən tərtib edilən 10 avqust 2020-ci il tarixli akt olmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsi qətnaməni cavabdeh tərəfindən şahid qismində dəvət etdiyi X6 və X1 ifadələri ilə əsaslandırmışdır. Həm akta, həm də şahid ifadələrində (həmin şahid lər aktı imzalayan şəxslərdəndirlər) göstərilmişdir ki, iddiaçı 30 iyun - 02 iyul 2020-ci il tarixlərdə faktiki işə yerində olmuş və iş funksiyalarını icra etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aktı imzalayan, habelə iş üzrə şahid qismində dindirilmiş şəxslər cavabdeh təşkilatın əməkdaşları olmaqla, sonuncudan xidməti fəaliyyətləri ilə bağlı asılı olduqlarından, qeyd olunan halların müəyyən edilməsində qeyd olunan sübutların mötəbərliyinə məhkəmələr tərəfindən prosessual qanunvericiliyinin tələblərinə uyğun hüquqi qiymət verilməmişdir. Xüsusən qeyd olunmalıdır ki, akt 10 avqust 2020-ci il tarixdə, yəni iddiaçının işdən azad edildiyi tarixdən 1 ay 8 gün keçdikdə, artıq iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra tərtib olunmuşdur. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının xəstəliyi ilə əlaqədar ambulator müalicəyə çıxdığı halda, bu barədə işəgötürənə məlumat verməsinə dair sübutu məhkəməyə təqdim etmədiyini qeyd etsə də, nəzərə almamışdır ki, əmək qanunvericiliyində bununla bağlı işçinin üzərinə hər hansı vəzifə qoyulmasına dair norma mövcud deyildir. Əksinə, məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh təşkilatın əmri mübahisələndirildiyindən, həmin əmrin qanuniliyinin və əsaslılığının sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələ lərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tə rəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələr inin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2021-ci il i tarixli, 2(103)-1621/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar