Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4123/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı2 ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “borc tələbi və girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: zaminin məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2022-ci il tarixli, 2(103)1788/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Birgə fəaliyyət haqqında 05 mart 2010-cu il tarixli müqavilə ilə İddiaçı2 ASC “X1” ASC tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün həmin “Şirkət”in inşa etdiyi mənzillərin satışının kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Müqavilənin: 2-ci bəndinə görə şirkət kreditin verilməsi üçün zəruri olan sənədlərin “Banka” təqdim olunmasını təmin edir (həmin sənədlərin siyahısı müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuşdur), satışı bank tərəfindən kreditləşdirilən mənzilin alıcısının müvafiq tələblərə cavab verməsini (şəxsiyyət vəsiqəsini n olması, qeydiyyatının olması, 18 yaşına çatması, fəaliyyət və əmək qabiliyyətinin olması, mənzilin bütün bədbəxt hadisələrdən sığortalanması) yoxlayır. 2.4-cü bəndinə əsasən mənzilin satışının kreditləşdirilməsi şərtləri bankın yalnız öz mülahizələrinə əsasən mənzilin alıcısı ilə bağlayacağı kredit müqaviləsi ilə müəyyən olunur. 2.5-ci bəndinə əsasən kredit müqaviləsində mənzilin kreditləşməsinin şərtləri müəyyən olunarkən bank krediti ən çoxu 20 il müddətinə qədər və kredit faizi illik 12 faizdən çox olmamaqla verilməsini nəzərə almalıdır. 2.10-cu bəndinə görə kredit müqaviləsinə əsasən mənzilin alıcısına verilən kreditin məbləği təyinatı üzrə istifadə olunmaq üçün alıcının bank hesabından tikinti şirkətinin bankda olan cari hesabına köçürülür. 2.12-ci bəndinə əsasən kredit müqaviləsi ü zrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövrülüyünü ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bankın tələbi ilə 20 iş günü müddətinə borcalan tərəfindən ödənilmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə görə hesablanmış faizlər “Bank”a ödənilənə qədər qüvvədədir. 2.14-cü bəndinə əsasən “Şirkət” borcalanın (mənzilin alıcısının) “Bank” qarşısında icra edilməmiş, öhdəliyini zamin kimi tam icra etdikdə kredit müqaviləsi üzrə bütün hüquqlar “Şirkət”ə keçir. 2. 12 iyul 2011-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı2 ASC tərəfindən XXXna mənzil alınması üçün 239 ay müddətinə illik istifadə dərəcəsi 12 faiz olmaqla 57480,48 manat məbləğində kredit verilmişdir.
3. Mənzilin alqı-satqısına dair 12 iyul 2011-ci il tarixli müqavilə ilə XXX "xxxx" ASC tərəfindən inşa edilən Bakı şəhəri, Sabunçu rayonu, 2595-ci məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa etdirdiyi 2 saylı binanın ümumi sahəsi 82,11 kv.metr olan iki otaqlı 2 saylı mənzili 152051,30 manata almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Ləğv prosesində olan İddiaçı2 ASC ləğvedicisi XXX2 vasitəsi ilə cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 55466,66 manat əsas, 38325,04 manat faiz, 30170,16 manat cərimə, cəmi 123961,86 manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tələbin cavabdeh XXXnın istifadəsində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2 saylı binanın, 1 blok, 2 saylı ümumi sahəsi 82,11 kv.m olan 2 otaqdan ibarət mənzilə "xxxx" ASC-də olan pay hüququna yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın açı q hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər müqaviləyə əsasən üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər.
6. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 16 sentyabr 2020-ci il tarixli rəyinə əsasən Cavabdeh1 12 iyul 2011-ci il tarixli Kredit müqaviləsinə əsasən 13 iyun 2018-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka 56409,75 manat əsas, 21984,95 manat faiz borcu müəyyən edilmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(005)-78/2020 nömrəli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia ərizəsi qismən təmin edilərək, cavabdeh XXXndan 5 5466,66 manat əsas, 38325,04 manat faiz, 1000 manat cərimə borcu olmaqla, cəmi 94791,70 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-in 385.1, 442, 445.2, 448.1, 471, 472.1, 472.2, 477.0.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, İddiaçı2 ASC ilə "xxxx" ASC arasında hər hansı zaminlik müqaviləsi bağlanmamış, onlar arasında müqavilə öhdəliyi yaranmamışdır. Bu səbəbdən tələb həmin cavabdehə münasibətdə rədd edilməlidir.
9. Məhkəmə həmçinin Mülki Məcəllənin 462.1, 465.2, 464.1, 464.2, 467-ci maddələrinə istinad edib hesab etmişdir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 1000 manat mə bləğində müəyyən edilməklə, cavabdeh XXXndan iddiaçının xeyrinə tutulmalıdır.
10. Məhkəmə iddianın “tələbin cavabdeh XXXnın istifadəsində olan mənzilə "xxxx" ASC-də olan pay hüququna yönəldilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin mənzil ipoteka ilə yüklü edilərkən xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.7, 269.4, 271.1, 317.1, 307.3, 307.4, 309.1-ci, “İpoteka haqqında” Qanunun 34.1, 34.1.1, 34.1.3, 34.1.4 və 36.3-cü maddələrini tətbiq edərək hesab etmişdir ki, tərəflər arasında 12 iyul 2011-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış olsa da, bu özü özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. İddiaçı Ləğv prosesində olan İddiaçı2 ASC ləğvedicisi XXX2 vasitəsi il ə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(005)-78/2020 nömrəli qətnaməsinin qismən ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)-2260/2021 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(005)-78/2020 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi gəldiyi nəticə və onun ə saslandırılması ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı Ləğv prosesində olan İddiaçı2 ASC ləğvedicisi XXX2 vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)-2260/2021 nömrəli qətnaməsinin cərimə borcu, ipoteka predmetinə tutma yönəlmə və borcun müştərək qaydada tutulmasının təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın tam təmin olunması və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(102)-5884/2021 nömrəli qərarı ilə (hakim İ.R.Xələfovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədo vdan və Z.Ə.Əliyevdən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)-2260/2021 nömrəli qətnaməsi iddianın cavabdeh "xxxx" ASC-yə münasibətdə rədd olunmasına dair hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.
16. Kassasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Birgə fəaliyyət haqqında” müqavilənin məzmununa görə onun iştirakçıları arasında müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlanmışdır. Tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Göstərilən müqavilə yazılı şək ildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. “Şirkət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbərdar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır. Şirkət birgə fəaliyyət haqqında müqaviləni imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə bağlamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında qanunun tələblərinə uyğun zaminlik müqaviləsinin bağlanmaması əsası ilə şirkətə münasibətdə iddianın rədd olunmasını qanuni hesab edərkən işin yuxarıda göstərilən hallarını nəzərə almamış, onlara Mülki Məcəllənin 390-cı ma ddəsinin tələbləri baxımından qiymət verməmiş və şirkətin zamin kimi məsuliyyət daşıyıb-daşımamasını qanunun tələblərinə uyğun əsaslandırmamışdır.
18. Qətnamə mübahisələndirilən qalan hissədə qanunun tələblərinə uyğun çıxarıldığından kassasiya məhkəməsi kassasiya şikayətinin dəlillərini həmin hissədə əsassız saymışdır. Belə ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun məbləği ekspert rəyi əsasında müəyyən olunmaqla, həmin məbləğin və eləcə də dəbbə pulunun azaldılması Mülki Məcəllənin 385.1, 442, 448, 464-cü maddələrinin tələblərinə uyğun olmuşdur. Bundan başqa, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməmiş, ipoteka haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2022-ci tarixli, 2(103)-1788/2022 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmovanın sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və R.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(005)-78/2020 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti hissəsində ləğv edilmiş, cavabdeh XXX ilə yanaşı digər cavabdeh "xxxx" ASC-dən müştərək qaydada 55466,66 manat əsas, 38325,04 manat faiz, 1000 manat cərimə borcu, cəmi 94791,70 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub Ləğv prosesində olan İddiaçı2 ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi id dianın cavabdeh "xxxx" ASC-yə münasibətdə rədd olunmasına dair hissədə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
21. Məhkəmə bankla tikinti şirkəti arasında bağlanmış 05 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin şərtlərinə istinad etməklə hesab etmişdir ki, həmin müqavilə - onun iştirakçıları arasında müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilədir (qarışıq müqavilədir). Müqavilənin məzmunundan göründüyü kimi o, yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. Belə olan halda, tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur.
22. Beləliklə, apellyas iya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “Şirkət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbərdar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır. Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından tərəflər arasında qarışıq müqavilə bağlanmış, orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri öz əksini tapmışdır. "xxxx" ASC birgə fəaliyyət haqqında müqaviləyə uyğun olaraq zamin kimi məsuliyyət daşımışdır.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.4-390.7, 470.1, 470.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şika yətinin və ona etirazın dəlilləri:
24. Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2022-ci tarixli, 2(103)-1788/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1, 390, 402, 470, 471, 472-ci və MPM-nin 88, 217.1, 217.3-cü maddələri pozulmuşdur. Belə ki, məhkəmə əsassız olaraq tərəflər arasında mövcud olan “Birgə fəaliyyət haqqında” müqaviləni qarışıq müqavilə kimi qəbul edərək, zaminlik müqaviləsi kimi qiymətləndirmişdir. Məhkəmə tərəflər arasında zaminlik müqav iləsinin bağlanılmamasını, birgə fəaliyyət haqqında müqavilənin isə ilkin müqavilə olmasını nəzərə almamışdır. Birgə fəaliyyət haqqında müqavilə 2 tərəf arasında bağlanılmış, halbuki, bir qayda olaraq zaminlik müqaviləsi 3 tərəf (kredit verən, borclu və zamin) arasında bağlanılır.
26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
27. İddiaçı Ləğv prosesində olan İddiaçı2 ASC ləğvedicisi XXX2 vasitəsi ilə kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
28. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işin hallarına düzgün tə tbiq etmişdir. Birgə fəaliyyət haqqında müqavilənin ilkin müqavilə olması ilə bağlı tərəflərin hər hansı iradə ifadəsi olmamış, tərəflərin gələcəkdə əsas müqavilə bağlanması ilə bağlı öhdəlik mövcud deyildir. Kassasiya baxışının hədləri:
29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
30. Kassasiya məhkəməsinin əvvəlki icraatında apellyasiya məhkəməsinin qətnaməsi qismən, iddianın cavabdeh "xxxx" ASC-yə münasibətdə rədd olunmasına dair hissədə ləğv edildiyindən, ikinci apellyasiya baxışının predmetini yalnız həmin məsələ təşkil etmişdir. Hazırda apellyasiya məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən, kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-c i maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv nor ma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, eksp ertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, kassator zamin kimi iddiaçının qarşısında məsuliyyət daşıyır.
35. Belə ki, iddiaçı ilə cavabdeh tikinti şirkəti arasında bağlanmış 05 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin hazırki qərarın birinci bəndində istinad edilən müddəaları ona dəlalət edir ki, həmin müqavilədə tərəflər arasında digər müqavilə şərtləri ilə yanaşı, həmçinin zaminliklə bağlı razılaşma mövcud olmuşdur. Həmin müqavilədə kreditin verilmə müddəti və faizi öz əksini tapmış, kassator isə müqavilə çərçivəsində hərəkət edərkən konkret satdığı mənzilə görə onun hesabına bank tərəfindən köçürülmüş kreditin məbləği, valyutası, kreditin müddəti və faiz dərəcəsi barədə tam xəbərdar olunmuşur.
36. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış Birgə fəaliyyət haqqında müqavilənin ilkin müqavil ə kimi təfsir edilməsi üçün əsas yoxdur.
37. Belə ki, Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 05 mart 2010-cu il tarixli müqavilədə isə tərəflər gələcəkdə tikinti şirkəti tərəfindən satılacaq hər bir mənzillə bağlı bank tərəfindən veriləcək kreditə görə tərəflər arasında ayrıca zaminlik müqaviləsinin bağlanacağı barədə razılaşma olmamışdır.
38. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı m übahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2022-ci il tarixli, 2(103)-1788/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.