Məhkəmə qərarları › İş №2(102)-4125/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4125/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4125/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı "İddiaçı" İKB ASC (Yelo Bank) Cavabdeh qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı "İddiaçı" İKB ASC tərəfindən verilmiş kasasiya şikay ətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhər Xətai Rayon Məhkəməsinin (hakim İ.Abbasova) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı İKB ASC-si arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh kredit müqaviləsi üzrə 25977.74 ABŞ dolları məbləğində əsas borc, 12321.65 ABŞ dolları məbləğində faiz borcu, 175.47 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 38474.86 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun, 10 manat bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun və 20 manat xidmət haqqının İddiaçı İKB-nin xeyrinə tutulması, tutmanın Cavabdeh mülkiyyətində olmuş və İddiaçı İKB ASC-nin xeyrin ə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən, 1 otaqlı, 18.67 kv.m yaşayış sahəsindən ibarət 43 nömrəli evin 73 nömrəli mənzilinin boşaldılması müqabilində Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh birdəfəlik maddi yardım olaraq ayrılmış 38800 manat məbləğində pul vəsaitinə yönəldilməsi və qətnamənin tutmanın 38800 manat məbləğində maddi yardıma yönəldilməsi hissəsində icra olunmasının Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi, birdəfəlik maddi yardımın məbləği qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin əsas borca aid hissədə dəyişdirilməsi, Cavabdeh İddiaçı İKB ASC-nin (YeloBank) xeyrinə əsas borca görə 21660,85 (iyirmi bir min altı yüz altmış ABŞ dolları, səksən beş sent) ABŞ dolları məbləğində pulun ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) tutulması, qətnamənin cavabdehin apelyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat pulun dövlət büdcəsinə SAP (XİİS) hesabı X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab A Z34CTRE******************** hesablaşma hesabına Cavabdeh tutularaq ödənilməsi, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət eilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "İddiaçı" İKB ASC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul e dilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı İKB ASC (Yelo Bank) Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə 2007-ci il 19 dekabr tarixli kredit müqaviləsi üzrə 25977.74 ABŞ dolları əsas, 12321.65 ABŞ dolları faiz, 175.47 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 38474.86 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olmuş və İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən, 1 otaqlı, 18.67 kv.m yaşayış sahəsindən ibarət 43 nömrəli evin 73 nömrəli mənzilinin boşaldılması müqabilində Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh birdəfəlik maddi yardım olaraq ayrılmış 38800 manat məbləğində pul vəsaitinə yönəldilməsi, qətnamənin tutmanın maddi yardıma yönəldilməsi hissəsində icra olunmasının Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi, birdəfəlik maddi yardımın qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi və Cavabdeh ilə İddiaçı İKB ASC-si arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydad a həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007ci il tarixli kredit müqaviləsi ilə İddiaçı İKB ASC-nin “MXD” filialı tərəfindən illik 16 % olmaqla 240 ay müddətinə Cavabdeh 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2007ci ildə yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən, 1 ota qlı, 18.67 kv.m yaşayış sahəsindən ibarət 43 nömrəli evin 73 nömrəli mənzili bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak 32140 manat (38000 ABŞ dolları) məbləğində qiymətləndirilmişdir. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 25977,74 ABŞ dolları əsas, 12321,65 ABŞ dolları faiz borcu, 175,47 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 38474,86 ABŞ dolları borcu vardır. “xxxx” MMC-si tərəfindən verilmiş xx xxxxxx 2018-ci il ixli arayışdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı yonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən 43 saylı evin yaxınlığında yerləşən 1 (bir) otaqlı mənzillərin hazırki bazar qiyməti 5000055000 manat arasında dəyişir. Həmin ar ayışdan məlum olur ki, ümumiyyətlə həmin ünvanda yerləşən bina sökülmüşdür. Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti tərəfindən İddiaçı İKB ASC-nin idarə heyətinin sədrinə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən 43 saylı evin vətəndaş Cavabdeh mülkiyyətçisi olduğu 73 saylı mənzilinin İddiaçı İKB- ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyini nəzərə alaraq ayrılmış birdəfəlik maddi yardımın vətəndaşın İddiaçı İKB ASC-nin Müştəri Xidmət Departamentində açılmış müvafiq bank hesabına köçürülməsinə köməklik göstərilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinə və Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanladığı məktuba Suraxanı RİH-də baxılmışdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2018-ci il tarix li sərəncamı ilə ünvan 6 ünvanında yerləşən 5 mərtəbəli 8 girişli yaşayış binasının bərpası mümkün olmayan 7-ci və 8-ci girişlərindəki 30 mənzildə yaşayan ailələrin köçürülməsi məqsədilə ilə mənzil sahiblərinə hər kvadratmetr üçün 1000 manat hesabı ilə birdəfəlik maddi yardım və köçürülən ailələrə köçürüldükdən sonra mənzil alanadək bir aylıq 'kirayə haqqı üçün 200 manat, eləcə də binanın 1-6-cı girişlərində bərpa-gücləndirmə işlərinin aparılması, 7-8-ci girişlərinin isə sökülərək ərazinin abadlaşdırılması üçün maliyyə vəsaiti ayrılmışdır. Bildirilir ki, sözügedən binanın xx xxxx 2008-ci il tarixli çıxarış (seriya MH№0130234) əsasında vətəndaş Cavabdeh mülkiyyətində olduğu müəyyən edilən ümumi sahəsi 38.6 kv.m olan 1 otaqlı 73 saylı mənzilin boşaldılması müqabilində 38600 manat birdəfəlik maddi yardım və yeni mənzil alanadək bir aylıq kirayə haqqı 200 manat olmaqla ümumilikdə 38800 manat vəsaitin onun adına açılmış bank hesabına köçürülməsi nəzərdə tutulmuş və bu barədə vətəndaş Cavabdeh etibarnamə əsasında nümayəndəsi X1 RİH tərəfindən xx xxxx 2018ci il tarixli bildiriş ilə, özünə isə xx.xx.2018-ci il tarixli məktubla yazılı məlumat verilmişdir. Hazırda İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş 73 saylı mənzillə bağlı mülkiyyətçi Cavabdeh ilə ipotekasaxlayan arasında məhkəmə mübahisəsi mövcud olduğu müəyyən edildiyindən həmin mənzillə bağlı ayrılmış birdəfəlik maddi yardımın və kirayə haqqının qəbul ediləcək yekun qərara uyğun müəyyənləşdiriləcək bank hesabına ödəniləcəyi, eyni zamanda İddiaçı İKB ASC ilə vətəndaş Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il ta rixli “Yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi”nin 2.4.5 yarımbəndinə əsasən ipoteka predmetinin məhv olma və ya zədələnməsi təhlükəsi yarandıqda Kreditor-İpoteka saxlayanı xəbərdar etməyin Alıcı-İpoteka qoyanın vəzifələrinə aid olduğunu nəzərlərinə çatdırmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, Cavabdeh İddiaçı İKB ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2018-ci il tarixə banka ümumilikdə ödənilməli borcu 34.818,70 ABŞ dolları məbləğində müəyyən edilir ki, o cümlədən əsas borc üzə 21660,85 ABŞ dolları, faiz borcu üzrə 13157,85 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsə lən, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə mü əyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 296.1-ci və 297-ci maddələrinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət etmədən, girov qoyulmuş əşya hesabı na ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). Əgər borclu icrasını təmin etmək üçün əşyanın girova verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, girov saxlayan girov ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (319.1-ci maddə) Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, Cavabdeh İddiaçı İKB ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2018-ci il tarixə banka ümumilikdə ödənilməli borcu 34.818,70 ABŞ dolları məbləğində müəyyən edilir ki, o cümlədən əsas borc üzə 21660,85 ABŞ dolları, faiz borcu üzrə 13157,85 ABŞ dolları təşkil edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehdən əsas borcun tutulması hissəsində dəyişdirərək, cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 21.660,85 ABŞ dolları tutmaqla və qətnaməni qalan hissələrdə dəyişdirmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası m əhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "İddiaçı" İKB ASC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar