Məhkəmə qərarları › İş №2(102)-4125/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-4125/2022

05.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4125/2022 05.07.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10828/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Tornado-Ş” MMC-nin direktoru Maarif Əhmədovun 07 iyun 2021-ci il tarixli 4/527 nömrəli əmrinin ləğv edilməsi, "xxxx" MMC-də mühafizəçi vəzifəsinə bərpa olunması, məcburi işburax maya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3295/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10828/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3295/2021 saylı 06 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı (vəkil X1) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10828/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İd diaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1859/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilməmiş, geri qaytarılmışdır. Kassasiya şikayətinin geri qaytarılmasına səbəb iddiaçının şikayətdə ümumi şəkildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi, 88, 173-cü, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Qanunun 9.1, 10.2.6 və 12.1-ci maddələrini qeyd etməklə kifayətlənməsi, həmin normalara cavabdeh tərəfindən əməl edilməməsinə istinad etsə də, məhkəmənin həmin maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməməsinin nədən ibarət olmasını şərh etməməsi, qeyd etdiyi normaların qarşısında yalnız işin hallarını sadalaması olmuşdur. İş apellyasiya instansiyasına qaytarılandan sonra cavabdeh müddətin bərpası barədə vəsatət və yenidən kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi 18 may 2022-ci il tarixli qərardadla vəsatəti təmin edərək, müddəti bərpa etmiş və həmin kassasiya şikayətini Ali Məhkəməyə göndərmişdir. Kassasiya şikayətindən görünür ki, iddiaçı təkrarən verdiyi kassasiya şikayətində də qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. İddiaçı hazırki şikayətini əvvəlki kassasiya şikayətindən köçürərək, şikayətə yalnız MPM-in 217-ci maddəsinin dispozisiyasını əlavə etməklə kifayətlənmiş, həmin normanın pozuntusunu nədən ibarət olmasını da şərh etməmişdir. Bu da göstərir ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1859/20 22 nömrəli xx.xx.2022-ci il tarixli qərardadında şərh edilən nöqsanları aradan qaldırmamışdır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Bu baxımdan, təkrar verilən kassasiya şikayəti də bu tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı (vəkil X1) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10828/2021 nömrəli, 15 dekabr 2021-ci il tarix li qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar