Məhkəmə qərarları › İş №2(102)-4132/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4132/2020

20.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4132/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X7 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1 vəkili X1 iştirakı ilə, İddiaçı1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)14391/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) 2(002)1561/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi iddia qismən təmi n edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsidə yerləşən 34 saylı evin 32 saylı mənzilə köçürülməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) 2(002)1561/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddia tələbi İddiaçı3 aid hissədə baxılmamış saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – İkram Şirinov sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləİddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə əsasən (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. İşin halları: İddiaçılar İddiaçı1, İddi açı2 və İddiaçı3 Cavabdeh qarşı “mənzildən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, x2 mənzilindən çıxarılması və onların həmin məzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar öz iddia tələblərini onunla əsaslandırmışlar ki, Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki 34 saylı evin 32-ci mənzilinin icarədarı birinci İddiaçı1 atası X15 olmuşdur. İkinci və üçüncü iddiaçılar birinci İddiaçı1 övladlarıdır. X15 xx xxxx 1995-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra göstərilən mənzilin icarə müqaviləsi xx xxxx 2015-ci ildə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 118 saylı sərancamı ilə İddiaçı1 ilə bağlanılmışdır. Cavabdeh X8 İddiaçı1 qardaşı X2 mülki nikahdan arvadıdır. Cavabdeh qardaşı tərəfində n onların mənzilinə köçürüldükdən sonra münasibətləri kəskinləşmişdir. O, uşaqları ilə bilikdə evdən çıxaraq qohumlarının evində yaşamağa məcbur olmuşdur. Dəfələrlə mənzillərinə köçmək istəmiş, lakin qardaşı Ramiz buna imkan verməmişdir. Qardaşı vəfat etdikdən sonra məhkəmə qaydasında mənzillərinə köçürülmələri barədə iddia qaldırmağı qərara almışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və pros essual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı1 vəkili X12 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər iddiaçılar və cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər iddiaçıların və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 16-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, İddiaçı1 vəkili X1 izahatını dinləyib, iş mater iallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki 34 saylı evin 32-ci mənzili Qaradağ rayonu XDS İK-nin xx xxxxxx 1967-ci il tarixli orderi ilə X9 verilmişdir. Bu orderdə onun ailə üzvləri X10, X13, X11, X5 yaşılmışdır. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2015-ci il tarixli, 118 saylı sərəncamı ilə mənzil icarə müqaviləsi dəyişdirilərək X6 ölümü ilə bağlı x2 barədə İddiaçı1 adına ayrıca şəxsi hesab açılmışdır. Cavabdeh 2006-cı ildə mənzilin keçmiş icarəçisi X4 Bayramov ilə faktiki ailə qurmuşdur. Onlar ailə qurduqdan sonra Cavabdeh x2 ailə üzvü kimi köçürülmüşdür. xx xxxxxxxx 2007-ci il tarixdə onların nikahları qeydə alınmış, xx xxxx 2007-ci ildə X3 adlı uşaqları anadan olmuşdur. X14 xx xxxxxxx 2014-cü ildə vəfat etmişdir. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddia tələbinin təmin edilən hissəsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Hazırda İddiaçı1 iddia tələbinin cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsidə yerləşən 34 saylı evin 32 saylı mənzilindən çıxarılmasının rədd edilməsi hissədə qətnaməni mübahisələndirir. Qeyd edilən hissədə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, apelyasiya instansiyası məhkəməsi bu nəticə ilə ra zılaşmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin І hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. x xxxxxxx 2009-cu ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin üçüncü abzasına görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa razılaşma olmamışsa, yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququna malikdirlər. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin mübahisələndirilən hissəsi ilə qeyd etmişdir ki, hazırki iş üzrə Cavabdeh 2006-ci ildən bəri ailəsi ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki 34 saylı evin, 32-ci mənzildə yaşamış və o müddət ərzində həmin mənzil başqa heç kəsin istifadəsind ə olmamışdır. Məhkəmə istinad edilən normalara görə belə qənaətə gəlmişdir ki, cavabdehin mübahisə predmeti olan mənzilə istifadə hüququ yaranmışdır.Ona görə də, birinci instansiya məhkəməsi iddianı cavabdehin mənzildən çıxarılmasına dair hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, hazırkı qətnamənin ləğvinə səbəb ola bilmədiyindən şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətin in dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı1 iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunma malıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-14391/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar