Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4138/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili İbrahimov Ramiz Hilal oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Laçın Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(064)-1042/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim Məmmədov Bağırov) İddia qismən təmin edilərək tərəflərin birgə nikah dövründə əldə etdikləri Füzuli rayonunun Horadiz şəhərində X2 0.01233 hektar torpaq sahəsində yerləşən 184 saylı yaşayış evinin tərəflər arasında bərabər bölünərək, mənzilin 2/1 hissəsinə İddiaçı, 2/1 hissəsinə Cavabdeh payının müəyyən olunması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Mirzəyev (sədrlik edən, məruzəçi), Z.Babayev və Q.Kərimov, 2(103)-923/2020 saylı mülki iş) hazırkı iş üzrə Laçın Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(064)-1042/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Füzuli rayonunun Horadiz şəhərində X2 0.01233 hektar torpaq sahəsində yerləşən 184 saylı yaşayış evinin 2/5 hissəsinə İddiaçı, 3/5 hissəsinə C avabdeh payları müəyyən edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakdan payın müəyyən olunması və şəxsi əşyalarının alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2014-cü ildə nikahlarını rəsmi qeydə aldırmaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2015-ci ildə X3 anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan cavabdehin tələbi ilə Füzuli rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda uşaq anasının yanında yaşayır, uşağın saxlanması üçün hər ay 130 manat aliment ödəyir. Birgə nikah dövründə Füzuli rayonunun Horadiz şəhəri, 0.01233 hektar torpaq sahəsində yerləşən 184 saylı yaşayış evini almışlar və həmin ev cavabdehin adın a rəsmiləşdirilmişdir. Ev 2 mərtəbədən, hər mərtəbədə 2 otaq və 1 zaldan ibarətdir. Həmin ev alınarkən o, cavabdehə nisbətən daha çox əmək haqqı almış, ev əsasən onun pulu ilə alınmışdır. Həmçinin onun şəxsi əşyaları, ona hədiyyə kimi verilən bir çox əşyaları də cavabdehdə qalmışdır. İddiaçı iddia predmetinin dəqiqləşdirilməsi ilə əlaqədar ərizə təqdim edərək, cavabdehin istifadəsində olan Füzuli rayonunun Horadiz şəhəri, 0.01233 hektar torpaq sahəsində yerləşən 184 saylı yaşayış evindən onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, tərəflərin birgə nikah dövründə əldə etdikləri Füzuli rayonunun Horadiz şəhərində X2 0,1233 hektar torpaq sahəsində yerləşən 184 saylı yaşayış evinin tərəflər arasında ½ hissədə paylarının müəyyən olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili İbrahimov Ramiz Hilal oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı madd əsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. İşdə olan Füzuli rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılma sı üçün xx.xx.2018-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay 130 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Cavabdeh verilməsi qət olunmuşdur. lan Azərbaycan Respublikası ƏMDK yaında DƏDRX-nin RX ******* saylı çıxarışının surətindən görünür ki, Füzuli rayonunun Horadiz şəhəri, H.Əliyev prospektində 0.01233 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 196.8 kvadratmetr olan 184 saylı yaşayış evi Cavabdeh mülkiyyətinə verilmiş və xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Apelyasiya instansiyası məhkəməsinin icraatı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ilə xx.xx.2014-cü ildə nikahlarını rəsmi qeydə aldırmaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2015-ci ildə Məmmədli Aişə doğulmuşdur. Füzuli rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Uşaq onun yanında yaşayır, uşağın saxlanması üçün iddiaçı hər ay 130 manat aliment ödəyir. Birgə nikah dövründə Füzuli rayonunun Horadiz şəhəri, 0.01233 hektar torpaq sahəsində yerləşən 184 saylı yaşayış evi almışlar və həmin ev onun adına rəsmiləşdirilmişdir. Ev 2 mərtəbədən, hər mərtəbədə 2 otaq 1 zaldan ibarətdir. Həmin evin pulunun çox hissəsi onun adına kredit götürülərək ödənilmiş və həmin kredit onun əmək haqqından tutulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ü mumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin tələbinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Apellyasiya Məhkəməsi cavabdehi himayəsində azyaşlı qız uşağının qalmasını nəzərə alaraq birgə əmlakın qeyri-bərabər bölünməsi qənaətinə gəlmişdir. Məhkəmə əmlakı nə iddiaçının və nədə cavabdehin dediyi qaydada deyil, payları bir-birində əhəmiyyətli dərəcədə fərqlənməyən hissələrdə, 2/5 və 3/5 hissələrdə bölüşdürmüşdür. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4138/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4138/2020
25.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver