Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4138/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-186/2023 saylı 23 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 n oyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin №057988 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57,8 kv.m yaşayış sahəsi 25,5 kv.m olan iki otaqlı mənzil Cavabdeh2 xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 731 səhifə 109815 qeydə alma xx.xx.1996-cı il tarixində qeydiyyat aparılmışdır.
2. Cavabdeh2 ilə X11 arasında bağlanmış 17 mart 2006-cı il tarixli, AN-İ №0068612 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57,8 kv.m yaşayış sahəsi 25,5 kv.m olan iki otaqlı mən zil 273.000 (iki yüz yetmiş üç min) AYM X1.
3. İddiaçı ilə X6 adından X13 arasında bağlanmış xx.xx.2021-ci il tarilxi AN-İ №0068612 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 17 mənzilinin 57,80 kv.m hissəsi 68000 manat müqabilində alıcının mülkiyyətinə keçir.
4. Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küzəsi, ev 17 mənzilinin 57,80 kv.m hissəsinə tam mülkiyyət hüququ almışdır.
5. Azərbaycan Respublikası 01 saylı Bakı yerli İqtisad Məhkəməsinin qətnaməsinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzr ə Bakı Bölgə şöbəsində xx.xx.2004-cü ildə 01.04.-P58 -40184 saylı qeydiyyatdan keçmiş "xxxx" MTK-nın iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə şöbəsində xx.xx.2005-ci ildə 0105-P/109-42690 saylı qeydiyyatdan keçən "xxxx" MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilmiş, qətnamənin icrası Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinə həvalə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzildən və həmin ünvanda yerləşən özbaşına tikilmiş yaşayış və qeyri-yaşayış sahələrindən cavabdehlərin və digər şəxslərin çıxarılması, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi, cavabdeh və digər şəxslərin həmin mənzildən və həmin ünvanda yerləşən digər yaşayış və qeyri-yaşayış sahələrindən istifadəyə maneələrin cavabdehlərə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə yaşayış binasının layihələndirilməsi üçün xx.xx.2005-ci il tarixdə təsis edilən "xxxx" MTK-ya 0,5 ha torpaq sahəsi ayrılmışdır. Bu məqsədlə X10 təşəbbüsü ilə xx.xx.2005-ci il tarixdə "xxxx" MTK yaradılmış və təsisçilərdən bacısı X11 "xxxx" MTK-nın sədri təyin edilmişdir. X13 tikinti işlərinə başlamazdan əvvəl ərazidə qanuni və özbaşına tikililərdə yaşayan ayr ı-ayrı vətəndaşlarla danışıqlar aparmış və ərazidəki ən böyük tikililərdən olan həm yaşayış, həm də qeyri-yaşayış sahələri daxil olmaqla Cavabdeh3 və ailə üzvlərinin istifadəsində olan həmin dövrdə 1000 kvadratdan çox yaşayış və qeyriyaşayış sahələrinin alğı-satqısına dair razılıq əldə edilmişdir. Bu məqsədlə xx.xx.2005-ci il tarixdə Cavabdeh3 özünə və övladlarına məxsus obyektlərin satılması üçün ******* ABŞ dolları (bir milyon yüz min ABŞ dolları) X13 ilə razılığa gəlməyinə dair iltizam yazmışdır. Daha sonra xx.xx.2005-ci il tarixdə razılaşmaya əsasən 38000 ABŞ dolları almış, daha sonra oğlu xx.xx.2005-ci il tarixdə Cavabdeh2 razılaşdırılmış məbləğdən 40.000 ABŞ dolları almış, daha sonra Cavabdeh3 və ailə üzvləri Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 evin alğı-satqısınadək 100.000 ABŞ dollar ı Sovetskidə mənzil alınmasına, 120.000 ABŞ dolları Fabrisus küçəsində mənzil alınmasına, 86000 ABŞ dolları qızına ev alınmasına, 20000 ABŞ dolları maşın alınmasına, 35000 ABŞ dolları oğlunu işə düzəldilməsinə pul vəsaiti almışdır. Hətta bu məqsədlə Cavabdeh3, X13 ilə əldə edilən razılığa əsasən həm özünün həm də ailə üzvlərinin istifadəsində olan yaşayış və qeyriyaşayış sahələrinin əvvəlcədən vəd etdiyi digər "xxxx" MTK-ya (X22) onun mülkiyyəti və istifadəsində olan sahələrdə tikinti işləri aparmasına dair notarial qaydada xx.xx.2005-ci il tarixli verdiyi ərizəsindən xx.xx.2006-cı il tarixdə notarial qaydada imtina etmişdir. Bundan sonra xx.xx.2006-cı il tarixdə qeyd edilən yaşayış və qeyri-yaşayış ailələrindən yeganə mülkiyyət sənədi olan Fabrik küçəsi ev 17 ünvanında yerləşən sahələrd ən ümumi sahəsi 57.8 kv.metr olan yaşayış sahəsini (faktiki 1000 kvadratdan artıq olan sənədsiz yaşayış və qeyri yaşayış sahələrini) alğı-satqı müqaviləsi ilə 356.000 ABŞ dollarının həmin dövrdə manata olan məzənnəsi ilə sataraq ümumi alğı-satqını rəsmiləşdirilmişdir. Alğı-satqı məbləğindən də müəyyən olunur ki, 57.8 kvadrat sahə qeyd edilən ərazidə qiymətinin 356000 ABŞ dolları olması reallıqdan kənardır. Alğı-satqı müqaviləsi Cavabdeh2 ilə X10 bacısı və VMS İnşaat MTK-nın sədri olan X12 ilə bağlanmışdır. Beləliklə ümumilikdə mənzil qarışıq 795000 ABŞ dolları pul vəsaiti verilmişdir ki, qalan vəsaitin əvəzinə razılaşmaya əsasən tikiləcək mənzildən vəsait veriləcəkdir. Müqaviləyə əsasən tərəflərə bir ay vaxt verilsə də tərəflər arasında qohumluq münasibəti olduğundan cavabdelərin yaşayış v ə qeyri-yaşayış sahələrinin bir neçə ay uzanmasına X13 etiraz etməmişdir. Lakin bir neçə ay keçməsinə baxmayaraq cavabdehlər razılaşmadan kənara çıxaraq yaşayış və qeyri-yaşayış sahələrini tərk etməmişlər. Bu müddətdə X13 qeyd edilən ərazidə layihələndirmə işlərinin başlanması üçün kommunal orqanlarla razılaşma aparmış, buna dair rəylər əldə etmişdir. Keçən müddət ərzində cinayət işində təqsirli bilinməsi ilə əlaqədar uzun müddət ərazinin layihləndirilməsi və digər işlərin icrasında ləngimələr olmuşdur. Lakin buna baxmayaraq cavabdehlər nə mənzilləri və qeyri-yaşayış sahələrini təhvil vermiş, nə də ki, aldıqları vəsaitləri geri qaytarmışlar. X3 vərəsəsinin adından etibarnamə əsasında X2 17, hazırkı Şövqiyar Abdullayev küçəsi 17 ünvanıda yerləşən yaşayış sahələri və qeyri yaşayış sahələri İ ddiaçı adına rəsmiləşdirilmişdir. Keçən müddət ərzində cavabdeblər iddiaçının mülkiyyətində olan əmlaklardan nəinki faydalanaraq yaşamış qeyri-yaşayış sahələrindən gəlir götürmüş, eyni zamanda edilən xəbərdarlıqlara baxmayaraq, tikinti işlərini qadağan olunmasına baxmayaraq qeyri-qanuni yollarla mövcud yaşayış və qeyri- yaşayış sahələrinin ölçülərini artırmışlar. Baxmayaraq ki, sərəncam əsasında ərazidə tikini işləri qadağan olunmuş, baxmayaraq ki A.Zərgərovanın və V.Zərgərovun sədrliyi ilə icra hakimiyyətinə müxtəlif vaxtlarda "xxxx" MTK adından müraciətlər edilmiş, ayrı-ayrı vətəndaşlar, o cümlədən cavabdehlər müxtəlif illərdə yaranmış vəziyyətdən sui-istifadə edərək özlərinə əlavə yaşayış və qeyri-yaşayış sahələri əldə etmişlər.
8. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehləri n nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi tam əsassızdır və rədd olunmalıdır. Belə ki, Cavabdeh2 özünə məxsus olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 57.8 kv. metrdən ibarət olan fərdi yaşayış evini xx.xx.2006-cı il tarixli alğısatqı müqaviləsinə əsasən X4. Fərdi yaşayış evinin qiyməti tərəflər arasında olan razılaşmaya əsasən 138.000 manat müəyyən edilmişdir. Lakin müqavilədə bu məbləğ alıcı tərəfin xahişi ilə 273.000 manat göstərilmişdi. Qeyd edilən fərdi yaşayış evinin Bakı şəhər İcra Hakimiyyətindən gələn nümayəndələrə göstərilməsi üçün məbləğ yüksək yazılmışdır. Bundan sonra Cavabdeh3 Vahid Zərgərovdan 38000 ABŞ dolları, Cavabdeh2 isə 40000 ABŞ dolları almışdı. Qeyd edilən pul məbləğləri də mübahisəli fərdi yaşayış evinin alğı-sa tqısı üçün qeyd edilmiş 138.000 manatın tərkibinə daxildir. Alıcı fərdi yaşayış evini aldıqdan sonra oranı sökmüşdür. Bundan sonra, alıcı cavabdehlərə bəlli olmayan səbəbdən həmin ərazidə heç bir tikinti və quraşdırma işi aparmamışdır. Beləliklə, həmin ərazi boş qalmışdır. Bu hadisə 16 il bundan əvvəl olmuş və indiyə kimi həmin ərazilərə yaxın yerlərdə qonşular tərəfindən çoxsaylı tikinti və söküntü işləri aparılmışdır. Ona görə də həmin ərazinin dəqiq yeri belə bəlli deyildir. İddiaçı isə həmin fərdi yaşayış evinə baxmadan almışdır. Çünki olmayan fərdi yaşayış evinə dair alğı-satqı müqaviləsinin bağlanması da ağlabatan deyildir. İddia ərizəsində qeyd edilir ki, Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə yaşayış binasının layihələndirilməsi üçün xx.xx.2005-ci ıl tarixdə təsis edilən "VMS İnşaat MTK”-ya 0,5 ha torpaq sahəsi ayrılmışdır. Bu məqsədlə X13 inşaat təşəbbüsü ilə xx.xx.2005-ci il tarixdə "xxxx" MTK yaradılmışdır. İddiaçı mübahisəli əmlakı 2021-ci il tarixdə alğı-satqı yolu ilə əldə etmişdir. Belə olan halda, onun hansı əsasla ona aidiyyəti olmayan və işdə iştirak etməyə cəlb edilməyən "xxxx" MTK barəsində qeyd etməsi, MTK-ya sərəncamla torpaq sahəsinin ayrılmasını bilməsi, cavabdehlərin guya MTK-nın sahibi Vahid Zərgərov qarşısında öhdəlik götürməsini qeyd etməsi anlaşılan deyil. İkincisi isə, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli sərəncamına diqqət yetirdikdə müəyyən olunur ki, Nəsimi İH-nin 10.03,05-ci il razılıq məktubu, 'VMS İnşaat' MTK-nın xx.xx.2005-ci il müraciəti nəzərə alınaraq Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə yaşa yış binasının layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Əgər MTK xx.xx.2005-ci il tarixdə təsis edilmişdirsə, o zaman sərəncamda MTK-nın xx.xx.2005-ci il tarixdən əvvəla, yəni təsis edilməsindən əvvələ olan məktuba necə istinad oluna bilərdi. Həmçinin, qeyd etmişdir ki, 01 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 03.06 2009-cu il tarixli qətnaməsi ilə "xxxx" MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilməsi qət edilmişdir. Beləliklə, həmin MTK hazırda mövcud deyildir. Göründüyü kimi iddia ərizəsində qeyd edilənlərin heç bir əsası yoxdur və iddiaçı qeyd etdiklərində heç də səmimi deyildir. Bundan başqa, iddia ərizəsində qeyd edir ki, xx.xx.2005-ci il tarixdə Cavabdeh3 özünə və övladlarına məxsus obyektlərin satılması üçün 1.100.000 ABŞ dolları X13 ilə razılığa gəlməyinə dair iltizam yazmış, daha sonra xx.xx.2005-ci il tarixli razılaşmaya əsasən 38000 ABŞ dolları almış, oğlu Cavabdeh2 xx.xx.2005-ci il tarixdə 40000 ABŞ dolları almış, Cavabdeh3 və ailə üzvləri Cavabdeh2 Cavabdeh4, Cavabdeh1 evin alğı-satqısınadək 100000 ABŞ Dolları Sovetskidə mənzil alınmasına, 120000 ABŞ dolları Fabrisus küçəsində mənzil alınmasına, 86000 ABŞ dolları qızına ev alınmasına, 20000 ABŞ dolları maşın alınmasına, 35000 ABŞ dollar oğlunu işə düzəltməyə görə almışdır. Bununla əlaqədar qeyd edir ki, birincisi, Cavabdeh3 özünə və övladlarına məxsus əmlakların alğı-satqısı üçün 1.100.000 dollar pulun əldə edilməsinə dair öhdəlik götürməsi həmin pulun tam olaraq Cavabdeh3 verilməsini təsdiq etmir. İkincisi isə iddia ərizəsinə yalnız Cavabdeh3 xx.xx.2005-ci ildə 38. 000 ABŞ dolları və Cavabdeh2 xx.xx.2005-ci ildə 40.000 ABŞ dolları almasına dair sübutlar əlavə edilmişdir. Cavabdeh3 və ailə üzvləri Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 Sovetskidə mənzil alınması üçün 100000 ABŞ dolları, Fabrisus küçəsində mənzil alınması üçün 120000 ABŞ dolları, qızına ev alınması üçün 86.000 ABŞ dolları, avtomaşın alınması üçün 20.000 ABŞ dolları və oğlunu işə düzəltmək üçün 35000 ABŞ dolları məbləğində pulun alınmasına dair heç bir sübut yoxdur. Bütün qeyd edilənlər iddiaçının uydurmasıdır. Onu da qeyd edir ki, Cavabdeh3 yalnız öz mülkiyyətində olan əmlaka görə cavabdehdir. O, yetkinlik yaşına çatmış övladları olan digər cavabdehlərin mülkiyyətinə dair sərəncam vermək hüququna malik deyildir. Həmçinin, onu qeyd edir ki, Cavabdeh3 tərəfindən tərtib edilmiş 1.100.000 məbləği ndə pulun hansı ölkənin pul vahidi ilə alınması bəli deyil, Cavabdeh3 isə hazırda səhhəti ilə əlaqədar yaddaşını itirmiş, ümumiyyətlə Vahid adlı şəxsdən pul almadığını bildirir. Vahidin adının isə Vahid, yoxsa Vaqif olması da bəlli deyil. Çünki iltizamda da bununla əlaqədar düzəliş edilmişdi. Daha sonra, iddia ərizəsində qeyd edilir kı xx.xx.2006-cı ıl tarixdə Fabrik küçəsi 17 ünvanda yerləşən, ümumi sahəsi 57.8 kv metrdən ibarət yaşayış sahəsi (faktiki 1000 kvadrat metrdən artıq sahə) alğı-satqı müqaviləsi ilə 356000 ABŞ dollarının həmin dövrdə manatla olan məzənnəsi ilə satılmışdı. Bununla əlaqədar qeyd edir ki, xx.xx.2006cı il tarixli alğı-satqı müqaviləsində satılan əmlakın qiyməti 273.000 manat göstərilsə də, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsində satılan əmlakın qiyməti 68 000 manat göstərilmişdir. Bu hal mübahisəlidir. Əslində keçən 16 il ərzində daşınmaz əmlakın qiyməti artmışdır, lakin burada isə əhəmiyyətli dərəcədə azalmışdır. Həmçinin, qeyd edir ki, satılmış əmlakın ümumi sahəsi 57.8 kv metr olmuş və satıldığı gün satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Həmin əmlakın faktiki olaraq 1000 kv metrdən artıq olması heç nə ilə sübuta yetirilmir. Yuxanda qeyd edildiyi sahəsi 57.8 kv metrdən ibarət Zeynalov tərəfindən Almaz Zərgərovaya satıldıqdan müəyyən müddət sonra sonuncu (alıcı) tərəfindən sökülmüşdür. Hazırda həmin ünvanda olan cavabdehlərə məxsus olan tikililərin isə iddiaçıya heç bir aidiyyəti yoxdur. Alıcı əmlakı aldıqdan sonra sökdüyünə görə həmin əmlakın dövlət reyestrində qeydiyyat yazısı da ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi ba xışı zamanı məhkəmə və proses iştirakçıları mübahisəli ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evlərə baxış kecirərkən müəyyən edilmişdir ki, həmin ünvanda bir necə tikililər mövcuddur. Həmin tikililərdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ailələri ilə birlikdə yaşayırlar. Cavabdeh4 və Cavabdeh2 birmərtəbəli tikilidə, digərləri isə onlardan təcrid edilmiş ikimərtəbəli tikililərdə yaşayırlar.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(006)5683/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tikililərdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 yaşayırlar. Həmin tikililə rin təsdiq edən sənəd texniki pasportu İddiaçı məhkəməyə təqdim edə bilməmişdi. Həmçinin İddiaçı ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev 17 ünvanında yerləşən mənzilin cavabdehlər tərəfindən zəbt etdiyini, həmin ünvanda yerləşən qeyri yaşayış sahələrdən gəlir götürülməsi, qeyri-yaşayış sahələrinin ölçülərin artırılması iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddia tələbi iş materialları və işin faktiki halları ilə öz təsdiqini tapmadı. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
12. Birinci instansiya məhkəməsi mövqeyini 152.1, 152.5, 157.4, 170.1, 170.2; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15, 29.1, 29.4; «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci i l tarixli qərarına, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya baxışı zamanı iddiaçının dəlillərinə qiymət verilməsi üçün iş məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 57.8 kv.metr olan mənzil mövcuddurmu?
2. Mövcud olduğu təqdirdə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 57.8 kv.metr olan mənzil üzərində hüquqlar qeydiyyata alınarkən çıxarışda göstərilən koordinatlarla eyni yerdə yerləşirmi?
3. İş materiallarında olan 03 dekabr 1996-cı il tarixdə Cavabdeh2 adına verilmiş MH seriyalı 057988 nömrəli qeydiyyat vəsiqəsi ilə hüquqları tanınmış ünvan 7 ünvanında yerləşən mənzilin koordinatları ilə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 57.8 kv.metr olan mənzil eynilik təşkil edirmi?
15. Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli, 10/841 nömrəli rəyinə əsasən 1-ci sual üzrə - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışı ilə İddiaçı mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən, ümumi sahəsi 57.8 kv. metr olan mənzilin faktiki olaraq mübahisələndirilə n sahədə mövcud olmadığı, həmin sahədə 3 mərtəbəli bina yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunur ki, “Google Earth” internet proqramında mövcud olan illər üzrə görüntülərə əsasən aparılan araşdırmalar, tədqiq olunan sahədə faktiki inşa edilmiş 3 mərtəbəli, binanın 2014-cü ilin mart ayında həmin sahədə mövcud olmadığı, 2014-cü ilin may ayından başlayaraq mövcud olduğu müəyyən edilmişdir. 2-ci sual üzrə - İddiaçı mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən, ümumi sahəsi 57.8 kv.metr olan mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışda mənzilin koordinatları qeyd edilmədiyindən, bu sualın cavablandırılması mümkün olmamışdır. 3-cü sual üzrə - mülki iş mat eriallarında olan məlumatlara, o cümlədən Cavabdeh2 tərəfindən verilmiş iltizamnamədə qeyd olunanlara, habelə “Google Earth” internet proqramında mövcud olan illər üzrə görüntülərə əsasən aparılan araşdırmalar nəticəsində, Cavabdeh2 adına verilmiş MH seriyalı 057988 nömrəli, qeydiyyat vəsiqəsi ilə hüquqları tanınmış ünvan 7 ünvanında olan mənzilin yerləşdiyi sahənin İddiaçı mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən, ümumi sahəsi 57.8 kv. metr olan mənzilin yerləşdiyi sahə ilə eynilik təşkil etdiyi müəyyən olunmuşdur.
16. Bununla yanaşı apellyasiya baxışı zamanı məhkəmə kollegiyası, tərəflər eləcə də ekspertin iştirakı ilə mübahisəli sahəyə yerində baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 57,8 kv metr olan mənzil faktiki olaraq mübahisələndirilən sahədə mövcud deyildir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-186/2023 nömrəli 23 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrilik edən və məruzəçi), E.M.Həsənov və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(006)5683/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tap mır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
19. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə hazırda həmin ünvanda olan tikililərdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 yaşayırlar. Həmin tikililərə dair sənədi, yəni texniki pasportu İddiaçı məhkəmələrə təqdim edə bilməmişdir. İddiaçı ona məxsus ünvan 8 ünvanda yerləşən mənzilin cavabdehlər tərəfindən zəbt edildiyini, həmin ünvanda yerləşən qeyri yaşayış sahələrdən gəlir götürülməsi, qeyri yaşayış sahələrinin ölçülərinin artırılmasını iddia etsə də,bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının dəlillərinə qiymət verilməsi üçün birinci instansiya məhkəməsi baxışı zamanı eləcə də apellyasiya baxışı zamanı mübahisəli sahəyə yerli baxış keçirilmiş, həmçinin apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də İddiaçı ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev 17 ünvanında yerləşən mənzilin cavabdehlər tərəfindən zəbt edilməsi halı müəyyən edilməmişdir. İddiaçı tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir.
20. Məhkəmə kollegiyası eyni zamanda hesab etmişdir ki, iddiaçının cavabdehlərin çıxarılmasını iddia etdiyi sahə digər şəxslərin mülkiyyətindədir. Başqa sözlə, iddiaçı mülkiyyətində olan sahənin göstərə bilməmiş, mövcudluğunu sübut edə bilməmiş, ümumiyyətlə alğı-satqı apararkən mövcud olmayan evi almışdır. İddiaçı özünə aid olmasını sübut edə bilmədiyi digər şəxslərin mül kiyyətindən onların çıxarılmasına dair iddiası əsassızdır. Belə olan halda məhkəmə kollegiyası iddia tələbinin iş materialları və işin faktiki halları ilə öz təsdiqini tapmadığı üçün təmin edilməli olmamasına dair birinci instansiya məhkəməsinin nəticələri ilə razılaşmışdır.
21. Məhkəməsinin mövqeyi 152.1, 152.5, 157.4, 157.8.-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88., 103.1, 106.1., 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ünvan 2 ünvanında yerləşən mənzildən və həmin ünvanda yerləşən özbaşına tikilmiş yaşayış və qeyri-yaşayış sahələrindən cavabdehlərin və digər şəxslərin çıxarılması, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi, cavabdeh və digər şəxslərin həmin mənzildən və həmin ünvanda yerləşən digər yaşayış və qeyri yaşayış sahələrindən istifadəyə maneələrin cavabdehlərə qadağan edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis texniki ekspertizalar şöbəsinin aparıcı eksperti X16 verilən suallara cavab olaraq göstərmişdir ki, hazırda Cavabdeh2 tərəfindən göstərilən 2 binanın arasında yan tərəfdə olan boş torpaq sahəsi Sonanın iddia etdiyi Şövqiyar Abdullayev küçəsi 17 saylı ünvanda ümumi sahəsi 57,8 kv metr olan fərdi yaşayış evinin söküldüyü yer ola bilər. Çünki “Google Earth” internet proqramında illər üzrə görüntü lərə baxarkən, sürüşmələrin olması da mümkündür. Yəni, dəqiqliklə Sonanın mülkiyyətində olan 57,8 kv metr olan fərdi yaşayış evinin 3 mərtəbəli binanın yerində olduğunu demək olmaz, bu yalnız ehtimaldır. Lakin apellyasiya məhkəməsi ekspert rəyinə münasibətdə öz mövqeyini göstərməmişdir.
24. Bundan əlavə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin xx.xx.2021-ci il tarixli çıxarışı ilə Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 17 mənzilinin 57,80 kv.m hissəsinə tam mülkiyyət hüququ əldə etdiyindən həmin mənzilin tərkib hissəsi olan və vahid mülkiyyət obyektini əmələ gətirən, bu mənzilin üzərində yerləşdiyi torpaq səhəsi də İddiaçı mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində qanu nsuz olaraq 3 mərtəbəli bina tikilmiş, onun mülkiyyət hüququ pozulmuş, lakin apellyasiya məhkəməsi tərəfindən bunlar nəzərə alınmamış və İddiaçı mülkiyyət hüququ bərpa edilməmişdir.
25. Belə ki, apellyasiya məhkəməsi qətnaməsində "xxxx" MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilməsi barədə məhkəmə aktı olduğu üçün onun hazırda 3-cü şəxs qismində cəlb edilməsinə zərurət olmadığını qeyd etmişdir. Lakin apellyasiya məhkməsinin "xxxx" MTK-nı 3-cü şəxs qismində cəlb etməməsinin səbəbi kimi göstərdiyi bu əsas həqiqəti əks etdirmir. Belə ki, bəhs olunan "xxxx" MTK-nın qeydiyyatı və qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)568/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə 1 saylı Bakı Yerl i İqtisad Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. "xxxx" MTK-nın mövcud olmasına baxmayaraq apellyasiya məhkəməsi qərəzli mövqe göstərmiş, ləğv olunmuş bir akta əsasən mövqeyini əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 28. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə b ilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 29. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 30. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İ ddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
42. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, İddiaçı ona məxsus ünvan 8 ünvanda yerləşən mənzilin cavabdehlər tərəfindən zəbt edildiyini, həmin ünvanda yerləşən qeyri yaşayış sahələrdən gəlir götürülməsi, qeyri yaşayış sahələrinin ölçülərinin artırılmasını iddia etsə də,bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının dəlillərinə qiymət verilməsi üçün birinci instansiya məhkəməsi baxışı zamanı eləcə də apellyasiya baxışı zamanı mübahisəli sahəyə yerli baxış keçir ilmiş, həmçinin apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də İddiaçı ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev 17 ünvanında yerləşən mənzilin cavabdehlər tərəfindən zəbt edilməsi halı müəyyən edilməmişdir.
43. Kassasiya şikayətinin digər dəlili iş üzrə ekspertiza rəyinə düzgün qiymət verilməməsi ilə bağlıdır. Bununla bağlı isə qeyd edilməlidir ki, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr hər iki icraatda mübahisəli əraziyə baxış keçirmiş, baxışın nəticəsi olaraq formalaşdırılmış hallar əsasında ekspert qarşısında suallar qoyulmuş, cavab alınmış, ekspert məhkəmə iclasıda dindirilmiş, nəticə olaraq iddiçıya aid olan sahənin yerdə müəyyən etmək mümkün olmamışdır. Cavabdehlərin istiafdəsində olan sahələri n isə iddiaçının mülkiyyətində olan sahə ilə eynilik təşkil etmədiyi müəyyən olunmuşdur. Məhkəmələr o faktı da nəzərə almışlar ki, iddiaçı alğı-satqı müqaviləsi bağlayarkən həmin əmlak mövcud olmamış, məhv edilmiş vəziyyətdə olmuş və alğı-satqı zamanı iddiaçı daşınmaz əmlaka baxış keçirməmişdir. 44.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instan siyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. 46.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2023-cü il tarixli, 2(103)-186/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.