Məhkəmə qərarları › İş №2(102)-4141/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4141/2024

26.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4141/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə)ilk iddiası, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı (Cavabdeh1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4141/2024 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, zəruri yol yerinin (servitutun) verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegi yası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi tələbi barədə” ilk iddiası, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı (Cavabdeh1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “zəruri yol yerinin (servitutun) verilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2217/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdehlər (qarş ılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, habelə üçüncü şəxs Cavabdeh1 (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən, sahəsi 0,058 ha olan 162 “A” saylı bağ sahəsi xx.xx.2011-ci il tarixdə, həmin ünvanda yerləşən, sahəsi 0,12 ha olan 166 saylı bağ sahəsi xx.xx.2011-ci il tarixdə, həmin ünvanda yerləşən, sahəsi 0,12 ha olan 165 saylı bağ sahəsi xx.xx.2020-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. 2. 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən t əsdiq edilmiş İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı özünə məxsus 0,12 ha torpaq sahəsinin 0,10 ha hissəsini Cavabdeh1 40.000 manata satmışdır. 3. 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən təsdiq edilmiş (İddiaçı anası) Gülçöhrə Əliyeva və Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış alğı-satqı müqaviləsindən görünür ki, Gülçöhrə Əliyeva özünə məxsus 0,0895 ha torpaq sahəsini Cavabdeh1 40.000 manata satmışdır.

4. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Layihə Smeta Bürosu tərəfindən Cavabdeh1 sifarişi əsasında 2020-ci ildə 165 “C” saylı bağ sahəsində tikiləcək bağ evinin memarlıq planlaşdırmasının eskiz həlli verilmişdir.

5. Daşınmaz əmlakın dövlət reyestrind ən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən, sahəsi 0,02 ha olan 165 saylı bağ sahəsi xx.xx.2020-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.

6. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin “təhqiqat materiallarının aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 PB-nə verdiyi izahatında bildirmişdir ki, İddiaçı təxminən 1 ilə yaxındır ki, tanıyır və ondan torpaq sahəsi almışdır. Belə ki, avqust ayında İddiaçı özündən və İddiaçı anasından torpaq sahələri almışdır. Həmin vaxtdan da torpaq sahələrində özü və ailə üzvləri üçün evlər tikmişdir. Həmin sahədən çıxış üçün darvaza qoymaq qərarına gəlmişdir. Buna görə də, İddiaçı özünə məxsus olduğu 2 sot sahədən, yəni yoldan da rvaza qoymuşdur. Bu səbəbdən, İddiaçı ilə aralarında mütəmadi olaraq mübahisələr yaranmışdır. Baxmayaraq ki, torpağı İddiaçı aldıqda qeyd olunan 2 sot torpaq sahəsini dalan kimi istifadə olunması barədə razılaşmış və ümumi istifadə üçün saxlamışlar. 7. 12 saylı Notariat Ofisində təsdiq edilmiş və “satıcı” olan Cavabdeh3 ilə “alıcı” olan Cavabdeh2 arasında bağlanmış AN-İ seriyalı, ******* saylı, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, “satıcı”, özünə məxsus və Maştağa qəsəbəsində yerləşən 0,053 ha 165 “C” saylı bağ sahəsinin 0,0105 ha hissəsini 20.000 manata “alıcıya” satmışdır. Alğı-satqıdan sonra torpaq sahəsinin 204 kv.m. hissəsi Cavabdeh1, 202 kv.m. hissəsi Cavabdeh3 mülkiyyətində qalmışdır. Həmin müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş * *********01-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli “Çıxarışdan” görünür, 165 “Q” ünvanında yerləşən 0,0105 ha torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır.

8. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********03 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışdan görünür, 165 “C” ünvanında yerləşən 0,0202 ha torpaq sahəsi üzərində Cavabdeh3 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır.

9. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, 165 “K” ünvanında yerləşən 0,0204 ha torpaq sahəsi üzərində Cavabdeh4 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır.

10. Daşın maz əmlakın dövlət reyestrindən verilmiş **********02-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, 165 “K” (yeni qaydalarla: AZ1039, ünvan 1 ünvanında yerləşən 0,0204 ha torpaq sahəsi üzərində Cavabdeh5 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı Cavabdeh1 (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən, 165 saylı to rpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz quraşdırılmış darvazaların cavabdeh tərəfindən sökülməsi və iddiaçıya məxsus həmin torpaq sahəsinə iddiaçı tərəfindən darvazanın quraşdırılmasına maneçilik törətməsinin cavabdehə qadağan olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 arasında xx.xx.2020ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisində bağlanmış və rəsmiləşdirilərək, qeydə alınmış alğı-satqı müqaviləsinə əsasən, o, Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 165 saylı bağ sahəsinin 0,10 ha hissəsini cavabdehə satmış, 0,02 ha torpaq sahəsi isə onun öz mülkiyyətində qalmışdır. Bundan əlavə, xx.xx.2020-ci il tarixdə həmin Notariat Ofisində onun anası X2 i lə Cavabdeh1 arasında bağlanmış və rəsmiləşdirilərək, qeydə alınmış alğı-satqı müqaviləsinə əsasən, onun anası qonşuluqda yerləşən sahəsi 0,0895 ha olan 165 “A” saylı bağ sahəsini Cavabdeh1 satmışdır. Ona və Cavabdeh1 məxsus hər iki bağ sahəsinə dair ayrı-ayrılıqda mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlər verilmişdir. Hər iki bağ sahəsinin ayrı-ayrılıqda Pərviz Səmədov küçəsinə çıxışları mövcuddur. Lakin Cavabdeh1 özünə məxsus sahədə sonradan satmaq məqsədi ilə qanunsuz olaraq 4 fərdi yaşayış evi tikdirmiş və küçəyə olan öz müstəqil çıxışını bağlamışdır. O, inşa etdiyi 4 evdən üçünün çıxışını iddiaçının bağ sahəsinə açmış, ayrı-ayrı 3 darvaza quraşdırmışdır. Bununla da, Cavabdeh1 ona məxsus bağ sahəsini özü üçün yola çevirmişdir. Etirazlarına baxmayaraq, Cavabdeh1 müxtəlif bəhanələr lə onun bağ sahəsini bütövlükdə zəbt etmişdir. Nəticədə, o öz bağ sahəsinin küçəyə olan çıxışına qapı qoya bilmir. Cavabdeh1 bilərəkdən öz torpaq sahəsinin yola olan çıxışını ev tikərək bağlamış və zəbt etmək məqsədilə küçəyə olan müstəqil çıxışını satdığı üçün onun torpaq sahəsindən istifadə edir. Bu səbəbdən, Cavabdeh1 ilə onun arasında mübahisə yaranmışdır. Bununla bağlı, Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin müstəntiqinin HK-1/1126 saylı, xx.xx.2021 tarixli qərarı ilə onun şikayəti əsasında toplanmış materiallar Sabunçu rayon prokurorluğuna göndərilmişdir. Hazırda Cavabdeh1 mübahisə predmeti olan tikililəri qanunsuz olaraq qeydiyyata almağa və satmağa çalışır. Qeyd edilənlərə əsasən Cavabdeh1 tərəfindən qanunsuz quraşdırlmış darvaza Cavabdeh1 özü tərəfindən sökülməli və ona məxsus torpaq sahəsində dəmir darvaza qoyulmasına maneçilik yaradılması Cavabdeh1 qadağan edilməlidir.

13. Məhkəmə iclasında Cavabdeh1 iddiaya qarşı etiraz edərək izahatında bildirmişdir ki, sözügedən ərazidə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında tikinti işlərini icra etmiş və hər hansı hüquqazidd hərəkətə yol verməmişdir. Ekspert tərəfindən də onun tikdirdiyi evin iddiaçının giriş-çıxışına maneə yaratması ilə bağlı rəy verilməmişdir. Onun başqa tərəfə çıxış yaratmaq imkanı yoxdur.

14. Məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/3745 №-li rəyindən görünür ki, iddiaçıya və Cavabdeh 1 məxsus torpaq sahələrinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda girişçıxışlarının mövcudluğu müəyyən olunmuşdur. Lakin Cavabdeh1 məxsus 3 ədəd fərdi yaşayış evlərinin həyətyanı sahələrinə giriş-çıxış üçün quraşdırılmış 3 ədəd dəmir qapıların (darvazaların) iddiaçıya məxsus 165 saylı bağ sahəsinə açıldığı və qeyd olunan fərdi yaşayış evlərindən birinin iddiaçıya məxsus 166 saylı bağ sahəsinin sərhəd hasarına bitişik vəziyyətdə olduğu müəyyən edilmişdir.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, qonşuları olan iddiaçı ilə Cavabdeh1 torpaq sahəsinin satılmasına dair danışıqlarının şahidi olmuşdur. Hər iki tərəf torpağın satılması ilə bağlı razılığa gəlmiş və növbəti gün torpaq sahəsinin alğı-satqısı həyata keçirilmişdir. Qapıların qoyulması ilə b ağlı da razılığa gəlmişlər ki, hər iki tərəfə giriş-çıxış üçün yol olsun. Alğı-satqı prosesində iştirak etməmişdir. Cavabdeh1 qapı qoyacağını iddiaçıya demiş, elə razılaşdıqları kimi də etmişlər. Cavabdeh1 əlavə ev tikəcəyindən iddiaçının xəbəri olub-olmaması barədə onda məlumat yoxdur. Digər tərəfdən giriş-çıxış üçün əlavə qapı yoxdur. Cavabdeh1 torpaq sahəsinə qapı qoyan vaxt iddiaçı ilə aralarında narazılıq olmamışdır.

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildə cəbhədən qayıtdıqdan sonra qonşusu olan Cavabdeh1 orada ev tikdiyini görmüşdür. Qapı olmasa evə giriş-çıxış yəqin ki olmaz. O, gələndə tikinti artıq bitmək üzrə olmuşdur. Tərəflər arasında hər hansı narazılığın şahidi olmamışdır.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 və iddiaçı ilə qonşudur. Oraya sonradan köçmüş, özünə məxsus torpağı 2021ci ilin sentyabr ayında alğı-satqı müqaviləsi ilə almışdır. Mübahiəsli 3 qapıdan biri onun qapısıdır. Bununla bağlı tez-tez iddiaçı ilə narazılıqlar yaranır. Qapı olmasa evə giriş-çıxış yəqin ki olmaz. Evinin sağ, sol və arxa tərəflərində də evlər var. Onun evinin yalnız bir çıxışı var. Onun darvazası iddiaçının giriş-çıxışına heç bir maneə yaratmır, onun qapısı uzaqda yerləşir.

18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(008)-220/2023 saylı iş üzrə 17 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia tələbi təmin edilmişdir.

19. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır k i, iddiaçı tərəfindən Cavabdeh1 qarşı verdiyi iddia ərizəsində göstərilən hallar məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Bundan başqa Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş rəy də, iddianın əsaslı olmasını təsdiq edir.

20. Məhkəmə iş materiallarını və ekspert rəyini əlaqəli şəkildə tədqiq edərək hesab etmişdir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq da, məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirir və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının mülkiyyətində olan, sahəsi 0,02 ha olan 165 saylı bağ sahəsinə açılan, Cavabdeh1 tər əfindən quraşdırılmış 3 ədəd dəmir darvaza cavabdehin hesabına sökülməli və İddiaçı özünə məxsus torpaq sahəsində dəmir darvazanın quraşdırılmasına cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmalıdır.

21. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 220.3, 223.4-cü və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88, 101.3 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

22. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş e tmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının sökülməsini tələb etdiyi darvazaların yerləşdiyi torpaq sahələri Cavabdeh1 mülkiyyətində deyil. Həmin torpaq sahələri başqa şəxslərin – Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətindədir. Lakin birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu halı araşdırmamış və nəticədə iddianı ona cavab verməli olmayan şəxsə qarşı təmin etməklə əsl mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olan qanunsuz qətnamə qəbul etmişdir.

24. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, cavabdehə məxsus olmuş mübahisəli torpaq sahəsi Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətinə keçmiş, sonradan isə Cavabdeh4 özünə aid torpaq sahəsini Cavabdeh5 adına özgəninkiləşdirmişdir.

25. Odur ki, məhkəmə kollegiyası tərəfindən əvvəlcə cavabdeh olmuş Cavabdeh1 prosessual hüquq varisləri Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ilə əvəz edilmiş, sonradan isə Cavabdeh4 prosessual hüquqi varisi Cavabdeh5 ilə əvəz edilmişdir.

26. Eyni zamanda prosessual hüquq varisləri ilə əvəz edilmiş Cavabdeh1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi mülki işin baxılmasına cəlb edilmişdir.

27. Cavabdehlər Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar)) nümayəndəsi və vəkili Nümayəndə iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan fərdi yaşayış evlərinə iddiaçının mülkiyyətində olan 165 saylı bağ sahəsindən hazırda faktiki istifadədə olan ölçüdə zəruri yol yerinin (servitutun) verilməsi ba rədə qətnamə qəbul olunmasınıi xahiş etmişlər.

28. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sökülməsini tələb etdiyi 3 ədəd darvaza cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində yerləşir. Həmin torpaq sahələri cavabdehlər tərəfindən alğı-satqı müqavilələri əsasında əldə edilmiş və həmin vaxt darvazaların açıldığı ərazi yol olmuşdur. Qeyd edilən yol iddiaçının mülkiyyətində olan torpaq sahəsi olsa da, cavabdehlər vicdanlı alıcı olmuşlar. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən yerində müayinə edilən zaman da, həmin ərazinin yol kimi istifadə edildiyi müəyyən olunmuşdur. Darvazaların sökülməsi vicdanlı alıcı kimi cavabdehlərin mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Eyni zamanda, qeyd edilən ərazidə cavabdehlərin başqa ərazidən çıxışl arı yoxdur, ətrafları tam bağlıdır. Ona görə də iddiaçının mülkiyyətində olan və faktiki yol kimi istifadə edilən torpaq sahəsindən cavabdehlərə zəruri keçid (servitut) verilməlidir.

29. Qarşılıqlı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 155.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən icraata qəbul edilərək, ilk iddia ilə birgə baxılmışdır.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-2217/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışınski) apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçının cavabdehlər Cavabdeh5, Cavabdeh2 və C avabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi tələbi barədə” ilk iddiası təmin edilmiş, iddiaçının mülkiyyətində olan və Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən, 165 saylı torpaq sahəsinə açılan qanunsuz quraşdırılmış üç ədəd darvazaların Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 vəsaiti hesabına sökülməsi, iddiaçıya məxsus həmin torpaq sahəsinə iddiaçı tərəfindən darvazanın quraşdırılmasına maneçilik törətməsinin cavabdehlər Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qadağan olunması, cavabdehlərin iddiaçıya qarşı “zəruri yol yerinin (servitutun) verilməsi tələbi barədə” qarşılıqlı iddiasının rədd edilməsi qət olunmuşdur.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə üzrə qeyd etmişdir ki, şahid Pərviz Orucovun üç darvazadan birinin ona məxsus olmasını bildirməsinə baxmayaraq işə baxmış birinci i nstansiya məhkəməsi həmin vaxt cavabdeh olmuş Cavabdeh1 məxsus olmuş torpaq sahəsinin işə baxılan zaman özgəninkiləşdirilməsi məsələsi araşdırılmamış, nəticədə iddiaya cavab verməli olmayan şəxsə qarşı tələbin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edilərkən mübahisəli darvazaların kimə məxsus torpaq sahələrinə aid olmasını araşdırmamış, həmin sahələrin mülkiyyətçilərini işin baxılmasına cəlb etmədən onların mənafeyinə toxunan məsələni həll etmişdir.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına əsasən müəyyən edilir ki, iş üzrə tərəflərə məxsus torpaq sahələrinin faktiki olaraq hər birinin ayrı-ayrılıqda girişçıxışlarının mövcud olmasına baxmayaraq, cavabdehlərə məxsus torpaq sahələrinə aid dəmir darvazalar iddiaçıya məxsus torpaq sahəsinə açılır və həmin darvazalardan gedişgəliş üçün iddiaçının torpaq sahəsindən yol kimi istifadə edilir. İddiaçı bu halın onun mülkiyyət hüququnu pozduğunu əsas gətirərək həmin darvazaların sökülməsini tələb edir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş üzrə üçüncü şəxs olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş “ünvan 2 ünvanında yerləşən torpaq sahələrinin bölgü sxemindən” (№ 652446) görünür ki, cavabdehlərə (qarşılıqlı iddia üzrə iddiaçılara) məxsus torpaq sahələrinin daxilində, iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) aid torpaq sahəsi boyunca, üzü qəsəbədaxili avtomobil yoluna - ictimai yola doğru gedən ümumi istifadədə olan yol nəzərdə tutulmuşdu r.

34. Məhkəmə kollegiyası, mübahisəli sahəyə keçirdiyi yerində müayinə zamanı müəyyən etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar onlara aid ümumi istifadədə olan yolu öz torpaq sahələrinə qataraq yolu ləğv etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçılar bunu onunla izah etmişlər ki, həmin yol ensizdir.

35. Mməhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar ensiz olması əsası ilə həmin yolu ləğv etməklə hazırda mövcud vəziyyəti yaratmışlar. Halbuki, onlar ilk iddia üzrə iddiaçıya qarşı “zəruri yol yerinin (servitutun) verilməsi tələbi barədə” iddianı qaldırmazdan əvvəl həmin yolu özlərinə aid torpaq sahəsinin hesabına genləşdirə bilərdilər.

36. Məhkəmə kollegiyası ikinci növbədə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar qeyd edilən yolu bərpa edib onu özlərinə aid torpaq sahəsi hesabına genləşdirsələr belə, həmin yol qəsəbədaxili avtomobil yoluna birləşməyəcək. Belə ki, mübahisəli sahəyə

37. Məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, yol (hazırki iş üzrə tərəf olmayan) başqa şəxsə məxsus torpaq sahəsinin hasarına dirənir və bitir. Belə olan halda qəbul edilməlidir ki, “zəruri yol yerinin (servitutun) verilməsi tələbi barədə” iddianın əsaslılığına hüquqi qiymət verilməsi üçün, həmin iddia təkcə hazırki iş üzrə iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) deyil, həm də, yuxarıda qeyd edilən şəxsə qarşı qaldırılmalıdır. Lakin, iddia, qeyd edilən qaydada deyil, yalnız iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) qarşı irəli sürülmüşdür. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, hazır ki vəziyyətdə qarşılıqlı iddia əsaslı hesab edilə bilməz.

38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 152.1, 152.5, 255.1, 255.6-cı və Mülki Prosessual Məcəllənin 57.1, 58, 376.2, 387.2, 387.2.4-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

39. Qətnamədən cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, habelə üçüncü şəxs Cavabdeh1 birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh olmuş Cavabdeh1 prosessual hüquq varisləri ilə əvəz edilməsi hissəsində məhkəmə səhvə yol vermişdir. Belə ki, həmin hissədə heç bir araşdırma aparmamış, müvafiq dövlət orqanından mübahisəli əraziyə dair arxiv sənədlərini götürməmiş və qanunsuz olaraq cavabdehi prosessual hüquq varisləri ilə əvəz etməklə hazırkı iş üzrə cavabdehlərin mülkiyyət hüquqlarını pozmuşdur.

41. Məhkəmə cavabdehləri prosessual hüquq varisi olaraq işə cəlb etməklə onların mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Halbuki hazırkı iş üzrə onlara qarşı heç bir tələb irəli sürülməmiş, iddia tələbi məhz Cavabdeh1 qarşı irəli sürülmüş və ona münasibətdə də rədd olunmalı idi. Lakin məhkəmə yenə də bu hissədə səhvə yol vermişdir.

42. Hazırkı iş üzrə Cavabdeh1 qeyd edilən bağ sahələri ilə nə faktiki, nə də hüquqi ba ğlılığı yoxdur. Qeyd edilən bağ sahələri hazırda yuxarıda cavabdehlərin mülkiyyətində və sahibliyindədir və məhkəmə qeyd edilən bağ sahələrinin məhz hansı tarixdə onların adına keçirildiyini öz fərziyələri ilə müəyyən etmiş və onları prosessual hüquq varisi olaraq cəlb etmişdir. Lakin məhkəmə işə diqqətlə yanaşmış və lazımi qaydada araşdırmış olsaydı müəyyən edərdi ki, hələ xx.xx.2021-ci il tarixdə qeyd edilən əmlaklar bağışlanmaqla özgəninkiləşdirilmişdir. Bu isə məhkəmə mübahisələrinin başlamasından əvvələ təsadüf edir və belə olan heç bir prosessual hüquq varisliyindən söhbət gedə bilməz.

43. Hazırki iş üzrə məhkəmə əsassız olaraq Mülki Məcəllənin servitutla bağlı tələblərini tətbiq etməmiş, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa çalışmışdır. Diqqət yetirsək görərik ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, başqa şəxsə qarşı iddia qaldırılmadığından hazırkı iddia təmin edilə bilməz. Belə ki, absurd yanaşma ümumiyyətlə Ali Məhkəmənin heç bir qərarında və plenum qərarlarında öz əksini tapmamışdır. Məhkəmə iddia tələbi həcmində araşdırma aparmalı və servitutun verilməli olub-olmamasını müəyyən etməli idi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

44. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.

45. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyy ətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

46. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

47. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

48. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin e dilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

49. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

50. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

51. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götü rmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

52. Maddə 239.2 Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

53. Maddə

49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

54. Maddə 82. torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

55. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydad a bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

56. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

59. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqda n sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

64. Hakim. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

68. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

70. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Kasasiya şikayətində cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) və üç üncü şəxs Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiklərindən, hazırkı kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin bütünlüklə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsəl ələrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

74. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının süb ut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

75. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

76. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

77. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) və üçüncü şəxs Cavabdeh1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2217/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar