Məhkəmə qərarları › İş №2(102)-4142/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4142/2022

25.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4142/2022 25.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçıxxx qızının Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü məsələləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçıxxx qızının Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsi üzərində olan tikilinin sökülməsi və qanuni sahibinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Məhkəməsi Mülki kollegiyasının 2(103)-4177/2022 nömrəli, 16 may 2022-ci il tarixli qərardadından Cavabd eh kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) işin halları, birinci instansiya məhkəməsində icraat

1. İddiaçıxxx qızının Cavabdeh qarşı iddiası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(008)-194/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Sabunçu rayonu, Ləhiş bağları adlanan ərazidə 1195 nömrəli, 12 sot (0,12 ha) ərazini əhatə edən bağ sahəsinin Cavabdeh tərəfindən boşaldılmaqla oradakı birmərtəbəli tikilinin sökülməsi və həmin bağ sahəsinin İddiaçıxxx qızının istifadəsinə qaytarılması qət edilmişdir. (hakim Anar Rzayev)

1. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(008)194/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti müddət ötürülməklə verilməsi əsası ilə geri qaytarılmışdır.

3. Cavabdeh həmin qərardaddan 14 aprel 2022-ci ildə şikayəti vermişdir.

4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(008)194/2021 nömrəli qərardadı ilə şikayətin təmin edilməsi, 29 sentyabr 2021-ci il tarixli, 2(008)-194/2021 nömrəli qərardadın ləğv edilməsi, apellyasiya şikayətinin mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4177/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)194/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayəti qeyri-mümkün sayılmış və mülki işin apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Vahid Sadıqov)

6. Apellyasiya instansiyası məhkəməsi eyd etmişdir ki, iş materiallarında, birinci instansiya məhkəməsinin 2(008)-194/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsinin cavabdeh tərəfindən rəsmi qaydada nə zaman əldə edildiyi barədə sübut iş materialları ilə müəyyən edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 18 aprel 2022-ci il tarixdə qərardaddan prosessual müddəti ötürülməklə verilmiş şikayətə (qərardad xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, şikayət isə xx.xx.2022-ci il tarixdə verilmişdir) baxarkən, hansı sübutlar əsasında şikayətə baxdığını, cavabdehin qətnaməni rəsmi qaydada nə zaman əldə etməyi və apellyasiya şikayətinin və qərardaddan şikayətin prosessual qanunvericiliklə müəyyən olunmuş formada və müddətdə verilib-verilmədiyini araşdırmadan şikayəti təmin etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri

7. Cavabdeh qərardaddan kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək, işin baxılması üçün apellyasiya şikayətinin mümkünlüyü barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh kassasiya şikayətini belə əsaslandırmışdır ki, qərardad tamamilə əsassızdır. Məhkəmənin qanunsuz mövqeyi onun məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına, qanuni mənafelərinin məhkəmədə müdafiəsinin təmin edilməməsinə səbəb olmuşdur. Hazır kı işdə müddətin ötürülməsindən söhbət belə gedə bilməz. O, apellyasiya şikayətini qətnaməni rəsmi qaydada əldə etdiyi andan 1 aylıq müddət ərzində vermişdir. Lakin, məhkəmə heç bir əsasa söykənmədən apellyasiya şikayətini geri qaytarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxla yır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

10. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

11. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.

12. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilm ir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

14. Prosessual qanunvericiliyin tələbinə görə şikayətin apellyasiya mümkünlüyü üçün prosessual əsasların olması zəruridir. Belə əsaslardan biri də şikayətin qanunla müəyyən edilmiş prosessual müddət daxilində verilməsidir. Əks halda, şikayət mümkün sayılmamalıdır.

15. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından da görünür ki, birinci instansiya məhkəməsinin 2(008)-194/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsinin cavabdeh tərəfindən rəsmi qaydada nə zaman əldə edildiyi barədə işdə sübut yoxdur. Üstəlik, birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli qərardaddan prosessual müddəti ötürülməklə xx.xx.2022-ci il tarixdə verilmiş şikayətə 18 aprel 2022-ci il tarixdə baxmış və bu zaman hansı sübutlar əsasında şikayətə baxdığını, cavabdehin qətnaməni rəsmi qaydada nə zaman əldə etməsini, apellyasiya şikayətinin və qərardaddan şikayətin prosessual qanunvericiliklə müəyyən olunmuş formada və müddətdə verilib-verilməməsini araşdırmamışdır.

16. MPM-nin 268.1-ci maddəsinin tələbinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

17. Belə olan halda da, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyri-mümkün sayılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni prosessual qanunvericiliyə uyğun sayır.

18. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə – apellyasiya şikayətinin qətnaməni rəsmi qaydada əldə etdiyi andan 1 aylıq müddət ərzində verilməsi – münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yalnız qətnamə ilə bağlı deyil, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardaddan prosessual müddəti ötürülməklə verilmiş şikayətə 18 aprel 2022-ci il tarixdə baxmasına da istinad etmişdir.

19. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması barədə kassasiya şikayətini dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilik müddətin bərpa edilməsi institutu ilə məhkəməyə müraciət etmək hüququnun gerçəkləşməsinə imkan yaradır.

20. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Məhkəməsi Mülki kollegiyasının 2(103)-4177/2022 nömrəli, 16 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar