Məhkəmə qərarları › İş №2(102)-4143/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4143/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4143/2020 09.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Əzizli Nəvazi Vidadi oğlunun iştirakı ilə, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların vəkili Məhərrəmov Əbdül Azər oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2020-ci il tarixli, 2(103)-1162/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(005)2466/2019 nömrəli qətnaməsi ilə (hakim R.N.Quliyev) iddia qismən təmin edilərək, Cavabdeh2 99.874,51 ABŞ dolları əsas, 5.224,24 müqavilə müddətində hesablanmış faiz, 5.000 ABŞ dolları cərimə, 14.729,94 ABŞ dolları əldən çıxmış fayda üzrə borc olmaqla, cəmi 124.828,69 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevra l 2020-ci il tarixli, 2(103)1162/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi X.A.Mərdanova, E.M.Həsənov və F.F.Babayev) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(005)-2466/2019 nömrəli qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin olunması, iddiaçının ipoteka hüququnun Bakı şəhəri, **, 1-ci mərtəbə, 2 otaqlı, 98,0 kv.m.-dən ibarət 200 saylı mənzilə şamil olunması, həmin əmlak üzərində Cavabdeh1 sahiblik hüququna tutmanın yönəldilməsi, bu hüququn qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına İddiaçı ASC-yə cəmi 124.828,69 ABŞ doll arı borc və 30 manat dövlət rüsumunun ödənilməsi, həmin məbləğlər ödənildikdən sonra hüququn satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «*» inşaat şirkəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 21.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə 99.874,51 ABŞ dolları məbləğində əsas borc, 5.224,24 AB Ş dolları məbləğində faiz borcu və 55.294,41 ABŞ dolları məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 10.04.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 14.729,94 ABŞ dolları faiz borcu olmaqla, cəmi 175.123,10 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 30 manat ödənilmiş dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində yerləşən 63 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində yerləşən 63 saylı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesi ndə olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində yerləşən 63 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində yerləşən 63 saylı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, həmin fərdi yaşayış evinin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 21.04.2015-ci il tarixli, 299/15 QDTİB nömrəli kredit xətti müqaviləsinə əsasən Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin «Nəsimi» filia lında illik 19%-lə 21.04.2016-cı il tarixədək 100.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Möhsüm Sənani küçəsində yerləşən 63 saylı fərdi yaşayış evi 21.04.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 21.04.2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. 10.04.2019-cu il tarixinədək Cavabdeh2 21.04.2015-ci il tarixli kredit müqa viləsi üzrə banka 99.874,51 ABŞ dolları məbləğində əsas borc, 5.224,24 ABŞ dolları məbləğində faiz borcu və 55.294,41 ABŞ dolları məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 10.04.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 14.729,94 ABŞ dolları faiz borcu olmaqla, cəmi 175.123,10 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirm əmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəsatəti əsasənda «*» inşaat şirkəti iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin iddiaçının ipoteka hüququnun Bakı şəhəri, **, 1-ci mərtəbə, 2 otaqlı, 98,0 kv.m.-dən ibarət 200 saylı mənzilə şamil edilməsi, həmin əmlak üzərində Cavabdeh1 sahiblik hüququna tutmanın yönəldilməsi, bu hüququn qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satıl ması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına İddiaçı ASC-yə cəmi 12.4828.69 ABŞ dolları borcun ödənilməsi hissəsində və faiz, cərimə borcunun tutulması hissəsində ləğv edilib iddianın həmin hissələrdə təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların vəkili Məhərrəmov Əbdül Azər oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası borcu müəyyən edərkən yalnız iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsaslanmış, cərimə borcunu müəyyən edərkən işin hallarını nəzərə almayaraq cərimə məbləğini həddən artıq yüksək olaraq müəyyən etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin fa ktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs «*» inşaat şirkətinin nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin M ülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Əzizli Nəvazi Vidadi oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ümumi borc məbləğinin müəyyən edilməsi hissəsində və Cavabdeh1 sahiblik hüququna tutmanın yönəldilməsi, bu hüququn qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satılmasına dair hissədə ləğv olunmalı, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalı və qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıdakı müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkə məsi qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında kredit müqaviləsi üzrə faiz borcu 5.224,24 ABŞ dolları təşkil etmişdir. Cavabdehin banka olan faiz borcunun məbləği iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışı əsasında hesablanmış və həmin rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddianın cərimə borcu hissəsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxl anması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya ödənilməli olan cərimə borcunun məbləğinin əsas borca münasibətdə 5.000 ABŞ dolları məbləğində müəyyən edilməsi ağlabatan və ədalətlidir. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunmayan hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab etməmişdir. Bel ə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə görə, ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış 47 nömrəli, 24 yanvar 2017-ci il tarixli müqavilənin 1.1-ci maddəsinə əsasən, “xxxx.” MMC Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, ev 63 yaşayış üçün Mülkiyyətçiyə (Cavabdeh1) məxsus olan mənzilin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı 25 fevral 2016-cı il tarixli qərarına əsasən sökülməsi nəzərdə tutulan və bu sahədə nəzərdə tutulan yeni yaşayış binasının tikintisini həyata keçirmək bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 97,5 kv.m. mənzilin əvəzinə təmirsiz E bloku, 1ci mərtəbə, 2 otaqlı, 98,0 kv.m.-dən ibarət 200 saylı mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqavilənin 1.2- ci maddəsinə əsasən mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün “xxxx” MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi həmin hissədə də təmin olunmalı, iddiaçının ipoteka hüququ Bakı şəhəri, **, 1ci mərtəbə, 2 otaqlı, 98,0 kv.m.-dən ibarət 200 saylı mənzilə şamil olunmalı, həmin əmlak üzərində Cavabdeh1 sahiblik hüququna tutma yönəldilməli, bu hüquq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satılmalıdır. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni tam qanuni və əsaslı hesab etmir. Belə ki, Cavabdeh2 apelyasiya şikayətində ümumi borc məbləğinin düzgün hesablanmamasını, h əmin borc məbləğinin yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışına əsaslanmaqla düzgün müəyyən edilməməsini mübahisələndirmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla əlaqədar tərəflərin hüquq bərabərliyi prinsipinə əsasən yalnız iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsaslanmamaqla, həmin mübahisəyə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməklə düzgün hüquqi qiymət verməli idi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə istinad etməklə iddiaçının ipoteka hüququnun Bakı şəhə ri, Nərimanov rayonu, M.Sənani küçəsi E bloku, 1-ci mərtəbə, 2 otaqlı, 98 kv.m.-dən ibarət 200 saylı mənzilə şamil olunması nəticəsinə gəlsə də, həmin əmlak üzərində Cavabdeh1 sahiblik hüququna tutmanın yönəldilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.Həmin maddədən göründüyü kimi əmlaka sahiblik qanunla qorunan hüquqi vəziyyəti özündə əks etdirir. Ona görə də tutmanın Cavabdeh1 Alı qızının yuxarıda göstərilən mənzilə olan hüququna yönəldilməsi kimi qeyd olunması qanunvericiliyin tələbləri baxımından daha düzgündür. Çünki bu hüquq özlüyündə həm istifadə, həm qeyd olunan mənzilə gözlənilən mülkiyyət hüqu qunu da ehtiva edir. Ali Məhkəmənin Mülki Kollegiyası qeyd olunanlara əsasən həmçinin bu nəticəyə gəlir ki, digər hissələrdə apelyasiya instansiyası məhkəməsi düzgün hüquqi nəticəyə gəlməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöq sanları aradan qaldırmaqla yanaşı göstərilən hissədə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n 27 fevral 2020-ci il tarixli, 2(103)1162/2020 saylı qətnaməsi ümumi borc məbləğinin müəyyən edilməsi hissəsində və Cavabdeh1 sahiblik hüququna tutmanın yönəldilməsi, bu hüququn qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satılmasına dair hissədə ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar