Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4148/2020 06.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: “Bakı XXXləri” X8 İddia tələbi: bağ sahəsində inşa edilmiş qanunsuz tikililərin, darvazanın sökülməsi və cavabdehin həmin sahədən çıxarılması Qarşılıqlı iddia tələbi: bağ sahəsinə dair protokolun etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin ləğv edilməsi Açar sözlər: bağ sahəsindən çıxarma, mülkiyyətə qəsd, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Cavabdehin və onun vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-694/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “XXX” bağçılıq birliyinin xx xxxxxx 1998-ci il tarixli, 01 №-li protokoluna əsasən X6 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində ona ayrılmış 1408 nömrəli bağ sahəsindən (bundan sonra – mübahisəli bağ sahəsi) iki ildən artıq istifadə etmədiyindən Birlikdən xaric edilmiş, bağ sahəsi İddiaçı (bundan sonra – iddiaçı) verilmiş və onun adına xx xxxxxx 1998-ci il tarixli üzvlük kitabçası tərtib e dilmişdir. Mübahisəli bağ sahəsi xx.xx.2018-ci il tarixdə tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin torpaq sahəsinə dair plan və ölçü sənədi verilmişdir. Cavabdeh (bundan sonra – cavabdeh) ilə X3 xx xxxxxx 1979-cu il tarixdə nikaha daxil olmuşlar. Sonuncu xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək Bakı Məişət XXXləri Zavodunda işləmiş, xx.xx.1987-ci ildə vəfat etmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan bağ torpaq sahəsində cavabdehin inşa etdirdiyi tikililərin və darvazının onun hesabına sökülməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və bağ torpaq sahəsindən istifadə etməyinə cavabdeh tərəfin dən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona məxsus olan mübhisəli bağ sahəsini özbaşına zəbt edərək, darvaza qoydurmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan bağ torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək iddiaçıya mübahisəli bağ sahəsinin ayrılması barədə protokolun etibarsız hesab edilməsi, bağ sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın və həmin torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, arvadı X3 “Bakı Məişət XXXləri” zavodunda işlədiyi dövrdə ona “Bakı XXXləri” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Hövsan qəsəbəsində 1408 saylı (keçmiş 325 saylı) bağ sahəsi ayrılmışdır. Mərhum arvadı həmin zavodun bağçılıq yoldaşlıq birliyinə üzv qəbul olunduqdan sonra xx xxxxxx 1986-cı ildə bağçılıq yoldaşlığına 150 rubl ödəmişdir. Bu barədə qəbzin kötüyü də mövcuddur. Bundan sonra “Bakı XXXləri” bağçılıq yoldaşlığı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 1408 saylı (kecmiş 325 saylı) bağ sahəsinin ayrılmasına dair müvafiq qaydada imzalanmış və təsdiq edilmiş plan-sxem verilmişdir. “Bakı XXXləri” zavodunun işçilərinin “Bakı məişət XXXləri” bağçılıq yoldaşlıq birliyinə üzv qəbul edilməsi ilə bağlı siyahı tərtib edilmiş və həmin siyahıda 45-ci sırada zavodda mühəndis işləyən X2 32 5 saylı bağ sahəsinin ayrılması və bağ sahəsinin ayrılmasına görə 229 saylı ödəniş qəbzi ilə ödəniş etdiyi əks olunmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 1408 saylı, yəni keçmis 325 saylı bağ sahəsinə dair ödəniş edildiyi gündən, yəni xx xxxxxx 1986-cı il tarixdən bağ sahəsi onların istifadəsinə verildiyindən, bağ sahəsinin kənarlarına məftildən, 1988-ci ildən isə mişar daşlardan hasar çəkdirmişlər. Bağ sahəsi onlara verildiyi vaxtdan hər hansı bir şəxs tərəfindən, eləcə də “Bakı XXXləri” bağçılıq yoldaşlığının əməkdaşları tərəfindən onlara hər hansı formada verilmiş bağ sahəsinin başqa yerdə yerləşməsi və bağ sahəsinin basqasının istifadəsinə verilməsi ilə bağlı müraciət edilməmişdir. Maddi imkansızlıq səbəbindən onların istifadəsinə verilmiş bağ sahəsini özəlləşdirərək, mülkiyyət hüququnu təsdiq edən çıxarış ala bilməmişlər. Lakin bağ sahəsindən istifadə etmələrinə heç kim maneçilik törətməmişdir. 2018-ci ildə ona məlum olmuşdur ki, həmin bağ sahəsi iddiaçının adına rəsmiləşdirilmiş, onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədi verilmişdir. Bu hadisədən sonra bağ sahəsinə darvaza qoydurmuşdur. Hesab edir ki, həmin bağ torpaq sahəsi onun istifadəsində olduğundan, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mül kiyyətinə verilməsi haqqında Əsasnaməyə əsasən əvəzsiz olaraq onun mülkiyyətinə verilməli idi. “Bakı XXXləri” bağçılıq yoldaşlığının rəhbərliyi qanunsuzluğa yol verərək iddiaçını cəmiyyətə üzv qəbul etmiş və sonradan həmin bağ torpaq sahəsinin onun mülkiyyətinə keçməsinə şərait yaratmışdır. Cavabdeh tələbini təsdiq edən sübut qismində qarşılıqlı iddia ərizəsinə “Bakı XXXləri” bağçılıq yoldaşlığına ayrılmış bağ sahələri sxemində 325 saylı bağ sahəsi üzərində mərhum arvadı X1 adının qeyd olunduğu və həmin şəxs tərəfindən bağçılıq yoldaşlığına xx xxxxxx 1986-cı ildə 150 rubl ödənildiyi barədə sənədlərin surətlərini təqdim etmişdir. “Bakı XXXi” bağçılıq yoldaşlığının sədri X5 birinci instansiya məhkəməsinə ünvanlandığı yazılı izahatda bildirmişdir ki, Cavabdeh adına həmin bağçılıq yoldaşlıqda heç bir torpaq sahəsi verilməmiş, onun mərhum arvadı X3 1986-cı ildə bağçılıq yoldaşlıq siyahısına adını yazdırsa da, sonradan bağçılığa üzvlüyə qəbul olunmamış və heç vaxt ona bağçılıq kitabçası verilməmişdir. Sonuncu 1987-ci ildə vəfat etdikdən sonra onun ailə üzvləri heç vaxt bağçılıq yoldaşlığa üzv kimi qəbul olunmaq barədə müraciət etməmişlər. 1986-cı ildə qeyd olunan şəxsin adına siyahıda qeyd edilən 325 saylı bağ torpaq sahəsi 1998-ci ildə Nadir adlı şəxsin adına qanuni əsaslarla sənədləşdirilmişdir. Hazırda Cavabdeh ümumiyyətlə onlara aid olmayan bağ torpaq sahəsinə iddia edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-3531/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Qasımov) ilkin iddia təmin, qarşıl ıqlı iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-694/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), İ.Xəlilov və X.Cəmilova) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli bağ sahəsi iddiaçının xüsusi mülkiyyətindədir, lakin cavabdeh bağ sahəsini zəbt edib darvaza qoydurmaqla iddiaçının həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarını pozur. İddiaçı öz tələbində haqlıdır. Buna görə də birinci instansiya məhkəməsi ilk iddianı təmin etməklə düzgün nəticəyə gəlmişd ir. Qarşılıqlı iddia ilə bağlı Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh mübahisəli bağ sahəsinə dair hər hansı subyektiv hüququnun olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, cavabdeh özü və ya ailə üzvləri bağçılıq yoldaşlığına üzv qəbul olunmaq barədə müraciət etməmiş, bağ torpaq sahəsinin onun qanuni sahibliyində və istifadəsində olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.5, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək ap elyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və apelyasiya instansiya məhkəmələri maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə işin faktiki hallaına uyğun olmayan məhkəmə aktları qəbul etmişlər. Məhkəmələr ilk iddia tələbinin əsaslandırıldığı hallara istinad etməklə, qarşılıqlı iddia üzrə heç bir araşdırma aparmamış, Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı olan iddiaçının xx.xx.1998-ci il tarixdə 01 saylı protokolla guya “Bakı XXXləri” bağçılıq yoldaşlığına üzv qəbul edilib-edilməməsi barədə xüsusatlara qiymət verməmişdir. Kassasiya şikayətinə eti raz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirdilər və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçı və üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci madd əsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul ed ilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüq uq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və y a ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (157.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Məhkəmə tərəfindən hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə edilmiş göstərişlər yerinə yetirilmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-694/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4148/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4148/2020
06.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver