Məhkəmə qərarları › İş №2(102)-4151/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4151/2021

13.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4151/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4151/21 (Açar sözlər: əmək haqqının ödənilməsi, iddianın cavab verməli olan şəxsə qarşı verilib-verilməməsi) Bakı şəhəri, 13 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı2, cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkil i Vəkil iştirakı ilə, İddiaçı2 cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1470/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 13 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mövcud qanunvericiliyə uyğun olaraq müvafiq vergilər tutulmaq şərti ilə "xxx x" QSC-nin direktoru İddiaçı2 21.600 manat və mühasib İddiaçı1 3.360 manat məbləğində ödənilməmiş əmək haqqlarının qanunvericiliyə müvafiq qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. İddiaçılar sonradan tələblərinin dəqiqləşdirərək, müvafiq vergilər tutulmaq şərti ilə "xxxx" QSC-nin direktoru İddiaçı2 18000 manat və mühasib İddiaçı1 2800 manat məbləğində ödənilməmiş əmək haqqlarının qanunvericiliyə müvafiq qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. Daha sonra iddiaçılar iki dəfə tələblərini dəqiqləşdirirək, sonda müvafiq vergilər tutulmaq şərti ilə "xxxx" QSC-nin direktoru İddiaçı2 20700 manat və mühasib İddiaçı1 3220 manat məbləğində ödənilməmiş əmək haqqlarının qanunvericiliyə müvafiq qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etm işlər.

4. İddiaçı1 məhkəməyə ərizə təqdim edərək, ona münasibətdə iddianın baxılmamış saxlanılmasını xahiş etmiş, məhkəmənin 24 sentyabr 2020-ci il tarixli 2(006)-3344/2020 saylı qərardadı ilə iddia ona münasibətdə baxılmamış saxlanılmışdır.

5. İddia tələbi onunla əsaslandırılıb ki, "xxxx" QSC Cavabdeh1 ASC-nin 100 % iştirak payı ilə olan törəmə müəssisəsi kimi qiymətli kağızlar bazarında fəaliyyət göstərmək məqsədi ilə yaradılmışdır. Şirkətin Nizamnamə kapitalı 230.000 manat təşkil edir. 2017-ci ilin dekabr ayından Şirkətin təsisçisi olan Cavabdeh1 ASC-nin fəaliyyətinə xitam verilmişdir və bankın ləğv edilməsi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna (ADİF) həvalə edilmişdir.

6. Təsisçi Cavabdeh1 ASC-nin ləğv edilməsi törəmə müəssisəsi "xxxx" QSC-nin bağlanması deyil, Şi rkətin özünün VÖEN-i, möhürü, hesablaşma hesabı, büdcəsi və ştat cədvəli mövcuddur. Həmin tarixdən bu günə kimi "xxxx" QSC-nin iki əməkdaşı müəssisədə çalışırlar: direktor – İddiaçı2 (işə götürən Cavabdeh1 ASC tərəfindən imzalanmış Əmək Müqaviləsinə əsasən aylıq əmək haqqı 900 manat), mühasib – İddiaçı1 (aylıq əmək haqqı 140 manat). 7. “Banklar haqqında” Qanuna və "xxxx" QSC-nin Nizamnaməsinə əsasən törəmə müəssisəsinin fəaliyyətinin dayandırılması, ləğv edilməsi, direktorun işə təyin və azad edilməsi təsisçinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə həyata keçirilir və bu hüquqlar Fonda keçdiyindən, Cavabdeh1 ASC bağlanandan sonra iddiaçılar dərhal Əmanətlərin Sığortalanması Fonduna yazılı və şifahi şəkildə şirkətin cari məsələlərini həll etmək barədə müraciətlər etmişlər. 09.02.201 8-ci il tarixli 1 saylı məktubla Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayevdən "xxxx" QSC-nin qanunvericiliklə müvafiq qaydada ləğv edilməsi, müəssisənin investisiyaları, cari hesabındakı qalıq məbləği, vergi orqanları ilə hesablaşma və işçilərə əmək haqqı və işdən çıxma müavinətlərinin ödənilməsi barədə müvafiq qərar qəbul etməsini xahiş etmişlər.

8. Həmin məktub Fondun icraçı direktoru V.Abdullayev, ləğvetmə prosesində olan Cavabdeh1ın müşavirləri Leyla Kərimova və Fərid Abuşov tərəfindən imzalanaraq, heç bir dərkənar olmadan yenidən iddiaçılara ünvanlanıb. Bundan sonra iddiaçılar şirkətə aid yuxarıda göstərilən məsələlərin həll edilməsi üçün dəfələrlə Fondun rəhbərliyinə müraciətlər etmiş, lakin heç bir cavab almamışlar.

9. Dəm ir İnvestisiya Şirkətinin direktoru İddiaçı2 22 may 2019-cu il tarixdə Fondun icraçı direktoru V.Abdullayevin qəbulunda olmuş və ondan şirkətə məxsus BFB səhmlərinin satılması, onların iki əməkdaşının 2017-ci ilin dekabr ayından bu günədək əmək haqqlarının ödənilməsi və şirkətin ləğv edilməsi barədə Fondun mövqeyinin bildirilməsini xahiş etmişdir. Cavab olaraq V.Abdullayev məlumat vermişdir ki, Fond şirkətə məxsus səhmlərin satılması və şirkətin ləğv edilməsi barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib və Palatanın rəyindən sonra bu məsələlər öz həllini tapmalıdır. Ödənilməmiş əmək haqqına gəldikdə, şirkətin cari 51-70203176- 2 saylı hesabına 2018-ci ildə daxil olmuş 154.475 manat, o cümlədən 21.600 manat məbləğində Birjadan daxil olmuş divident hesabına ödənilməsi mümkündü r. Lakin bu sahədə heç bir iş görülmədiyi səbəbindən, iddiaçılar yenidən 03 iyun 2019-cu il tarixdə teleqramla Fondun icraçı direktoru V.Abdullayevə müraciət edərək, əmək haqqının ödənilməsi məsələsini onun şəxsi nəzarətinə götürülməsini xahiş etmişlər. Təəssüflər olsun ki, bu dəfə də heç bir cavab almamışlar.

10. Şirkətin işçilərinin ödənilməmiş əmək haqqlarının alınması üçün köməklik göstərilməsi xahişi ilə iddiaçılar 12.04.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə müraciət etmişlər. Nazirliyin 23 saylı region X2 tərəfindən iddiaçılara ünvanlanmış 25 iyun 2019-cu il tarixli ********** saylı cavab məktubunda göstərilmişdir ki, şirkətə aid sənədlərin Əmək Müfəttişliyinə təqdim edilməsi barədə Fonda məktub göndərilmişdir, lakin sorğuya heç bir cav ab verilməmişdir və iddiaçılara məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

11. İddiaçılar eyni tələblə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişlər Bu zaman Fond **********765 saylı 07.11.2019-cu il tarixli məktubla şirkətə Bakı Apellyasiya Məhkəməsinə müraciət etməyi məqsədəuyğun hesab etmiş və onlar 07.11.2019-cu il tarixdə Nəsimi Rayon Məhkəməsinin hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş edərək, iddia ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişlər. Məhkəmənin 28.11.2019-cu il tarixli qərarı ilə "xxxx"nin iddiası mümkün sayılmamış və əmək haqqının ödənilməsi iddiası ilə yenidən rayon məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. 12. "xxxx" QSC-nin LPO Cavabdeh1 ASC-də olan cari 51-70203176-2 saylı hesabına Cavabdeh1 b ağlanandan sonra, 2018-ci ildə 154.475 manat vəsait daxil olmuşdur: 30.05.2018-ci il tarixdə «Unibank»dan 132.875 manat (125.000 manat alınmış istiqrazların nominal dəyəri və 7.875 manat kupon faizi gəliri); 18.07.2018-ci il tarixdə Bakı Fond Birjasından 21.600 manat (nominal dəyəri 60.000 manat olan səhmlər üzrə) divident. Beləliklə, Cavabdeh1 bağlanandan sonra, 10 % mənbədən vergi tutulmaq şərti ilə, şirkətin uğurlu investisiyası nəticəsində əldə edilən təmiz qazanc 29475 manat təşkil etmişdir.

13. Hazırda şirkətə məxsus BFB-nin 60000 manat nominal dəyəri olan səhmlərinin bazar dəyəri 85-90 min manat qiymətləndirilir. Bu günə şirkətin hesabında 175.933 manat 43 qəpik vəsait vardır. Şirkətin əməkdaşları direktor İddiaçı2 və mühasib İddiaçı1 əmək müqaviləsində və şirkətin Nizamnaməsində gö stərilən bütün əmək funksiyalarını (qiymətli kağızlar bazarında fəaliyyət istisna olmaqla) bu günədək icra edirlər. Belə ki, Cavabdeh1 ASC-nin 1000-dən artıq sayda olan səhmdarlarının səhmlərinin sayı və dividentləri barədə hesablarından çıxarış əldə etmək üçün şirkətə mütəmadi olaraq müraciət edirlər və iddiaçılar bu sualları cavablandırırlar. Hazırda şirkət həm hüquqi, həm də faktiki olaraq fəaliyyətini davam etdirir: dövlət orqanlarına (vergi, sosial müdafiə, statistika, məşğulluq, FATCA) qanunvericilikdə nəzərdə tutulan müddətdə müvafiq bəyannamələr və hesabatlar təqdim olunur. Şirkətin direktoru İddiaçı2 "xxxx" QSC audit komitəsinin sədri qismində çalışır, bu da onu göstərir ki, onların fəaliyyəti legitimdir.

14. Cavabdeh1 ASC bağlanan tarixə 800 nəfərdən artıq əməkdaşı var idi. Onlar ın əksəriyyəti işdən azad olunanda son əmək haqlarını və işdən çıxma müavinətlərini "xxxx"da hesab açmaq vasitəsi ilə almışlar. Bu gün Cavabdeh1ın ləğv etmə prosesini həyata keçirən yerdə qalan əməkdaşlar hər ay öz əmək haqlarını alırlar. İddiaçılar Cavabdeh1ın ştat cədvəlində olmasalar da, lakin 100 % iştirak payı ilə olan törəmə müəssisəsi kimi bankın funksional bir strukturudurlar. Hətta Şirkətin direktorunun əmək müqaviləsi “işəgötürən” kimi “Dəmirbankın” İdarə Heyətinin sədri tərəfindən imzalanıb. 15. "xxxx" QSC-nin direktor İddiaçı2 900 manat aylıq vəzifə maaşı 23 ay ərzində ödənilməyib, bu da 20700 manat təşkil edir.

16. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 4, 6, 9, 12, 172 və 178-ci maddələrinə istinad etmişdir.

17. Cavabdehin nümayəndəsi iddiaya etiraz edib. Eti razın dəlilləri: - iddiaçıların ödənilməmiş əmək haqqı tranşlar şəklində növbəlilik əsasında Əmanətlərin Sığortalanması Fondundan "xxxx" QSC-yə ötürülür; - əmək haqlarının qalan hissəsi də növbəlilik əsasında ödəniləcək;

18. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3344/2020 nömrəli, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 2018-ci ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayınadək (23 ay üçün) olan dövr üçün İddiaçı2 ödənilməli olan 20.700 manat əmək haqqı məbləğinin cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. (hakim Ceyhun Tağızadə)

19. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı2 "xxxx" QSC-nin direktorudur. 07.08.2015-ci il tarixdə qeydiyyata alınmış Nizam naməyə əsasən "xxxx" QSC Cavabdeh1 ASC-nin törəmə müəssisəsidir. Tərəflər arasında bağlanmış əmək müqaviləsi (01 mart 2016-cı il tarixli 4 saylı) işəgötürən Cavabdeh1 ASC ilə işçi İddiaçı2 arasında bağlanmışdır. 09 fevral 2018-ci il tarixli 0391 saylı qəbz məlumatlarında qeyd edilir ki, "xxxx" QSC-nin LPO Cavabdeh1 ASC qarşısında 293.059,70 manat kreditor tələbi qeydə alınmışdır. “Dəmirbank» ASC-də "xxxx" QSC-yə məxsus qorunmayan əmanətin 13.361 manat məbləğində növbəti tranş şirkətin "xxxx" ASC-nin Nərimanov filialındakı manat hesabına 10.02.2020-ci il tarixdə daxil olmuşdur. Bu məbləğ şirkətin əməkdaşlarının 10 ay müddətində (2017-ci ilin dekabr ayından 2018-ci ilin oktyabr ayınadək) əvvəlki illərdə ödənilməmiş əmək haqlarının ödənilməsinə yönəldilmişdir, həmçinin direktor İddiaçı2 7.949 manat 18 qəpik ödənilib. İddiaçı2 vəzifə maaşı 900 manatdır və iddiaçıya hesablanmış 2018-ci ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayınadək (23 ay üçün) ödənilməli əmək haqqı 20.700 manat təşkil edir.

20. Birinci instnasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli («Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair) Qərarına istinadən qeyd edib ki, həmin qərarda əks olunan hüquqi mövqeyə görə, X1 «Əmə k haqqının müdafiəsi haqqında» 95 saylı Konvensiyasının 11-ci maddəsinə görə, müəssisənin iflası və ya məhkəmə qaydasında ləğvi halında işçilər milli qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisənin iflası və ya ləğv olunmasından əvvəlki dövr üçün vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə görə əmək haqqına və ya milli qanunvericiliklə müəyyən olunmuş məbləğdən artıq olmayan məbləğdə əmək haqqına münasibətdə üstün kreditorların vəziyyətində olur. Bu üstün krediti təşkil edən əmək haqqı tələbi adi kreditorların tələbləri təmin edilənədək ödənilməlidir. Digər üstün kreditlərə münasibətdə əmək haqqını təşkil edən üstün kreditin ödənilməsinin növbəliliyi milli qanunvericiliklə müəyyən edilir. Hüquq ədəbiyyatında təminatlı kreditorların (girovsaxlayan kreditorların) tələbləri, ləğvedicin in əmək haqqı və müəssisənin ləğv edilməsinə çəkilən xərclər, işçilərin əmək haqqı tələbləri, həyat və ya sağlamlığa vurulan zərərin ödənilməsi ilə bağlı tələblər üstün (güzəştli) tələblərə aid edilir. Girovla təmin edilmiş kreditorlar ən yüksək təminatlı kreditorlar hesab olunurlar. Göründüyü kimi, Azərbaycan Respublikasının da qoşulduğu «Əmək haqqının müdafiəsi haqqında» 95 saylı Konvensiya üstün kreditorların tələblərinin ödənilməsi növbəliliyinin müəyyən edilməsini milli qanunvericiliyin öhdəsinə vermişdir. Əmək Məcəlləsinin 178.2-ci maddəsində müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda işçilərə həmin ödənclərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsi müəyyən edilmişdir. Müflis elan olunmuş bank lisenziyasının ləğvi ilə əlaqədar ləğv edilmiş bankla mü qayisədə öz öhdəliklərini tam yerinə yetirmək, bütün kreditorların tələblərini ödəmək iqtidarında olmur. Bu zaman əmək haqqı tələb edən işçilər də kreditorlardan birinə çevrilir. Ona görə «Banklar haqqında» Qanunun 82-ci maddəsində müflis elan olunmuş banka qarşı tələblərin xüsusi ödəniş növbəliliyi nəzərdə tutulmuşdur. «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, «Banklar haqqında» Qanunun 82-ci maddəsində lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklardan fərqli olaraq, müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının 4-cü növbədə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir və «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 10.3cü maddəsinə uyğundur.

21. Birinci instansiya məhkəməsi vuröulayıb ki, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə, müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməsinin nəzərdə tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir. İşin faktiki hallarına əsasən İddiaçı2 2018-ci ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayınadək (23 ay üçün) əmək haqqını almamışdır, aylıq vəzifə maaşı 900 manat olan iddiaçıya həmin dövr üçün ödənilməli əmək haqqı məbləği 20.700 manat təşkil edir, iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir.

22. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

24. Apellyasiya şikayətinin dəlilləri: - qeyd olunan əməkdaşların əmək haqlarının verilməsi mərhələli şəkildə həyata keçiriləcəkdir. Belə ki, sözügedən əmək haqqı məbləği “Banklar haqqında” Qanunun 82.1 8-ci maddəsinə əsasən təminatsız kreditor tələbi kimi qeydə alınmışdır; - 10.02.20 20-ci il tarixdə qeyd olunan qorunmayan əmanətin ilk tranşı- 13361 manat məbləği şirkətin əməkdaşlarının 10 aylıq əmək haqlarının ödənilməsi məqsədi ilə şirkətin “Kapitalbank" manat hesabına köçürülmüşdür.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1470/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3344/2020 saylı iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Vahid Sadıqov)

26. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nətiə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, işçilər milli qanunvericiliklə müəyyən olunmuş qaydada müəss isənin iflası və ya ləğv olunmasından əvvəlki dövr üçün vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə görə əmək haqqına və ya milli qanunvericiliklə müəyyən olunmuş məbləğdən artıq olmayan məbləğdə əmək haqqına münasibətdə üstün kreditorların vəziyyətində olur. Bu üstün krediti təşkil edən əmək haqqı tələbi adi kreditorların tələbləri təmin edilənədək ödənilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri: - Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13.06.2017-ci il tarixli qərarında qeyd olunur ki, “Banklar haqqında” Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi banka qarşı kreditor tələbləri ilə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatın xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Həmin qərarda həmçinin qeyd olunur ki, müflis elan olunmuş bank lisenziyasının ləğv ilə əlaqədar ləğv edilmiş bankla müqayisədə öz öhdəliklərini tam yerinə yetirmək, bütün kreditorların tələblərinə ödəmək iq tidarında olmur. Bu zaman əmək haqqı tələb edən işçilər də kreditorlardan birinə çevirilir; - “Banklar haqqında” Qanunun 82-ci maddəsində müflis elan olunmuş banka qarşı tələblərin xüsusi ödəniş növbəliyi nəzərdə tutulmuşdur və qeyd olunan əməkdaşların əmək haqqlarının verilməsi mərhələli şəkildə həyata keçiriləcəkdir. Belə ki, sözügedən əmək haqqı məbləği Banklar haqqında Qanunun 82.1.8-ci maddəsinə əsasən təminatsız kreditor tələbi kimi qeydə alınmışdır. 10.02.2020-ci il tarixdə qeyd olunan qorunmayan əmanətin ilk tranşı-13361 manat məbləği şirkətin əməkdaşlarının 10 aylıq əmək haqlarının ödənilməsi məqsədi ilə şirkətin “Kapitalbank" manat hesabına köçürülmüşdür. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı

29. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c ) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.

31. İddiaçı İddiaçı2 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 178. 2-ci hissə. Müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli ola n digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

33. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi tələb edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normala rının düzgün hesab etmir.

35. İddia tələbi iddiaçının "xxxx" QSC-nin direktoru kimi ödənilməyən əmək haqqının ödənilməsi barədədir və cavabdeh qismində LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qoyulub.

36. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, "xxxx" QSC hüquqi şəxsdir, həmin QSC-nin təsisçisi Cavabdeh1 ASC-dir, iddiaçı da həmin QSCnin direktorudur.

37. Mülki Məcəllənin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik dir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

38. Mülki Məcəllənin 46-cı maddəsinə görə hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.

39. Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinə görə müəssisə – mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxsdir.

40. Əmək Məcəlləsinin 154-cü maddəsnin 1-ci hissəinə görə əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 41. "xxxx" QSC-nin Nizamnaməsinin 8.1-ci bəndinə görə Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icra orqanı olan Müdiriyyət tərəfindən həyata keçirilir, Müdiriyyət direktordan və onun müavinindən ibarətdir.

42. Qeyd edilən qanunvericilik normalarının, QSC-nin Nizamnaməsinin təhlili və işin müəyyən edilmiş halları göstərir ki, iddiaçının direktoru olduğu müəssisə, yəni "xxxx" QSC hüquqi şəxsdir, həmin QSC işə götürəndir, işçiyə əmək haqqının ödənilməsi də işəgötürənin vəzifəsidir.

43. İşdən görünür ki, iddiaçı əmək haqqı ödənilməsi barədə iddia tələbini direktoru olduğu QSC-nin təsisçisi olan bankın ləğvedicisinə qarşı versə də, məhkəmələr iddianın təsisçiyə qarşı verilməsinin mümkünlüy ünü qeyd edilən qanunvericilik normaları kontekstində qiymətləndirməyib, əvvəlki dövrlər üçün (təsisçi bankın ləğvetmə prosesindən əvvəl) iddiaçıya əmək haqqının hansı hüquqi şəxs tərəfindən ödənilməsini, ümumiyyətlə, "xxxx" QSC-nin işçilərinin, o cümlədən direktorunun əmək haqqının hansı formada və hansı mənbədən ödənilməsini araşdırmayıblar. Halbuki qeyd edilən halların araşdırılması məhz iddianın kimə qarşı verilməli olmasını müəyyən etmək üçün mühüm əhəmiyyət daşımışdır.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları a radan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1470/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar