Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4154/2023 10.10.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İlk iddia üzrə İddiaçı və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İlk iddia üzrə İddiaçı və vəkili Nümayəndə Gəndə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2918/2022 nömrəli, 15 avqust 2023-cü il tarixli qərardadından kassasiya şikayəti vermişlər. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. MPM-in 405.0.2-ci ma ddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Hazırki işdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən qərardad 15 avqust 2023-cü il tarixdə qəbul edilmiş, 15 avqust 2023-cü il tarixdə ilk iddia üzrə İddiaçı ünvanlanmış, 23 avqust 2023-cü il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etdirilməklə İddiaçı təqdim edilmiş, İddiaçı və vəkili Nümayəndə tərəfindən isə kassasiya şikayəti isə 6 sentyabr 2023-cü il tarixdə, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət ötürülməklə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilərək imzalanmış, həmçinin buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət veri lməmişdir. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 404-1 və 408.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə tərkibi qərara aldı: Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2918/2022 nömrəli, 15 avqust 2023-cü il ta rixli qərardadından ilk iddia üzrə İddiaçı və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-4154/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-4154/2023
10.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver