Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4159/2022 28.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin iddiaçı X1 cavabdehlər Salyan rayonu Qaraçala bələdiyyəsinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərardaddan şikayətlərə baxılması qaydası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, Salyan Rayon Məhkəməsinin 2(0 57)-1025/2020 nömrəli iş üzrə 18 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: X2 (bundan sonra - iddiaçı) Salyan rayonu Qaraçala Bələdiyyəsinə (bundan sonra – birinci cavabdeh və ya Bələdiyyə) və Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) qarşı Bələdiyyənin az yararlı torpaq sahəsindən ikinci cavabdehə 200 kv.m. torpaq sahəsinin ayrılması barədə xx.xx.2005-ci il tarixli, 04 saylı qərarın ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi icraata qəbul edildikdən sonra ikinci cavabdeh yazılı vəsatət verərək, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkə məsi) 2(057)-1025/2020 nömrəli iş üzrə 18 may 2022-ci il tarixli qərardadı ilə (hakim M.Qasımov) iş üzrə icraata xitam verilmiş və iddiaçıya hazırkı tələblə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardaddan iddiaçı şikayət vermiş, birinci instansiya məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in mübahisələrin məhkəmə aidiyyəti anlayışını müəyyən edən 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alın maqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir Göründüyü kimi mülki prosessual qanunvericilikdə məhkəmə aidiyyəti dedikdə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti başa düşülür. Bu baxımdan MPM-in 403-1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində də məhz mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinə dair mübahisələrə baxılır. İddianın tam və ya qismən mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması məhkəmə aidiyyəti barədə mübahisə olmamaqla, iş üzrə icraata xitam verilməsi üçün əsasdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati və ya cinayə t məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) nəzərdə tutulmamışdır. Bu səbəbdən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPMin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ba xılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, birinci instansiyası məhkəməsi öz qərardadında məhkəmə aidiyyəti barədə məsələyə deyil, iş üzrə icraata xitam verilməsi əsaslarının olub-olmaması barədə məsələyə qiymət verməklə prosessual baxımdan düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardaddan iddiaçının verdiyi şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə deyil, MPM-in 32.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinə göndərməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də, iddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş birinci instansiyası məhkəməsinə göndərilməlidi r. Qeyd olunanlara əsasən və MPM-nin 403-1 və 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Salyan Rayon Məhkəməsinin 2(057)-1025/2022 saylı iş üzrə 18 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və iş həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-4159/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-4159/2022
28.06.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver