Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4160/2020 09.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Məhərrəmov Əbdül Azər oğlunun, cavabdeh A1nun, vəkili Bədəlov Emil Nizami oğlunun iştirakları ilə, cavabdeh A1nun və vəkili Bədəlov Emil Nizami oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli, 2(103)13345/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhər i Yasamal Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(004)3835/2019 nömrəli qətnaməsi ilə (hakim R.B.Cavadzadə) İddiaçı cavabdeh A1na qarşı borc tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli, 2(103)-13345/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 avqust 2019-cu il tarixli qətnamənin qismən, yəni əsas borca aid hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddianın həmin hissədə qismən təmin edilməsi, əsas borcun ödənilməsi məqsədilə 17.950 (on yeddi min doqquz yüz əlli) manat məbləğində pulun cavabdeh A1dan tutularaq İddiaçı ödənilməsi, əsas borc ilə bağlı iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh ilə onun arasında alqı-satqıdan əmələ gələn əsas borcun ödənilməsi məqsədilə 19.437 manat, maddi ziyanın əvəzi olaraq 10.000 manat, mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tikinti materiallarının alqı-satqısı ilə məşğul olur. İddiaçının tanışı olan və tikinti işlərini həyata keçirən cavabdeh iddiaçıya məxs us olan və Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən “Tikinti materiallarının satışı mağazası”na 2014-cü ildən başlayaraq 2015-ci ilin oktyabr ayına kimi vaxtaşırı gələrək iddiaçıdan cəmi dəyəri 19.437 manat təşkil edən tikinti materiallarını dəyərini hissə-hissə ödəmək şərti ilə almışdır. Həmin əşyalar iddiaçı tərəfindən tərtib edilmiş qaimələr əsasında cavabdehə verilmişdir. Aralarında etibarlı və işgüzar münasibətlərin olmasına baxmayaraq cavabdeh həmin pulu iddiaçıya ödəməmişdir, baxmayaraq ki, iddiaçı dəfələrlə cavabdehə müraciət edərək borcun ödənilməsini tələb etmişdir. Cavabdehin borcu ödəmək istəmədiyini gördükdə, iddiaçı 2016-cı ildə şikayət ərizəsi ilə Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir. Polis İdarəsi tərəfindən cinayət işi başlanılıb, iş üzrə bir müdd ət istintaq aparılsa da, son nəticədə istintaq orqanı iş üzrə qəbul etdiyi 01.02.2019-cu il tarixli qərarla iş üzrə icraata xitam vermişdir ki, toplanmış materiallar cinayət deyil mülki xarakter daşıyır. Bu səbəbdən də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh A1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh A1 və vəkili Bəd əlov Emil Nizami oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçı tərəfindən təqdim edilmiş qaimələrə obyektiv və hərtərəfli baxmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh A1 və vəkili Bədəlov Emil Nizami oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Məhərrəmov Əbdül Azər oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh A1nun, vəkili Bədəlov Emil Nizami oğlunun, İddiaçı vəkili Məhərrəmov Əbdül Azər oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh A1nun kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə iddianın təmin olunması hissəsində ləğv olunmalı, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı və qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmalıd ır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlama lıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıdakı müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” sözügedən qərardan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı öz ifadəsində bildirmişdir ki, A1 ondan götürdüyü, lakin dəyərini ödəmədiyi tikinti materiallarına görə ona 17.950 manat borcu qalmışdır. Bundan başqa, A1 2014-cü ilin mart ayında ondan 1.487 manat borc alaraq həmin pulu da qaytarmamışdır. X1 olan borcu 19.437 manat təşkil edir. Həmin qərardan həmçinin görünür ki, təqsirləndirilən şəxs qismində dindirilmiş A1 öz ifadəsində göstərmişdir ki, o, İddiaçı ilə 2013-cü ilin yanvar ayında tanış olmuşdur. Belə ki, həmin ərəfədə o, Nərimano v rayonu ərazisində yerləşən “Şərq Bazarı” adlanan bazarın yanındakı “Qorqud Otel” və “Atlas Klinikasında” təmir işləri ilə məşğul olarkən həmin ərazinin yaxınlığında yerləşən və İddiaçı işlətdiyi tikinti materialları satışı mağazasından təmir işlərində istifadə olunan lazımi materiallar götürərək pulunu nağd ödəmişdir. Bir neçə dəfə isə nisyə materiallar götürmüş, lakin sonradan həmin tikinti materiallarının da pulunu ödəmişdir. Onun İddiaçı heç bir borcu yoxdur. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı istintaq orqanına verdiyi ifadələrdən müəyyən edilir ki, cavabdeh A1ın ondan dəyərinin sonradan ödəmək şərti ilə aldığı tikinti materiallarının ümumi dəyəri 19.437 manat deyil, 17.950 manatdır, qalan 1.487 manat isə borc olaraq verilmiş puldur. Cavabdeh A1ın istintaq orqanına verdiyi ifadəl ərindən müəyyən edilir ki, o, onun tərəfindən İddiaçı dəyərinin sonradan ödəmək şərti ilə tikinti materiallarının alınmasını təsdiqləyir; o həmin materialların dəyərinin 17.950 manat olmasına etiraz etmir; onun tərəfindən iddiaçıdan hər hansı bir məbləğdə borca pulun alınmasını təsdiq etmir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi gəlmiş olduğu nəticəni aşağıdakı kimi əsaslandırmışdır: 1.1. İddiaçı cavabdeh A1ın ondan dəyərinin sonradan ödəmək şərti ilə tikinti materiallarının alınması halını, habelə həmin materialların ümumi dəyərinin 17.950 manat olması halını sübut etmək yükündən azaddır. Çünki bu hallar cavabdeh A1 tərəfindən təsdiq edilmişdir; 1.2. İddiaçı cavabdeh A1a 1.487 manat borc verməsi və bu borcun qaytarılmaması hallarını sübut etmək yükündən azad deyil. Çünki bu c avabdeh A1 borcun aldığını təsdiq etmir; 1.3. İddiaçı ona 10.000 manat məbləğində maddi və 5.000 manat məbləğində mənəvi zərərin dəyməsini sübut etmək yükündən azad deyil; 2.1. cavabdeh A1 onun tərəfindən İddiaçı dəyərinin sonradan ödəmək şərti ilə aldığı 17.950 manat tikinti materiallarının dəyərinin onun tərəfindən iddiaçıya ödənilməsi halını sübut etmək yükündən azad deyil. Çünki İddiaçı bu halı təsdiq etmir; 2.2. cavabdeh A1 onun tərəfindən İddiaçı ümumiyyətlə, o cümlədən 1.487 manat məbləğində borcun alınmaması halını sübut etmək yükündən azaddır. Çünki, İddiaçı bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir; 2.3. cavabdeh A1 onun tərəfindən İddiaçı İddiaçı 10.000 manat məbləğində maddi və 5.000 manat məbləğində mənəvi zərərin vurulmadığı halını sübut etmək yükündə n azaddır. Çünki, bu hallar sübuta yetmir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi hissəsində gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. İddiaçı iddia ərizəsində təmir-tikinti materiallarının cavabdeh tərəfindən qaimə vasitəsi ilə götürüldüyünü qeyd etsə də, iş materiallarına əlavə edilmiş həmin qaimələrdə cavabdehin imzası olmadığından, yalnız iddiaçı tərəfindən tərtib olunan həmin qaimələr borcun mövcudluğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, cavabdehin bir neçə dəfə nisyə materiallar götürməklə, sonradan aldığı tikinti materiallarının pulunu ödəməsinə dair izahat verməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinin tələbləri baxımından iddianın təmin edilməsi üçün əsas ola bilm əz. Belə ki, həmin maddəyə əsasən “Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir”. Yəni tərəflər arasında rəsmi borc sənədi tərtib olunmadığından cavabdehin işgüzar münasibətlərə uyğun izahatı borcun mövcudluğu kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatl arı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh A1nun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli, 2(103)-13345/2019 saylı qətnaməsi iddianın təmin olunması hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamənin digər hissəsi dəyişdirilm
Məhkəmə qərarları › İş №2(102)-4160/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4160/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver