Məhkəmə qərarları › İş №2(102)-4161/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4161/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4161/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4161/21 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi, ekspert rəyləri) Bakı şəhəri, 20 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC- nin ləğvedicisi Sığortalanması Fondunun vəkili Əzizov Rauf Nəriman oğlunun iştirakı ilə, Əmanətlərin İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2825/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 kassasiya şikayətinə 20 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 sentyabr 201 4-cü il tarixli, 373 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 24 faizlə 30000 manat məbləğində kredit verilib.

2. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 Ticarət Mərkəzində yerləşən, Cavabdeh1 xüsusi mülkiyyətində olan 3-cü zona, sıra 13, korpus 2, 30 m2-dən ibarət olan 61 saylı ticarət obyekti ipoteka ilə yüklü edilib.

3. Kredit müqaviləsinin təminatı kimi həmçinin Cavabdeh2 firması ilə zaminlik müqaviləsi bağlanıb. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasına qarşı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 20747 manat əsas borcun, müqavilə müddətinin sonuna olan 200 manat faiz borcunun, 14683,43 manat cərim ə borcunun, Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 2756,16 manat borcun, cəmi 38386,59 manat borcun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsini, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus olan və Cavabdeh2 ticarət mərkəzində yerləşən 3-cü zona, sıra 13, korpus 2, 30 kv. metrdən ibarət olan 61 saylı ticarət obyektinə yönəldilməsi, həmin ticarət obyektinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qa ydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.

6. Cavabdehin borcu 29 aprel 2019-cu ilə hesablanıb.

7. Birinci instansiya məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli məhkəməqiymətləndirmə ekspertizası təyin edilmişdir. 8. "xxxx" MMC-nin 28 noyabr 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh1 məxsus Cavabdeh2 Ticarət mərkəzində yerləşən 3-cü zona, sıra 13, korpus 2,30 m2-dən ibarət olan 61 saylı ticarət obyekti 51000 manat təşkil edir.

9. Cavabdeh1 hər hansı dəlil bildirmədən iddianı qəbul etməmişdir.

10. Qarad ağ Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(002)-119/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 20747 manat əsas borc, 200 manat müddət sonuna olan faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 21147,00 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iş üzrə 300 manat qiymətləndirmə haqqının 150 manatının iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə, 150 manatının Cavabdeh1 aid edilməsi, həmin məbləğin onlardan tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. (hakim Kamran Əsədov)

11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşıs ında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Həmçinin 23.01.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Firması kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür.

12. Borclu Cavabdeh1 qarşı hissədə iddianı qismən əsaslı sayan birinci instansiya məhkəməsi əsas və faiz borclarını maliyyə arayışına əsasən iddia tələbi həddində təmin etmiş, dəbbə pulunu isə azaltmışdır. Məhkəmə hesab etmişdir ki, dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Digər tərəfdən iddiaçı kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğin cavabdehlərdən tutulmasına dair iddia tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etməmiş və belə bir halı məhkəmədə sübut edə bilməmişdir. Buna görə də 200 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Həm də əsas borcun tutulması ilə yanaşı, 200 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir.

13. Birinci instansiya məhkəməsi Cavabdeh2 Firmasına qarşı iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, zaminliyə xitam verilmişdir. Çünki zaminlik müqaviləsinə əsasən kreditin verilmə müddəti nəzərə alındıqda, zaminlik müqaviləsinin müddəti bitmişdir. Ötən müddət ərzində isə kreditor zaminə qarşı iddia irəli sürməmiş, bu səbəbdən, zaminliyə xitam verilmişdir. Tərəflər arasında bağlanmış 02.09.2014-cü il tarixli, 373 saylı kredit müqaviləsində kreditin 24 ay müddətinə verilməsi göstərilsə də, zaminlik müqaviləsində həmin müqavilənin borc alanın kreditor qarşısında öz öhdəliklərini tam həcmdə icra edənədək qüvvədə olması göstərilmişdir.

14. Həmçinin, birinci instansiya məhkəməsi daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsinin dövlət qeydiyyatına alınmamasını müəyyən edərək, ipoteka predmetinə tutma yönəldilməsinə dair hissədə də iddianı təmin etməmişdir.

15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.2, 309.1, 385.1, 386.1, 442, 445, 448.1, 477.0.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verib, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edi lməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri: - cərimə məbləğini tənasübsüz şəkildə azaldılması əsassız olub; - 5 faiz məbləğinin tutulması, tələbin zaminə aid hissəsində və ipoteka predmetinə tutma yönəldilməsi hissələrində təmin edilməməsi düz olmayıb.

18. Cavabdeh1 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçı tərəfindən kredit müqaviləsinin ləğv edilməsi tələb edilmədən, kredit müqaviləsi ləğv edilmədən borc məbləğin tutulması düz deyil; - əsas, faiz və cərimə borclarının məbləğləri şişirdilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2825/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təm in edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-119/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qətnaməsi “200 manat cərimə borcunun Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı olan cərimə borcunun məbləği 1500 (min beş yüz) manat müəyyən edilmiş, qətnamə “cəmi 21147,00 manatın Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsində dəyişdirililmiş, Cavabdeh1 02.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə ümumilikdə tutulmalı borcun 22447 (iyirmi iki min dörd yüz qırx yeddi) manat məbləğində müəyyən ləşdirilməsi, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Rəşad Həsənov)

20. Apellyasiya instansiyası məhkəməsi iddiaçı bankın apellyasiya şikayətinin cərimə borcuna aid hissədə dəlillərinə qiymət verərək qeyd edib ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Hazırki işin halları baxımından 20747 manat əsas borca münasibətdə 14683,43 manat cərimə məbləğinin mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, məhkəmə bu tənasübsüzlüyün nisbətini müəyyənləşdirdiyi zaman səhvə yol vermişdir. Buna görə də cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 1500 (min beş yüz) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

21. Apellyasiya instansiyası gecikdirilmiş günlər üçün 5 faiz məbləğinin tutulması hissəsində iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edib. Bunu da onunla əsaslandırıb ki, məhkəmənin 22.07.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Mübahisəli kredit müqaviləsinin müddəti isə 02.09.2016-cı il tarixdə bitmişdir. İddiaçı ASC ləğv prosesində olmaqla mülki hüquq qabliyyətli hüquqi şəxs kimi çıxış etmir.

22. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin zaminə yönəlmiş tələbin rədd edilməli olduğu mövqeyi ilə razılaşaraq, onu da vurğulayıb ki, zaminliyə müd dətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.

23. İddiaçı bankın iddia tələbinin ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməməsi ilə bağlı apellyasiya şikayətini də əsassız sayan apellyasiya məhkəməsi qeyd edib ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə həmin daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilməmişdir.

24. Eyni zamanda apellyasiya instansiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini də əsasız sayıb göstərib ki, əvvəla, cavabdeh borc məbləğlərinin düzgün hesablanmaması ilə bağlı arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməyib. Həmçinin kredit müqaviləsinin icra müddəti bitdiyindən məhkəmə tərəfindən onun ləğv edilməsinə ehtiyac olmayib. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh Cavabdeh1 ( vəkil Vəkil) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, bankın müəyyən etdiyi siyahı üzrə həyata keçirilmiş ödənişlər düzgün hesablanmamış, o cümlədən əsas borcla yanaşı faiz borcu da olduqca şişdirilmiş, dəbbə pulu da artıq tutulmuşdur. Ona görə də əsas borcun hesablanması faiz borcuna da təsir etmişdir. Bununla da apellyasiya instansiyası qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili XXX kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.

29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qət namə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellya siya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, şikayətin dəlilləri iddianın təmin edilmiş hissəsinin ləğvinə yönəlib. Buna görə də məhkəmə kollegiyası kollegiya qətnaməni iddianını təmin edilən hissəsində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəs ində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

34. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsində işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

35. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.

36. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.

37. Borc məbləğinin yüksək hesablanması barədə dəlillərə apellyas iya məhkəməsi qiymət verərək qeyd edib ki, cavabdeh borc məbləğlərinin düzgün hesablanmaması ilə bağlı dəlillərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməyib.

38. Cərimə məbləğinin apellyasiya məhkəməsi tərəfindən yüksək müəyyən edilməsi dəlilinə gəldikdə, qətnamədən görünür ki, apellyasiya məhkəməsi bu hissədə öz mövqeyini işin halları və qanunvericilik normaları baxımından qiymətləndirib. Məhkəmə kollegiyası hazırki qərarın 20-ci bəndində həmin hissə ilə bağlı apellyasiya məhkəməsinin əks edilən qiymətləndirməsini düzgün sayır və buna görə də hər hansı əlavə şərhə zərurət görmür.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2825/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar