Məhkəmə qərarları › İş №2(102)-4165/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4165/2021

26.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4165/2021 26.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: iddia tələbinin qanuni əsası, daşınar əşyaların alqı-satqısı, öhdəliklərin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-695/2021 nömrəli iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “VAZ-21074” minik markalı, 1999-cu il buraxılışlı, **-NA-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi (bundan sonra – mübahisəli avtomobil) mülkiyyət hüququ ilə 30.12.2011ci il tarixdə daşınar əşyaların rəsmi reyestrində İddiaçı (bundan sonra – iddiaçı) adına qeydə alınmışdır. İddiaçı 30.12.2011-ci il tarixdə Cavabdeh (bundan sonra - cavabdeh) mübahisəli avtomobilə dair etibarnamə və daşınar əmlak üçün ümumi etibarnamə vermiş, iddiaçının müraciəti əsasında 26.02.2013-cü il tarixdə həmin etibarnamələr ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli avtomobilin və ya onun dəyərinin cavabdehdən alınıb ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, sözügedən nəqliyyat vasitəsini cavabdehə idarə etmək üçün baş etibarnamə əsasında vermişdir. Belə ki, cavabdeh məcburi köçkün olduğu üçün öz adına avtomobil ala bilməmiş və ondan xahiş etmişdir ki, gedib onun adına avtomobil alsınlar. Həmin avtomobil alındıqda, təxminən 7600 manat pul verilmiş, qalan pulu isə bank ödəmişdir. Belə ki, cavabdeh avtomobili banka girov qoyaraq pul götürmüş, müəyyən müddət ödənişlər etmiş, lakin sonradan ödəniş etmədiyi üçün bank ondan qalan 3828.77 manat borc pulu tələb etmişdir. Bu səbəbdən də onun əmlakının üzərinə həbs qoyulmuşdur. O, cavabdehdən ya bankın pulunu, ya da avtomobili ona qaytarmasını tələb etsə də, cavabdeh həmin avtomobili ona verməyərək, avtomobili başqa bir şəxsə satdığını bildirmişdir. Hazırda bu səbəbdən cavabdeh avtomobili ona qaytarmaqdan imtina edir. Cavabdeh ona bildirir ki, avtomobilin harada olmasını bilmir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, avtomobili tapmaq mümkün olmadığından, banka olan borcun bir hissəsi cavabdeh tərəfindən ödənildiyindən, cavabdehdən onun avtomobil üçün bankdan aldığı kredit borcunun qalıq hissəsi olan 3828.77 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmiş dir ki, avtomobili 2012-ci ildə banka girov qoyaraq borc pul götürmüş, həmin pulla avtomobili iddiaçının adına almış, avtomobili etibarnamə ilə idarə etmiş, banka 4-5 ay ödəniş etdikdən sonra maddi imkanı zəif olduğundan ödəniş edə bilməmiş, avtomobili 1800 manata alverçiyə satmış, sonuncu da avtomobili başqa bir şəxsə satmışdır. Bu söz-söhbətlər yarandıqdan sonra Nizami Rayon Polis İdarəsinə müraciət etmişlər və avtomobilin son dəfə Beyləqan rayonunda radara düşdüyünü bilmişlər. Aralarında alqı-satqı müqaviləsi olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında göstərmişdir ki, kredit götürüləndə 7500 manatın 2000 manatını da oğlu (cavabdeh) ödəmişdir. Oğlu həmin avtomobilin pulunu banka 6 ay ödədikdən sonra, avtomobili başqa şəxsə satmışdır. Hazırda həmin şəx sin harada yaşamasını və avtomobilin harada olmasını bilmir. Avtomobili elə XXXin özü ilə birgə çox axtarmışlar, lakin tapa bilməmişlər. Məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Zəngilan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(034)-156/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən mübahisəli avtomobilin dəyərinin qalıq hissəsi olan 3828.77 manat borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh avtomobili iddiaçının adına təxminən 7600 manata almışdır, avtomobilin alınması üçün bankdan kredit götürmüşlər, kredit iddiaçının adına sənədləşdirilmişdir. Kredit alanda 7600 manatın 2000 manatı cavabdeh tərəfindən ban ka ödənilmişdir. Bundan sonra cavabdeh müəyyən müddət ödənişlər etmiş, lakin sonradan ödəniş etmədiyi üçün bank kredit məbləğinin qalıq hissəsi olan 3828.77 manat borcu iddiaçıdan tələb etmişdir. Bu səbəbdən də, iddiaçının əmlakının üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmasına baxmayaraq avtomobilin tapılması mümkün olmadığından iddiaçı avtomobil üçün bankdan alınmış kreditin ödənilməmiş 3828.77 manat hissəsinin cavabdehdən tutulmasını xahiş edir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, avtomobilin dəyərinın qalıq hissəsi olan 3828.77 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.8, 157.2, 362.1, 365.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-695/2021 nömrəli iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəli lləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassator şikayətində qeyd etmişdir ki, avtomobil son olaraq Beyləqan rayon sakini Əlizamin adlı şəxsə satılmış və hazırda onun istifadəsindədir. Sonuncu ona bildirmişdir ki, iddiaçıya avtomobilə görə 1000 ABŞ dolları vermişdir, iddiaçı həmin pulu qaytardığı təqdirdə avtomobili iddiaçıya qaytarar. Məhkəmə avtomobilin 5 nəfərə satıldığını nəzərə almamış, işin hallarını araşdırmamışdır. Əlizamin adlı şəxsin işə cavabdeh kimi cəlb olunması barədə tərəfindən şifahi vəsatət verilsə də, məhkəmə iddiaçının izahatı ilə kifayətl ənərək məhkəmə baxışını yekunlaşdırmışdır. Bundan başqa, avtomobilə görə qalıq borcun hansı qaydada müəyyən edilməsinə və həmin borcun iddiaçı tərəfindən tam olaraq ödənilib-ödənilməməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Kassasiya şikayətinə görə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 8, 14, 47.2, 76, 77, 85, 88, 97, 101, 102-ci, Mülki Məcəllənin 6, 14, 21, 152, 362-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən, MPM-in 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülk iyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə r azılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Maddə

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qayda sında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (maddə 217.3). Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (maddə 220.4). Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... (maddə 385.1.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci ma ddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Baxılan iş üzrə mübahisəli avtomobilə mülkiyyət hüququnun 30.12.2011-ci il tarixdən iddiaçıya məxsus olduğu, iddiaçının həmin tarixdə cavabdehə qeyd olunan avtomobilə dair etibarnamə və daşınar əmlak üçün ümumi etibarnamə verdiyi və 26.02.2013-cü il tarixdə həmin etibarnamələri ləğv etdiyi işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda işə baxan məhkəmələr tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən etmişlər ki, iddiaçı və cavabdeh avtomobilin iddiaçının adına, lakin cavabdeh üçün alınması barədə şifahi razılığa gəlmiş, avtomobil bank qarşısında ipoteka ilə yüklü edilərək, iddiaçının adına bankdan kredit götürülmüşdür. Cavabdeh şifahi razılaşmaya əsasən kredit müqaviləsi üzrə ödənişləri (iddiaçının bank qarşısında öhdəliklərini) bir müddət yerinə yetirdikdən sonra ödəniş etməyi dayandırmışdır. Hazırkı iş üzrə iddiaçı bankın kredit müqaviləsi üzrə qalıq borcuna görə ondan 3828,77 manat pul tələb etdiyinə istinad edərək, həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. İşə baxmış məhkəmələr Mülki Məcəllənin 152 və 157-ci maddələrinə istinadla iddianı təmin etmişlər. Halbuki məhkəmələrin iddia tələbinin qanuni əsası kimi istinad etdikləri Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə əsasən bu cür tələblər üzrə iddiaçı cavabdehdən tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu və həmin əmlakın cavabdehin qanunsuz sahibliyində olduğunu sübut etməlidir. Lakin baxılan iş üzrə məhkəmələr tərəfindən iddiaçının cavabdehə hər hansı məbləğdə pul verdiyi müəyyən edilməmişdir. Əksinə, iddiaçının tələb etdiyi pul məbləği onunla bank arasında bağlanmış kredit müqaviləsi üzrə məhz onun özünün bankdan götürdüyü borcun q alığı və Mülki Məcəllənin 739-cü maddəsinə əsasən bank qarşısında yaranmış pul öhdəliyidir. İddiaçının bankdan götürdüyü pul hesabına mübahisəli avtomobili əldə etdiyi və avtomobilin hal-hazırda iddiaçının mülkiyyətində olduğu da hazırkı işin mübahisə olunmayan hallarındandır. Mövcud vəziyyətdə iddiaçının onunla bank arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış pul öhdəliyinin icrasını cavabdehdən tələb etməsinin qanuni əsası yoxdur. Qeyd olunmalıdır ki, Mülki Məcəllə öhdəliyin verilməsi institutunu nəzərdə tutsa da, bunun üçün zəruri şərtlər irəli sürür. Məcəllənin 522-ci maddəsində müəyyən edilən həmin şərtlərə əsasən borclu ilə üçüncü şəxs arasında öhdəliyin verilməsi barədə razılaşma yalnız kreditorun icazəsi ilə etibarlı olur. Nəzərə alınmalıdır ki, baxılan iş üzrə iddiaçı ilkin tələbində mübahisəli avtomobilin və ya onun dəyərinin cavabdehdən alınıb ona qaytarılmasını xahiş etsə də, sonradan tələbini dəyişmiş və hazırkı iddianı irəli sürmüşdür. Eyni zamanda iddiaçı baxılan iş üzrə mülkiyyətində olan avtomobilin pisləşməsi və ya məhv olması nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı da hər hansı tələb irəli sürməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 646-648-ci maddələri daşınmaz əmlakların alqı-satqısına dair xüsusi tələblər müəyyən etmiş və rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyalara, o cümlədən avtomobillərə də daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlərin müvafiq surətdə tətbiq edilməsi barədə qayda nəzərdə tutmuşdur (maddə 650). Həmin qaydaya müvafiq olaraq reyestrdə qeydə alınmalı daşınar əşyalarla bağlı mülk i hüquq subyektlərinin Mülki Məcəllənin 646-648-ci maddələrinə uyğun olmayan şifahi razılaşmaları özü-özlüyündə həmin razılaşmada tərəflərin nəzərdə tutduqları hüquqi nəticələri doğura bilməz. Buna baxmayaraq birinci instansiya məhkəməsi istinad olunan maddi hüquq normalarının tələblərini pozmaqla iddianı təmin etmiş və apellyasiya instansiyası məhkəməsi MPM-in 385.1.1-ci maddəsinə zidd olaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normaları nın tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-695/2021 nömrəli iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar