Məhkəmə qərarları › İş №2(102)-4171/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4171/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4171/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 2(105)-162/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 13 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 18.04.2013-cü il tarixli 02M000001470 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh2 iddiaçı ilə bağladığı 18.04.2013-cü il tarixli 02M000001470 saylı ipoteka müqaviləsi (X rayonu 1 saylı notariat kontorunun notariusu Hümmətov R.K. tərəfindən təsdiq edilib) əsasında X rayonu X şəhəri X küçəsində yerləşən istifadədə olan 0,0078 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2 kv.m yaşayış sahəsi, 25 kv.m yardımçı sahəsi, 49,2 kv.m ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilədə ipoteka predmetinin qiyməti 27464 (iyirmi yeddi min dörd yüz altmış dörd) manat müəyyən edilmişdir. Həmin əmlakın Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 17.1 0.2012-ci i tarixli zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 19.04.2013-cü il tarixli 02R000026990 saylı kredit razılaşması əsasında 36 ay - müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanılmış 19.03.2015-ci il tarixli sazişə və 14.09.2015-ci il tarixli sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin 7668,55 ABŞ dolları qalığını hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq 19.08.2019-cu il tarixədək banka ödəməyi öz öhdəsinə götürmüşdür. Sonuncu razılaşma üzrə ödəniş planı zamin Cavabdeh1 ilə razılaşdırılmış və imzası ilə təsdiq edilmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh2 AccessBank» QSC ilə bağladığı 23.05.2014-cü il tarixli 02R000032935 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11000 (on bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanılmış 14.09.2015ci il tarixli sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin 8054,31 ABŞ dolları qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq 23.08.2019-dək banka ödəməyi öz öhdəsinə götürmüşdür Sonuncu razılaşma üzrə ödəniş planı zamin Cavabdeh1 ilə razılaşdırılmış və imzası ilə təsdiq edilmişdir. Bund an əlavə kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 13.01.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq 27.04.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və cavabdeh-ipoteka verən Cavabdeh2 tərəfindən 28.04.2016-cı il tarixdə qəbul olunmuşdur. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə 03.05.2016-cı il tarixdə Elektron Xidm ətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC məhkəməyə müraciət etməklə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 02R000026990 saylı kredit razılaşması üzrə 7284,03 ABŞ dolları məbləğində kredit borcu, 721,56 ABŞ dolları məbləğində faiz borcu və 878,52 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 8884 (səkkiz min səkkiz yüz səksən dörd) ABŞ dolları 11 (on bir) sent məbləğində borcun, 02R000032935 saylı kredit razılaşması üzrə 7629,82 ABŞ dolları məbləğində kredit borcu, 752,81 ABŞ dolları məbləğində faiz borcu və 875,12 ABŞ dolları məbləğində cərimə olmaqla; cəmi 9257 (doqquz min iki yüz əlli yeddi) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində borcun, 002R********** saylı kredit razılaşması üzrə 3322,17 manat məbləğində kredit borcu, 251,84 manat məbləğində faiz borcu və 310,93 manat məbləğində cərimə olmaqla, cəmi 3884 (üç min səkkiz yüz səksən dörd) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin X rayonu X şəhəri X küçəsində yerləşən Cavabdeh2 mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 kv.m ümumi s ahədən ibarət 86 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması və 02R000026990 saylı kredit razılaşması üzrə cəmi 8884 (səkkiz min səkkiz yüz səksən dörd) ABŞ dolları 11 (on bir) sent məbləğində borcun, 02R000032935 saylı kredit razılaşması üzrə cəmi 9257 (doqquz min iki yüz əlli yeddi) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində borcun, 002R********** saylı kredit razılaşması üzrə cəmi 3884 (üç min səkkiz yüz səksən dörd) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsai t hesabına İddiaçı QSC-nə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənılməsınə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması; X rayonu X şəhəri X küçəsində yerləşən Cavabdeh2 mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 m2 ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsinə, onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəsatəti əsasında təyin edilmiş Azərbaycan Respublikası “X1” MMC-nin 17.10.2016-cı il tarixli, 59/LBC saylı rəyindən görünür ki, Cavabd eh2 mülkiyyətində olan X rayonu, X şəhəri, Z.Tağıyev küçəsində yerləşən 86 saylı fərdi yaşayış evinin hazırki dövrə orta bazar qiyməti 73707 (yetmiş üç min yeddi yüz yeddi) manat qiymətləndirilmişdir. İddiaçının vəsatəti əsasında təyin edilmiş "xxxx" İctimai Birliyi MMC-nin 24.07.2019-cu il tarixli, 38/07-19/-05-S saylı rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan X rayonu, X şəhəri, Z.Tağıyev küçəsində yerləşən 86 saylı fərdi yaşayış evinin hazırki dövrə orta bazar qiyməti 42000 (qırx iki min) manat qiymətləndirilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh2 13.01.2015-c il tarixli 002R********** saylı kredit razılaşması üzrə əsas borcu 3322,17 manat, 251,84 manat, 310,93 manat olmaqla cəmi 3884,94 manat təşkil edir. Maliyyə arayışından görünür ki, Cavabdeh2 19.04.2013-cü il tari xli 02R000026990 saylı kredit razılaşması üzrə əsas borcu 7284,03 ABŞ dolları, 721,56 ABŞ dolları, 878,52 ABŞ dolları olmaqla cəmi 8884,11 ABŞ dolları təşkil edir. Maliyyə arayışından görünür ki, Cavabdeh2 23.05.2014-cü il tarixli 02R000032935 saylı kredit razılaşması üzrə əsas borcu 7629,82 ABŞ dolları, 752,81 ABŞ dolları, 875,12 ABŞ dolları olmaqla cəmi 9257,75 ABŞ dolları təşkil edir. X Rayon Məhkəməsinin (hakim S.M.Quliyeva) 2(012)-3744/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 02R000026990 saylı kredit razılaşması üzrə 7284,03 ABŞ dolları məbləğində kredit borcu, 721,56 ABŞ dolları məbləğində faiz borcu və 878,52 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 8884 (səkkiz min səkkiz yüz səksən dörd) ABŞ dolları 11 (on bir) sent məbləğində borcun, OİR000032935 saylı kredit razılaşması üzrə 7629,82 ABŞ dolları məbləğində kredit borcu, 752,81 ABŞ dolları məbləğində faiz borcu və 875,12 ABŞ dolları məbləğində cərimə olmaqla çəmi 9257 (doqquz min iki yüz əlli yeddi) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, 002R********** saylı kredit razılaşması üzrə 3322,17 manat məbləğində kredit borcunun, 251.84 manat məbləğində faiz borcunun və 310,93 manat məbləğində cərimə olmaqla, cəmi 3884 (üç min səkkiz yüz səksən dörd) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti nə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin X rayonu X şəhəri X küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 1 mərtəbəli, 1 otaqlı, 24,2m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 m 2. ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması və 02R000026990 saylı kredit razılaşması üzrə cəmi 8884 (səkkiz min səkkiz yüz səksən dörd) ABŞ dolları 11 (on bir) sent məbləğində borcun 02R000032935 saylı kredit razılaşması üzrə cəmi 9257 (doqquz min iki yüz əlli yeddi) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində borcun, 002R********** saylı kredit razılaşması üzrə cəmi 3884 (üç min səkkiz yüz səksən dörd) manat 94 (doxsan dörd) qəpik məb ləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 42000 manat məbləğində müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə n əzərdə tutulan müddətdə ödəməli olduğuna əməl etməmiş və nəticədə onun banka 13.01.2015-c il tarixli 002R********** saylı kredit razılaşması üzrə əsas borcu 3322,17 manat, 251,84 manat, 310,93 manat olmaqla cəmi 3884,94 manat, 19.04.2013-cü il tarixli 02R000026990 saylı kredit razılaşması üzrə əsas borcu 7284,03 ABŞ dolları, 721,56 ABŞ dolları, 878,52 ABŞ dolları olmaqla cəmi 8884,11 ABŞ dolları, 23.05.2014-cü il tarixli 02R000032935, saylı kredit razılaşması üzrə əsas borcu 7629,82 ABŞ dolları, 752,81 ABŞ dolları, 875,12 ABŞ dolları olmaqla cəmi 9257,75 ABŞ dolları kredit borcu hazıra kimi ödənilməmişdir. Digər Cavabdeh1 Nurəddın oğlu ilə bağlanmış 02S000018220 saylı 17 oktyabr 2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən iş üzrə əsas borclu və Cavabdeh2 öhdəliklərinin icrasını təmin e tmək məqsədilə bağlanmışdır. İddiaçı tələbində qeyd etmişdir ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Lakin məhkəmə araşdırması zamanı və iş materiallarından müəyyən edilmişdir ki, 17 oktyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə 19 aprel 2013-cü il tarixli kredit razılaşması əsasında 20.000 (iyirmi min) ABŞ dolları, 23 may 2014-cü il tarixli kredit razılaş ması üzrə isə 11.000 (on bir min) ABŞ dolları məbləğində, 13 yanvar 2015-ci il tarixli kredit razılaşması üzrə 5.000 (beş min) manat olmaqla Cavabdeh2 ayrılmış, bununla da 17 oktyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə kredit razılaşmasının 1.1-ci və 1.4-cü bəndlərində göstərilən məbləği aşdığından və Cavabdeh1 həmin digər razılaşmalarda razılığı olmadığından məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsassız olmaqla təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1, 470.1, 472, 477-ci maddələrinə əsaslanaraq, iddiaçının nümayəndəsinin izahatını di nləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi yalnız əsas borclu Cavabdeh2 münasibətdə əsaslı olmaqla, digər Cavabdeh1 münasibətdə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 443.1, 448.1, 465.2, 295, 296, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1, 34.1.2-ci maddəsinə istinad edərək məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcu və borcun ipoteka predmetinə yönəldilməsini tələb etmək hüquq vardır. Qətnamədən narazı qalan İddiaçı QSC apelyasiya şikayəti verərək X Rayon Məhkəməsinin 2(012)-3744/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsinin qismən-bankın iddia tələbinin təmin edilməyən, yəni Cavabdeh1 aid, həmçinin Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi hissələrində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsi ilə zaminliyə xitam verilməsi əsasları qeyd edilmişdir. Həmin maddənin 1-ci bəndinə əsasən “zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə aşağıdakı hallarda xitam verilir." Qe yd olunan maddənin tələbindən göründüyü kimi, zaminliklə təmin edilmiş öhdəliyə dəyişiklik edildikdə zaminin razılığı tələb olunur. Həmin razılıqlar iş materiallarına əlavə edilmiş sənədlərdə mövcud olmasına baxmayaraq, məhkəmə həmin maddi sübutları nəzərə almamış və bununla da zaminə münasibətdə iddia tələbini təmin etməməklə yanlış nəticəyə gəlmişdir. Həmçinin, X Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının tələbi "cavabdehin ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və "xxxx" QSC-yə təhvil verilməsi" hissəsində də təmin edilməmişdir. Məhkəmə həmin hissədə tələbin təmin edilməməsini onunla əsaslandırmışdır ki, "...cavabdehin istifadə hüququnun itirilməsi və çıxarılması mülkiyyətçiyə xas hüquq olduğundan təmin edilməməlidir.” Mə hkəmənin hazırkı əsaslandırması ilə razılaşmayaraq hesab edir ki, məhkəmə tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmişdir. Belə ki, "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən "İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun." İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X rayonu X şəhəri X küçəsində yerləşən Cavabdeh2 mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 m2 ümumi sahədən ibarət 86 saylı fərdi y aşayış evi Cavabdeh2 kredit öhdəliyinin icrasını təmin etmək məqsədi ilə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə tərəfindən mülki hüquq normasının tələbi nəzərə alınmamış və bununla da iddiaçının iddia tələbini həmin hissədə təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Lətifə Məmmədova - sədrlik edən, məruzəçi, Telman Quliyev və Gülnarə Tağızadə) 09 fevral 2021-ci il tarixli, 2(105)-162/2021 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, X Rayon Məhkəməsinin 2(012)-3744/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsi qismən, Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilmiş, Cavabdeh2 mülkiyyətində olan X rayonu X şəhəri X küçəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24,2 kv.m yaşayış sahəsi, 25 kv.m yardımçı sahəsi, 49,2 kv.m. ümumi sahədən ibarət 86 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinə əsasən qətnaməni qismən – tələbin Cavabdeh1 münasibətdə və Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsinin təmin edilməmə si hissələrində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməsini xahiş etdiyindən kollegiya qətnaməni yalnız mübahisələndirilən həmin hissədə yoxlamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini zamin Cavabdeh1 münasibətdə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası «İpoteka haqqında» Qanunun 33, 59.3-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi hissəsində iddianı təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hall arını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.02.2021-ci il tarixli 2(105)-162/2021 saylı qətnaməsinin qismən bankın iddia tələbinin təmin edilməyən, yəni Cavabdeh1 aid hissədə ləğv edilməsi və Cavabdeh1 aid hissədə də təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(105)-162/2021 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərin in və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətlərinin dəlilləri İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarı "vərəsələrinin kreditorlar qarşısında məsuliyyətindən bəhs edir. Məhkəmə tərəfindən həmin qərara istinad edilməsi aydın deyil. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən zaminliklə təmin edilmiş öhdəliyə dəyişiklik edildikdə zaminin razılığı tələb olunur. Həmin razılıqlar iş materiallarına əlavə edilmiş sənədlərdə mövcud olmasına baxmayaraq, Məhkəmə həmin maddi sübutları nəzərə almamış və bununla da zaminə münasibətdə iddia tələbini təmin etməməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına ə lavə edilmiş kredit sənədlərindən göründüyü kimi, 19.04.2013-cü il tarixli 02R000026990 saylı kredit razılaşması üzrə Cavabdeh2 36 ay müddətinə, aylıq 2% faiz dərəcəsi ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit razılaşmasına 14.09.2015-ci il tarixli 02R000026990SA saylı sazişlə dəyişiklik edilmiş və yeni ödəniş planı tərtib edilmişdir. Həmin ödəniş planında əsas və faiz borcu, borcun qaytarılma müddəti müəyyən edilmiş və digər cavabdeh (zamin) Cavabdeh1 da həmin ödəniş planı imzalayaraq razılığını bildirmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş kredit sənədlərindən göründüyü kimi, 23.05.2014-cü il tarixli 02R000032935 saylı kredit razılaşması üzrə Cavabdeh2 36 ay müddətinə, aylıq 2% faiz dərəcəsi ilə 11000 (on bir min) ABŞ dolları məbləğind ə kredit verilmişdir. Həmin kredit razılaşmasına 14.09.2015-ci İl tarixli 02R000032935SA saylı sazişlə dəyişiklik edilmiş və yeni ödəniş planı tərtib edilmişdir. Həmin ödəniş planında əsas və faiz borcu müəyyən edilmiş və digər cavabdeh (zamin) Cavabdeh1 da həmin ödəniş planı imzalayaraq razılığını bildirmişdir. Sonuncu 13.01.2015-ci il tarixli 002R********** kredit razılaşması üzrə Cavabdeh2 30 ay müddətinə, aylıq 1.8333% faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit xətti çərçivəsində olmuşdur. Cavabdeh2 kassasiya şikayətində qeyd etmişdir ki, borclarını maddi çətinlikdən ödəyə bilmir, ipoteka predmeti onun yeganə evidir və əlindən alınarsa, yaşamağa yeri olmayacaqdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı onun bankdan götürdüyü kreditlərə də şamil edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tam və hərtərəfli araşdırma aparılmayaraq maddi və hüquq normaları düzgün tətbiq edilməmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər proses iştirakçıları məhkəmə iclasına gəlmədiklərindən və bunun sə bəbləri barədə məhkəməyə heç bir məlumat verilmədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilmə yibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzi ndə tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yonəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yonəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs i: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uy ğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, cavabdeh tələbin təmin edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin rədd edilən hissədə yoxlamışdır. İddiaçı kassasiya şikayətində iddia tələbinin zaminə münasibətdə rədd edilən hissəsini, cavabdeh isə iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsi tərəfindən araşdırma tam aparılmamı ş və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi zaminə qarşı iddianı rədd edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarına istinad etmişdir. Halbuki həmin qərar borclunun ölümü halında onun vərəsələrinin və zaminin borclunun öhdəliklərinə görə məsuliyyətinin həddinin müəyyən edilməsi barədədir və hazırki mübahisəyə aidiyyəti yoxdur. Həmçinin apellyasiya məhkəməsi 17 oktyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə 19 aprel 2013-cü il tarixli kredit razılaşması əsasında 20000 (iyirmi min) ABŞ dolları, 23 may 2014-cü il tarixli kredit razılaşması üzrə isə 11.000 (on bir min) ABŞ doll arı məbləğində, 13 yanvar 2015-ci il tarixli kredit razılaşması üzrə 5000 (beş min) manat olmaqla Cavabdeh2 ayılmış kredit məbləğinin 17 oktyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə kredit razılaşmasının 1.1-ci və 1.4-cü bəndlərində göstərilən məbləği aşdığını və bu zaman Cavabdeh1 həmin digər razılaşmalarda razılığı olmadığını göstərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən ona münasibətdə iddianı rədd etmişdir. Lakin işdə olan 19 aprel 2013-cü il tarixli kredit razılaşması əsasında 20000 (iyirmi min) ABŞ dolları, 23 may 2014-cü il tarixli kredit razılaşması üzrə isə 11.000 (on bir min) ABŞ dolları məbləğində verilmiş kreditlərə dair sonuncu razılaşmalar üzrə ödəniş planı zamin Cavabdeh1 ilə razılaşdırılmış və imzası ilə təsdiq edilmişdir.(i. v. 13,19) Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 355 və 357-ci maddələrinin tələbləri nəzərə alınmaqla, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli qərarlarındakı hüquqi mövqelərinə uyğun təhlil edilməklə, zaminə qarşı hissədə iddia yenidən araşdırılmalı və gəlinən nəticələr əsaslandırılmalıdır. Cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsi üzrə araşdırma apararaq məhkəmə kollegiyası hesab edir ki qətnamə qismən, Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, evin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, «İpoteka haqqında» Qanunda ipoteka qoyulmuş yaşayış sahəsinə tutma yönəldilən zaman həmin yaşayış sahəs indən ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin istifadə hüquqlarının itirilməsi, həmçinin həmin yaşayış sahəsinin boşaldılaraq ipoteka saxlayana təhvil verilməsi nəzərdə tutulmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsindən şəxslərin istifadə hüquqlarının itirilməsini və yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb etmək hüququ həmin əmlakın mülkiyyətçisinə məxsusdur. Hazırki halda isə ipoteka predmetinin açıq hərracda kim tərəfindən alınacağı əvvəlcədən bəlli deyil. Həmin məsələ qətnamə qanuni qüvvəyə mindikdən və ipoteka predmeti satıldıqdan sonra mübahisə doğurduğu halda müstəqil iddia predmeti ola bilər. «İpoteka haqqında» Qanun 59.3-cü maddəsinə əsasən iddianın bu hissəsi yalnız ipoteka qoyulmuş yaşayış evin ə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə, onların evdən çıxarılması məzmununda təmin edilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 tutulan kredit borcunun məbləği, tutmanın ipotekaya yönəldilməsi, ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəslərində isə hər hansı maddi və prossesual hüquq normalarının pozuntusu aşkar edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-162/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi qismən Cavabdeh1 aid hissədə iddianın rədd edilməsi və Cavabdeh2 ipoteka predmetinə istif adə hüququnun itirilməsi, evin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi hissəsində ləğv edilməli və iş həmin hissələrdə yeni apelyasiya baxışına qaytarılmalı, qətnamə digər mübahisələndirlən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, qeyd edilən hissə üzrə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayəti və ona etirazın dəlillərinə müfəssəl qiymət verilməli, gəli nən nəticələr qətnamədə əsaslandırılmalı, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-162/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi qismən, Cavabdeh1 aid hissədə iddianın rədd edilməsi və Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, evin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi hissəsində ləğv edilsin və iş həmin hissələrdə yeni apelyasiya baxışına qaytarılsın. Qətnamə digər mübahisələndirlən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar