Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4171/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər "xxxx" X7 Səhmdar Cəmiyyəti və Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi) iş üzrə QƏRARİ Açar sözlər: hərracın etibarsız hesab edilməsi, hərrac barədə maraqlı şəxslərə məlumat verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xəlilov İsmayıl Kamil oğlundan tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1853/2022 nömrəli, 18 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli 2(007)151/2018 nömrəli qətnaməsi ilə İddiaçı (bundan sonra – iddiaçı) və X2 müştərək qaydada bir kredit müqaviləsi üzrə 49.605,96 ABŞ dolları, digər kredit müqaviləsi üzrə isə 12.599,76 manat pulun "xxxx" X7 Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94B nömrəli evin 17 nömrəli mənzilinə (bundan sonra – ipoteka predmeti və ya mənzil) yönəldilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir.
2. Nizami Rayon İcra və Probasiya Şöbəsinin (bundan sonra – İcra şöbəsi) sifarişinə əsasən, Cavabdeh (bundan sonra –Hərrac mərkəzi və ya cavabdeh) ipoteka predmetini ilkin satış qiyməti 120.000 manatla açıq hərraca çıxarmış, təkrar hərracda qiymət 15% azaldılaraq 102.000 manat müəyyən edilmiş, sonradan 25% aşağı qiymətlə (76.500 manat) 01 iyul 2019-cu il tarixdə Bank tərəfindən əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) Hərrac mərkəzinə qarşı iddia ərizə si ilə məhkəməyə müraciət edərək, ipoteka predmetinin 01 iyul 2019-cu il tarixdə hərracdan satılması ilə əlaqədar “hərracın yekunları barədə 01 iyul 2019-cu il tarixli 46 nömrəli protokol”un və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01 iyul 2019-cu il tarixli müqavilə”nin etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Bank və İcra şöbəsi cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hərracların (ilkin, təkrar) keçirilməsi barədə iddiaçıya nə Hərrac mərkəzi, nə də İcra şöbəsindən hər hansı bir yazılı və şifahi məlumat verilməmişdir. Hərracın keçirilməsi və əmlakın satılmasından iddiaçı İcra şöbəsinin 23 sentyabr 2019-cu il tarixli 17/71-5A 4495 nömrəli icra t ədbirinin görüləcəyi barədə məktubunu aldıqdan sonra xəbər tutmuş və dərhal Şöbəyə müraciət etmişdir. İcra şöbəsi tərəfindən iddiaçıya hərracın yekunları barədə 01 iyul 2019-cu il tarixli, 46 nömrəli protokolun surəti təqdim edilmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, iddiaçıya hərracın keçirilməsinin vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar haqqında bildiriş göndərilməmiş və hər hansı bir formada təqdim edilməmişdir. Bununla da iddiaçının qanunvericiliklə müəyyən olunmuş hərracda iştirak etmək hüququ pozulmuşdur.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbayca n Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 415.2, 415.4, 416.1 və 416.2-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz olaraq bildirmişdir ki, hərracın və təkrar hərracın keçirilmə vaxtı və yeri barədə 14 iyun 2018-ci, 25 iyul 2018-ci və 04 iyun 2019-cu il tarixlərdə bildirişlər poçt vasitəsilə iddiaçıya qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan ünvan üzrə göndərilmişdir. Həmçinin, 15 iyun 2018-ci il, 25 iyul 2018-ci il və 04 iyun 2019-cu il tarixli “Kaspi” qəzetində keçirilən hərraclarla bağlı elanlar yerləşdirilmişdir. Hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəmə sinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-4535/2019 nömrəli, 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia təmin edilməmişdir.
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, İcra şöbəsinin cavabdehə, Banka, iddiaçıya, X5, X1 və X3 ünvanladığı 04 iyun 2018-ci il tarixli məktubda ipoteka predmeti olan mənzilinin hərrac vasitəsi ilə satışının təşkil edilməsi xahiş edilmiş, “Kaspi” qəzetinin 15-20 iyun 2018-ci il tarixli buraxılışında ipoteka predmeti olan mənzilin 120000 manat qiymətinə 16 iyul 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə elan dərc olunmuşdur.
10. Mənzilin 120.000 manat qiymətinə 16 iyul 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə idd iaçıya məlumat verilmiş, müvafiq bildiriş ona göndərilmiş və poçt məntəqəsinin “bu ünvanda yaşamır” qeydi ilə bildiriş geri qaytarılmışdır.
11. İpoteka predmeti olan mənzilin 15% aşağı, yəni 102.000 manat qiymətə 24 avqust 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında təkrar satışa çıxarılması barədə məlumat verilmiş, müvafiq bildiriş iddiaçıya göndərilmiş və poçt məntəqəsinin 26 iyul 2018-ci il tarixli “bu ünvanda yaşamır” qeydi ilə bildiriş geri qaytarılmışdır. “Kaspi” qəzetinin 25 iyul 2018-ci il tarixli buraxılışında isə cavabdehin məhkəmə qərarları əsasında ilkin hərracda satılmayan və 15% aşağı salınaraq 24 avqust 2018-ci il tarixdə saat 11:00da növbəti hərraca çıxarılan və satışı baş tutmayan borclulara məxsus daşınar və daşınmaz əmlakların siyahısında ipoteka predmeti də qeyd edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildiriş ona göndərilmiş və bunu təsdiq edən müvafiq poçt göndərişi mövcuddur. Eyni zamanda, qeyd edilən mənzillə bağlı hərracların təşkili və keçirilməsi barədə müvafiq elanlar qəzetdə dərc edilmişdir. Nəticədə həmin hərracların keçirilməsi barədə iddiaçıya məlumat verilmiş, bununla da Hərrac mərkəzi tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdır.
13. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 415.1, 415.2, “İpoteka haqqında” Qanunun 42.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci i craat
14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank ipoteka predmetini təkrar hərracın keçirilməsindən təxminən 1 il sonra əldə etmişdir. Məhkəmə tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin iddiaçıya və qeyrilərinə çatmaması məsələsi araşdırılmamışdır. Məhkəmə bu məsələyə aydınlıq gətirməli olduğu halda bunu etməmişdir. Bu da o deməkdir ki, hərrac müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmişdir, hərrac barədə elan dərc edilən “Kaspi” qəzeti mətbuat köşklərində daimi satılan qəzet də deyil ki, iddiaçı hərrac barədə qəzetdən məlumat almış olsun.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103 )-1828/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(005)4535/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşmayaraq qeyd etmişdir ki, Hərrac mərkəzi tərəfindən mübahisəli hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Hərrac mərkəzi tərəfindən hərracın keçirilməsinə dair bildirişlər iddiaçıya çatdırılmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə hərrac təşkilatı hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bild iriş göndərməlidir. Yəni bildiriş çatdırılarkən ünvan sahibinin çatdırılmanı təsdiq edən müvafiq sənədi imzalaması tələb olunur.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericilik bildirişin tərəflərə verilməsi vəzifəsini hərrac təşkilatının üzərinə birbaşa qoyduğu üçün hərrac təşkilatı tərəfindən bu prosessual qaydaya əməl edilməməsi hərracın keçirilmə qaydalarının pozulması deməkdir. Hərracın keçirilməsinin qaydaları ona hesablanmışdır ki, mülkiyyətçi ona məxsus olan mənzilin hərraca çıxarılması ilə bağlı məlumatları əldə edə bilsin və qanunda nəzərdə tutulan hüquqlarından istifadə edə bilsin. Belə ki, mülkiyyətçi özü hərracda iştirak edə bilər, başqa şəxsləri cəlb edə bilər.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə əsasən ipoteka sax layan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməlidir. Lakin təkrar hərracın 24 avqust 2018-ci il tarixdə keçirilməsinə baxmayaraq Bank mənzili qanunvericilikdə nəzərdə tutulmuş müddətdə əldə etməmişdir. Bu səbəbdən də ipoteka predmetinə xitam verilməli olmasına baxmayaq, xitam verilmədiyi üçün hazırkı iş üzrə hərracın nəticələri etibarsız sayılmalıdır.
20. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 416.1, 416.2, “İpoteka haqqında” Qanunun 41.1, 42.1, 43.1.1, 43.7, 43.8 və 44-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onun la əsaslandırmışdır ki hərrac qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilmişdir. Hərracın keçirilməsi barədə bildirişlər borclunun (iddiaçının) icra vərəqində qeyd edilən ünvanına göndərmişdir.
23. Bank kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayətində hərracın keçirilməsi barədə borclunun (iddiaçının) ünvanına bildirişlər göndərilməsinə, hərrac barədə qəzetdə elan verilməsinə istinad edilmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1668/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi qətna məsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etməmişdir.
27. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən hərrac barədə bildirişlərin borcluya çatdırlmamsına istinad etmiş, başqa tərəfdən də bildirişin “bu ünvanda yaşamır” səbəbindən geri qaytarılmasını qeyd etməklə ziddiyyətli mövqe göstərmişdir. Çünki bildirişin “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtması, hərracın keçirilməsi barədə bildirişin borcluya göndərilməməsi halını təkzib edir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bundan əlavə, iddiaçı nə iddia ərizəsində, nə də apelyasiya şikayəti ndə ipoteka predmeti olan mənzildə yaşamadığını göstərməmişdir. Belə olan halda həmin ünvana göndərilmiş bildirişlərin hansı səbəbdən geri qayıtması halı müəyyən edilməli idi. Lakin qeyd edilən bildirişlərin “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmasının səbəbləri, iddiaçının ipoteka predmeti olan evdə yaşayıb-yaşamaması hallarına aydınlıq gətirilməmişdir. Halbuki məhz qeyd edilən halların müəyyən edilməsi iddiaçının tələbinin qanuni həlli baxımından zəruri olmuşdur.
29. Həmçinin iddiaçı iddia ərizəsində hərracın qanunsuzluğu ilə bağlı faktiki əsas kimi ilkin olaraq yalnız hərrac barədə ona məlumat verilməməsinə istinad etsə də, sonradan apellyasiya şikayətində daha bir faktiki əsas kimi ipoteka predmetinin təkrar hərracın keçirilməsindən bir il sonra əldə edilməsini də pozuntu kimi göst ərmişdir. Halbuki İcra şöbəsinin mənzilin açıq hərracda satışının dayandırılması barədə 07 avqust 2018-ci il tarixli, satışın yenidən təşkil edilməsi ilə bağlı 08 may 2019-cu il tarixli məktublar var. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının, ümumiyyətlə, apellyasiya instansiyasında yeni faktiki əsasa istinad etməsinin mümkünlüyü məsələsini müzakirə etmədən, yeni faktiki əsas üzrə hər hansı araşdırma aparmadan, həmin məktublar əsasında mənzilin açıq hərracda satışının hansı səbəbdən dayanmasını araşdırmadan iddia tələbini həm də ipoteka predmetinin təkrar hərracın keçirilməsindən bir il sonra əldə edilməsi əsası ilə təmin etmişdir. Buna görə də apellyasiya məhkəməsi tərəfindən apellyasiya baxışında yeni faktiki əsasa istinad edilməsinin qanunvericiliyin tələbləri baxımından mümk ünlüyü məsələsinə qiymət verilmədən və bundan sonra mənzilin açıq hərracda satışının dayanma səbəbləri araşdırılmadan, ipoteka predmetinin təkrar hərracın keçirilməsindən bir il sonra əldə edilməsi nəticəsinə gəlinməsi və əlavə olaraq həmin əsasla da iddianın təmin edilməsi düzgün sayıla bilməz.
30. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 416.1, 416.2, “İpoteka haqqında” Qanunun 41.1, 42.1, 43.1.1, 43.7, 43.8, 44, MPM-in 14.2, 77.1, 372.3, 407.2, 416.1, 417.1.1, 418.1, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-6496/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və Ş.A.Məmmədova) idd iaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və kassasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən əsaslara dair təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, i poteka predmeti olan evdə yaşayışın olması bildirişlərin hansı səbəbdən geri qayıtması əsaslarının müzakirəsini istisna edir.
34. Məhkəmə öz mövqeyini “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 62-67, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1, 53.2, 61, 62; Mülki Məcəllənin 139-158, 269, 294, 415, 416, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39, 41-46, 48, MPM-in 14.2, 15, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 390,420-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
35. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
36. Kass asiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyri-qanunidir, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.
37. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-6718/2019 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər – İ.R.Xələfov (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov və Z.Ə.Əliyev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
38. Məhkəmə kollegiyası qeyd etmişdi ki, apellyasiya instansiyası məhkəməsi hərracın yekunlarının etibarsız sayılması barədə iddianın rədd edilməsinə dair birinci instan siya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən qətnamənin maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun çıxarılmasını əsas göstərməklə MPM-in 217.1, 217.3, 218.1 və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 2.4-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, qətnamə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə uyğun olaraq əsaslandırılmamış, o cümlədən apellyasiya şikayətinin dəlilləri yoxlanılmamış, onlara müvafiq hüquqi qiymət verilməmiş, iddianın əsassız olmasını təsdiq edən sübutlara istinad olunmamış və qətnamənin əsaslandırıcı hissəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tə ləbləri baxımından əsaslandırılmamışdır.
39. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş birinci qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılarkən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların yoxlanılıb qiymətləndirilməsi barədə işə təkrar baxan məhkəmə kollegiyasına göstəriş verilmişdir. Lakin işdən görünür ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin göstərişlərə əməl olunmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
40. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1853/2022 nömrəli iş üzrə 18 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və V.N.Sadıqov) iddiaçının apelly asiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
41. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma apararaq qeyd etmişdir ki, iş materiallarında olan sorğudan (i.v.53) görünür ki, xx.xx.2018-ci il tarixli SS515040251AZ nömrəli poçt göndərişi ilə hərrac bildirişi iddiaçıya çatdırılmışdır.
42. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq araşdırma zamanı SS515040251AZ nömrəli poçt göndərişinin izlənməsi nəticəsində göndərişin iddiaçıya həqiqətən də çatdırılmasını müəyyən etmişdir. Bundan başqa, iddiaçı işə birinci dəfə apellyasiya instansiyası məhkəməsində baxılan zaman izahatında ipoteka predmeti olan mənzildə yaşadığını bildirmişdir. Bu halın aydınlaşdırılması məqsədilə, məhkəmə işə əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş xx.xx.2021-ci il tarixli məhkəmə iclasının audio-video yazısına baxış keçirmiş və müəyyən etmişdir ki, videoyazının 19-cu dəqiqəsində iddiaçı ipoteka predmeti olan mənzildə yaşamasını bildirmişdir. Bu hal da onu deməyə əsas verir ki, hərracın keçirilməsi barədə bildirişlər iddiaçıya çatdırılmış və iddiaçının hərracın keçirilməsindən xəbəri olmuşdur.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallara əsasən hesab etmişdir ki, hərracın keçirilməsi barədə bildirişlər iddiaçıya çatdırılmışdır. Hazırda iddiaçının iddia tələbində və apellyasiya şikayətində bildirişlərin ona çatmamasına dair göstərdiyi dəlillər mülahizə xarakteri daşıyır və işin halları ilə üst-üstə düşmür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayə tinin dəlilləri
44. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işi tam araşdırmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin istinad etdiyi maddi hüquq normalarına uyğun olaraq, hərracın keçirilməsi barədə iddiaçıya xəbər verilməsi faktı sübut olunmur. Mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğu halda, bütün göstərilənlərin əksinə olaraq, kollegiya iddiaçının təqdim etdiyi sü butları əsaslı saymamış və bununla da tətbiq etdiyi prosessual hüquq normalarının tələblərini pozmuş, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə qətnamə qəbul edərkən səhv nəticəyə gəlmiş, apellyasiya şikayətində göstərilən dəlillərə düzgün qiymət verməmiş, əsaslandırılmamış və qeyri-qanuni qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişlərinə əməl olunmamış və məsələnin həll olunmasına təsir göstərə bilməyən bir fakta istinad edərək düzgün olmayan nəticəyə gəlmişdir.
46. Kassasiya şikayətində Mülki Məcəllənin 415.1, 415.2, “ İpoteka haqqında ” Azərbaycan Respublikası Qanunun 42.1, MPM-in 14.2, 217.3, 217.4 və 420-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
48. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
49. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun
50. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
51. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və i poteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
52. Maddə 43.1.1. Hərraca iki nəfərdən az alıcı gəldikdə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir.
53. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
54. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən son ra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
55. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Prosessual Məcəllə
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidə n baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibləri və apellyasiya instansiyası məhkəməsinin işə sonuncu baxmış tərkibi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkiblərinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də, Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə h üquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
68. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1853/2022 nömrəli, 18 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Q