Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4172/2021 26.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Şahbala oğlunun Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin qanunsuz sahibliyindən geri alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X1m, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1081/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən veril miş kassasiya şikayəti üzrə işə 26 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 10 yanvar 2020-ci il tarixli notariat qaydasında təsdiqlənmiş icarə müqaviləsinə əsasən Xaçmaz rayon Uzunoba bələdiyyəsi tərəfindən İddiaçı Xaçmaz rayonunun Qırmızı Xutor kəndi ərazisində yerləşən 2,1 ha torpaq sahəsi icarəyə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qanunsuz və əsassız zəbt edilmiş Xaçmaz rayon Uzun oba bələdiyyəsi tərəfindən 10.01.2020-ci il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş Xaçmaz rayonu Qırmızı Xutor kəndində yerləşən 2,1 ha əkin sahəsinin cavabdehin qanunsuz sahibli yindən alınaraq ona qaytarılması, ödənilmiş 30 manat və hüquqi yardıma görə ödədiyi 50 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə ilə icarəsinə verilmiş həmin torpaq sahəsini cavabdeh özbaşına zəbt edərək məhsul əkib qanunsuz istifadə edir. Dəfələrlə cavabdehə xəbərdarlıq edərək icarəsində olan torpaq sahəsini qaytarmasını tələb etsə də nəticəsi olmamışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş rəydə qeyd edilmişdir ki, icarə müqaviləsinə əsasən iddiaçıya icarəyə verilmiş 2,1 ha torpaq sahəsi tam olaraq cavabdeh tərəfindən faktiki istifadə olunur. İddiaçı tərəf mütəxəssis rəyinin alınması üçün "xxxx" MMC-nin hesabına 300 manat məbləğində pul ödəmişdir. Məhkəmə Ekspertiza M ərkəzinin 20.07.2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, icarə müqaviləsinə əsasən iddiaçıya icarəyə verilmiş 2,1 ha torpaq sahəsi tam olaraq cavabdeh tərəfindən faktiki istifadə olunur. Torpaq sahələrinin yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş xəritə 1-də qeyd olunmuşdur. Xaçmaz Rayon Məhkəməsinin (hakim Anar Sadıqov) 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə ekspert və mütəxəssis rəylərinə istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə yalnız mütəxəssis və ekspert rəylərinə əsaslanaraq düzgün olmayan qənaətə gəlmişdir. Xaçmaz ra yon Uzunoba Bələdiyyəsinin iclasında onun istifalə etdiyi 2,1 ha torpaq sahəsinin hərraca çıxarılmasına dair qərar qəbul edilmiş, Azərbaycan Respublikası ƏMDK-nin yanında hərracların təşkili üzrə auksion mərkəzinin 13 saylı torpaq müsabiqə və hərrac komissiyası ilə Xaçmaz rayon Uzunoba bələdiyyəsi arasında müqavilə bağlanmış, Azərbaycan Respublikası ƏMDK yanında hərracların təşkili üzrə auksion mərkəzinin Xaçmaz ərazi idarəsi torpaq müsabiqəsi və hərrac komissiyasının torpaq müsabiqəsi və hərracın yekunları barədə onun iştirakı olmadan 09 yanvar 2020-ci il tarixli protokol tərtib olunmuş və onun əsasında da 10 yanvar 2020-ci il tarixli guya hərracın qalibi şəhadətnamə verilmiş və iddiaçı ilə icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq əvvəllər "xxxx" Kiçik Müəssisəsinə balansında olmuş və 2017ci ildən isə Uzunoba bələdiyyəsinə məxsus olmuşdur. Hər il bağladığı icarə müqavilələrinə əsasən həmin torpaqlardan 2002-ci ildən istifadə edir, torpaqda bağ sahəsi salmışdır. Bələdiyyə vergiləri onun tərəfindən ödənilmişdir. Lakin 2017, 2018, 2019-cu illərdə dəfələrlə Xaçmaz rayon Uzunoba bələdiyyəsinə müraciət etsə də, Uzunoba bələdiyyəsi hər dəfə hərrac yolu ilə torpaqları ala biləcəyini qeyd edərək yeni müqavilə bağlamaqdan imtina etmişdir. İddiaçı Xaçmaz rayonu Uzunoba Bələdiyyəsi ilə notarial qaydada icarə müqaviləsi bağlasa da, onun icarə müqaviləsi DƏDRX-də qeydə alınmamış və müvafiq çıxarışla rəsmiləşdirilməmişdir. Göründüyü kimi, məhkəmə əsassız olaraq iddianı təmin etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) 15 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edən apellyasiya məhkəməsi qeyd etmişdir ki, 10 yanvar 2020-ci il tarixli 01/16 saylı hərracın protokolu hazırda qüvvədədir və həmin hərracın qalibi olan iddiaçıya şəhadətnamə verilmişdir və iddiaçı Uzunoba bələdiyyəsi ilə icarə müqaviləsi bağlamışdır. Qeyd edilən protokol və müqavilələr mübahisələndirilməmiş, qüvvədədir. Bundan başqa iddiaçının adına olan icarə müqaviləsinin DƏDRX-də qeydə alınmaması və müvafiq çıxarışın alınmaması barədə dəlillər də əsassızdır. İcarə müqaviləs i iddiaçıya torpaq sahəsindən sahiblik və istifadə hüququ verir. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə q arşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbayca n Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan is tifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaş ınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1 -ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Cavabdehin mübahisəli torpaq sahəsində bağ salması iş materiallarından görünmür, bələdiyyə 2017-ci ildən etibarən onunla torpaq sahəsinin hərrac və müsabiqə yolu ilə icarəyə götürə biləcəyini izah edərək torpaq sahəsini birbaşa icarəyə verməkdən imtina etmiş və sahəni boşaltmağı tələb etmişdir. Onun mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olması müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MP M-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1081/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.