Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-418/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi (ƏM-in 70-ci maddəsçin ç bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlu ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5090/2024 nömrəli, 9 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh ASC kassasiya şikayətinə 04 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1 iyul 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi 19 yanvar 2024cü il tarixədək Cavabdeh ASC-də Əməliyyat İdarəsinin Kassa X1 Menecer vəzifəsində işləmişdir.
2. Cavabdeh ASC-nin 19 yanvar 2024-cü il tarixli əmrinə əsasən, vəzifə Təlimatının 3.1.4, 3.1.6, 3.1.12 və 5.1.1-ci bəndlərində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməməsi ilə əlaqədar bankın əməliyyat kassalarında pul vəsaitlərinin uçotunun dü zgün aparılmasına nəzarət, kassanın fəaliyyətində və işində mövcud olan nöqsanlar, onların aradan qaldırılması üçün görülən tədbirlər barədə rəhbərliyə məlumat vermək, öz səlahiyyətləri daxilində banka dəyən zərərin qarşısının alınması, müəyyən edilmiş qaydada şöbənin vəzifə və funksiyalarının yerinə yetirilməməsi (lazimi olaraq yerinə yetirilməməsi), habelə Əmək Məcəlləsinin 10-cu maddəsinin «b» bəndində nəzərdə tutulmuş vəzifə öhdəliklərinin yerinə yetirilməməsinə görə Əməliyyat departamentinin Kassa əməliyyatlarının təşkili şöbəsinin meneceri vəzifəsində çalışmış İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ) xitam verilmiş, son iş günü xx.xx.2024-cü il tarixi hesab edilmiş və işçiyə xx.xx.2022-xx.xx.2023-cü iş ili hesabından istifadə edilməmiş 7 (yeddi) təqvim günü məzuniyyətə görə pul əvəzi ödənilmişdir. Əmrin verilməsinə əsas DAX-nin ekspress yoxlamasının nəticələri haqqında akt-hesabat, İddiaçı izahatı göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrinin ləğv edilməsi, Cavabdeh ASC-də (bundan sonra “cavabdeh” və ya “Bank” və ya “işəgötürən”) Əməliyyat İdarəsinin Kassa X3 menecer vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən aylıq əmək haqqının 1.519 (bir min beş yüz on doqquz) manat olması nəzərə alınmaqla xx.xx.2024-cü il tarixindən iş ü zrə məhkəmə aktı icra edilən günədək məcburi iş buraxmaya görə əmək haqqının ona birdəfəlik ödənilməsi, cavabdehdən 100 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bankda çalışdığı 10 ildən artıq dövr ərzində iddiaçı əmək fəaliyyətində heç bir nöqsana yol verməmiş, vəzifəsini layiqli yerinə yetirmiş, barəsində heç bir intizam və inzibati tədbir görülməmişdir. Audit rəyində kamera görüntüləri əsasında 4 fərqli tarixdə xəzinədarlar tərəfindən yol verilmiş nöqsanlar aşkarlanmışdır. İddiaçı xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə, ümumiyyətlə, işdə olmamış, çünki xx.xx.2023-xx.xx.2023 tarixlərdə məzuniyyətdə olmuşdur. Filiallarda kassaların yoxlanılması barədə göstəriş KƏT Şöb əsinin müdiri tərəfindən verilir. xx.xx.2023-cü il tarixdə də şöbə müdiri XX özü işdə olmuşdur. Məhz bu səbəbdən iddiaçının bu nöqsanlara görə işdən çıxarılması əsassız olmuşdur. Bu fakt iddiaya əlavə olunan sənədlərdə də öz əksini tapmışdır. Həmçinin, həmin audit rəyində 2023-cü il ərzində iddiaçının çalışdığı KƏT şöbəsi tərəfindən filiallarda kassa qovşaqlarında kvartal yoxlamalarının aparılmaması da nöqsan kimi qeyd olunmuşdur. Bu dövr ərzində iddiaçının KƏT şöbəsinin əməkdaşları tərəfindən kamera görüntüləri ilə filialdakı kassalara nəzarət səlahiyyəti olmamışdır. Bu səbəbdən şöbənin əməkdaşları tərəfindən yoxlamalar yalnız filiallara gedərək birbaşa aparıla bilər. 2023-cü ilin yanvar, fevral, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında şöbə müdiri XX səhhəti ilə əlaqədar məzuniyyətdə olmuş və bu səbəbdən Baş Ofisin Xəzinə Administratoru vəzifəsinin icrası X9 əmri ilə iddiaçıya həvalə edilmişdir. Məhz bu səbəbdən iddiaçı Baş Ofisin Xəzinə Administratoru vəzifəsini icra etdiyi üçün filiallara yoxlamaya getmək fiziki cəhətdən mümkün olmamışdır və rəhbərlik bu haqda məlumatlı olmuşdur. Həmin yoxlamalar şöbənin bütün əməkdaşları tərəfindən aparıla bilər. Bundan başqa, mübadilə əməliyyatları reyestrinə vurulmuş əməliyyatların monitorinqini planlı kvartal yoxlamaları zamanı və qəfil filial yoxlamaları zamanı yoxlanılır və şöbə müdirinin səhhətində yaranmış problemlərlə əlaqədar 2023-cü il ərzində əksər müddətdə onu əvəz etmiş və xəzinə administratoru vəzifəsini yerinə yetirdiyi üçün filialları planlı və ya qəfil yoxlamaq imkanı olmamışdır. Həmçini n, heç bir kassirə USD (ABŞ dolları) və RUB (rus rublu) alışının sistemə vurulmaması ilə bağlı heç bir göstəriş verilməmiş, əksinə, əməliyyatların vaxtlı-vaxtında vurulması, müştərilərə yerindəcə çek verib yola salınması bildirilmişdir. Yuxarıda qeyd olunan hallarda iddiaçı tərəfindən yoxlamaların keçirilməsi mümkünsüz olmuş, həmçinin nöqsanların olduğu tarixlərdə iddiaçının məzuniyyətdə olması və məzuniyyətdə olduğu dövrlərdə başqaları tərəfindən edilmiş pozuntular barədə məsuliyyət daşıması və işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə çıxarılması əsassız olmuşdur.
5. Bank tərəfindən iddiaya etiraz verilmişdir. Etiraz belə əsaslandırılıb ki, iddiaçı vəzifə funksiyalarını yerinə yetirməyərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. X11 Xidmətinin xx.xx.2023-cü il tarixli 17/ 2023 nömrəli “Valyuta mübadiləsi əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsinin yoxlanılması” ekspress yoxlamasının nəticələrinə dair Akt/Hesabata əsasən 2023-cü ildə ABS-də mübadilə əməliyyatları reyestrlərinin təhlili nəticəsində məzənnələrin artması müəyyən edildikdən dərhal sonra rublun alış məzənnəsinin artdığı günlərdə rublun alışı üzrə əməliyyatların qəsdən ABS-ə daxil edilməsi tendensiyası aşkar edilmişdir. Filialların və MXM-in (müştəri xidmətləri mərkəzi) videokamera görüntüləri, ABS-ə daxil edilən əməliyyatların habelə elektron növbə sistemindəki reyestrlərin təhlili nəticəsində aşağıdakı pozuntular aşkar edilmişdir: videoda faktiki olaraq ABS-ə daxil edilən və filiallar üzrə müştərilərin valyuta mübadiləsi əməliyyatları aparması halları qeydə alınmamış, elektron növbə sistem indən əldə edilən məlumatlar da yoxlanılan tarixdə “valyuta mübadiləsi əməliyyatları” üzrə əməliyyatların aparılmadığını təsdiq etmiş, kassirlər tərəfindən nağd valyutanın, yəni ABŞ dollarının mübadilə əməliyyatları ABS-ə daxil edilməmişdir. DAX tərəfindən aparılan monitorinq zamanı, yoxlayanların mülahizəsinə görə üç sxemdən istifadə etməklə kassirlər tərəfindən mümkün dələduzluq xarakterli çoxsaylı hərəkətlərə yol verildiyi aşkar edilmişdir, sxem 1 Məzənnələrin artması müəyyən edildikdən sonra faktiki olaraq günün birinci yarısında həyata keçirilmiş Bankın rubl alışı əməliyyatlarının günü ikinci yarısı ABS-ə daxil edilməsi, sxem 2 - Məzənnələrin artması müəyyən edildikdən sonra faktiki olaraq günün birinci yarısında bankın rubl alışı üzrə həyata keçirilmiş əməliyyatlarının bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə ABS-ə daxil edilməsi, sxem 3 - Maklerləri/şəxsi vəsaitləri cəlb etməklə valyuta mübadiləsi əməliyyatlarının bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə aparılması, eyni zamanda DNS-in (X10) tələblərini pozaraq 2023cü ildə KƏTŞM (və ya onu əvəz edən şəxs) tərəfindən kassa əməliyyatlarının düzgün aparılmasının rüblük yoxlamaları keçirilməmişdir (2.3). Bankın kassirlərinin dələduzluq hərəkətləri nəticəsində valyuta mübadiləsi əməliyyatları üzrə 2023-cü ildə əldə edilməyən gəlir 372 min manata çata bilər (5-ci bölmə). Bankın kassa işinin təşkili və nağd pul və digər qiymətlilərlə kassa əməliyyatlarının aparılma qaydasını tənzimləyən X10i (o cümlədən müntəzəm yoxlamalar üzrə) «Kassa işinin təşkili və nağd pul və digər qiymətlilərlə kassa əməliyyatla rının aparılması» Qaydalarıdır. Qaydaların 16.19-cu bəndinə əsasən, MXM/filiallarda rüblük plan yoxlamalarının (təftişlərin) aparılma dövriliyi kassa əməliyyatlarının sonrakı verifikasiyası qaydasını tənzimləyən daxili sənədə uyğun olaraq illik yoxlama planı ilə müəyyən edilir. Yoxlamanın nəticələrinə əsasən KƏTŞM (Kassa əməliyyatlarının təşkili Şöbəsinin əməkdaşı) yoxlama haqqında hesabatlar hazırlayır. Bundan əlavə, «Bankın əməliyyat fəaliyyətinin həyata keçirilməsinin və kassa işinin təşkilinin sonrakı verifikasiyası metodikası» (bundan sonra Metodika) ilə kassa fəaliyyətində Bankın daxili sənədlərinin tələblərinə, Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra AR MB) normativ aktlarına uyğunsuzluqların aşkar edilməsi məqsədilə aparılan sonrakı verifikasiya qaydası tənzimləni r. Metodikanın 4-cü bölməsinə uyğun olaraq, KƏTŞ-ə (Kassa əməliyyatlarının təşkili Şöbəsi) rübdə ən azı 1 (bir) dəfə kassa əməliyyatlarının, kassa sənədlərinin (o cümlədən jurnallar və uçot kitablarının) rəsmiləşdirilməsinin, günün kassa sənədlərinin formalaşdırılması və saxlanması qaydasına və müddətlərinə riayət edilməsinin düzgünlüyünün, X10lərin tələblərinə riayət edilməsinin dövri yoxlamalarının aparılması məqsədilə Bankın MXM/filiallarına baş çəkir. Eyni zamanda, ƏFDİR (X5 İdarəsinin rəisi) və ƏİR (Əməliyyat idarəsinin rəisi) lazım bilərsə, yoxlama kassa otaqları nın daxilində quraşdırılmış müşahidə kameralarının qeydlərinə əsasən aparıla bilər. X8 2.3-cü bəndinə əsasən KƏTŞM (və ya onu əvəz edən şəxs) hesabatın 1-ci bölməsində göstərilən DNS-nin tələblərini pozaraq 2023-cü il ərzi ndə tərəfindən kassa əməliyyatları, kassa sənədlərinin rəsmiləşdirilməsinin düzgün aparılmasının AR MB-nin tələblərinə riayət olunmasının rüblük yoxlamaları aparmayıb. DAX-nın yoxlamalar haqqında hesabatın təqdim edilməsinə dair sorğusuna cavab olaraq tələb olunan sənədlər təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı həm Qaydaların 16.19-cu bəndinə həm də Metodikanın 4-cü bölməsinə uyğun olaraq Müştəri Xidmətləri Mərkəzində/Filiallarda planlı və qəfil yoxlama aparmaq və həmin yoxlamanın nəticələrinə dair hesabatlar hazırlamalı olduğu halda bunu etməmiş və bu barədə rəhbərlərə məlumat verməmişdir. Yoxlamaların aparılmadığını görən kassirlər yaranmış nəzarətsizlikdən istifadə edərək Bankın kassasına daxil edilməli olan vəsaitləri müxtəlif sxemlər üzrə mənimsəmişlər. Bu hal bütün 2023-cü il ə rzində davam etmiş və beləliklə də, nəticədə Banka maddi ziyan dəymişdir. Kassirlər tərəfindən törədilən bu qanunsuz əməlləri aşkar etmək və Bankı məruz qalacağı maddi ziyandan qorumaq birbaşa olaraq Kassa əməliyyatlarının təşkili Şöbəsinin məsul əməkdaşının birbaşa vəzifəsidir. Belə ki, Kassa əməliyyatlarının təşkili şöbəsinin X4 3.1.4-cü bəndinə əsasən Bankın əməliyyat kassalarında kassa uçotunun düzgün aparılmasına nəzarət menecerin vəzifəsidir. Həmin Təlimatın 3.1.3.4, 3.1.6 və 3.1.12-ci bəndlərinə əsasən Bankın əməliyyat kassalarına mədaxil edilən nağd pul vəsaitlərinin yenidən hesablanması və ekspertizası, kassanın işində və öz fəaliyyətində mövcud olan nöqsanlar və onların aradan qaldırılması üçün görülən, tədbirlər barədə rəhbərliyə məlumat verilməsi, «CMS Web portal» sistemində aş ağıdakı əməliyyatların həyata keçirilməsi: elanların dəyişdirilməsi / silinməsi funksiyaları, daşınan qiymətlilərin dəyişdirilməsi / silinməsi funksiyaları, tranzaksiyalarla əməliyyatların sifarişlərinin yaradılması / dəyişdirilməsi /silinməsi/ imzalanması funksiyaları, hesabatların formalaşdırılması menecerin vəzifəsidir. Bu Təlimatla iddiaçı tanış olmuş və imzalamışdır. Yol verilmiş nöqsanlar vəzifə öhdəliklərinin və əmək intizamının kobud surətdə pozulmasıdır. İddiaçı vəzifə səlahiyyətlərini tam yerinə yetirmədiyini ərizəsində etiraf etmişdir. İddia ərizəsinə əlavə edilmiş izahatdan da göründüyü kimi, izahatında iddiaçı bildirmişdir ki, «mübadilə əməliyyatları reyestrinə vurulmuş əməliyyatların monitorinqini planlı kvartal yoxlamaları zamanı və qəfil filial yoxlamaları zamanı yoxlayırla r. Şöbə müdirinin səhhətində yaranmış problemlərlə əlaqəli 2023-cü il ərzində əksər müddətdə onu əvəz etmiş və xəzinə administratoru vəzifəsini yerinə yetirdiyi üçün filialları qəfil və ya olanlı yoxlamaq imkanı olmamışdır.» İddiaçı yoxlama keçirtmək üçün vaxtının olmamasını bildirsə də, bununla bağlı Bankın rəhbərliyinə müraciət etməmişdir. Yoxlama keçirtmək üçün vaxtın azlığı və ya ümumiyyətlə olmaması vəzifə funksiyalarının həyata keçirilməsinə mane olmamalıdır. Yoxlama keçirtmək və müvafiq hesabatlar hazırlamaq yəni Bankın əməliyyat kassalarında kassa uçotunun düzgün aparılmasına nəzarət etmək menecer olaraq iddiaçının birbaşa vəzifəsidir. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, yuxarıda qeyd edilən mənimsəmə halları təkcə Bankın filiallarında deyil, həm də MXM-in (müştəri xidmət ləri mərkəzi) Baş ofis kassalarında da baş vermişdir. Audit hesabatından da göründüyü kimi MXM-in adları Audit hesabatında qeyd edilmiş kassirləri müxtəlif vaxtlarda valyuta mübadiləsi əməliyyatları ilə banka ziyan vurmuşlar. MXM-in kassaları ilə iddiaçının xidməti otağı arasında bir mərtəbə fərq vardır. Bəlkə də iddiaçının filiallara getməyə vaxtı olmayıb, bəs bir mərtəbə aşağı düşüb MXM-in kassalarını yoxlamağa və hesabat hazırlamağa nə mane olmuşdur? Bu onu deməyə əsas verir ki, iddiaçı onun üzərinə qoyulmuş vəzifəyə qarşı səhlənkar yanaşmışdır. Başqa bir məqam ondan ibarətdir ki, iddiaçı kimi 10 ildən artıq iş stajına malik təcrübəli əməkdaş filiallara getmədən də kassa əməliyyatlarının bankdaxılı və Mərkəzi Bankın qoyduğu qaydalara uyğun aparılması barədə fikir formalaşdıra bilərdi. B ankın KƏTŞ-nin əməkdaşı kimi iddiaçının da xidməti otağında ona təhkim edilmiş kompüter avadanlığı olmuşdur. Həmin kompüterlə iddiaçı KƏTŞ-in meneceri olaraq ABS sistemi vasitəsilə Bankın bütün filiallarındakı kassaların həyata keçirtdiyi əməliyyatlara real vaxt rejimində nəzarət etmək imkanına malik olmuşdur. Lakin, iddiaçı yaradılmış bu imkandan istifadə etməmişdir. Nəticədə isə banka ziyan vurulması ilə müşahidə edilən hallar baş vermişdir. Beləliklə də, yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı vəzifə öhdəliklərinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 42/K nömrəli əmr əsaslı və qa nuni olmuşdur.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2144/2024 saylı, 17 may 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. (hakim Ceyhun Tağıyev)
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının vəzifələrini yerinə yetirməməsi işdə nöqsanlara səbəb olmuş, nəticədə audit yoxlaması əsasında X6 Şöbəsində xəzinədarlar tərəfindən aparılan əməliyyatlar zamanı fəaliyyətlərində bir sıra nöqsanlar aşkarlanmışdır. Həmin audit rəyinə əsasən nöqsanlar xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə baş vermişdir. Audit rəyində kamera görüntüləri əsasında 4 fərqli tarixdə xəzinədarlar tərəfindən yol verilmiş nöqsanlar aşkarlanmışdır. Baş vermiş nöqsanların səbəbləri kimi vəzifə səlahiyyətlərindən şəxsi mənfəət üçün suiistifadə, tənzimləyicinin valyuta tənzimlənməsi qaydalarının tələblərinə əməl olunmasına formal münasibət, DNS-nin tələblərinin yerinə yetirilməsinə formal münasibət qeyd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, audit rəyində sadalananlar iddiaçının vəzifə təlimatının müvafiq bəndlərinə əsasən bu vəzifə təlimatında nəzərdə tutulmuş xidməti vəzifələrin yerinə yetirilməməsi (düzgün yerinə yetirilməməsi) üçün məsuliyyət daşıdığı bəndlərdir. İddiaçının intizam tənbehi almamışdan əvvəl verdiyi izahatın məzmunu da onun tərəfindən yol verilmiş nöqsanların etirafı kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı izahatında üzərinə düşən vəzifələrin hansı səbəblərdən tam, qismən və ya ümumiyyətlə yerinə yetirməməsinə izah versə də, bu, faktiki olaraq onun vəzifə təlimatının mübahisələndirilən əmrdə göstərilən bəndl əri üzrə üzərinə düşən vəzifələri yerinə yetirməməsinin təsdiqidir.
9. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin cavabdehin ona qarşı əsassız əmrin veilməsinin əsası kimi qərəzli münasibətin mövcudluğu ilə bağlı vurğulamışdır ki, təqdim edilmiş sənədlərə görə vəzifə öhdəliklərinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün bəzi əməkdaşlara münasibətdə iddiaçıdan əvvəl, yəni xx.xx.2024-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq edilmiş, bəzilərinə isə töhmət-intizam tənbehi verilmişdir. İddiaçı barədə əmrin verilməsindən sonra isə iddaçının müəyyən müddətlərlə əvəz etdiyi Əməliyyat idarəsinin Kassa əməliyyatlarının təşkili şöbəsinin müdiri X2 da töhmət verilmiş, Əməliyyat departamentinin Əməliyyat idarəsinin Kassa əməliyyatla rın təşkili şöbəsinin baş mütəxəssisi X7 xəbərdarlıq edilmişdir.
10. Göründüyü kimi, Valyuta mübadiləsi əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsinin yoxlanılmasının ekspress yoxlamasının nəticələrinə dair akt/hesabat və daxili auditin nəticələrinə əsasən müəyyən edilmiş pozuntuların ciddiliyi nəzərə alınaraq təkcə iddiaçının deyil, digər adları sadalanan şəxslər barəsində də intizam tənbeh tədbiri görülmüşdür.
11. Birinci instansiya məhkəməsi işəgötürənin Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olması ilə bağlı (Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-ci hissəsi) hesab etmişdir ki, işəgötürən Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən iddiaçının törətdiyi xətanın xarakter ini nəzərə almaqla inzibati tənbeh növlərindən biri olan “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbeh növünü verməsi kimi hüququndan haqlı olaraq istifadə etmişdir. Belə ki, tam sübut olunmuşdur ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməmiş, əmək vəzifələrinin kobud pozuntusuna yol vermişdir.
12. İddiaçının barəsində verilmiş əmrin əsassız və qanunsuz verildiyi üçün ləğv edilməli olmasına dair dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Mülki Prosessual Məcəlləninin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
13. Həmçinin, cavabdeh tərəfindən intizam tənbehinin verilməsi ilə bağlı müddət ötürülməsinə dair dəlillərlə iddiaçının dəlillərini əsassız sayan birinci instansiya məhkəməsi göstərmişdir ki, intizam tənbehinin verilməsi Bankın Maliyyə fəaliyyətinin yoxlanılması və təftiş edilməsi ilə bağlı olduğundan Əmək qanunvericiliyinə əsasən bu halda tənbehin verilməsi müddətlərində də fərqlər vardır. Bu səbəbdən hazırkı mübahisə üzrə Əmək Məcəlləsinin 187.2-ci deyil, 187.3-cü maddəsi tətbiq edilməklə intizam tənbehinin tətbiqi müddətinin ötürülməsi barədə iddiaçı tərəfin arqumenti əsassız hesab edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. Həmin Məcəllənin 187.3-cü maddəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyətəsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
14. Göründüyü kimi, hazırki halda cavabdeh tərəfindən intizam tənbehinin verilməsi ilə bağlı müddət ötürülmədiyindən əmək qanunvericiliyinin tələbləri ə p ozulmamışdır. İddiaçıdan izahat xx.xx.2023-cü il tarixdə alınmış, Audit yoxlaması barədə Akt\hesabat xx.xx.2023-cü il tarixdə yekunlaşmış, sözügedən Əmr isə xx.xx.2024-cü il tarixdə hazırlanmışdır. Başqa sözlə, cavabdehin intizam tənbehini tətbiq etmək üçün qarşıda 2 ilə yaxın müddəti olmuşdur. Hətta müddətin axımı izahatın verildiyi xx.xx.2023-cü il tarixdən hesablansa belə yenə də müddət ötürülməmişdir.
15. Beləliklə birinci instanasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin mübahisələndirilən əmrin ləğv edilməsinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından tələb bu hissədə təmin edilə bilməz. İddianın mübahisələndirilən əmrin ləğv edilməsi hissəsi təmin edilmədiyi üçün digər tələblər, yəni, işə bərpa, məcburi iş b uraxmaya görə əmək haqqı ödənilməsi törəmə tələblər olduğuna görə prosessual qənaət prinsipi baxımından həmin hissələr də əsassızdır və onlara ayrıca hüquqi qiymət verməyə zərurət yoxdur.
16. Birinci instanasiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2.1, 68-ci maddəsinin 1 və 2-ci bəndi, 70, 71, 72, 76, 186-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı, həmçinin onunla əsaslandırılmışdır ki, həqiqətən bir pozuntu halı mövcud olmuş olsa belə, bu hal ən geci xx.xx.2023-cü il tarixində artıq işəgötürənə aşkar olmuşdur. İşəgötürən isə işçini xx.xx.2024-cü il tarixli əmrlə işdən çıxartmışdır. Məhkəmənin qətnaməsində bu məsələyə toxunarkən qeyd olunan müddətlərə əsaslanaraq “Başqa sözlə, cavabdeh intizam tənbehini tətbiq etmək üçün qarşıda 2 ilə yaxın müddəti olmuşdur” deməsi qanunsuz və əsassız olmuşdur. Çünki bu cür yanaşmadan bu nəticəyə gəlmək olar ki, qətnamə Əmək Məcəlləsinin 187.2-ci maddəsinə açıq şəkildə zidd formada tərtib olunmuşdur. Məhkəmə bu ifadəni işlətməklə təkcə qanunazidd qətnamə qəbul etməmiş, həm də 1 aylıq müddəti 2 ay ötürən işəgötürənə bu müddəti hələ 2 il də ötürə biləcəyini əsassız şəkildə bildirmişdir. Audit rəyinə əsasən nöqsanların aşkarlandığı dörd tarixin üçündə, yəni xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində iddiaçı, ümumiyyətlə, işdə olmamış həmin dövrlərdə məzuniyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixində isə şöbə müdiri XX işdə olmuşdur. Filiallarda kassaların yoxlanılması barədə göstəriş KƏT Şöbəsinin müdiri tərəfindən verilir. Yəni, məsul şəxs iddiaçı deyil, KƏT Şöbəsinin müdiri XX olmuşdur.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5090/2024 nömrəli, 9 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmişdir. Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli, 42/k nömrəli «işçinin əmək müqaviləsinə xitam verilməsi» haqqında əmri ləğv edilərək İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Məhəmməd Rüstəmli)
20. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı cavabdeh Bankın Əməliyyat İdarəsinin Kassa əməliyyatlarının təşkili şöbəsinin meneceri vəzifəsində çalışıb və cavabdehin 19 yanvar 2024-cü il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir. Əmrdə iddiaçının Vəzifə Təlimatının 3.1.4, 3.1.6, 3.1.12 və 5.1.1-ci bəndlərində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədiyi qeyd olunmuşdur. Bu vəzifələr Bankın əməliyyat kassalarında pul vəsaitlərinin uçotunun düzgün aparılmasına nəzarət, kassanın fəaliyyətində və işində mövcud olan nöq sanlar və onların aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə rəhbərliyə məlumat vermək, «CMS Web portal» sistemində elanların dəyişdirilməsi və s. kimi əməliyyatların həyata keçirilməsi, müəyyən edilmiş qaydada şöbənin vəzifə və funksiyalarının yerinə yetirilməsindən ibarətdir.
21. Əmrdə onun verilməsi üçün əsas kimi Daxili Audit Xidmətinin ekspress yoxlamasının nəticələri haqqında akt-hesabat göstərilmişdir. xx.xx.2023-cü il tarixli akt/hesabata əsasən kamera görüntüləri əsasında xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə filiallarda xəzinədarlar tərəfindən nöqsanlara yol verilmişdir. Audit rəyində (akt-hesabatda) bu nöqsanların Banka ziyan vurma ehtimalı olduğu qeyd edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışı zamanı aparılan araşdırma nəticəsində müəyyən olunanlara əsasən pozuntuya yol verilən dörd tarixin üçündə, yəni xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023- cü il tarixlərində iddiaçı, ümumiyyətlə, işdə olmamışdır. İddiaçı həmin dövrlərdə əmək məzuniyyətində olmuşdur. xx.xx.2023-cü il tarixində isə Şöbə müdiri XX işdə olmuşdur. Filiallarda kassaların yoxlanılması barədə göstəriş KƏT Şöbəsinin müdiri tərəfindən verilir. Yəni, məsul şəxs iddiaçı deyil, KƏT Şöbəsinin müdiri XX olmuşdur.
23. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçı göstərilən tarixlərdə işdə olmadığından və təbii ki, bu əsasla əmək funksiyalarını (vəzifələrini) yerinə yetirmədiyindən əmək intizamının pozuntusuna da yol verə bilməzdi.
24. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək məzuniyyətində olduğu dövrdə bankın filiallarında aşkar edilən hər hansı nöqsana, yaxud pozuntuya görə onun intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir.
25. Apellyasiya instansiyası məhkəməsi onu qeyd etmişdir ki, audit yoxlaması zamanı aşkar edilən nöqsanların baş verməsində iddiaçının hər hansı təqsirli hərəkəti müəyyən edilməmişdir. Cavabdeh işə baxan məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsində isə məhz hansı halların əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edildiyi konkret göstərilmişdir. Digər tərəfdən, belə pozuntulara yol verilmiş olsaydı belə, həmin pozuntuların bankın mənafeyinə ciddi xələl gətirib-gətirmədiyi, yaxud banka maddi ziyan dəyməsi sübuta yetirilməli idi.
26. Həmçinin iddiaçı audit yoxlamasında göstərilən nöqsanları törətmiş olsaydı belə, həmin hallar əsas götürülməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmazdı. Belə ki, iddiaçıdan əvvəl həmin pozuntulara cavab verməli şəxs şöbə müdiridir. Lakin işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam versə də, şöbə müdirinə töhmət verməklə kifayətlənmişdir.
27. Yuxarıda qeyd olunduğu kimi, Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləs inə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.
28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu poz untunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur.
29. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bununla bağlı sübut təqdim etməmişdir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sü butetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür.
30. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlibki, iddiaçının barəsində tətbiq olunmuş intizam tənbehi əsaslı deyildir. İddiaçının əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, cavabdehin xx.xx.2024-cü il tarixli, 42/k nömrəli “işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki işinə bərpa edilməlidir.
31. İddia tələbi əmrin ləğv edilməsi hissəsində əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddiaçıya məcburi işburaxmaya görə əmək haqqı da ödənilməlidir.
32. Bundan əlavə, iddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixlər ində keçirilmiş audit yoxlamasının nəticələrinə əsasən işdən azad olunduğundan hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Əks halda, bu, Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinin tələbinə zidd olardı.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68 (1, 2), 70, 76 (1), 186 (1,3), 187 (3) və 300-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaqla tə tbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün əsaslandırmamış, nəticədə qanuni, əsaslı və ədalətli qətnamə qəbul etməmişdir. Məhkəmə tərəfindən...sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi əsaslarla iddiaçını işə bərpa edilməsi düzgün olmayıb. Akt hesabatlarada pozuntu tarixləri seçmə üsulu ilə qeyd edilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edi lən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 10. (bəndi “a”) Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Maddə 70. ( bənd “ç”) Əmək müqaviləsi işəgötürən tərəfindən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Maddə 71 (2). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icr a intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71 (3) İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 80 (2). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün m üddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83. (2). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 300(1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlə rinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibə tini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
42. İddia tələbi işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmişdir.
43. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının müəyyən edilməsindən asılıdır.
44. Apellyasiya instansiya məhkəməs inin müəyyən etdiyi işin hallardan da görünür ki, işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün əsas götürülən Daxili Audit Xidmətinin yoxlama aktında pozuntuya yol verilən dörd tarixin üçündə, yəni xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində iddiaçı, ümumiyyətlə, işdə olmamış, iddiaçı həmin dövrlərdə əmək məzuniyyətində olmuşdur. xx.xx.2023-cü il tarixində isə Şöbə müdiri olan şəxs özü işdə olmuşdur. Filiallarda kassaların yoxlanılması barədə göstəriş KƏT Şöbəsinin müdiri tərəfindən verilir. Yəni, məsul şəxs iddiaçı deyil, KƏT Şöbəsinin müdiri XX olmuşdur.
45. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı göstərilən tarixlərdə işdə olmadığından və təbii k i, bu əsasla əmək funksiyalarını (vəzifələrini) yerinə yetirmədiyindən əmək intizamının pozuntusuna da yol verə bilməzdi. Buna görə də iddiaçının əmək məzuniyyətində olduğu dövrdə bankın filiallarında aşkar edilən hər hansı nöqsana, yaxud pozuntuya görə onun intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir.
46. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən əmək qanunvericiliyinin pozulması müəyyən edilmiş, iddiaçının işdə olmadığı və Şöbə müdiri olan şəxsin özünün işdə olduğu dövrlər üzrə onun əmək funksiyasını pozması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir.
47. Kassasiya şikayətinin dəlillərini isə məhkəmə kollegiyası əsassız sayır. Belə ki, cavabdeh kassasiya şikayətində pozuntuya yol verilən tarixlərin aktda seçmə üsulla göstərildiyini bildirsə də, iş ə sübutlar əsasında baxan apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2023-cü il tarixli akt/hesabata əsasən kamera görüntüləri əsasında xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə filiallarda xəzinədarlar tərəfindən nöqsanlara yol verilmişdir. Başqa sözlə, xx.xx.2023-cü il tarixli akt/hesabatda pozuntuya yol verilən tarixlərin seçmə üsulla deyil, konkret olduğu müəyyən edilmişdir.
48. Bu baxımdan, kassasiya şikayətinin bu dəlili əsassızdır. Şikayətin digər dəlilləri isə işin faktiki hallarına aid olmaqla iddiya etirazın dəlilləri ilə eynidir və apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən onları nəzərə almışdır. Həmçinin işin faktiki halları kassasiya baxışında araşdırılmadığı üçün məhkəmə kollegiyası onlara qiymət verməyə zərurət görmür.
49. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə müraciət edərək, cavabdehlə danışıqlar nəticəsində mübahisə üzrə ortaq məxrəcə gəldiklərini, mübahisəni məhkəmədənkənar qaydada həll etdiklərini göstərmiş və iş üzrə icraat xitam verilməsini xahiş etmişdir.
50. Məhkəmə kollegiyası qeyd edilən ərizəni iddiadan imtina edilməsi üçün yetərli saymır. Belə ki, Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinin ikinci cümləsinə görə iddiadan imtina etmə... bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
51. Prosessual qanunvericiliyin tələbindən də görünür ki, iddidan imtina barədə ərizədə yalnız iddiadan imtina barədə xahiş göstərilməməli, bununla yanaşı, iddiadan imtina edən iddiaç ı bu hərəkətlərin nəticəsinin ona aydın olmasını da ərizədə qeyd etməlidir. Bu, prosessual qanunvericiliyin iddiadan imtina instituna verdiyi əhəmiyyətdən irəli gəlir. Çünki iddidan imtina edilməsi və onun məhkəmə tərəfindən qəbul olunması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia qaldırımasını istisna edir. (MPM, 152.2.2, 261.0.2.)
52. Bununla belə məhkəmə kollegiyası izah edir ki, iddiaçı “İcra haqqında” Qanunun 20.1.1-ci maddəsinə əsasən də tələbdən imtina hüququnu özündə saxlayır və həmin normaya əsasən bu hüququnu həyata keçirə bilər.
53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənləri və Mül ki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5090/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.