Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4181/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4181/2022 (Açar sözlər: mülki işin məhkəmə aidiyyəti) Bakı şəhəri, 01 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), İnzibati kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-480/2022 nömrəli, 12 may 2022-ci i l tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hər iki tərəf vergi ödəyicilərinin dövlət reystrində fərdi sahibkar kimi qeydiyyatdan keçməklə İddiaçı (VÖEN **********, bundan sonra - iddiaçı) ev və ov quşlarının ətinin pərakəndə satışı, Cavabdeh (VÖEN **********, bundan sonra – cavabdeh) isə xam qoyun və keçi südünün istehsalı fəaliyyəti ilə məşğuldur.
2. Qax Rayon İcra Hakimiyyətinin Başçısının 09 yanvar 2007-ci il tarixli, 03 saylı sərəncamı ilə cavabdehə şəxsi qoyunların saxlanması, təbii yemə olan ehtiyacının ödənilməsi məqsədilə “Acınohur” ərazisində 65-66-67 saylı kvartalda yerləşən, sahəsi 606 ha olan “Dəvəboynu-2” adlanan qış otlağı və 65 saylı kvartal da yerləşən “Oxaşıran” qışlağında 100 ha torpaq sahəsi ayrılaraq, cəmi 706 ha örüş sahəsi 15 il müddətinə icarəyə verilmişdir.
3. Tərəflər arasında tərtib olunmuş 03 mart 2019-cu il tarixli akta əsasən, cavabdeh özünə məxsus “Acınohur” qışlağında olan qoyun yatağı binasını istifadə etmək məqsədi ilə, həmçinin yay otlaq sahəsini birlikdə 70.000 manata iddiaçıya vermiş, əvəzində 30.000 manat almış, qalan 40.000 manatın isə 2020-ci ilin mart ayına kimi ödənilməsi razılaşdırılmışdır. 05 mart 2020-ci il tarixdə iddiaçı cavabdehə əlavə 20.000 manat vermişdir. 4. 01 sentyabr 2019-cu il və 01 aprel 2020-ci il tarixlərdə tərəflər arasında məzmun etibarı ilə birgə fəaliyyət haqqında olan əmək müqavilələri bağlanmışdır.
5. Bundan sonra cavabdeh müqavilədən imtina edərək, 13 mart 2020-ci il tarixli ak tla müqavilənin icrası məqsədilə 03 mart 2019-cu il tarixdə iddiaçıdan götürdüyü 50.000 manat puldan 33.000 manatı və 28 dekabr 2020-ci il tarixdə 2000 manatı iddiaçının ailəsinə vermiş, qalan puldan 5000 manatı 2021-ci ilin dekabr ayının sonunadək, 10.000 manatı isə iddiaçı həbsdən çıxandan sonra qarşılıqlı məsləhətləşmə və hesablaşma əsasında ödəyəcəyini bildirmişdir.
6. Hazırda iddiaçı ləğv olunmuş müqavilə üzrə ödədiyi puldan cavabdeh tərəfindən qaytarılmamış qalıq məbləği tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-1161/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia təmin olunmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Acınohur qışlağında yerləşən qoyun yatağı binasının otlaq sahəsi ilə birlikdə 70.000 manat ödəməsi şərti ilə iddiaçının istifadəsinə verilməsinə dair tərəflər arasında tərtib olunmuş 03.03.19-cu il tarixli akt və onunla bağlı tərtib olunmuş xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli əmək müqavilələri Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış və etibarsızlıqları ilə bağlı nəticələr istisna olmaql a hüquqi nəticələrə səbəb olmayan, imzalandıqları andan etibarsız olan əqdlər olmuşlar. Cavabdeh həmin əqdlərə əsasən iddiaçının istifadəsinə verdiyi yatağı və otlaq sahələrini geri alsa da, iddiaçıdan aldığı pulun 15.000 manatını geri qaytarmamışdır.
10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337.1, 337.5, 712.1.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında mülki işin aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi məsələsi müzakirəyə çıxarılmış, cavabdeh bununla razılaşmış, iddiaçının nümayəndəsi isə etiraz etmişdir.
13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-480/2022 nömrəli iş üzrə 12 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki işin aidiyyəti ilə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi MPM-in 24.1, 24.2, 26.1, 26.2, 32.3, 32.4, 32.7-ci maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yara nan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarına istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, (bundan sonra – MPM) mübahisə üzrə tərəflərdən hər ikisi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb məhz onların kommersiya fəaliyyətindən irəli gələn münasibət olmaqla hazırkı tələbə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi heç bir əsaslandırma aparmadan, mübahisənin hansı əsasa görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğunu qeyd etmədən iddiaya kommersiya məhkəməsi tərəfindən baxılmalı olması qənaətinə gəlmişdir. Halbuki, işdən aydın görünür ki, iddiaçı cavabdehdən qoyun yataq binası və yay otaq sahəsinin alqı-satqısı məqsədilə verdiyi pulu tələb edir. Mübahisə baş verməyəcəyi təqdirdə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanacaqdı ki, bunun onların kommersiya fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Göründüyü kimi, tərəflər arasındakı hazırkı mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiy a şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
19. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
20. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
21. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsə ləsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarı
22. Bənd
8. Apelyasiya instansiyası məhkəmələrinə izah edimişdir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndəril məsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar.
23. Bənd
11. MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.
24. Bənd
12. Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
25. Bənd 13. əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
26. Bənd
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə ba ğlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. İşdən görünür ki, hə r iki tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olmaqla, onlar arasında bağlanmış əqd sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qoyun yatağının alqı-satqısı barədə etibarsız əqd olmuşdur və hazırki tələbdə etibarsız əqdin nəticələrinin tətbiqi tələb edilir.
29. Bu baxımdan məhkəmə tərkibi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və tərəflər arasında əmələ gəlmiş hüquq münasibətinin xarakterini nəzərə alıb hesab edir ki, tərəflər hər ikisi sahibkarlq fəaliyyəti ilə məşğuldurlar. Yaranan mübahisə də onların ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaiyyəti ilə bağlı yaranmış əşya hüquq münasibətlərindən əmələ gələn mübahisə olmaqla kommersiya mübahisəsi hesab olunur.
30. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azər baycan Respublikası Mülki Prossesual Məcəlləsinin 25 və 26-cı maddələrinin tələbləri pozulmamışdır. Gəlinən nəticə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqelərə uyğundur.
31. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
32. Azərbaycan Respublikası MPM-nin 403-1.8.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyə ti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər.
33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403, 416, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2022-ci il tarixli 2(107)480/2022 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.