Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4181/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin məhkəmə aidiyyəti) 02.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Kommersiya kollegiyasının hakimi X3 və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)-1269/2024 nömrəli, 25 oktyabr 2024cü il tarixli qərardadından iddiaçı tərə findən verilmiş şikayətə 2 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) Bankın xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2434,58 manat ǝsas borc, 402,02 manat faiz borcu və 411,57 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 13,05 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3.055,44 manat borcun və 50,55 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişd ir.
2. Neftçala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(053)-1269/2024 nömrəli iş üzrə 25 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakim Samir Quliyev) iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, iddiaçıya ərizənin qaytarılması qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən aidiyyati üzrə məhkəməyə müraciət etməyə mane olmamasının izah edilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bank Xidmətlərinin Göstərilməsi üzrə standart şərtlərə xx.xx.2022-ci il tarixli, 1№-li əlavədən (razılaşma) görünmüşdür ki, razılaşmada tərəf olmuş X5 (VÖEN **********) fiziki şəxslər üzrə vergi ödəyicisi olmuş və razılaşma biznes məqsədi daşım ışdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)2527/2024 nömrəli iş üzrə 6 avqust 2024-cü il tarixli qərardadı ilə Bankın cavabdehlər Cavabdeh və X4 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmağa qəbul olmasından imtina edilmişdir. Qərardaddan həmçinin görünmüşdür ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş X5 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Yuxarıda qeyd olunan razılaşma üzrə X5 vəfat etdiyindən iddiaçı borcun tutulmasını zaminlik müqaviləsinə uyğun olaraq Cavabdeh tələb etmişdir.
4. Məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli Razılaşma biznes məqsədi daşıdığından və əsas borclu vergi ödəyicisi olduğundan hazırkı iddia tələbi Cavabdeh münasibətdə də dəyişilməz qa lmalı, işə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər hər ikisi vergi ödəyicisi olmuşdur. İddia tələbi də hüquqi şəxsin adından verilmiş, eyni zamanda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsi baxmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun deyil.
5. Eyni zamanda məhkəmə onu da qeyd etmişdir ki, Bankın cavabdehə qarşı borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinin qoşma hissəsində Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsindən alınmış arayışlar, cavabdehin şəxsiyyət vəsiqələrinin surəti, xx.xx.202 3-cü il tarixli zaminlik müqaviləsinin notarial qaydada təsdiq olunmuş surəti, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə Əlavə Saziş 1-in və ödəniş cədvəllərinin notarial qaydada təsdiq olunmuş surətləri, bildirişlər və bildirişlərin göndərilməsi barədə qəbzlər, iddia ərizəsinin göndərilməsi barədə məktub və qəbzin əlavə olunduğu göstərilsə də, Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsinin 1 ədəd arayışı, 1 ədəd bildiriş və 1 ədəd bildirişin göndərilməsi barədə qəbz əlavə olunmuş, xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinin və xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə Əlavə Saziş 1-in və ödəniş cədvəlin notarial qaydada təsdiq olunmuş surətinin surəti əlavə olunmuş, lakin cavabdehlərin şəxsiyyət vəsiqələrinin surəti, iddia ərizəsinin göndərilməsi barədə məktub və qəbz iddia ərizəsinə əlavə edilməmişdir. Bununla bağlı məhkəmə əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə akt tərtib edilərək, ərizəyə əlavə edilmişdir.
6. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 151.1, 152.2, 284-3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
7. Bank şikayət verərək, qərardadın ləğv edilməsi, Bankın iddia tələbi üzrə mülki işin məhkəmənin icraatına qəbul edilməklə davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd edilən əsasla iddia ərizəsinin geri qaytarılması hüquqi cəhətdən düzgün olmamışdır. Çünki iş üzrə geri qaytarma əsası kimi cavabdeh iş üzrə zamin qismində iştirak edir və onun VÖEN-i yoxdur. Kredit müqaviləsinin təyinatı biznes üzrə olsa da, faktiki vəziyyətdə əsas borclu X5 vəfat etdiyi üçün hazırda həmin kredit müqaviləsi üzrə iddiaçı borc məbləğini ilk növbədə X2 vərəsələrindən, vərəsə olmadığı təqdirdə isə zamindən-cavabdehdən tələb etməlidir. Tərəflərindən elektron notariat informasiya sistemindən əldə olunan çıxarışa əsasən X2 vərəsəsinin olmadığı müəyyən olunmuş və həmin çıxarış iş materiallarına əlavə edilmişdir. Ölmüş şəxsin vərəsəsinində olmadığı müəyyənləşdirildikdən sonra iddiaçı tərəfin borcu əsas borclu ilə bərabər məsuliyyət daşıyan zamindən tələb etmək hüququ yaranır. Zaminin-cavabdehin VÖEN-i olmadığı üçün işin kommersiya məhkəməsində baxılması üçün tələb olunan 3 əsas (subyekt tərkibi, hüquq münasibətinin xarakteri və iddianın predmeti) tamamlanmış olmur.
9. Məhkəmə iddia ərizəsini MPM-in 24.2-c i maddəsinə istinad edərək geri qaytararkən bu normanın tələblərini kobud formada pozmuşdur. Belə ki, iş üzrə kredit müqaviləsinin təyinatı biznes olsa da, kredit götürən şəxs X2 VÖEN-i olsa da, hazırkı iddia tələbi X5 öldüyü və onun vərəsələri olmadığı üçün zaminə qarşı yönəldilmişdir. İşin kommersiya məhkəməsində baxılması üçün tələb olunan əsasdan biri - subyekt tərkibi tamamlana bilmir. İddiaçı tərəf hüquqi şəxs olsa da, cavabdeh fiziki şəxsdir və VÖEN-i mövcud deyildir. Belə olan halda, birmənalı olaraq mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.
10. Hazırkı iş üzrə mübahisənin predmeti kredit müqaviləsindən irəli gələn borcun ödənilməsidir və mübahisə predmeti kimi iddiaçının və X2 qarşılıqlı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi olaraq hesab olunmalıdır. X1 vəfat etdiyi üçün haz ırkı iddia tələbində zaminlə Cavabdeh arasındakı münasibət ümumiyyətlə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil. Belə olan halda işə ümumi məhkəmədə baxılmalıdır.
11. Birinci instansiya məhkəməsinin 2(053)-1269/2024 nömrəli iş üzrə 7 noyabr 2024-cü il tarixli qərardadı ilə (hakim Samir Quliyev) şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbayca n Respublikasının Qanunu
13. Maddə
1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı
14. Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyi şiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
15. Bənd
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahi sə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna m alik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
16. Bənd
12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
17. Bənd
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn m übahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
18. Bənd
15. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir.
19. Bənd
20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqa nları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
21. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
22. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
23. Maddə 31.1. Aidiyyət qaydalarını n pozulmasına yol verilmir.
24. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.
25. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.
26. Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.
27. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərk ibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.
28. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
30. Baxılan işdə iddiaçı hüquqi şəxs olsa da, Cavabdeh fiziki şəxs olmaqla fərdi sahibkar statusuna malik deyil.
31. İddia tələbi zaminlik müqaviləsi üzrə öhdəliyi üzərinə götürmüş zamindən borcun tələb edilməsi ilə bağlıdır.
32. Göründüyü kimi mübahisə həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından mülki mübahisədir.
33. Eyni zamanda bankla sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs arasında sahibkarlıq fəaliyyətindən yaranan kredit münasibətlərinin mövcudluğu hazırkı işin aidiyyətinin dəyişməsinə əsas ola bilməz. Çünki müəyyən edildiyi kimi borclunun vəfat etməsi səbəbindən ona və ya vərəsələrinə qarşı tələb irəli sürülməmiş, tələb yalnız sahibkar statusu olmayan zaminə qarşı irəli sürülmüşdür. Belə olan halda MPM-in 30-cu madəsində göstərilən qaydanın da tətbiqi istisna olunur.
34. Belə ki, baxılan iş üzrə kredit müqavilə üzrə borca lana qarşı pul tələbi ilə birləşdirilmiş olsaydı, ona MPM-in 30-cu maddəsinə əsasən həmin işə kommersiya məhkəməsində baxılması barədə məsələ müzakirə predmeti ola bilərdi.
35. Qarışıq məhkəmə tərkibi yuxarıda qeyd olunanları, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalıdır.
36. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7).
37. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilsin. Neftçala rayon Məhkəməsinin 2(053)-1269/2024 nömrəli iş üzrə 25 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.