Məhkəmə qərarları › İş №2(102)-4185/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4185/2023

05.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4185/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2023-cü il tarixli, 2(103)-3644/2023 saylı qətnaməsindən iddiaçı Maraqlı şəxs verdiyi kasasiya şikayəti üzrə işə 05 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı xx.xx.2018-ci il tarixli, 15 saylı müqaviləyə əsasən, ünvan 1 ünvanda tikilən binanın 1-ci blok, 10-cu mərtəbə, 3 otaqlı, sahəsi 110 kv.metr olan 64 saylı mənzili 132.000 manata Cavabdehndən almışdır. Mənzilin dəyərini Cavabdehnə tam ödəmiş, bunu təsdiq edən maliyyə arayışını da almışdır.

2. İddiaçı həmin mənzillə yanaşı eyni tarixdə daha iki müqavilə ilə iki mənzili də Cavabdehndən almış, həmin mənzillərin dəyərini tam olaraq ödəmişdir.

3. Daha sonra, hazırki mübahisənin predmeti olan, İddiaçı tərəfindən dəyəri ödənilməklə xx.xx.2018-ci il tarixli müqavilə əsasında alınmış mənzil Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə əsasında Maraqlı şəxs satılmışdır. Maraqlı şəxs da həmin mənzilin dəyərini tam olaraq ödəmişdir.

4. Hazırda İddiaçı Cavabdehndən mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılmasını, Maraqlı şəxs isə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin mənzilə mülkiyyət hüququnun tanınmasını və bu hüququnun qeydə alınmasını məhkəmədən tələb edirlər.

5. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 08 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs 22 iyul 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın üzərinə ünvan 2 ünvanda tikilən binadan müqavilə üzrə 1-ci blok, 10-cu mərtəb ə, 3 otaqlı, sahəsi 110 kvm olan 64 №li mənzil; 1-ci blok, 10-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kvm olan 70 №li mənzil; 1-ci blok, 9-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kvm olan mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında ünvan 3 ünvanında tikilən binadan mənzillərin alqı-satqısına dair aşağıdakı müqavilələr bağlanmış və dəyəri tam həcmdə ödənilmişdir: 1) xx.xx.2018-ci il tarixli, 15 saylı müqavilə: 1-ci blok, 10-cu mərtəbə, 3 otaqlı, sahəsi 110 kv.m olan 64 №li mənzil, dəyəri 132000 manat; 2) xx.xx.2018-ci il tarixli, 16 saylı müqavilə: 1-ci blok, 10-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kv.m olan 70 №li mənzil, dəyəri 88.800 manat; 3) xx.xx.2018-ci il tarixli, 17 saylı müqavilə: 1-ci blok, 9-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kv.metr olan mənzil, dəyəri 88800 manat.

8. Tərəflər arasında bağlanmış Müqavilələrə əsasən mənzillərin dəyəri iddiaçı tərəfindən tam həcmdə ödənilmişdir. Lakin bu günədək mənzillər təhvil verilməmiş, iddiaçının hüquqları pozulmuşdur. İddiaçı dəfələrlə cavabdeh MMC-yə mənzillərin ona təhvil verilməsi, müqavilə üzrə öhdəliklərini icra etməsi barədə bildirsə də, bir nəticə əldə olunmamışdır. İddiaçı faktiki olaraq ona məxsus olan, dəyərini tam ödədiyi mənzilləri təhvil ala bilmir, onlara sahiblik etmək və istifadə etmək imkanından məhrumdur. Bu səbəbdən hazırda mənzillərin təhvil verilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır.

9. Məhkəmə iclasında iştirakı edən və hazırda Bakı İstin taq Təcridxanasında saxlanılan Cavabdeh nümayəndəsi X9 izahatında bildirmişdir ki, ünvan 2 ünvanda tikilən binadan müqavilə üzrə 1-ci blok, 10-cu mərtəbə, 3 otaqlı, sahəsi 110 kv.metr olan 64 №li mənzili Maraqlı şəxs satmışdır. Bu mənzilə dair İddiaçı ilə bağladığı müqavilə yalan əqdir. Mənzili İddiaçı satmaq niyyəti olmamışdır. İddiaçı ilə bağlanmış digər iki əqd isə həmin əqdlərdə göstərilmiş hüquqi nəticələri yaratmaq niyyəti ilə bağlanmış və yalan əqdlər deyil.

10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-212/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə ( hakim M.Əfəndizadə) iddianın təmin edilməsi, Cavabdeh MTK-nın ünvan 4 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbə, 3 otaqlı, sahəsi 110 kv.metr olan 64 №li mənzilin; 1-ci blok, 10 -cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kv.metr olan 70 №li mənzilin; 1-ci blok, 9-cu mərtəbə, 1 otaqlı, sahəsi 74 kv.metr olan mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 390.1, 425.1, 442 və 448.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 52 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, onun 2(005)- 212/2023 saylı mülki iş üzrə maraqlı şəxs qismində tanınmasını xahiş etmişdir.

13. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin e-2(005)-212/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs, İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və maneələr in aradan qaldırılması” tələbinə dair mülki iş üzrə maraqlarına toxunan şəxs qismində tanınmışdır.

14. İddiaçı Maraqlı şəxs Cavabdehnə qarşı “mülkiyyət hüququnun tanınması və həmin hüququnun qeydə alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 130.800 manat pulun Cavabdeh MTK-dan və X2 tutularaq ona ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 ilə Cavabdeh MTK arasında xx.xx.2022-ci il tarixli, 17 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 57-saylı mənzili almışdır. Cavabdeh MTK tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, sahəsi 109,0 kv.metr olan 3 otaqlı mənzil üçün 130.800 manat ödəmişdir. Maraqlı şəxs öz öhdəliklərini ta m şəkildə həyata keçirməsinə baxmayaraq, Cavabdeh MTK-nın rəhbərliyi nəinki öhdəliklərini yerinə yetirməmiş, eyni zamanda dələduzluqla məşğul olmuşdur. Daha sonra, Maraqlı şəxs məlum olmuşdur ki, onun aldığı ev ondan başqa 2 nəfərə satılmışdır. Ödədiyi 130.800 manat pulun Cavabdeh MTK alınaraq Maraqlı şəxs qaytarılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hal-hazırda sözügedən mənzili aqibəti bəlli olmadığı üçün ödədiyi məbləği tələb etmək məcburiyyətindədir. xx.xx.2019-cu il tarixində X1 Nofəl Əhməd oğluna etibarnamə vermişdir və maliyyə arayışını X3 əvəzinə X9 imzalamışdır.

16. Daha sonra, Maraqlı şəxs iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 109,0 kv.metr olan 3 otaqlı mənzilə mülkiyyət hüququnun tanınmasını və mənzilin onun mülkiyyəti kimi qeydə alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X9 izahat verərək bildirmişdir ki, mübahisəli mənzili müqavilə əsasında Maraqlı şəxs satmışdır. Onun bu mənzilə dair İddiaçı ilə bağladığı müqavilə yalan əqdir. Mənzili İddiaçı satmaq niyyəti olmamışdır. İddiaçı ilə bağlanmış digər iki əqd isə həmin əqdlərdə göstərilmiş hüquqi nəticələri yaratmaq niyyəti ilə bağlanmış, yalan əqdlər deyil.

18. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-185/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia rədd edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 340.2 və 452.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Maraqlı şəxs hər iki mülki iş üzrə məhkəmə aktlarından apellyasiya şikayətləri verərək, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin e-2(005)-212/2023 saylı və 2(005)-185/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, onun iddiasının təmin, İddiaçı iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, hər iki mülki iş üzrə birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün ol mayan məhkəmə aktları qəbul edilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 avqust 2023-cü il tarixli, 2(103)-3644/2023 saylı qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-212/2023 saylı və 2(005)185/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi, birinci iddia tələbi üzrə nəticənin birləşdirilmiş ikinci iddia tələbi üzrə gəlinən nəticəni özündən bilavasitə asılı etməsini nəzərə alaraq hesab etmişdir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apelyasiya şikayətinin dəlillərinin nəzərə alınmaqla ilk öncə birləşdiril miş birinci iddia tələbi, daha sonra birləşdirilmiş ikinci iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.

24. Belə ki, istənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini daşıyan məhkəmə bunu tərəflərin həmin tələbə dair hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil sürətdə müəyyən etmək səlahiyyətinə malikdir. Hüququn pozulubpozulmaması da qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu nöqteyi-nəzərdən müqaviləyə istinad edilərək, hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsinə zərurət yaranır. Belə ki, müqaviləyə istinad edilərək, irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarsız olması, həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. Hazırki vəziyyətdə də bu barədə tələb olmadığı halda belə, müqavilə üzrə tələb hüququnun yaranıb-yaranmamasını, yəni müqavilənin etibarlı olubolmamasını müəyyən etmək üçün onun etibarlı olub-olmamasına hüquqi qiymət verilməlidir. Başqa sözlə, müqavilənin etibarlı olub-olmaması məsələsinə bu barədə tələbin olub-olmamasından asılı olmayaraq hüquqi qiymət verilməlidir.

25. İşin halları ilə müəyyən olunur ki, iddiaçının “alıcı” kimi göstərildiyi müqavilə cavabdehin Nizamnaməsinə əsasən belə müqavilələri bağlamaq səlahiyyətinə malik olan və həmin mü qavilələr imzalanan zaman Cavabdeh MTK-nın sədri olan T.Məhəmmədov tərəfindən imzalanmış və MTK-nın möhürü ilə təsdiq edilmişdir. İddiaçı həmin müqavilədə göstərilən əmlakın dəyərinin ödənilməsini təsdiq edən və yenə də buna səlahiyyətli olan MTK-nın sədri tərəfindən imzalanmış və MTK-nın möhürü ilə təsdiq edilmiş maliyyə arayışı verilmişdir. Bu baxımdan tərəflər arasında “alqı-satqı” müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır.

26. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, mübahisəli mənzilin başqa şəxsə satılması ehtimalının olması, mənzilin İddiaçı təhvil verilməməsi üçün nəinki əsas ola bilməz, ümumiyyətlə heç bir əsas kimi nəzərdən keçirilə bilməz.

27. Mülki işin materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, tərəflər arasında mənzil alqı-satqısına dair müqav ilələr bağlanmışdır. Müqaviləyə əsasən satıcı olan Cavabdeh MTK sözügedən mənzilləri təhvil verməyi, alıcı olan İddiaçı isə öz növbəsində müqavilələr üzrə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, alıcı İddiaçı öz öhdəliyini lazımınca yerinə yetirmişdir. Lakin, Cavabdeh MTK tərəfindən müqavilələrin predmeti olan mənzilləri İddiaçı təhvil verilməmiş, müqavilə öhdəliklərinin icrasına yönələn heç bir hərəkət etməmişdir. Belə olan halda İddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

28. Maraqlı şəxs iddia ərizəsinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, o, tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir və birinci instansiya məhkəməsi Maraqlı şəxs iddia tələbi üzrə düzgün nəticəyə gəlmişdir.

29. Belə ki, Maraqlı şəxs ona satılmış mənzilin İddiaçı satılmasına dair bağlanmış müqavilənin yalan əqd olduğunu iddia etsə də, bu halı sübut edə bilməmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Xüsusilə nəzərə alınmalıdır ki, İddiaçı eyni tarixdə yalnız mübahisəli mənzilə dair müqavilə bağlamış və digər iki mənzilə dair onunla Cavabdeh MTK arasında hər hansı müqavilə bağlanmamışdır.

31. Belə olan halda eyni tarixdə, eyni ünvanda olan üç mənzilin alınmasına dair iki müqavilənin qanunauyğun, bir müqavilənin isə yalnız onu bağlayan tərəfin nümayəndəsinin deməsinə görə yalan əqd olması ağlabatan, inandırıcı deyil. 32. “Mülki Məcəllənin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışın ı, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallarda əqdlərin pərdələnmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.

33. Göründüyü kimi, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdəti nə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

34. Əqdin etibarsızlığı dedikdə - tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir.

35. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız ə qdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.

36. Məhkəmə kollegiyasının qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arası nda iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

37. Məhkəmə kollegiyası, Maraqlı şəxs iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı qeyd etmişdir ki, sonuncu İddiaçı ilə bağlanmış əqdin yalan əqd olmasını sübuta yetirə bilmədiyindən, habelə həmin əqdin etibarsız hesab olunması üçün əsas olmadığından, mübahisəli mənzil İddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq satın alınmışdır. Belə olan halda isə, həmin mənzil üzərində Maraqlı şəxs mülkiyyət hüqunun tanınması qeyri-mümkündür.

38. Məhkəmə kollegiyası həmçinin Cavabdeh MTK-nin təmsilçisi Nofəl Hacıyevin iddianı etiraf etməsi və onunla İddiaçı həyat yoldaşı arasında pul münasibətlərinin olması, eyni tarixdə, eyni binada inşa edi lən mənzillərlə bağlı aralarında bağlanan üç müqavilədən yalnız birinin yalan əqd olması ilə bağlı izahatına münasibət bildirərək qeyd etmişdir ki, Maraqlı şəxs dəlilləri və Cavabdeh MTK-nın təmsilçisi Nofəl Hacıyevin etirafı işin hər hansı halı ilə sübut olunmadığından əsassızdır. Yəni, Cavabdeh MTK-nin təmsilçisi Nofəl Hacıyevin iddianı etiraf etməsi və qəbul etməsi, İddiaçı hüquqlarını və qanunla qorunan mənafeyini pozur.

39. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh MTK-nin təsisçisi Nofəl Hacıyev İddiaçı həyat yoldaşı ilə aralarında mövcud olan pul münasibətlərinin nədən ibarət olmasını izah edə bilməmiş, hansı səbəbdən iki mənzilin həqiqətən satıldığını, bir mənzilin isə başqa münasibətləri pərdələmək məqsədilə satış olmadan barəsində müqavilə bağlandığını əsasla ndırmamış, eyni zamanda, mübahisəli mənzil barədə bağlanmış müqavilənin etibarsızlığını mülki mühakimə icraatı qaydasında mübahisələndirməmişdir.

40. Məhkəmə kollegiyası Cavabdeh MTK-nin təmsilçisi Nofəl Hacıyev barəsində Azərbaycan Respublikası Prokurorluğunun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işinin başlanmasını, onun barəsində məhkəmə tərəfindən “həbs” qətimkan tədbirinin seçilməsini, Maraqlı şəxs həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını, həmçinin Cavabdeh MTK-nin təmsilçisi Nofəl Hacıyevin bildirdiyi halları təsdiq edə biləcək sübutların məhkəməyə təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs iddia tələbi əsaslı sayıla bilməz və bütün bunlar Cavabdeh MTK-nin təmsilçisi Nofəl Hacıyevin Maraqlı şəxs iddia tələbini etiraf etməsi, əslində onun məsuliyyətdən yayınmasına, istintaq orqanının zərərçəkmiş şəxs qismində tanıdığı Maraqlı şəxs ilə barışmasına cəhdi kimi qiymətləndirir və bunu mötəbər sübut kimi qəbul etmir.

41. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli mənzil xx.xx.2018-ci il tarixli müqavilə ilə əvvəl İddiaçı, xx.xx.2022-ci il tarixli müqavilə ilə isə Maraqlı şəxs satılmışdır. Yəni, Cavabdeh MTK tərəfindən bu mənzili təhvil vermək öhdəliyi ilk əvvəl İddiaçı xeyrinə yaranmışdır, bu səbəbdən də ona münasibətdə icra olunmalıdır.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.2-ci maddəsinə əsasən öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ö dənilməsini tələb edə bilər.

43. Beləliklə, məhkəmə kollegiyası birləşdirilmiş işlər ilə əlaqədar hər iki iddia tələbi üzrə dəyərləndirmə apararaq apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia tələbini təmin, Maraqlı şəxs iddia tələbini rədd edərkən mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla, iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin oluna bilməz.

44. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Məcəllənin 340.2, 452.2-ci maddələrinin və digər maddi və prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Ka ssasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. İddiaçı Maraqlı şəxs kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiasının təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

46. İddiaçı Maraqlı şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamış və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 340.2. Yalan əqd başq a əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

49. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

50. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

51. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləş dirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

52. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

53. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərəmüvafiq surətdə hərəkət etməlidir.

54. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə- onun pozulması və ya lazımınca ic ra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

55. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ol araq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. İddiaçı Maraqlı şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onun iddia tələbinə ünvan 1 ünvanda tikilən binanın 1-ci blok, 10-cu mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 110 kv.metr olan 64 saylı mənzilə aid hissədə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yox lanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

63. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

64. İddiaçı Maraqlı şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansi yası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

65. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanda tikilən binanın 1-ci blok, 10cu mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 110 kv.metr olan 64 saylı mənzili 12 iyun 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı, 01 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs satılmışdır.

66. Maraqlı şəxs iddia ərizəsinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, o, tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

67. Belə ki, Maraqlı şəxs ona satılmış mənzilin İddiaçı satılmasına dair bağlanmış müqavilənin yalan əqd olduğunu iddia etsə də, bu halı sübut edə bilməmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, h ər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Xüsusilə nəzərə alınmalıdır ki, İddiaçı eyni tarixdə yalnız mübahisəli mənzilə dair müqavilə bağlamış və digər iki mənzilə dair onunla Cavabdeh MTK arasında hər hansı müqavilə bağlanmamışdır.

69. Belə olan halda eyni tarixdə, eyni ünvanda olan üç mənzilin alınmasına dair iki müqavilənin qanunauyğun, bir müqavilənin isə yalnız onu bağlayan tərəfin nümayəndəsinin deməsinə görə yalan əqd olması ağlabatan, inandırıcı deyil. 70. “Mülki Məcəllənin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yara nan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticəəldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.

71. Göründüyü kimi, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı bir inə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

72. Əqdin etibarsızlığı dedikdə- tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir.

73. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərt lərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.

74. Məhkəmə kollegiyasının qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

75. Məhkəmə kollegiyası, Maraqlı şəxs iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı qeyd etmişdir ki, sonuncu İddiaçı ilə bağlanmış əqdi n yalan əqd olmasını sübuta yetirə bilmədiyindən, habelə həmin əqdin etibarsız hesab olunması üçün əsas olmadığından, mübahisəli mənzil İddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq satın alınmışdır. Belə olan halda isə, həmin mənzil üzərində Maraqlı şəxs mülkiyyət hüququnun tanınması qeyri-mümkündür.

76. Məhkəmə kollegiyası həmçinin Cavabdeh MTK-nin təmsilçisi Nofəl Hacıyevin iddianı etiraf etməsi və onunla İddiaçı həyat yoldaşı arasında pul münasibətlərinin olması, eyni tarixdə, eyni binada inşa edilən mənzillərlə bağlı aralarında bağalanan üç müqavilədən yalnız birinin yalan əqd olması ilə bağlı izahatına münasibət bildirərək qeyd etmişdir ki, Maraqlı şəxs dəlilləri və Cavabdeh MTK-nın təmsilçisi Nofəl Hacıyevin etirafı işin hər hansı halı ilə sübut olunmadığından əsass ızdır. Yəni, Cavabdeh MTK-nin təmsilçisi Nofəl Hacıyevin iddianı etiraf etməsi və qəbul etməsi, İddiaçı hüquqlarını və qanunla qorunan mənafeyini pozur.

77. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh MTK-nin təsisçisi Nofəl Hacıyev İddiaçı həyat yoldaşı ilə aralarında mövcud olan pul münasibətlərinin nədən ibarət olmasını izah edə bilməmiş, hansı səbəbdən iki mənzilin həqiqətən satıldığını, bir mənzilin isə başqa münasibətləri pərdələmək məqsədilə satış olmadan barəsində müqavilə bağlandığını əsaslandırmamış, eyni zamanda, mübahisəli mənzil barədə bağlanmış müqavilənin etibarsızlığını mülki mühakimə icraatı qaydasında mübahisələndirməmişdir.

78. Məhkəmə kollegiyası Cavabdeh MTK-nin təmsilçisi Nofəl Hacıyev barəsində Azərbaycan Respublikası Prokurorluğunun Baş Prokuror y anında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işinin başlanmasını, onun barəsində məhkəmə tərəfindən “həbs” qətimkan tədbirinin seçilməsini, Maraqlı şəxs həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını, həmçinin Cavabdeh MTK-nin təmsilçisi Nofəl Hacıyevin bildirdiyi halları təsdiq edə biləcək sübutların məhkəməyə təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs iddia tələbi əsaslı sayıla bilməz və bütün bunlar Cavabdeh MTK-nin təmsilçisi Nofəl Hacıyevin Maraqlı şəxs iddia tələbini etiraf etməsi, əslində onun məsuliyyətdən yayınmasına, istintaq orqanının zərərçəkmiş şəxs qismində tanıdığı Maraqlı şəxs ilə barışmasına cəhdi kimi qiymətləndirir və bunu mötəbər s übut kimi qəbul etmir.

79. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli mənzil xx.xx.2018-ci il tarixli müqavilə ilə əvvəl İddiaçı, xx.xx.2022-ci il tarixli müqavilə ilə isə Maraqlı şəxs satılmışdır. Yəni, Cavabdeh MTK tərəfindən bu mənzili təhvil vermək öhdəliyi ilk əvvəl İddiaçı xeyrinə yaranmışdır, bu səbəbdən də ona münasibətdə icra olunmalıdır.

80. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.2-ci maddəsinə əsasən öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

81. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Maraqlı şəxs kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məh kəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, Maraqlı şəxs iddiasını rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Maraqlı şəxs kas sasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 avqust 2023-cü il tarixli, 2(103)-3644/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar