Məhkəmə qərarları › İş №2(102)-4186/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4186/2022

30.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4186/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinə d air mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3078/2022 nömrəli, 4 may 2022-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X7 (bundan sonra – mərhum) xx.xx.1992-ci il tarixdə anadan olmaqla ünvan-də qeydiyyatda olmuş və xx.xx.2021-ci il tarixdə müvəqqəti yaşadığı ünvan2 saylı mənzildə ölmüşdür. Həmin tarixdə mərhumun adına Təcili və X4 Stansiyasına çağırış daxil olmuş, Stansiyanın Bakı şəhəri Nizami RPİ-nin 34-cü PŞ-nin sorğusuna xx.xx.2021-ci il tarixli, 6/349 saylı cavab məktubunda həkim briqadasının çağırışa gedərkən kişi cinsinə mənsub meyid aşkar etdiyi qeyd olunmuşdur. Bakı şəhəri Xətai rayonu 3 8 nömrəli Şəhər Poliklinikası tərəfindən mərhumun adına ölüm haqqında sənəd (forma 106) verilməsindən imtina olunmuşdur.

2. Bundan sonra, mərhumun qardaşı X1 ölümünün qeydə alınması barədə ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə (bundan sonra – birinci maraqlı şəxs) müraciət etmiş, lakin Şöbə tərəfindən xx.xx.2021-ci il tarixli, 05/Q-443/15 saylı məktubla ölümü təsdiq edən sənədin (tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi) olmaması səbəbindən ərizəsi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi (mərhumun anası, bundan sonra - ərizəçi) birinci maraqlı şəxsə qarşı şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi fa ktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlunun xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu qəflətən xx.xx.2021-ci il tarixdə saat 13:10 radələrində Nizami rayonu ərazində müvəqqəti yaşadığı ünvanda vəfat etmiş, mərhumun adına X10a 4 dəfə çağırış edilmiş, lakin 13:50 radələrində həkim gələnədək oğlu vəfat etmişdir. Ərizəçi ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün Bakı şəhəri Xətai rayonu 38 saylı Şəhər Poliklinikasına müraciət etmiş, lakin X10 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində mərhumun ölüm səbəbi qeyd olunmadığına görə poliklinika bundan imtina etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X8 ifadələrində ərizəçinin böyük oğlunun dostu olduqlarını, qonşuluqda yaşadıqlarını, mərhumun xx.xx.2021-ci il tarixdə vəfat etdiyini və dəfn mərasimində iştirak etdiklərini bildirmişlər.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-8670/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) ərizə təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini işin yuxarıda sadalanan faktiki hallarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 307.1, 307.2.8 və 308-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi (bundan sonra – apellyator və ya i kinci maraqlı şəxs) apellyasiya şikayəti verərək, qətnamənin ərizənin təmin olunmuş hissəsində dəyişdirilərək, işdə olan sənədlər əsasında, şəxsin ölüm faktı ilə yanaşı, ölüm səbəbinin müəyyənləşdirilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, apellyator birinci instansiya məhkəməsi tərəfindən maraqlı şəxs qismində cəlb edilmədiyi halda, iş üzrə qəbul edilmiş qətnamənin icra edilməsi ilə əlaqədar öhdəlik onun üzərinə qoyulmuş, lakin qətnamədə şəxsin ölüm səbəbi qeyd olunmadığından ölümün qeydə alınması, eləcə də ölüm haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün olduğundan qətnamə icra oluna bilməmişdir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziy yəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən, ölüm haqqında şəhadətnamənin müvafiq hissəsində “ölümün səbəbi” qeydi göstərilməlidir. Əks halda, şəhadətnamə natamam olacaqdır. Məhkəmə isə şəxsin ölüm faktını müəyyən edərkən onun ölüm səbəbini müəyyən edə bilməmiş, bununla bağlı ekspertiza təyin etmək imkanı olduğu halda, bu istiqamətdə heç bir araşdırma aparmamışdır.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3078/2022 nömrəli, 4 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər–Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.

11. Apellyasiya instansiyası məhkəməs i qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, ölüm faktının müəyyən edilməsi üçün ölüm haqqında həkim arayışı olmalı, bu barədə həkim şəhadətnaməsi olmadıqda isə ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Hazırkı iş üzrə xx.xx.2021-ci il tarixdə saat 13:31 radələrində mərhumun adına X10 stansiyasına çağırış verilməsi, xəstənin yanına həkim briqadası gedəndə evdə kişi cinsli meyid aşkar olunması iş materialları ilə təsdiq edilir. Bununla belə, ərizəçi mərhumun xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, birin ci instansiya məhkəməsi də işə mahiyyəti üzrə baxaraq ərizənin təmin olunması barədə qətnamə çıxarmışdır.

12. Məhkəmə kollegiyası MPM-in 261.0.1-ci maddəsinə istinadla hesab etmişdir ki, ərizəçi öz ərizəsinə müəyyən olunmasını xahiş etdiyi faktı təsdiq edən rəsmi sənədi əlavə etdiyindən, həmin ərizəyə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üzrə xüsusi icraat qaydasında məhkəmədə baxıla bilməz.

13. Kollegiya, həmçinin izah etmişdir ki, ərizəçi əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı müvafiq sənədlərlə ölüm haqqında şəhadətnamənin verilməsini həyata keçirən orqana müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şi kayət verə bilər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Ərizəçi (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

15. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərini nəzərə almamışdır. Belə ki, mərhum ölməsi işin mübahisəli halı olmamaqla iş materialları ilə tam sübuta yetirildiyi halda, onun ölüm faktının qeydiyyata alınmaması ərizəçinin (anasının) qanunla qorunan mənafelərinə ziddir. Eyni zamanda, hüquqi müəyyənlik prinsipi baxımından da vətəndaşın ölü m faktının dövlət qeydiyyatına alınması zəruridir. Bundan başqa, apellyasiya məhkəməsi məsələnin həllinə özünün də istinad etdiyi Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 9.3 və 9.4-cü bəndlərini tətbiq etmək əvəzinə, həmin hüquqi mövqelərə zidd olaraq ərizəçinin məhkəməyə müraciət etmək hüququnu faktiki məhdudlaşdırmış, nəticədə ərizəçi hüququnun bərpa edilməsi üçün başqa məhkəmə mübahisələrinə cəlb edilmək məcburiyyətində qalmışdır. Halbuki, qeyd olunan bəndlərin tələbinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qət naməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Göründüyü kimi, Plenum qərarında da ölümün baş verməsi səbəbinin göstərilməsi qeyd olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

17. Bənd

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-c i il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

18. Bənd 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşd ur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.

19. Bənd 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat e tməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.

20. Bənd 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir.

21. Bənd 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 261.0.1. Məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraat xitam verir.

23. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

24. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

25. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilərki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Apellyasiya instansiyası məhkəməsinin aktı ərizəçinin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. İlk növbədə qeyd olunmalıdır ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sən ədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

33. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.

34. Hazırkı ərizə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə olmaqla, bu faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması tələb olunur.

35. Bu sahədə formalaşmış hüquqi mexanizm ondan ibarədir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikdə isə bu fakt məhkəmə tərəfindən müəyyən edilir və bu barədə ərizəyə ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün müraciət edilməsi, həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar, eyni zamanda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) əlavə edilməlidir (§ 17-21).

36. Baxılan iş üzrə ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəyə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı sübutlar (Təcili və X3 Stansiyasının Bakı şəhəri Nizami RPİ-nin 34-cü PŞ-nin sorğusuna xx.xx.2021-ci il tarixli, 6/349 saylı cavab məktubu, şahid ifadələri) əlavə olunmuş, ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl ölüm haqqında tibbi şəhadətnamənin alınması barədə Bakı şəhəri Xətai rayonu 38 nömrəli Şəhər Poliklinikasına müraciət etmiş, lakin X10 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində mərhumun ölüm səbəbi qeyd olunmadığına görə poliklinika bundan imtina etmişdir. Eyni zamanda, ölüm faktını qeydə alınmas ı barədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan müvafiq orqana da müraciət olunmuş, lakin ölümü təsdiq edən sənədin (tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi) olmaması səbəbindən faktın qeydə alınmasından imtina edilmişdir.

37. Göründüyü kimi, hazırkı işdə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün bütün şərtlər mövcud olduğu halda, apellyasiya instansiyası məhkəməsinin həmin faktın məhkəmə qaydasında müəyyən edilməli olmaması əsası ilə iş üzrə icraata xitam verməsi prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur.

38. O da qeyd olunmalıdır ki, apellyasiya məhkəməsinin istinad etdiyi hal ərizəçinin özü tərəfindən ərizəyə müəyyən olunmasını xahiş etdiyi faktı təsdiq e dən rəsmi sənədin əlavə edilməsi bu faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün qanunla müəyyən edilmiş yuxarıda sadalanan prosessual şərtlərdən biridir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, qərardad ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-in yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3078/2022 nömrəli, 4 may 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş yeni apellyas iya baxışına göndərilsin. Qərar qətidir, qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar