Məhkəmə qərarları › İş №2(102)-4189/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4189/2022

17.10.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4189/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şəxs X2 qarşı icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair ilk, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(102)-4189/2022 Açar sözlər: icarə müqaviləsinin ləğvi Bakı şəhəri 17 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şə xs X2 qarşı icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair ilk, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-494/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən və ümumi sahəsi 702,5 kv metr olan qeyri-yaşayış sahəsi 07 avqust 2010-cu il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ əsasında X2 məxsus olmuş və 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə əsasən X4 mülkiyyətində olan qeyri-yaşayış sahəsini, fındıq emalı sexini Cava bdeh illik 3000 (üç min) manat icarə haqqını ödəmək şərti ilə 10 il müddətinə icarəyə vermişdir. 2. 27 iyul 2016-cı il tarixdə N.A.Osmanov notariatda təsdiq edilmiş müqavilə əsasında ona məxsus olan qeyri-yaşayış sahəsini İddiaçı satmış və sonuncunun həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla adına 30 iyul 2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir.

3. X4 Cavabdeh qarşı iddia ərizəsi və iddia tələblərinin həcminin dəqiqləşdiirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X4 ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh 14.972 manat məbləğində pulun və dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-108 75/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2765/2018 saylı, 14 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı X1 Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisələndirilən obyekt alqı-satqı müqaviləsi əsasında hazırki iş üzrə iddiaçı-cavabdeh İddiaçı mülkiyyətinə keçmişdir. Yəni, obyektin əvvəlki mülkiyyətçisi olan Nurullah Osmanovun artıq belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır.

5. İddiaçı 29 iyul 2019-cu il tarixdə icarə münasibətlərinin Cavabdehlə davam etdirilməsini, müqavilə şərtlərinə yeni dən baxılmasını sonuncuya təklif etmiş və 5 gün ərzində bu təklifinə cavab verilməsini xahiş etmiş, təklifinə müsbət cavab olmadığı təqdirdə adı gedən icarə müqaviləsinin ləğv edilməsi və icarə münasibətlərinə xitam verilməsi barədə tərəfindən məhkəməyə müraciət ediləcəyini cavabdehə bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 6. 2019-cu ilin avqust ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əvvəlki mülkiyyətçi ilə bağladığı icarə müqaviləsində aylıq icarə haqqının 250 manat müəyyən olunmaqla həmin məbləğin obyektin real icarə haqqına uyğun olmamasını və bununla əlaqədar icarə müqaviləsinin şərtlərinə yenidən baxılması barədə onun tərəfindən cavabdehə 28 iyul 2019-cu il tarixdə təklif göndərsə də, c avabdehin həmin təklifə münasibətini bildirməməsini, eləcə də sonuncunun ona hər hansı məbləğdə icarə haqqını ödəməməsini əsas göstərməklə Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən Cavabdehlə ona məxsus əmlaka dair bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin üzərinə mülkiyyətçi kimi onun təklif etdiyi şərtlərlə icarə müqaviləsinin bağlanması barədə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı məhkəməyə iddianın həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh, Zaqatala rayon 2 saylı Notariat Ofisi və üçüncü şəxs X2 qarşı Cavabdeh ilə X4 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh qarşılıqlı iddia verərək 30 iy ul 2015-ci tarixli icarə müqaviləsinin 11-ci maddəsinin 3-cü bəndinə görə müqaviləyə icarəyə verən tərəfindən vaxtından əvvəl xitam verildiyi təqdirdə tam icarə müddəti ərzində ödənilən və ödəniləcək icarə haqqının onqat misli miqdarında icarəçiyə pul məbləğinin ödənilməsinin nəzərdə tutulmasını və həmin məbləğin 10 il müddət üçün 300.000 manar təşkil etməsini əsas göstərməklə müqavilənin həmin maddəsinin tələbinin pozulması ilə əlaqədar İddiaçı onun xeyrinə 300.000 manatın tutulmasını xahiş etmişdir.

9. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1038/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: E.H.Məmmədov) ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı mübahisələndirilən əmlakın artıq mülkiyyətçisi olduğundan hazırki tələblə məh kəməyə müraciət etmək hüququ yaranmışdır. Lakin, bununla yanaşı məhkəmə ilk iddianı əsaslı hesab edilməsinin mümkün olmaması qənaətinə gəlmişdir.

11. Belə ki, tərəflər arasında bağlanmış, hazırda mübahisələndirilən 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinin özündən göründüyü kimi, müqavilənin hər hansı tərəfi digər tərəfi 6 ay qabaqcadan xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. İş materiallarından göründüyü kimi əmlakın mülkiyyətçisi icarə müqaviləsi üzrə icarəyə verən tərəf olan İddiaçı 28 iyul 2019-cu il tarixdə icarəçiyə təkliflə xəbərdarlıq etmiş, xx.xx.2019-cu il tarixdə isə müqavilənin ləğvi barədə məhkəməyə iddia vermişdir.İddiaçı müqavilədə göstərilən 6 aylıq xəbərdarlıq müddətini gözləmədən hazırki tələblə məhkəməyə müraciət etməkdə haql ı olmamışdır.

12. Eyni zamanda iddiaçı Cavabdeh X2 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlak barəsində bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsindən irəli gələn istifadə hüququnun bərpa edilməsi, cavabdeh X1 və üçüncü şəxs İddiaçı həmin sexdən çıxarılması və onun həmin sexə köçürülməsi tələbi barədə ilk iddiası təmin olunmamış, cavabdeh X1 iddiaçıya qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası üzrə qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin MK-nın 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh ilk iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X4 arasında bağlanmı ş 30 iyul 2015-ci il tarixli icarə müqaviləsindən irəli gələn istifadə hüququ bərpa edilmiş, cavabdehlər X4 və İddiaçı icarə müqaviləsində göstərilən fındıq sexindən çıxarılması və iddiaçı Cavabdeh həmin sexə köçürülməsi qət edilmiş, ilk iddia 27 iyul 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı hissədə təmin edilməmiş, cavabdeh X1 iddiaçı Cavabdeh qarşı 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası təmin edilməmişdir.

13. Həmin qətnamə ilə icarə müqaviləsi üzrə icarəçi Cavabdeh istifadə hüququ tanınmış və hazırda qətnamə qanuni qüvvəsindədir. Eyni zamanda mübahisələndirilən alqı-satqı müqaviləsi hazırda öz qüvvəsindədir.

14. Məhkəmə eyni zamanda qarşılıqlı iddiaya münasibətdə he sab etmişdir ki, qarşılıqlı iddia təmin olunmamalıdır. Belə ki, qarşılıqlı iddianın özündən göründüyü kimi, ilk iddia təmin olunduğu, yəni sözügedən icarə müqaviləsi birtərəfli ləğv olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilərdi. Yəni, mübahisələndirilən müqavilənin birtərəfli ləğvi müqavilənin 11-ci bəndində göstərilən və tərəflərin iradə ifadəsinə uyğun olaraq qarşılıqlı iddia ərizəsində göstərilən məbləğin icarəçi tərəfindən tələb edilməsi hüququnu yaradır. Hazırki vəziyyətdə məhkəmə ilk iddianın təmin olunmaması qənaətinə gəldiyindən hesab edir ki, qarşılıqlı iddia da təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilib ilkin iddianın təm in, qarşılıqlı iddianın isə rədd olunmasına dair, qarşılıqlı iddiaçı Cavabdeh isə qətnamənin ləğv edilib qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-644/2020 saylı, 11 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti isə təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(033)-1038/2019 saylı qətnaməsi İddiaçı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilərək həmin iddianın təmin olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni bel ə əsaslandırıb ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı Cavabdeh 6 ay qabaqcadan xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Eyni zamanda qeyri-yaşayış sahəsi Cavabdeh icarəyə verildikdən sonra İddiaçı satıldığından, sonuncu icarəyə verən Nurullah Osmanovu əvəz etməklə icarə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrin daşıyıcısı sayılır. İddiaçı müqavilə üzrə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etməklə Cavabdeh müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı təklif göndərib, lakin sonuncu öz mövqeyini bildirmədiyinə görə hazırki məhkəmə mübahisəsi yaranıb. Bu səbəbdən də ilk iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh apelyasiya şikayətinin dəlil ləri isə əsassızdır. Belə ki, o qarşılıqlı iddia ərizəsində heç də müqavilənin ləğv edilməsini deyil, İddiaçı tələb etdiyi pula dair qarşılıqlı iddiasının təmin olunmamasını mübahisələndirir. Buradan da göründüyü kimi Cavabdeh heç də müqavilə münasibətlərini davam etdirmək niyyətində deyil və qarşı tərəfdən, yəni İddiaçı pul tələb etməkdə daha çox maraqlıdır. Ona görə də qarşılıqlı iddianın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 421- 424-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İlkin iddia tələbi üzrə Cavabdeh kassasiya şikayəti verərək qətna mənin qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsini və həmin iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-730/21 saylı, 23 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər – Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov və V.T.Həsənov) Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2(107)-644/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MM-nin 704.1-ci maddəsinin tələblərini pozaraq, sözügedən qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanarkən icarə müddətinin 01 sentyabr 2 025-ci il tarixədək müəyyən edilməsinə, İddiaçı icarə müqaviləsində şərtləndirilmiş 6 aylıq xəbərdarlıq müddətini gözləmədən, yəni icarə müqaviləsinin ləğvinə dair 28 iyul 2019-cu il tarixdə Cavabdeh yazılı təklif göndərdikdən 1 ay sonra 29 avqust 2019-cu il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə diqqət yetirmədən, Cavabdeh icarəyə götürdüyü qeyri-yaşayış sahəsi üzərində “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci bəndi ilə qorunan hüququnu nəzərə almamışdır. Halbuki, həmin maddənin mənasına görə, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir.

21. Digər tərəfdən, icarə müqaviləsinin şərtlərinə görə, müqaviləyə vaxtından əvvəl xitam verildikdə həmin vaxtadək i cra olunmuş öhdəliklər üzrə hesablaşma aparılmalıdır. Eyni zamanda əgər müqaviləyə icarəyə verən tərəfindən vaxtından əvvəl xitam verilirsə, bu halda tam icra müddəti ərzində ödənilən və ödəniləcək icarə haqqının onqat məbləği şəklində icarəçiyə pul qaytarılmalıdır.

22. Hazırki halda, İddiaçı iddia edir ki, Cavabdeh icarə müqaviləsinin qüvvədə olduğu müddətdə ona bir manatda olsun icarə haqqı ödəməyib, sonuncu isə bununla razılaşmır və iddia edir ki, qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlayarkən əvvəlki mülkiyyətçi Nurullah Osmanova yazılı qəbzlərə və fotoşəkillərə əsasən 05 avqust 2015-ci ildə 29.500 ABŞ dolları, 3.500 manat, 21 avqust 2015-ci ildə 500 manat, 07 sentyabr 2015-ci ildə 200 manat, 17 sentyabr 2015-ci ildə 100 manat olmaqla, 10 illik icarə haqqını- yəni cəmi 30.000 manat pulu əvvəlcədən ödəyib.

23. İşin bu halları X5 Abdullayev, İddiaçı və digərlərinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı borcunun, zərərin, gecikmə faizinin və hüquqi xidmətə görə xərcin əvəzinin ödənilməsi” iddiasına dair mülki iş üzrə qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə də müəyyən edilir. Belə ki, apelyasiya instansiyası məhkəməsi sözügedən qətnamə ilə qeyd olunan qəbzləri və fotoşəkilləri mötəbər sübut kimi qəbul edərək, bu nəticəyə gəlib ki, Cavabdeh icarə obyektinin 11 ay 26 gün üçün olan icarə borcundan və iddia olunan zərər məbləğindən xeyli artıq pul vəsaitini Nurullah Osmanova ödəmişdir. Eyni zamanda həmin qətnamədən görünür ki, apelyasiya baxışı zamanı Nurullah Osmanovun nümayənd əsi izahatında sözügedən qəbzlərdə göstərilən pul vəsaitinin mübahisəli icarə haqqının ödənişləri olmayıb X5 Abdullayevlə ticarət partnyoru olan başqa bir şəxsə olan borcunun qaytarılması ilə bağlı tərtib edildiyini göstərmişdir. Belə olan halda, Nurullah Osmanov aldığı pul məbləğinin başqa münasibət (borc) üzrə ödəniş olduğunu iddia etdiyindən iddianı sübutetmə etmə yükü də onun üzərinə düşür.

24. Apelyasiya instansiyası məhkəməsi, İddiaçı tələbinə əsasən icarə müqaviləsinə vaxtından əvvəl xitam verdiyi halda, həmin tarixədək icra olunmuş öhdəliklər üzrə heç bir hesablaşma aparmadan, Cavabdeh 10 illik icarə haqqını əvvəlcədən Nurullah Osmanova ödəyib-ödəməməsini araşdırmadan, tam icra müddəti ərzində ödənilən və ödəniləcək icarə haqqının məbləğini müəyyən etmədən və 10 illik icarə haqqı h əqiqətən əvvəlcədən Nurullah Osmanova ödənilmişdirsə, bu halda İddiaçı ödənilmiş icarə haqqını onqat məbləğ şəklində Cavabdeh qaytarmalı olmasını nəzərə almadan və qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş bu kimi halların hazırki işdə iştirak edən şəxslər üçün preyudsial əhəmiyyət daşıyıb-daşımamasına hüquqi qiymət vermədən, ilk iddianın əsaslı olması qənatinə gəlmişdir.

25. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni qeyd olunan maddələrin tələbləri ilə əsaslandırmağa çalışsa da, Cavabdeh tərəfindən 11 ay 26 gün müddət ərzində icarə müqaviləsinin əhəmiyyətlə dərəcədə pozulmasının nədən ibarət olmasını, bunun nəticəsində digər tərəfə, yəni İddiaçı və ya Nurullah Osmanova hər hansı formada zərər dəyib-dəyməməsini, icarə müqaviləsi bağlanarkən sonuncunun ümid etməyə haqqı çatanlardan məhrum və bunun xeyli dərəcədə olub-olmamasını, qeyri-yaşayış sahəsini satın alarkən İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində Cavabdeh icarə hüququnun olmasını bilib-bilməməsini və həmin qeyri-yaşayış sahəsi üzərində yüklülüyün olmamasına münasibətdə onun vicdanlı olub-olmamasını araşdırmadan, yalnız qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun İddiaçı keçməsinə əsas tutub Cavabdeh qeyri-yaşayış sahəsinə olan icarə hüququna xitam vermişdir.

26. Halbuki, Mülki Məcəllənin 158.3-cü maddəsində göstərilir ki, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur.

27. Bundan başqa, işdən görünür ki, qeyri-yaşayış sahəsi 11 ay 26 gün müddət ərzində Ca vabdeh icarəsində olub və sonradan o, həmin qeyri-yaşayış sahəsindən çıxarılıb. Bundan sonra qanuni qüvvəyə minmiş Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilk iddiası təmin edilərək, sonuncu ilə Nurullah Osmanov arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsindən irəli gələn istifadə hüququ bərpa edilərək, Nurullah Osmanov və İddiaçı icarə müqaviləsində göstərilən fındıq sexindən çıxarılması və Cavabdeh həmin sexə köçürülməsi qət edilib, eyni zamanda ilk iddia 27 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində, həmçinin X5 Abdullayevə qarşı “30 iyul 2015-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilib. d) Apellyasiya instansiya sı məhkəməsindəki ikinci icraat

28. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1030/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Q.Abbasov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürov) İddiaçı apellyasiya şikayəti təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(033)-1038/2019 saylı qətnaməsi İddiaçı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilərək həmin iddia tələbinin təmin edilməsi, Cavabdeh apellyasiya şikayətinin isə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

29. Məhkəmə müəyyən etmişdir ki, hazırda baxılan iddianın predmeti olan 30 iyul 2015-ci il tarixli icarə müqaviləsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alı nmamışdır. Ona görə də kollegiyanın qənaətinə görə mübahisələndirilən 30 iyul 2015-ci il tarixli icarə müqaviləsini qanunvericiliyin tələblərinə tam əməl edilməklə bağlanmış müqavilə hesab etmək mümkün deyildir. Qanunvericilik yalnız dövlət reyestrində qeydə alınmış hüquqların müdafiəsinə imkan yaradır. Qanunvericiliyin tələbinə görə icarəyə verilmiş əmlakın mülkiyyətçisi dəyişdikdə, əvvəlki mülkiyyətçinin bütün hüquq və vəzifələri yeni mülkiyyətçiyə keçir.

30. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, icarəyə verilmiş əmlak icarə verildikdən sonra üçüncü şəxsə, yəni hazırkı iş üzrə iddiaçıya satıldığından, İddiaçı tərəflər arasında icarəyə verəni əvəz edərək kirayə (icarə) hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrin daşıyıcısıdır. İlk İddiaçı müqavilə üzrə mübahisə nin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etməklə qarşı tərəfə müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı qanunvericiliyə uyğun olaraq təklif göndərmiş, lakin qarşı tərəf bununla razılaşmasına dair öz mövqeyini bildirmədiyindən məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən Cavabdeh göndərilən 28 iyul 2019-cu il tarixli təklifdən bugünədək 2 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, cavabdeh istər məhkəmə iclaslarında, istərsə də məhkəmə iclaslarından kənar həmin təklifi qəbul etməmiş, hər hansı bir formada kompromisə getmək niyyətini nümayiş edirməmişdir.

31. İş üzrə diqqət yetirilməli olan məqamlardan biri də cavabdehin tərəfində iştirak edən üçüncü şəxs Nurullah Osmanovun məhkəmə kollegiyasının iclasında veridiyi ifadədir. Nurullah Osmanov bildirmişdir ki, Cavabdeh 30 iyul 2015-ci il tarixli icarə müqaviləsi ilə bağlı ona hər hansı məbləğdə icarə haqqı ödənişi etməmişdir. Sözügedən daşınmaz əmlakı alqı-satqı müqaviləsi ilə satın alan İddiaçı isə alqı-satqı zamanı həmin icarə müqaviləsindən, yəni satın aldığı daşınmaz əmlakın yüklü olmasından xəbəri olmamışdır. Çünki həmin qeyri-yaşayış sahəsinin alğı-satqısı aparılarkən və ya ondan əvvəl o bu barədə İddiaçı məlumat verməmişdir. Habelə alqı-satqı zamanı sözügedən daşınmaz əmlakın icarədə olmasına görə alıcı İddiaçı əmlakın alışına görə hər hansı güzəşt, o cümlədən qiymətdə güzəşt edilməmişdir.

32. Bundan əlavə tərəflər arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinin 5-ci maddəsinə əsasən icarəçi icarə haqqını hər icarə ilinin ilk 3 ayı ərzində ödəməyi öhdəs inə götürmüşdür. Belə olduğu təqdirdə icarəçinin heç bir məcburiyyət olmadan 10 illik icarə haqqını qabaqcadan ödəməsi ağlabatan deyildir. Çünki cavabdeh bir sahibkar kimi sərəncamında olan kapitalı təyinatı üzrə əsas prioritet olan sahibkarlıq fəaliyyətinə yatırmadığını, əvəzində isə 10 illik icarə haqqını belə bir öhdəlik olmadan qabaqcadan ödədiyini iddia edir.

33. Bundan əlavə 27 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, üçüncü şəxs Nurullah Osmanov həmin qeyri-yaşayış sahəsini İddiaçı 40.000 manata satmışdır. Deməli Cavabdeh icarə haqqı kimi 10 il qabacaqdan ödədiyini iddia etdiyi 30000 manata müəyyən məbləğ əlavə etməklə və ya etməməklə, həmin qeyri-yaşayış sahəsini və ya bir başqasını alğı-satqı əsasında ömürlük öz mülkiyyətinə keçirə bilərdi. Lakin cavabdeh belə bir fürsəti də dəyərləndirməyərək 10 illik icarə haqqını heç bir öhdəlik olmadan qabaqcadan ödədiyini iddia edir ki, bu da inandırıcı deyildir.

34. Məhkəmə kollegiyası hazırkı işlə əlaqəli olan, qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2017-ci il tarixli qətnaməsini tədqiq edərək müəyyən etmişdir ki Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Nurullah Osmanovun arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə görə Cavabdeh Nurullah Osmanova 30000 manat icarə haqqı ödədiyi müəyyən edilməmiş, yalnız icarə haqqının ödənilməməsinin icarə müqaviləsinin etibarsızlığına səbəb olmadığı qənaətinə gəlinmişdir Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı mübahisə predmeti olan daşınmaz əmlakın mülkiyyətçisidir. Mülkiyyətçinin bağlanmasında iştirak etmədiyi, daşınmaz əmlakı əldə edərkən mövcudluğundan xəbəri olmadığı hər hansı müqavilə (o cümlədən iddianın predmeti olan icarə müqaviləsi) nəticəsində qanuni mülkiyyətində olan əmlakından uzun müddət ərzində istifadə edə bilməməsi onun mülkiyyət hüququnun pozulması hesab olunmalıdır. Kollegiyaya görə, belə vəziyyətdə mülkiyyətçinin hüquqlarının qorunmasına üstünlük verilməlidir.

35. Qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirən kollegiya qeyd etmişdir ki, qarşılqılı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri, qarşılıqlı iddianın dəlilləri ilə eynilik təşkil etməklə yanaşı, birinci instansiya məhkəməsinin qətnaməsinin məhz hansı hissədə əsassız olmasını, məhkəmənin qeyd ol unan tələblə bağlı nəyi düzgün etmədiyi göstərilməmiş, apellyasiya şikayəti formal mülahizələrlə əsaslandırılmışdır. Bundan başqa qarşılıqlı iddiaçı (cavabdeh) tərəfindən verilmiş şikayətin dəlillərinə nəzər saldıqda görünür ki, qarşılıqlı iddiaçı (cavabdeh) heç də müqavilənin ləğv olunmasına dair iddianı deyil, qarşı tərəfdən, yəni İddiaçı tələb etdiyi pula dair iddiasının təmin olunmamasını mübahisələndirir. Buradan da görünür ki, cavabdeh (qarşılıqlı iddiaçı) tərəf icarə müqaviləsi üzrə münasibətlərin davam etdirilməsindən daha çox, qarşı tərəfdən pul tələb etməkdə maraqlıdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. Qətnamədən Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıl masını əsas göstərməklə ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)6404/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər – X9 (sədrlik edən və məruzəçi), X6 və X3) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1030/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

38. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh icarə obyektindən istifadə hüququ bərpa edilməklə N.Osmanov və İddiaçı fındıq sexindən çıxarılması və Cavabdeh həmin sexə köçürülməsi qət olunsa da, həmin qətnamə icra olunmamış və o, icarəci kimi fındıq sexindən müqaviləyə uyğun istifadə etmək imkanından məhrum olunmuş və həmin sex İddiaçı istifadəsindədir.

39. Lakin buna baxmayaraq əmlakın yeni mülkiyyətçisi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilədə müəyyən olunmuş icarə haqqının az olmasını, müqavilə şərtlərinə yenidən baxılması barədə 28 iyul 2019-cu il tarixdə göndərdiyi təklifə Cavabdeh münasibət bildirməməsini və ümumiyyətlə ona hər hansı məbləğdə icarə haqqının ödənilməməsini əsas göstərməklə icarə müqaviləsinin ləğv edilməsini tələb etmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi İddiaçı həmin iddiasını təmin edərkən işin həmin hallarına, o cümlədən qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri tərəfindən ona həmin sahədən icarə müqaviləsi əsasında istifadə etməsinə imkan verilməməsinə və belə vəziyyətdə, işin məhkəmədə baxıldığı ərəfədə müqaviləyə yenidən baxılması barədə təklif verilməsinin nə dərəcədə iddianın təmin edilməsi üçün əsas verməsinə qiymət verməmişdir.

41. Cavabdeh iddia etməsinə görə o,əmlakın əvvəlki mülkiyyətçisi olan N.Osmanova müxtəlif vaxtlarda cəmi 30.000 manat olmaqla bütün 10 illik icarə dövrü üçün icarə haqqını əvvəlcədən ödəmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh göstərdiklərini inandırıcı hesab etməyərkən Şəki Apellyasiya Məhkəməsinin 10 iyul 2017ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən icarə haqqı qismində N.Osmanova 30.000 manat məbləğində pul vəsaitinin verilməsinin müəyyən olunmamasını əsas göstərmişdir. Lakin işin 1-ci cildinin 73-75-ci səhifələrində olan Bakı Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının N.Osmanovun Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, icarə haqqının və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə qəbul etdiyi 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh göstərdiklərini təsdiq edən sübut kimi məhkəməyə N.Osmanova 05 avqust 2015-ci il tarixdə 29.500 ABŞ dolları və 3500 manat, 21 avqust 2015-ci il tarixdə 500 manat, 07 sentyabr 2015-ci il tarixdə 200 manat, 17 sentyabr 2015-ci il tarixdə 100 manat məbləğində pul verməsini təsdiq edən sonuncunun əl yazısı ilə icra edilmiş qəbzlər təqdim etmişdir.

42. Həmin iş üzrə verdiyi izahatında N.Osmanov həmin pul məbləğinin icarə haqqı ilə bağlı olmamasını bildirsə də, hazırkı işə baxan məhkəmə kollegiyası işin həmin hallarını araşdırmamış və onlara qiymət verməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsi dövlət reyestrində qeydə alınmasa da, işdən görünür ki, həmin müqavilə onun iştirakçılarının iradəsinə uyğun bağlanmış, müqavilədə tərəflərin öhdəlikləri, məsuliyyəti, müqavilənin müddəti və digər mühüm şərtlər müəyyən olunmuş və müqavilə notariatda təsdiq olunmuşdur. İşdən görünür ki, icarə müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilməmiş və indiyə kimi qüvvədədir.

43. Yuxarıda qeyd olunduğu kimi əmlakın icarəçinin istifadəsinə verilməsi ilə əlaqədar Cavabdeh hüquqları pozulmuş, əmlakın İddiaçı satıldığı 2016-cı ilin iyul ayından sonra o, icarə obyektindən çıxarılmış və 2016-cı ildən başlayaraq əmlakın əvvəlki və hazırkı mülkiyyətçisi tərəfindən müxtəlif məhkəmə çəkişmələrinə cəlb edilməklə ona əmlakdan icarə obyekti kimi istifadə etməsinə imkan yaradılmamışdır. 4

4. Müqaviləyə yenidən baxılması barədə təklif isə Cavabdeh işdən göründüyü kimi 2019-cu ilin iyul ayında edilmiş və həmin təklif müqaviləyə məhkəmə tərəfindən vaxtından əvvəl xitam verilməsi üçün əsas verən səbəblərdən biri kimi qəbul edilmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi icarə müqaviləsinə xitam verərkən İddiaçı əmlakın mülkiyyətçisi olmasını və bununla əlaqədar hüquqlarının qorunmasını xüsusilə önə çəkərkən icarəçinin də hüquqlarının mülkiyyətçi ilə eyni qaydada qanunla qorunmasına əhəmiyyət verməmiş və nəzərə alınmamışdır ki, məhz həmin səbəbdən əmlakın keçmiş və hazırkı mülkiyyətçiləri məhkəmənin qüvvəyə minmiş qətnaməsi ilə icarə obyektindən çıxarılmış və icarəçi Cavabdeh həmin obyektə köçürülmüşdür. Lakin bundan sonra da icarəçinin hüquqlarının pozulması da vam etmiş və həmin qətnamə icra olunmamışdır.

45. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 11-ci bəndinə görə icarəçi bu müqavilənin qüvvədə olma müddəti başa çatandan sonra onun müddətinin uzadılmasında üçüncü şəxslər qarşısında üstünlük hüququna malikdir. Hər hansı bir tərəf digər tərəfi 6 ay qabaqcadan xəbərdar etməklə bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Müqaviləyə vaxtından əvvəl xitam verildikdə həmin vaxtadək icra olunmuş öhdəliklər üzrə hesablaşma aparılmalıdır.

46. Apellyasiya instansiyası məhkəməsi iş üzrə Cavabdeh qarşılıqlı iddiasını əsassız sayıb rədd edərkən, onun tərəfindən irəli sürülmüş tələbin müqavilənin davam etdirilməsindən daha çox İddiaçı pul tələb edilməsi məqsədi daşımasını əsas göstərmişdir. İşdən görünür ki, Cavabdeh qarşılıql ı iddiasında əmlakın mülkiyyətçisi İddiaçı tərəfindən müqavilə şərtinin pozulmaqla müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə tələb irəli sürülməsini və belə olduqda onun müqavilənin 11-ci bəndinə əsasən tam icarə müddəti ərzində ödənilən və ödəniləcək icarə haqqının onqat məbləğini ona ödəməli olmasını əsas göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin rədd olunmasına münasibətdə qətnaməni qanunun tələblərinə uyğun əsaslandırmadığından kollegiya həmin hissədə də qətnaməni əsassız saymışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

47. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-494/2022 saylı, 29 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – - Hüseynov Elçin (sədrlik edən və məruzəçi), Cavadova Günay və Məlikov Vəzirxan) İddiaçı və Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətləri təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(033)-1038/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır.

48. Məhkəmə müəyyən etmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının N.Osmanovun Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, icarə haqqının və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə qəbul etdiyi 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh icarə obyektinin 11 ay 26 gün üçün icarə borcundan və iddia olunan zərər məbləğindən xeyli artıq pul vəsaitini Nurullah Osmanova verdiyinin sübuta yetirildiyi, X5 Abdullayevdən aldığı pul məbləğini icarə haqqı kimi deyil, başqa münasibət (borc) üzrə ödəniş olduğunu sübuta yetirə bilmədiyi müəyyən edilmiş dir. Hazırkı iş üzrə İddiaçı sözü gedən mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyindən hazırkı mülki iş üzrə tərəflər həmin qətnamə ilə müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı indiki prosesdə mübahisə edə bilməzlər.

49. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi dövlət reyestrində qeydə alınmasa da, işdən görünür ki, həmin müqavilə onun iştirakçılarının iradəsinə uyğun bağlanmış, müqavilədə tərəflərin öhdəlikləri, məsuliyyəti, müqavilənin müddəti və digər mühüm şərtlər müəyyən olunmuş və müqavilə notariatda təsdiq olunmuşdur. Həmin icarə müqaviləsi məhkəmə qaydasında etibarsız hesab ed ilməmiş və indiyə kimi qüvvədədir. Əmlakın icarəçinin istifadəsinə verilməsi ilə əlaqədar Cavabdeh hüquqları pozulmuş, əmlakın İddiaçı satıldığı 2016- cı ilin iyul ayından sonra o, icarə obyektindən çıxarılmış və 2016-cı ildən başlayaraq əmlakın əvvəlki və hazırkı mülkiyyətçisi tərəfindən müxtəlif məhkəmə çəkişmələrinə cəlb edilməklə ona əmlakdan icarə obyekti kimi istifadə etməsinə imkan yaradılmamışdır.

50. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əmlakın icarəçinin istifadəsinə verilməsi ilə əlaqədar Cavabdeh hüquqları pozulmuş, əmlakın İddiaçı satıldığı 2016- cı ilin iyul ayından sonra o, icarə obyektindən çıxarılmış və 2016-cı ildən başlayaraq əmlakın əvvəlki və hazırkı mülkiyyətçisi tərəfindən müxtəlif məhkəmə çəkişmələrinə cəlb edilməklə ona əmlakdan icarə obyekti kimi istifad ə etməsinə imkan yaradılmamışdır.

51. Müqaviləyə yenidən baxılması barədə təklif isə Cavabdeh işdən göründüyü kimi 2019-cu ilin iyul ayında edilmiş və həmin təklif müqaviləyə məhkəmə tərəfindən vaxtından əvvəl xitam verilməsi üçün əsas verən səbəblərdən biri kimi qəbul edilmişdir.

52. Yuxarıda da qeyd edildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh ilə Nurullah Osmanov arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsindən irəli gələn istifadə hüququ bərpa edilərək, Nurullah Osmanov və İddiaçı icarə müqaviləsində göstərilən fındıq sexindən çıxarılması və Cavabdeh həmin sexə köçürülməsi qət edilmişdir. Eyni zamanda sözü gedən müqavilənin etibarsız hesab edilməsi rədd edilib.

53. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı mübahisəli əmlakın mülkiyyətçisi kim i onun hüquqlarının qorunması ilə yanaşı həmin əmlakın icarəçisi Cavabdeh də hüquqları da eyni qaydada qorunmalıdır. Məhz həmin səbəbdən əmlakın keçmiş və hazırkı mülkiyyətçiləri məhkəmənin qüvvəyə minmiş qətnaməsi ilə icarə obyektindən çıxarılmış və icarəçi Cavabdeh həmin obyektə köçürülmüşdür. Lakin bundan sonra da icarəçinin hüquqlarının pozulması davam etmiş və həmin qətnamə icra olunmamışdır. Beləliklə, icarə müqaviləsi üzrə icarəçi Cavabdeh istifadə hüququ qətnamə əsasında tanınmış və hazırda həmin qətnamə qüvvədədir

54. Apellyasiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab etmişdir.

55. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 425.1, 7 00.1-ci, MPM-in 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

56. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

57. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli əmlakı alqı-satqı müqaviləsi əsasında əldə etmiş və onun mülkiyyət hüquqları yaranmışdır. İddiaçı mübahisəli əmlakı əldə edərkən onun yüklü olmasından məlumatlı olmamışdır. Məhkəmələr tərəfindən onun mülkiyyət hüquqları pozmuşdur. Bundan başqa iddiaçı tərəfindən cavabdehə müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdeh buna məhəl qoy mamışdır. Həmçinin bununla yanaşı mülkiyyətçı cavabdehə yeni şərtlərlə icarə müqaviləsi bağlanmasını təklif etsə də, cavabdeh bu təklifə münasibət bildirməmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı nə həmin sexdən istifadə edərək, nə də həmin sexi icarəyə verərək gəir əldə edə bilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

59. Maddə 699.1 Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur.

60. Maddə 699.2 Kirayəlik əşya k irayəçiyə verilənədək ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə, əgər əldə edən kirayə müqaviləsindən irəli gələn öhdəliklərin icrasını öz üzərinə götürürsə, bu Məcəllənin 699.1ci maddəsi müvafiq surətdə tətbiq edilir.

61. Maddə 421 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatan lardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Prosessual Məcəllə

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozu ntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

71. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. İşə təkrar baxan a pellyasiya məhkəməsi kassasiya məhkəməsinin iş üzrə əvvəlki qərarlarınında əks olunmuş hüquqi mövqelərini də nəzərə almış və MPM-nin 420-ci maddəsinin tələblərin tam riayət etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

75. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

76. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyə n edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

77. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

78. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin Şəki Apellyasiya Məhkəməsi mülki kollegiya sının 2(107)-494/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar