Məhkəmə qərarları › İş №2(102)-4195/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4195/2022

31.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4195/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4195/2022 (Açar sözlər: müstəsna aidiyyət) Bakı şəhəri, 31 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2999/2022 nömrəli iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. İddiaçı X1 Əbdül Almas oğlu ilə 2008-ci ilin dekabrında faktiki, xx.xx.2012-ci ildə isə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Əbdül Əbdülov mübahisə predmeti olan Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsi, 73 ünvanında yerləşən evdə yay aylarında ailəsi ilə birlikdə yaşamış, yaşadığı dövrdə evin kommunal xərcləri onun tərəfindən ödənilmişdir.

3. Əbdül Əbdülov xx.xx.2020-ci il tarixdə ölmüşdür və həmin evlə bağlı aşağıdakı əmlak mübahisəsi yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırar aq, cavabdehlərin ona qarşı özbaşına hərəkətlərinin qadağan edilməsi və Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsindəki 73 saylı evinə uşaqları ilə bərabər köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, 2008-ci ilin dekabrında X13 ilə faktiki ailə qurmuş, xx.xx.2012-ci ildə isə rəsmi nikaha daxil olmuş, həmin vaxtdan da həyat yoldaşına məxsus Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsi, ev 73-də fasiləsiz yaşamış və birgə təsərrüfatı idarə etmişlər. Birgə nikahdan 5 övladı dünyaya gəlmişdir. xx.xx.2020-ci il tarixdə X13 həmin evdə ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. Bundan sonra Cavabdeh7 Əbdül qızı polisə zəng vuraraq onun evdən oğurluq etməsi barədə məlumat vermişdir. Aydınlaşdırmaq üçün onlar polisə aparılmış, iddiaçının qa rdaşını orada qanunsuz həbs etmişlər. Evin açarını zorla alıb Cavabdeh1 Əbdül qızına vermişdirlər. Bütün cavabdehlər orada olmuşdur. Evində ev əşyaları, özünə bəxşiş verilmiş 30000 manatdan artıq qızıl-zinət əşyaları, 20000 manatdan artıq pulu qalmışdır. Uşaqlarının, özünün geyim əşyaları hazırda həmin evdədir. Onu 5 azyaşlı uşağı ilə evinə buraxmırlar. X8 müraciət etmiş, bələdiyyənin 36 saylı xx.xx.2021-ci il tarixli arayışında da həmin evin məhrum həyat yoldaşına məxsus olduğu göstərilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsindəki icraat zamanı İbrahimova Zemfira müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirmişdir ki, mübahisəli ev bibisi Həmiyəxanıma məxsus olub, hazırda da onun qanuni vərəsələri həmin evdə yaşa yırlar. Evə dair texniki pasport mövcuddur və hal-hazırda evin açarı Həmiyəxanımın nəvəsi 3-cü şəxs Zemfira xanımdadır. Atası və iddiaçı təxminən pandemiya dövründə həmin evə köçmüş və qonaq kimi qalmışdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3335/2021 nömrəli, xx.xx.2021ci il tarixli qərardadı ilə mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə (müstəsna aidiyyət) əsasən, baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsi 2(060)-5614/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə işi ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2966/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.

11. Qərardad belə əsaslandırılmışdır ki, mübahisə predmeti mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulması ilə bağlı deyil. İddia cavabdehlərin özbaşına hərəkətlərinin qadağan edilməsi və Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsindəki 73 saylı evinə uşaqları ilə bərabər köçürülməsindən ibarətdir. Odur ki, iddia tələbi MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşmür. Apellyasiya kollegiyası MPM-nin 35.1-ci maddəsinə istinadən işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması qənaətinə gəlmişdir.

12. Bakı şəhəri Y asamal Rayon Məhkəməsinin (hakim T.Axundov) 08 fevral 2022-ci il tarixli, 2(004)-99/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X2 Cavabdeh1 və qeyrilərinə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ da yaranmamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli əmlaka mülkiyyət və ya digər əmlak hüquqlarının mövcud olduğunu təsdiq edən sübutlar təqdim etməli olduğu halda bunu edə bilməmişdir.

14. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1 və 54.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsi birinci instansiya məhkəməsinin qətn aməsi qəbul edilənədək və yalnız iddiaçının razılığı ilə mümkündür. Belə razılıq olmadan məhkəmə tərəfindən əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi yolverilməzdir.

15. İddiaçı tələbini yeganə sübut qismində ünvan 1 ünvanında yerləşən 800 kv.m torpaq sahəsi və üzərində tikilmiş 90 kv.m fərdi yaşayış evinin mərhum X11 məxsus olması barədə Sumqayıt şəhəri X7 xx.xx.2021-ci il tarixli, 36 saylı arayışı ilə əsaslandırmışdır. Halbuki, Sumqayıt şəhəri X7 xx.xx.2022-ci il tarixli 06 saylı arayışı ilə Sumqayt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi Hacıbəyov küçəsi 73 ünvanında yerləşən 800 kv.m. torpaq sahəsi və fərdi evin hal-hazırda mərhum X3 məxsus olduğu bildirilmişdir.

16. İddiaçının mübahisəli mənzildə mərhum əri ilə, bir müddət yaşaması təsdiqini tapır, lakin məhkəmədə müəyyən olunmuşd ur ki, mübahisəli ev üçüncü şəxs X4 nənəsi mərhum X3 məxsusdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) 20 aprel 2022-ci il tarixli, 2(103)-2999/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışaraq qeyd etmişdir ki, X2 Cavabdeh1 və qeyrilər inə qarşı hazırki iddia tələbini irəli sürmək hüququ yaranmamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, qeyd edilmişdir ki, məhkəmə, hansı qanuni əsasla Sumqayıt şəhəri X7 xx.xx.2022-ci il tarixli arayışını sübut kimi qəbul edib xx.xx.2021- ci il tarixli arayışını sübut kimi qəbul etməməsini əsaslandırmamışdır. Çünki, bələdiyyədən eyni mübahisə ilə bağlı 2 müxtəlif arayışın v erilməsi, yəni cavabdehlərin saxta arayış almaları yoxlanılmamışdır. Əbdülov Əbdülü həmin ərazidə uzun illərdir ki,yaşayan kimi tanıyırlar və evin ona məxsus olmasını Bələdiyyə sədri imzaladığı arayışla təsdiq etmiş və ölümündən sonra yığılmış kommunal borcları da məhrumun həyat yoldaşı, hazırkı iddiaçı həyat yoldaşı ödəmişdir. Amma cavabdeh tərəf xx.xx.2021-ci il tarixli arayışı müavini aldadaraq, ələ alaraq yazdırmışdır. Bu fakt ümumiyyətlə araşdırılmamamışdır.

22. Məhkəmə həmin evin əvvəllər mövcüd olmuş texniki sənədləri ilə faktiki vəziyyətində hansısa uyğunluğun olub olmamasını araşdırmamışdır. Əgər araşdırma aparılsaydı mübahisəli evin əvvəlki qeyd etdikləri və hazırda mövcüd olmayan evlə heç bir əlaqəsi olmadığını müəyyən edərdilər. Əgər həmin ev Himayəxanımın idisə, 1994-cü ilə ki mi niyə Nimayəxanım özü və ölmündən sonra heç bir ailə üzvü yaşamamasını müəyyən edərdi.

23. İddiaçının məhrum həyat yoldaşı oranı özü söküb-tikib genişləndirmişdir. Bütün kommunal xidmətlər də onun adınadır.Ümumiyyətlə Himayəxanımın adına olan texniki sənədlə (baxmayaraq ki, hazırda elə ev mövcud deyildir) həmin ünvandakı ev arasında heç bir uyğunluq və əlaqə olmaması da məhkəmənin diqqətindən kənarda qalmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 157.4. Əgər mülk iyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

29. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

30. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

31. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyə tçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

32. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

33. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa ra zılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə

33. Birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasın da səlahiyyətlərin bölünməsi 4-cü fəsillə müəyyən olunur.

35. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

36. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 418.4.9. İşə ərazi aidiy yəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri

39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırkı işdə qətnamə ərazi aidiyyətinə dair prosessual hüquq normalarına riayət olunmadan çıxarılmışdır.

42. Belə ki, işlərə ərazi üzrə baxılmasına dair birinci instansiya məhkəmələri arasında səlahiyyətlərin bölünməsi Mülki Prosessual Məcəllənin 4-cü fəsli ilə müəyyən olunur (§ 34).

43. Ərazi aidiyyəti qaydaları həmin fəsildə dəqiq şəkildə nəzərdə tutulmuşdur və qanuni əsaslar olmadan onların dəyişdirilməsi yolverilməzdir. Bu səbəbdən müstəsna aidiyyət olduğu halda işə ümumi aidiyyət, hətta iddiaçının seçiminə görə aidiyyət qaydasında baxılması istisna olunur. Əks yanaşma iddiaya qanunla müəyyən edilmiş mə hkəmə tərəfindən baxılması prinsipinin pozulmasına səbəb olardı. 44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu v ə s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.

46. MPM-nin 35.1-ci maddəsində ər azi aidiyyəti ilə bağlı nəzərdə tutulmuş ümumi qayda ondan ibarətdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (§ 35).

47. Qanunla nəzərdə tutulan başqa hallardan biri də daşınmaz əşyalarla bağlı müstəsna aidiyyətdir.

48. Belə ki, MPM-nin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir (§ 36).

49. Göründüyü kimi, qanunverici daşınmaz əşya barəsində mülkiyyətin tanınması (§ 25) ilə yanaşı, mülkiyyətin müdafiəsi iddialarına (vindikasiya və neqator, § 26-27), eləcə də məhdud əşya hüquqları (§ 28) və faktiki vəziyyətdən irəli gələn sahibliyin müdafiəsi haqqında iddialara (sahiblikdən məhrumetmə və ya onu pozma, § 29-30), habelə mənzil qanunvericiliyinə əsaslanan bu xarakterli tələblərə (§ 31-33) həmin daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılmasına dair müstəsna aidiyyət qaydası müəyyən etmişdir.

50. Hazırkı işdə iddiaçının tələbi Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsindəki 73 saylı evinə uşaqları ilə bərabər köçürülməsi barədədir. Tələb iddiaçının həmin yaşayış sahəsinə sahiblikdən və ondan istifadə etməkdən iradəsinə zidd şəkildə məhrum edilməsi ilə əsaslandırılmışdır.

51. İrəli sürülmüş tələb daşınmaz əşya üzərində iddia olunan sahiblik və istifadə hüquqlarının bərpası ilə bağlı olduğundan, m übahisənin düzgün həlli üçün sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında yuxarıda sadalanan iddialar üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Belə iddialara isə daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılması MPM-nin 39.1-ci maddəsində açıqca göstərilmişdir.

52. Odur ki, hazırkı işə həmin normanın tətbiq edilməməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadındakı mövqe qanuni və əsaslı olmamışdır.

53. Kollegiya onu da bildirir ki, iddiaçının əşya hüquqlarından, mənzil qanunvericiliyindən və ya faktiki vəziyyətdən irəli gələn qanuni sahibliyinin olubolmamasına işə mahiyyəti üzrə baxılarkən hüquqi qiymət verilməlidir. İşin ərazi aidiyyətinin həlli mərhələsində bu məsələlər araşdırma predmetini təşkil etmir.

54. Göstərilənlərə əsasən, məhkəm ə kollegiyası bu qənaətə gəlir ki, hazırkı iş üzrə mübahisəyə müstəsna aidiyyət qaydasında daşınmaz əşyanın yerləşdiyi yerin məhkəməsində baxılmalı olduğu halda, MPM-nin 39.1-ci maddəsinin tələbləri pozularaq iddiaya Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmışdır.

55. Mülki Prosessual Məcəllənin 418.4.9-cu maddəsinə əsasən, işə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir (§ 38).

56. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Bu səbəbdən Kollegiya kassasiya şikayətinin dəlilləri üzrə araşdırırma aparılmasına prosesssual qənaət prinsipi baxımından zərurət görmür.

57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2999/2022 nömrəli iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar