Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-42/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi (işə bərpa); işçilərin attestasiyasının keçirilməsi qaydalarının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan X1rşı “əmrin ləğv edilməsi, işə bərpa v ə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1170/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 4 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2014-cü il tarixdə cavabdeh Azərbaycan Dövlət Akademik Filarmoniyasında xor artisti vəzifəsinə işə qəbul olunmuşdur.
2. İddiaçı attestasiya olunacağı barədə xx.xx.2023-cü il tarixdə imza etməklə müvafiq bildirişi alaraq xəbərdar edilmişdir. 3. xx.xx.2023-cü il tarixdə keçirilmiş attestasiyanın nəticələrini əsas götürülərək iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bund an sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) cavabdehin xx.xx.2023-cü il tarixli, 248 saylı əmri ilə xitam verilmiş və o vəzifədən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M. Maqomayev adına Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi barədə əmrin ləğv edilməsi, işlədiyi müddət ərzində hər ay üçün almalı olduğu əmək haqqının məhkəmə tərəfindən hesablanara q işəgötürən tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixində X3 və rəqs ansamblına xor artisti vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixində Filarmoniya daxilində attestasiya keçirilmiş və onun əleyhinə haqsız qərar verilərək işdən azad olunmuşdur. Belə ki, attestasiya zamanı çıxış edərkən ona tutduğu vəzifə ilə əlaqədar olmayan suallar ünvanlanmış, daha sonra çıxışı yarıda kəsilmişdir. xx.xx.2023-cü il tarixində ona attestasiyadan keçmədiyi bildirilmişdir. xx.xx.2023-cü il tarixində isə məzuniyyətdə olduğu zaman əmək müqaviləsinə xitam verildiyi və işdən azad edildiyini öyrənmişdir. Əmək Məcəlləsinin 65-ci maddəsinə həmçinin Azərbaycan Re spublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə xx.xx.2001-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Filarmoniyanın direktorunun 1-ci müavini Ayla Kərimova şəxsiyyətinə qarşı yalan məlumatlarla çixiş edərək, bu vəzifəyə yararsız olduğunu bildirmiş və kollektiv daxilində onu mənəvi şəkildə alçaltmışdır. 10 ildir ki, Filarmoniyada bu vəzifədə çalışmış və çoxsaylı döv lət tədbirlərində çıxış etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində (işdən azad olunmağından 1 ay qabaq) Filarmoniyada keçirilmiş BMT-nin təşkilatçılığı ilə dövlət tədbirində öz solo ifası ilə çıxış etmiş və bu çıxışı AZTV və Mədəniyyət kanallarında yayımlanmışdır. Əgər o bu vəzifə üçün yararsız idisə, 9 il ərzində dəfələrlə genişmiqyaslı tədbirlərdə iştirak etməzdi və çıxışı çoxsaylı tamaşaçı kütləsi tərəfindən bəyənilmiş və alqışlanmazdır. Attestasiya keçirilməmişdən öncə cavabdehin məsul şəxsləri tərəfindən onunla olan müddətsiz müqavilənin 6 aylıq müqavilə ilə əvəz edilməsi ona təklif olunmuşdur. Lakin bu təklifi qəbul etmədikdən sonra məhz attestasiya məsələsi qaldırılmışdır. Attestasiya nəticələrinə etiraz etməyindən sonra isə rəhbərlik ona öz ərizəsi ilə işdən çıxmağa razılaşm ası şərti ilə attestasiyanın nəticələrini ləğv edə biləcəyini bildirdi. Burdan aydın şəkildə görünür ki, rəhbərliyin məqsədi onun tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq deyil, bəhanə ilə və əsassız iddialarla qərəzli şəkildə işdən uzaqlaşdırmaq olmuşdur. İşçilər arasında yalnız ona tutduğu peşə ilə əlaqadər olmayan suallar verilmiş və cavablandırmadığı üçün bu hal işdən çıxarılmağı üçün bəhanə kimi istifadə edilmişdir. Himayəsində 2 azyaşlı övladı və qayğısına qalmalı olduğu yaşlı anası var. Əlavə olaraq hazırda banka 6000 manat borcu var. Bu səbəbdən, belə bir vəziyyətdə işini itirmək ailə vəziyyəti üçün olduqca ağır zərbədir.
6. Cavabdeh yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, attestasiya zamanı iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.x x.2008-ci il tarixli, 4-2 saylı qərarı ilə təsdiq edilmiş “Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid X2”nda “xor kollektivinin artisti” üçün nəzərdə tutulmuş əmək funksiyalarından suallar verilmişdir. Belə ki, “xor kollektivinin artisti” mədəniyyət və incəsənətin inkişafını müəyyən edən qanunvericiliyi, daxili əmək intizamı qaydalarını, vokal ustalığının nəzəriyyəsini, musiqi nəzəriyyəsini və solfecionu, əsas və cari xor repertuarını bilməlidir. Attestasiya zamanı iddiaçıya verilmiş suallar yuxarıda qeyd edilən məzmunda suallardan ibarət olmuş və onun göstərilən sahələr üzrə bilikləri yoxlanılmışdır. Qanunvericilikdə nəzərdə tutulmamış və ya iddiaçının əmək funksiyasına aid olmayan heç bir sual verilməmişdir. Nəticə etibarı ilə xx.xx.2023-cü il tarixdə keçirilm iş attestasiya zamanı iddiaçı komissiya üzvləri tərəfindən ona verilmiş 3 sualı cavablandıra bilməmişdir. Nəticədə attestasiya komissiyasının 7 üzvünün yekdil qərarı ilə iddiaçının “tutduğu vəzifəyə uyğun olmaması” barədə qərar qəbul edilmiş və müvafiq attestasiya vərəqəsi doldurulmuşdur. İddiaçı özü də xx.xx.2023-cü il tarixdə barəsində tərtib edilmiş attestasiya vərəqəsi ilə tanış olmuşdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə məzuniyyətdə olarkən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçı sonuncu dəfə xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məzuniyyətdə olmuşdur. Bu hal Filarmoniyanın 151-k nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə sübuta yetirilir. Beləliklə də, iddiaçının bu mövqeyi də tamamilə əsassızdır. Eyni zamanda, müəssisənin iş vaxtının uçotunu özündə əks etdirən xx.xx.2023-cü il tarixdə iş yerində olmuş, işdən çıxarılma əmri ilə tanış olmuş və son haqq-hesab aparılarkən iddiaçıya əmək haqqı hesablanmışdır. Həmçinin qeyd edilir ki, ona könüllü ərizə yazaraq işdən çıxması təklif edilmiş, bununla razılaşmadıqda isə qərəzli olaraq işdən çıxarılmışdır. Əslində isə qeyd edilən bu halların heç biri baş verməmişdir və iddiaçının göstərdiyi bu hallar tamamilə əsassızdır. İddiaçı nə iddia ərizəsində, nə də iddia ərizəsinə əlavə edilmiş sənədlərdə qeyd edilən bu halı təsdiqləyən heç bir sübut və ya sənəd təqdim etməmişdir. Əlavə olaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş attestasiya zamanı ümumilikdə İddiaçı başqa digər 3 işçi də tutduğu vəzifəyə uyğun hesab edilməmiş və onlarla da bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.2-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Lakin iddiaçı qeyd etdiyi bu fikirlərini heç bir sübutlar və ya dəlillə əsaslandıra bilməmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(009)2011/2023 saylı qətnaməsi ilə (hakim M.A.Bağırova) iddianın təmin edilməsi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının xx.xx.2023-cü il tarixli, 248 saylı əmrinin ləğv edilməsi, İddiaçı F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ans amblının xor artisti vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iş yerlərinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinin ləğv edilməsinə yol verilmir. Belə ki, Əmək Məcəlləsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 70-ci maddəsində dəqiq göstərilmişdir. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun gəlmədiyi haqqında qərar qəbul edərsə, işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. İşəgötürənin belə imkanları olmadıqda və ya işçi başqa işə keçirilməkdən imtina edərsə, o nda onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilə bilər. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya münasib iş təklif edildiyinə, lakin iddiaçının başqa işə keçməkdən imtina etməsinə, habelə cavabdehin belə işə keçirmək imkanının olmadığına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən tərəfindən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
9. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 65, 67.1, 67.4, 70 “c” bəndinə, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü mad dələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin hüquqlarının müdafiəsinə təminat verilməmişdir. “İşçilərin attestasiyası” və “iş yerlərinin attestasiyası” tamamilə fərqli anlayışlar olmaqla fərqli məqsədlər üçün həyata keçirilir. Belə ki, Əmək Məcəlləsinin 64-cü və 65-ci maddələrinə əsasən “iş yerlərinin attestasiyası”nda əsas məqsəd iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılmasıdırsa, “işçilərin attestasiyası”nda əsas məqsəd isə işçinin peşəkarlıq səviyyəsini, tutduğu vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Lakin birinci instansiya məhkəməsi bu iki anlayışı eyniləşdirmişdir. Əslində isə yuxarıda qeyd olunan maddi hüquq normalarının məzmununda “işçilərin” və “iş yerlərinin” attestasiyası anlayışlarının bir-birində fərqlənməsi aşkar şəkildə görünür. Bütün bunlar isə işə baxan məhkəmənin məsələyə hüquqi yanaşmasının yanlış olduğunu, elementar “iş yerlərinin attestasiyası” və “işçilərin attestasiyası” anlayışlarını bir-birindən ayırd edə bilməməsini və bunun son nəticədə cavabdehin haqlı mənafelərinin pozulmasına gətirib çıxarmasının əyani şəkildə sübut edir. Məhkəmə xitam əmrinin verilməsi üçün əsas olmuş sənədləri araşdırmamış, heç bir sübuta əsaslanmadan iddia tələbinin təmin edilmə si barədə qərar qəbul etmişdir. İddiaçıya hansı səbəbdən başqa iş təklif edilməməsi məsələsi məhkəmə baxışı zamanı ümumiyyətlə müzakirə edilməmiş, məhkəmə filarmoniyadan bu məsələyə dair mülahizəsini bildirməsini tələb etməmişdir. Həmçinin, məhkəmə qətnamənin əsaslandırma hissəsində cavabdehin iddiaçını başqa işə keçirmək imkanının olmadığına dair hər hansı sübutun təqdim etməməsini göstərmişdir. Məhkəmənin “işəgötürənin attestasiyadan keçməyən və işdən çıxarılması təklif edilmiş işçiyə başqa iş təklif etmək vəzifəsinin” Əmək Məcəlləsinin hansı maddəsində öz əksini tapması məlum deyil. Əmək Məcəlləsinin heç bir maddəsinə işəgötürənin üzərinə belə bir öhdəlik qoyan maddə mövcud deyil.
12. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, o, xx.xx.2023-cü il t arixindən etibarən əmək məzuniyyətində olmuşdur. Bununla bağlı məzuniyyətə çıxmazdan 13 gün öncə ərizə yazmış və rəhbərliyin razılığı ilə məzuniyyətə çıxmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində jurnala işə gəlməyi ilə bağlı imza atmışdır. Məzuniyyət ərizəsinin cavabdehdə olması gərəklidir. Belə olan halda, məzuniyyətə çıxmaqla bağlı ərizənin onda olması ilə bağlı qanunvericilikdə heç bir öhdəlik də yoxdur. Əlavə olaraq, cavabdehdə çalışdığı 10 il ərzində ilk dəfə məzuniyyətə çıxmaqla bağlı ona ərizə yazdırılmışdır. Son 5 ilin bank çıxarışlarına baxdıqda aydın şəkildə görünür ki, Filarmoniyada çalışdığı müddətdə cavabdeh məzuniyyət haqlarını heç də qanuna uyğun olaraq ödəməmişdir. Cavabdehin məzuniyyət haqlarını məzuniyyətə çıxdıqdan sonra, həmçinin birdəfəlik deyil, hissəli şəkildə ödədiyini son illərə məxsus olan bank hesablarında açıq-aydın görmək mümkündür. Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2023-cü ildə edilən bank göndərişində məzuniyyət haqqı ödənilmişdir. Bu da, həmin vaxt onun məzuniyyətdə olduğuna açıq şəkildə dəlalət edir. O, mahnı və Rəqs ansamblının bədii rəhbəri və dirijor Ağaverdi Paşayev xx.xx.2023-cü il tarixli məruzəsi ilə bağlı qeyd etmişdir ki, məruzəni imzalayan Ağaverdi Paşayev bu məruzəni rəhbərliyin tələbi ilə məcburi şəkildə imzalamışdır. Çünki söhbət zamanı bədii rəhbər heç bir zaman onun işindən narazı olmadığını və peşəkarlığına inandığını bildirmişdir. Bu məhkəməyə təqdim olunmuş səs yazılarında da açıq şəkildə qeyd olunmuşdur. Cavabdeh tərəfindən ona qarşı atılmış qanunsuz addımlar Filarmoniya daxilində ona qarşı qərəzli mövqeyin ye kun nəticəsidir. Belə ki, cavabdeh o da daxil olmaqla işçilərin məcburi şəkildə müddətli əmək müqaviləsinə imza atmağını tələb etmişdir və buna öz narazılığını bildirdiyi andan etibarən rəhbərlik tərəfindən daima təzyiqlərə məruz qalmışdır. Attestasiya zamanı tutduğu vəzifəyə uyğun olmayan sualları ünvanlayaraq onu işdən kənarlaşdırmaq isə rəhbərlik tərəfindən planlı şəkildə həyata keçirilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1170/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və F.Qasımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəyə ilə bağlı qeyd etmişdir ki, əmək qanunv ericiliyində işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsinin mümkünlüyü təsbit edilmiş və onlar məqsədinə, keçirilmə qaydasına, bu işi həyata keçirən komissiyaların tərkibinə, habelə doğurduğu hüquqi nəticələrə və digər meyarlara görə biri digərindən fərqləndirilmiş, hətta bu proseslərin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrıca qaydalar qəbul edilmişdir. Bununla belə, bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri və həmin tələblərə uyğun müəyyən edilmiş meyarlar baxımından cavabdeh təşkilatda mövcud olan hər hansı iş yerinin attestasiyası deyil, məhz peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğun olmasını aşkara çıxarmaq məqsədi ilə iddiaçının attestasiyası keçirilmişdir. Bu da öz növbəsində cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edilməsini hüquqi baxımdan mümkün edir. Belə ki, həmin hüququn reallaşmasını işçi ilə qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edilmiş və keçirilmiş attestasiyanın nəticələrindən asılı etmişdir.
15. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən xor solisti vəzifəsində çalışan 24 işçinin, o cümlədən iddiaçının attestasiyası keçirilmişdir. Bununla bağlı cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Attestasiya Komissiyasının əsasnaməsi, xx.xx.2023-cü il tarixdə Filarmoniyanın tərkibində olan F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının attestasiya olunacaq əməkdaşlarının (xor artistlərinin) siyahısı təsdiq edilmiş, həmin tarixli əmrlə 7 nəfərdən (müəyyən edilmiş saydan da artıq olmaqla təkrəqəmli tərkibdə) ibarət tərkibdə bu şəxslərin attestasiyasını keçirəcək Attestasiya Komissiyası yaradılmış, habelə attestasiya vərəqəsi təsdiq edilmişdir. Eyni zamanda, iddiaçının attestasiya olunacağı barədə xəbərdar edilməsi məqsədi ilə ona xx.xx.2023-cü il tarixdə (1 aydan da artıq müddət qalmış) keçiriləcək attestasiya ilə bağlı məlumatları və attestasiya zamanı sualların verilməsi nəzərdə tutulan məsələləri (5 məsələ) özündə əks etdirən 12 nömrəli xəbərdarlıq bildirişi təqdim edilmişdir (imza etməklə qəbul etmişdir). İddiaçıya təqdim edilmiş xəbərdarlıq bildirişində sualların verilməsi nəzərdə tutulan məsələlər konkret göstərilmişdir. Həmin m əsələlər (bir səsli əsər və ya solfecio dərsliyindən üzdən oxuma, komissiyanın seçimi ilə xorun repertuarında olan partiyanın oxunması, xalq mahnı ifası və ya diapazonunun yoxlanması, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu, vokal sənəti və musiqi nəzəriyyələri) Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid X2nda xor kollektivinin artistinin əmək funksiyalarından irəli gəlir (məsələn, öz səsinin xor partiyalarını ifa edir) və tutduğu vəzifəyə uyğun olaraq xor kollektivinin artisti mədəniyyət və incəsənətin inkişafını müəyyən edən qanunvericiliyi, vokal ustalığının nəzəriyyəsini, musiqi nəzəriyyəsini və solfecionu, əsas və cari xor repertuarını bilməlidir. xx.xx.2023-cü il tarixdə keçirilən attestasiya zamanı da iddiaçıya məhz tutduğu vəzifəsindən irəli gələn əmək funksiyalarına uyğun olan məsələlər üzrə suallar (xalq mahnı ifası və ya diapozonunun yoxlanması, bir səsli əsər və ya solfecio dərsliyindən üzdən oxumaq, mədəni məzmun dedikdə nə başa düşülür) verilmişdir.
16. Lakin attestasiya komissiyasının qənaətinə əsasən iddiaçı ilə keçirilən attestasiya zamanı iddiaçı “Şuşanın dağları” xalq mahnısını zəif ifa etmiş (1-ci sual), bir səsli əsər ya solfecio dərsliyindən üzdən oxuya bilməmiş (2-ci sual), mədəni məzmun dedikdə nəyin başa düşüldüyünü cavablandıra bilməmişdir (3-cü sual). Bu barədə komissiya tərəfindən attestasiya vərəqəsində qeydlər aparılmış, həmçinin iddiaçıya münasibətdə solfecio üsulu ilə (partiyaları notla öyrənmək) oxumaq, iki səsli, üç səsli solfecio nömrələri üzərində işləmək, tonallıqlar əsasında interval sıçrayı şları təkmilləşdirmək, ritmik bacarıqları artırmaq və musiqi nəzəriyyəsi ilə daha ciddi məşğul olmaq məzmunlu təkliflər verilmişdir. Eyni zamanda, keçirilmiş səsverməyə əsasən komissiya yekdilliklə iddiaçının fəaliyyətini “tutduğu vəzifəyə uyğun olmaması” kimi qiymətləndirmişdir.
17. Komissiyanın qəbul etdiyi xx.xx.2023-cü il tarixli yekun protokoldan çıxarışda iddiaçı ilə keçirilmiş attestasiya ilə bağlı öz əksini tapmış anlardan da (verilmiş suallar,alınmış cavablar və sair) attestasiya vərəqəsində komissiya tərəfindən aparılmış qeydlərin düzgün olduğu müəyyən edilir. Belə ki, həmin protokoldan çıxarışa əsasən komissiyanın üzvü olan G.İmanova iddiaçının “Şuşanın dağları” mahnısını ifa edən zaman ona səs çox verdiyini, daha sonra səsini yığışdırmasını, səsinin qaçmasını, səsini tənzimləyə bilməməsini və bütün bunların qaydaya uyğun olmamasını bildirmiş, daha sonra iddiaçıdan “Calalı var” mahnısının oxunması istənilsə də, sonuncu xordan (xor solisti) olmadığını qeyd etmişdir. Bundan başqa aparılmış qeydlərə əsasən iddiaçı not bilmir, notun üzündən oxunması barədə verilmiş tapşırığa “çalğı ilə oxuya bilərəm” sualı ilə cavab verir (ona solfecio notunun üzdən çalğı ilə oxunmadığı bildirilir), “re” və “sol” notlarında səhv etməsini özü də başa düşsə də səbəb kimi həyacanlandığını göstərir, “mədəni irs” anlayışına aydınlıq gətirə bilmir (bu suala cavab verə bilmir). İddiaçı musiqi məktəbini bitirmədiyini də bildirir. Attestasiya audio-video yazı ilə aparılmış və qeyd edilənlər tərəflərin iştirakı ilə keçirilmiş məhkəmə iclasında nümayiş etdirilmiş videoyazı ilə də öz təsdiqini t apmışdır (həmin videoyazı tərkib tərəfindən məhkəmədən kənar qaydada da izlənilmişdir).
18. Göstərilənlərin nəticəsi olaraq komissiya iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması qənaətinə gəlmiş və nəticədə obyektiv və qərəzsiz şəkildə onun tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə qərar qəbul etmişdir. Cavabdeh də komissiyanın bu mövqeyini rəhbər tutaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam vermiş və onu tutduğu xor solisti vəzifəsindən azad etmişdir.
19. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, qeyd etmişdir ki, iddiaçı ilə attestasiya bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti normalarının tələblərinə uyğun şəkildə təşkil edilmiş və keçi rilmiş, o cümlədən müəyyən edilmiş müddətlərdə iddiaçının bu barədə məlumatlandırılması təmin edilmişdir. Attestasiya zamanı iddiaçıya verilmiş suallar və tapşırıqlar bilavasitə onun tutduğu vəzifəyə (peşəyə), əmək funksiyalarına uyğun olmuş və bu funksiyalara uyğun olaraq onun bilməli olduğu və barəsində məlumatlandırılmış məsələləri əhatə etmişdir. Lakin attestasiya zamanı sualların verilməsi nəzərdə tutulan məsələlər barədə tam məlumatlı olmasına, onların mənimsənilməsi üçün kifayət qədər vaxtının olmasına baxmayaraq, iddiaçı attestasiya zamanı ona verilən sualları cavablandıra və tapşırıqları yerinə yetirə bilməmişdir. Halbuki, iddiaçı 9 ilə yaxın müddətdir ki, bu vəzifəni tuturdu. Bu baxımdan həmin illər ərzində tam rahatlıqla notları (notların sayının 7-i olduğu nəzərə alındığı halda, müddət etibarı ilə 1 ilə bir notun öyrənilməsi kifayət etmiş olardı) üzdən oxumağı öyrənə bilərdi. Hər bir halda, iddiaçının fəaliyyəti bilavasitə notlarla bağlıdır.
20. Bu səbəbdən məhkəmə kollegiyası komissiyasının iddiaçıya münasibətdə işini və onun barəsində qəbul edilmiş qərarı qanunauyğun və əsaslı hesab etmişdir və bu mövqeyinə uyğun olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi və onun tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli əmr qanunvericiliyin tələblərinə tam uyğundur, bununla bağlı hər hansı pozuntuya yol verilməmişdir, əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur. İddiaçı Əmək Məcəlləsinin 66-cı maddəsi ilə müəyyən edilmiş və attestasiya keçirilməsi qadağa olunan işçilər sırasına da daxil deyil. Belə bir əsasın yarandığı hallarda qanunverici işəgötürənin (cavabdehin) üzərinə işçiyə başqa vəzifəyə keçirilməsini təklif etmək və başqa vəzifəyə (peşəyə) keçirmək vəzifəsini də qoymamışdır. Komissiya öz qərarında iddiaçının başqa vəzifədə istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə (cavabdehə) hər hansı tövsiyyə də verməmişdir. İddiaçının arzuladığı və faktiki olaraq icra etdiyini bildirdiyi “solo ifaçı” vəzifəsinin olmaması ötən dövr ərzində, o cümlədən əmək müqaviləsinə xitam verilənədək onun həmin vəzifəyə keçirilməsini də qeyri-mümkün etmişdir. Qeyd edilənlər öz növbəsində iddianın əsassız olduğunu təsdiq edir və rədd edilməsini şərtləndirir.
21. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə qarşı etirazına münasibətdə qeyd etmişdir ki, iddiaçı işdən azad edildiyi tarixdə məzuniyyətdə olduğunu iddia etməsinə baxmayaraq, bununla bağlı hər hansı sübut, o cümlədən bu barədə ərizə təqdim edə bilməmişdir. Cavabdeh də iddiaçının bu barədə ərizə ilə müraciət etmədiyini və ona növbəti əmək məzuniyyətinin verilmədiyini bildirir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən iddiaçının sonuncu dəfə xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərdə növbəti əmək məzuniyyətində olduğu, bundan sonra məzuniyyətdə olmadığı müəyyən edilir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 232 saylı əmri ilə ümumilikdə 107 işçisinə 42 təqvim günü müddətinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək növbəti əmək məzuniyyəti verilmişdir. Lakin iddiaçı həmin siyahıda yer almamışdır. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ba rədə xx.xx.2023-cü il tarixli, 248 saylı əmrin ikinci hissəsində isə iddiaçının xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 32 məzuniyyət gününün son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir. Başqa sözlə, iddiaçının həmin vaxt məzuniyyətdə olması, o cümlədən onun tərəfindən bu barədə ərizə yazılması öz təsdiqini tapmır. Qeyd edilənlər iddiaçının bu barədə dəlillərinin əsassız olduğunu təsdiq etmişdir.
22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Əmək Məcəlləsinin 2.3, 64.2, 65.1, 65.3, 65.4, 65.5, 65.7, 67.1, 67.2, 68.1, 68.2, 70 “c”, 71.1, 288 “x”, 300.1-ci, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməs i Qaydaları”ının 1.2, 2.4, 2.6, 2.7, 3.1, 3.2, 3.3-cü, MPM-in 14.2, 77.1, 217.1, 217.3, 217.4, 384.0.2, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkili Səfərov X4) kassasiya şikayəti və daha sonra kassasiya şikayətinə əlavə verərək, qətnamənin tamamilə ləğv edib, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin bütün hallarını deyil, yalnız attestasiya komissiyasının rəyini əsas götürməklə belə nəticəyə gəlmişdir. Lakin nəzərə alınmayıb ki, iddiaçı məhz Attestasiya Komissiyasının qərəzliliyi barədə məhkəməyə müraciət etmişdir. Attestasiya Komissiy asının qərəzliliyi audio-video yazı ilə tam təsdiq olunur. Belə ki, Attestasiya Komissiyası üzvlərinin iddiaçıya qarşı “bədən dili” ilə sərt münasibət göstərmələri, attestasiyada iştirak etmiş digər 24 şəxsdən fərqli olaraq ona daha çox sualların verilməsi, sualın cavabını gözləmədən sifət mimikaları ilə qabaqcadan mənfi mövqelərinin nümayiş etdirmələri aydın görünür. Attestasiya Komissiyasının qərəzliliyi həmçinin onunla təsdiq olunur ki, heç bir möhlət verilmədən, iddiaçı işdən azad olunmuş, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verilməsini nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası nda işçilərin attestasiyasının keçirilməsi” Qaydalarının tələblərinin nəzərə alınmamasına məhkəmə kollegiyası tərəfindən qiymət verilməmişdir.
25. İddiaçı həmçinin qeyd etmişdir ki, iddiaçı işdən azad edildiyi vaxt xx.xx.2023-cü il tarixindən məzuniyyətdə olduğunu, bununla bağlı yazdığı ərizəni filarmoniyanın kadrlar şöbəsinə təqdim etməsini, sonuncunun həmin ərizəni əlbəəl qəbul etməsini və onun tərəfindən ərizənin qeydə alınmasına tam əmin olduğunu göstərmişdir. Lakin məhkəmə kollegiyası iddiaçının bununla bağlı hər hansı sübut, o cümlədən bu barədə ərizə təqdim edə bilməməsini əsas götürərək iddiaçının bu dəlilini əsassız hesab etmiş, cavabdehin apellyasiya şikayətində göstərilənləri əsaslı hesab etmişdir. Halbuki, işçilərin davamiyyət kitabına əsasən iddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixində işə gəlmədiyinə görə imza etməmişdir.
26. İddiaçı kassasiya şikayətinə əlavə verərək göstərmişdir ki, xəbərdarlıq bildirişi təqdim edilməsinə, bildirişin formal olaraq təsqdim edildiyi, hər kəsin öz ixtisasına və sənətinə uyğun olaraq attestasiya olunacağının bildirilməsinə baxmayaraq, attestasiya komissiyası yalnız ona qarşı münasibətdə attestasiya rəsmi işə qəbul edildiyi vəzifəyə uyğun aparılmış, əsasən solfedjo nəzəriyyəsi üzərində qurulmuşdur. Baxmayaraq ki, attestasiyadan əvvəl kadrlar şöbəsi tərəfindən Attestasiyada olan mövzulara aid bildirişin solist ifaçı vəzifəsini icra edənlərə, o cümlədən; İddiaçı, Ehtiram Hüseynova, Almaz Orucovaya, Rəvanə Qurbanovaya, Taleh Yəhyayevə formal olaraq verildiyi bildirilmiş, onların yalnız bir bəstəkar və bir xalq mahnısını ifa edəcəkl əri barədə şifahi məlumatlandırılmışlar.
27. Bundan başqa, məhkəmə kollegiyası xor artisti kimi işə qəbul olunsa da faktiki olaraq son 10 il ərzində solist ifaçı kimi fəaliyyət göstərdiyini nəzərə almamışdır. Əgər attestasiya komissiyası tərəfindən xor artisti kimi işə qəbul edildiyi əsas götürülüb tutduğu vəzifəyə uyğun suallarla attestasiya olunurdusa onun kimi xor artisti kimi işə qəbul edilib solist ifaçı kimi fəaliyyət göstərən Ehtiram Hüseynov, Almaz Orucova, Rəvanə Qurbanova və Taleh Yəhyayevin xor artisti kimi tutduqları vəzifəyə uyğun attestasiya olunmamaları attestasiyanın obyektiv keçirilməsi nəticəsinə gəlməyə əsas verə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdehin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətinə qarşı etiraz göndərərək qeyd etmişdir ki, id diaçi Filarmoniyada tam qanuni əsaslarla, bütün prosedur qaydalara əməl edilməklə keçirilmiş attestasiyadan keçməmiş, hazirlaşması üçün əvvəlcədən ona verilmis elementar, sadə sualları cavablandıra bilməmiş, bu azmış kimi ona verilmiş sualları bilməməsini etiraf edərək, həmin suallara cavab verməli olmadığını bildirərək, xor artisti vəzifəsini daşımasına baxmayaraq solo ifaçı olduğunu vurğulayaraq öz üzərində çalışmayacagını, nəzəri va təcrübi biliklərini artırmayacagını, lazimi biliklərə artıq çoxdan yiyələndiyini va heç bir əlavə hazırlaşmağa ehtiyacının olmamasını, ona verilmiş sualların düzgün olmadığını qətiyyətlə vurğulamışdır. Halbuki, attestasiya zamanı verilmiş suallar hər bir xor artistinin va ya solo ifaçının bilməli olduğu musiqinin əlifbası sayılan notlara aid ümumi suallar ol muşdur. Attestasiyanın tam video yazısı məhkəməyə təqdim edilmişdir. Yuxarıda qeyd olunanlar görüntülərdə öz əksini tapib. İddiaçi işəgötürənin ona qarşı qərəzli olduğunu, ona qarşı ayrı seckiliyə və adavətə yol verdiyini bildirərək işəgötürənin əmrinin ləğvini tələb etmişdir. Halbuki, işəgötürən iddiaçını öz şəxsi istəyi va qərarı ilə deyil, məhz Attestasiya Komissiyasının rəyinə əsasən işdən azad etmişdir. Attestasiya Komissiyasının tərkibinə isə, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri va baş dirijoru - Xalq Artisti, Prezident mükafatçısı va təqaüdçüsü, konservatoriyada Xor dirijorluğu kafedrasının müdiri, Kapellada 80 nəfərlik Xor heyətinin rəhbəri Gülbacı İmanova, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru – Əməkdar İncəsənət xadimi Dilarə Əliyeva kimi görkəmli sənətka rlar daxil olmuşlar ki, onların iddiaçı ilə ümumiyyətlə heç bir münasibətləri belə yoxdur, nəinki ədavət və şəxsi qərəzlik. Eyni zamanda bildiririk ki, iddiaçı ilə eyni vaxtda, eyni attestasiyadan daha 3 nəfər xor artistləri: Əzimov Tural (2012-ci ildən Filarmoniyada işləyib), Dadaşov Ceyhun (2013- cü ildən Filarmoniyada işləyib) va Həsənov Hüseyn (2013-cü ildən Filarmoniyada işləyib) attestasiyadan keçməyiblər ki, həmin şəxslər Komissiyanın rəyi ila tam razılaşmaqla həmin rəyi mübahisələndirməmişlər. İddiaçı isə, həmin vaxtdan etibarən qeyd olunan şəxsləri ona qoşularaq məhkəməyə müraciət etməyə sövq edir, hər gün onlara məcburi işburaxmaya görə böyük məbləğlərdə əmək haqqı alacaqlarına dair vədlər vermaklə şirnikləndirir, lakin öz məqsədinə nail ola bilmir. Çünki, qeyd olunan şəxslər həqiqətən hazırlıqsız olduqlarını etiraf edərək, Komissiyanın rəyini əsaslı hesab edirlər.
29. Attestasiya komissiyası üzvlərinin attestasiyanın nəticəsinin ona qarşı münasibətdə qiymətləndirilməsi peşəkarlıq səviyyəsinin -yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə uyğunluğunu aşkara çıxarmaq məqsədi ilə deyil, digər sırf şəxsi keyfiyyətlərinə görə olmuşdur. Bu isə qanunvericiliyin tələblərinə tam ziddir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
30. Maddə 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
31. Madd ə 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
32. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
33. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi iş lər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
34. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərin ə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
35. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
36. Maddə 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
37. Maddə 67.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
38. Maddə 70 “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
39. Maddə 288 “x”. İşçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.
40. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 41. 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 42. 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 43. 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 44. 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 45. 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 46. 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzər ə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 47. 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquq i faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini kassasiya qaydasında yoxlayarkən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyini, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq nor malarının pozulmasına yol verilməsini müəyyən etmişdir.
59. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.6-cı maddəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır.
60. İş materiallarından görünür ki, iddiaçının Attestasiya Komissiyasının ona qarşı qərəzli olması, attestasiyada iştirak etmiş digər 24 şəxsdən yalnız onun daha ciddi şəkildə sual-cavab edildiyi, ona verilən sualların bir çox şəxsə verilmədiyi və digərlərinə güzəşt edildiyi, bəzilərinin isə onun kimi suallara (notları üzündən oxumaq kimi) cavab verə bilmədikləri halda, attestasiyadan keçirilməsi və yalnız onun tutduğu vəzifəyə uyğun olmaması barədə nəticəyə gəlinməsi barədə dəlilləri üzrə hər hansı araşdırma aparılmamış və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.
61. Halbuki qeyd edilənləri özündə əks etdirən attestasiyanın tam audio-video yazısı məhkəmələrə təqdim edilmiş və apellyasiya məhkəməsi tərəfindən həmin audio-video yazıya baxış keçirilmiş, lakin yuxarıda qeyd edilən dəlillər üzrə attesatasiyanın keçirilməsi zamanı bərabərlik və qərəzsizlik prinsiplərinin pozulması istiqamətində hüquqi dəyərləndirmə məhkəmə qətnaməsində göstərilməmişdir.
62. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçiril məsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Bu qanunvericilik aktlarında attestasiyanın ədalətli və obyektiv keçirilməsi, işçilərin peşəkarlığının düzgün qiymətləndirilməsi nəzərdə tutulur. Həmçinin, attesatasiya komissiyanın işçilərə qarşı qərəzsiz yanaşması və qiymətləndirmə zamanı hər hansı mənfi mövqeyin nümayiş etdirilməməsi vurğulanır.
63. Məhkəmə kollegiyası qeyd edir ki, bərabərlik prinsipi attestasiya zamanı bütün işçilərə eyni vəzifə üzrə eyni tələblər və meyarlar əsasında sualların verilməsini tələb edir. Əgər bir işçiyə digərlərindən daha çətin və ya daha çox suallar verilirsə, bu onun haqsız yerə uğursuz nəticə göstərməsinə səbəb ola bilər. Həmçinin suallar obyektiv və işçinin peşə bacarıqları ilə əlaqəli olmalı, bütün işçilər eyni tələblər və meyarlar əsasında qiymətləndirilməlidirlər. İşçilərə fərqli və qərəzli yanaşılıbsa, bu qərəzsizlik prinsipinin pozulması deməkdir.
64. İşin araşdırılan hallarından görünür ki, xx.xx.2014-cü il tarixində X3 və rəqs ansamblına xor artisti vəzifəsinə işə qəbul olunsa da, xorda oxumamış, Filarmoniyanın nəzdində olan “Xalq çalğı alətləri” orkestrini estrada bölməsində solo fəaliyyət göstərmişdir. Eyni ilə iddiaçı kimi attestasiyadan keçmiş bir neçə nəfər işçi də xor artisti kimi işə qəbul edilsələr də solo ifaçıdırlar və həmin şəxslərin attestasiyası zamanı xor artistinə aid olan bir səsli əsər ya solfecio dərsliyindən üzdən oxumaq tələb edilməmiş və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu, vokal sənəti və musiqi nəzəriyyələri haqqında suallar verilməmişdir.
65. Göstərilənlərə əsasən məh kəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən keçirilmiş attestasiyanın audio-videoyazısı ətraflı tədqiq edilməklə, iddiaçının onun qərəzli və qeyri-obyektiv keçirilməsi barədə dəlillərinə ətraflı hüquqi qiymət verilməlidir. Belə ki, bu prinsiplərin pozulması işdən azad olunma barədə əmrin əsasını təşkil edən attestasiya nəticələrinin etibarsızlığına, son nəticədə isə əmrin əsassızlığına səbəb olan haldır.
66. İddiaçı həmçinin işəgötürənin ona qarşı qərəzinin səbəbi kimi digər işçilərdən fərqli olaraq onun tərəfindən müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsinə dəyişdirilməsi barədə rəhbərliyin təklifinə müsbət cavab verməməsi ilə əlaqələndirimiş, apellyasiya məhkəməsi belə bir faktın mövcudluğunu və iddiaçıya qarşı fərqli yanaşmaya və qərəzə əsas verə biləcək səbəblərin olması istiqamətində hər hansı araşdırma aparmamışdır.
67. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
68. Qanunvericiliyə görə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir.
69. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir v ə işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin mübahisəli faktiki hallarını müəyyən etmədən, həmin faktiki hallara uyğun maddi hüquq normalarını düzgün tətbiq etmədən, tərəflərin apellyasiya şikayətinin və ona etirazların dəlillərini müfəssəl araşdırmadan, bu dəlillər üzrə araşdırma aparmadan gəldiyi nəticəsi ilə iddiaçının ədalətlə məhkəmə araşdırma hüququnu pozmuşdur.
71. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı, tərəflərin dəlillərinə tam və müfəssəl hüquqi qiymət verilmədiyi üç ün qanuni və əsaslı sayıla bilməz. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir, kassasiya şikayəti qismən təmin edilməlidir, belə ki, iş üzrə yeni qərar çıxarılmasına əsas yoxdur.
72. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də apellyasiya şikayətinin bütün dəlilərinə müfəssəl, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
73. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2(103)1170/2024 saylı qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.