Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-421/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Bakı şəhəri İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departementi 1 saylı xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X18 cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-421/2023 (Açar sözlər: mənzilin sökülməsinə görə yeni mənzil və icarə haqqının verilməsi tələbi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X12 (məruzəçi), Nurməmmədov Əhməd Gül əhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departementi 1 saylı xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X18 cəlb edilməklə) mənzilin sökülməsinə görə yeni mənzil və icarə haqqının verilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1914/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdak ı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətinə əsasən, İddiaçı 21 sentyabr 2004-cü ildən ünvan 1-da qeydiyyatdadır. 2. 09 sentyabr 2000-ci il tarixli, 38 saylı Orderin surətinə əsasən, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 11 nömrəli evdə yerləşən ailəvi yataqxananın 9-cu otağı İddiaçı verilmişdir.
3. ARDNŞ-nin “Azərneftyağ” X14 101 saylı Mənzil İstismar Sahəsinə ünvanlanmış xx.xx.2003-cü il tarixli HİK-23\2454 saylı məktubuna əsasən, “Azərneftyağ” X18 İddiaçı ağır mənzil şəraitini nəzərə alaraq ona 4 nəfər ailə tərkibi ilə Kaçalov küçəsi 18-də, 9 saylı mənzili müvəqqəti yaşayış sahəsi kimi ayırır. 4. “Azərneftyağ” Neft Emalı müdriyyətinin və HİK-nin Rəyasət Heyətinin xx. xx.2004cü il tarixli 47.1 saylı qərarının surətinə əsasən 15 saylı sexdə işləyən 4 nəfər ailə tərkibi olan Şakir Maqsudov 11 ünvanında yerləşən 8-9 saylı mənzillərlə təmin edilmişdir.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərneftyağ” X14 xx.xx.2005-ci il tarixli 41 nömrəli orderinin surətinə əsasən, X5 və ailə üzvlərinə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 11 nömrəli evdə yerləşən ailəvi yataqxananın 8-9-cu otağı verilmişdir. 6. 3 saylı MKTB 141 saylı MKİS-nin balansında olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 11 ünvanında yerləşən yataqxanada yaşayan sakinlərin Dislokasiyasına əsasən, mənzil 8/9-da X8 və onunla birliikdə 3 nəfər ailə üzvü qeydiyyata düşmüşdür. 7. "xxxx" ASC-nin AB-003348 nömrəli arayışdan və ödəniş qəbzinə əsasən, X8 ünvan 1 ünvanınd a abonentdir və həmin otaqlara görə ödənişlər etmişdir. 8. “ASAN” Xidmət mərkəzinin xx.xx.2017-ci il tarixli,12 nömrəli arayışına əsasən, X1 ünvan 1 ünvanında abonent olaraq təbii qazdan stifadəyə görə borcu yoxdur. 9. 141 saylı MKİS-nin xx.xx.2017-ci il tarixli 303 saylı arayışına əsasən, X6 verilir ki, o həqiqətən ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır və kommunal borcu yoxdur. 10. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışına əsasən, X2 ünvan 3 ünvanında xx.xx.2017-ci il tarixinə sudan istifadəyə və çirkab suyun axıdılması xidmətinə görə borcu yoxdur.
11. X8 ilə “Karat-2016 MMC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 22 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, (hazırki adı Məhsəti Cəncəvi 2538 məhəllə) ev 11, yataqxana, 8-9 otaqlarda yaşayan X5 həmin yaşayış sahəsinin sökülməsinə görə yeni mənzil verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh “Karat-2016 MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departementi 1 saylı xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X18 cəlb edilməklə “mənzilin sökülməsinə görə yeni mənzil və icarə haqqının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndir ilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazrlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarı ilə Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 11 ünvanında yerləşən yaşayış binalarının lahiyələşdirilməsi tikintisi üçün “Karat-2016 MMC-yə ayrılmış torpaq sahəsində yerləşən tikililərdə yəni Nizami rayonu, R.Rüstəmov küçəsi ev 11, 9 ünvanında yerləşən mənzilin order sahibi olaraq, 3 otaqlı mənzilin verilməsi, həmçinin də icarə haqqı olaraq 2019-cu ilin mart ayından həsablayıb aylıq 300 manat olmaqla, cəmi 8.700 (səkkiz min yeddi yüz) manat “Karat-2016 MMC-nin vəsait hesabına ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə belə əsaslandırmışdır ki, “Bakı şəhərinin Suraxa nı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarı ilə “Pilot layihə” çərçivəsində Nizami RİH-ə verilmiş əlavə vəzifə və tapşırıqların icrası ilə bağlı işlər 2018-ci ildə də davam etdirilmiş, indiyədək qəzalı vəziyyətdə olmuş onlarla çoxmənzilli yaşayış binası və onların ətrafındakı primitiv tikililər sökülərək yerində müasir tələblərə cavab verən yeni çoxmərtəbəli binalar sakinlərin istifadəsinə verilmişdir. Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 11 ünvanında yerləşən ailəvi yataqxana və digər istismar müddətini keçmiş qəzalı yaşayış binaları və qeyriyaşayış obyektləri mülkiyyətçilərin razıl ıqları ilə sökülərək, oradakı ailələr kirayə mənzillərlə təmin edilməsi qərara alınmışdır. “Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 29 noyabr tarixli 868 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı şəhərinin Maraqlı şəxs1 bu Qərarın 1-ci, 2-ci və 3-cı hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesa bına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərincən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, qanunvericiliyin tələtlərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşay ış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini qərara almışdır. Yuxarıda qərara alınmış işlərin görülməsi "xxxx" MTK-ya həvalə edilmişdir. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 11 nömrəli evdə yerləşən ailəvi yataqxananın 9-cu otağı 09 sentyabr 2000-ci il tarixli, 38 saylı Orderə əsasən ona verilmişdir. 21 sentyabr 2004-cü il tarixdən o və ailə üzvləri həmin ünvanın qeydiyyatındadırlar. Lakin, iddiaçının ailəsini yaşayış sahəsi ilə təmi etməkdən imtina olunur. Hətta onda olan qeyri-rəsmi məlumata əsasən ona aid olan yaşayış sahəsini başqa nəfərə vermişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 №-li qərarında qeyd olunan ünvanda yerləşən qəza vəziyyətində olan yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin qarşıl ıqlı razılaşma əsasında köçürülməsi və kompensasiyanın ödənilməsi "xxxx" MTK-ya həvalə edilmişdir.
14. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 11 nömrəli evdə yerləşən ailəvi yataqxananın 9-cu otağı 09 sentyabr 2000-ci il tarixli, 38 saylı orderə əsasən ona ona daimi yaşaması üçün verilmiş, onda olan sənədin özü sürətdir. Ona belə formada verilmişdir. Həmin vaxtlar hamiya belə formada verilirdi. Möhürlü sənədi yoxdur. 21 sentyabr 2004-cü il tarixdən 6 nəfər ailə üzvləri ilə həmin ünvanda qeydiyyatdadır. Onun iki əkiz övladı olduqdan sonra həmin otaq darısqal olması ilə bağlı ona 2004-cü ildə Zavod tərəfindən müvəqqəti yaşamaq üçün Xətaidə müvəqqəti yaşayış sahəsi verilmişdir. Həmin bina 1934-cü ildə qamışdan tikilmiş, qəzalı vəziyyətdədir. Binada 3 dəfə yanğın olmuşdur. Həmin evdə onların heç birinin qeydiyyatı yoxdur. Mubahisəli otaqdan çıxanda oranı kirayə vermək istəyirdi, lakin komendant ondan yanğın baş verə biləcəyini bildirərərk açarları almışdır. Ona aid olan yaşayış sahəsi, yəni yataxadakı 9-cu otaq Maqsudov Şakir adlı şəxsə verilmiş, Şakirin otağı 8-ci otaq olmuş, amma ona həm 8-ci, həm də 9-cu otaq verilmişdir. Otaq iddiaçıya məxsusdur. Maqsudov Şakirin zavodun işçisi olub-olmadığı məlum deyildir, Maqsudov Şakir iş üzrə cəlb edilməli onun evini qaytarmalıdır. Otaq Şakirə 2005-ci ildə verilmiş Şakirin orderində düzəliş olunmuş, onun sənədi saxtadır. Cavabdeh şirkətin təqdim etdiyi orderlə, zavodun təqdim etdiyi orderdə möhürlər f ərqlidir. İddiaçı həmçinin məhkəməyə şifahi vəsatət verərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərneftyağ” X14 xx.xx.2015-ci il tarixli 41 nömrəli orderinin saxtalığının müəyyən edilməsi barədə ekspertiza keçirilməlidir. Bundan əlavə bildirdi ki, yataqxana 2007-ci il tarixdən Neft şirkətinin balansından çıxmış və İcra Hakimiyyətinə keçmişdir.
15. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini, onlara söküntü başlamamış Bakı şəhəri İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departementinin 1 saylı xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş və məhkəməyə verilmiş dislokasiya siyahısında adı və orderi olanları mənzil ilə təmin etdiklərini, yataqxanada bir otaqda 10 nəfərin qeydiyyatda ola bildiyini, hə min 10 nəfərin hamısına mənzil verə bilmədiklərini, order təqdim edənlərə mənzil verildiyini, Şakir Maqsudovun orderinin əslinin onlarda olmasını, onu tanış olması üçün məhkəməyə təqdim etdiklərini, otağın onlar tərəfindən sökülməsini, iş üzrə ekspertizanın keçirilməsinə, Şakir Maqsudovun işə cəlb edilməsinə zərurət olmamasını bildirmiş və məhkəmədən iddianın əsasız olduğu üçün rədd edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departementi 1 saylı xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X9 mübahisəli mənzilin İddiaçı məxsus olması barədə onlarda təsdiq edici sənədlərin olmamasını, həmin mənzilin Şakir Maqsudova məxsus olmasını bu barədə tikinti aparılarkən onlar t ərəfindən tikinti şirkətinə dislokasiyaların təqdim edilməsini, sonuncunun həmin yaşayış sahəsində uzun müddət yaşamasını, kommunal ödənişlər etməsini bildirmişdir. O, iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir.
17. Məhkəmənin iclasında iştirak etmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X14 nümayəndəsi X7 mübahisəli mənzillərin əvvəllər neftin balansında olduğunu, Onların həmkarlar ittifaqının qərarındakı siyahıda Şakir Maqsudovin adı olduğunu və ona order təqdim edildiyini, orderdə 2005-ci ilin blankının olmamasına görə 2004-cü ilin blankında order verilərkən onlar tərəfində 2005-ci il qeydinin aparılmasını, İddiaçı müraciət etdiyini və Zavod tərəfindən ona Xətai ray onu, Keşlə qəsəbəsi, Kaçalov küçəsində müvəqqəti yaşaması üçün ev verildiyini bildirmişdir.
18. Məhkəmənin iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi X4 iddia tələbini müdafiə etdiyini, iddiaçıya order verildiyini, bundan başqa sənəd verilmədiyini, iddiaçının Xətai rayonu, Keşlə qəsəbəsi, Kaçalov küçəsində müvvəqqəti əsaslarla köçürüldüyünü, mübahisəli otağa isə orderin iddiaçıya daimi əsaslarla verildiyini bildirərək, hal-hazırda yataxana söküldüyü üçün "xxxx" MMC-nin iddiaçını mənzillə və kirayə haqqı ilə təmin etməli olmasını bildirmişdir.
19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3536/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbi təmin edilməmişdir.
20. Məhkəmə hesab etmişdir ki, hazırki məsələyə mübahisəli yaşayış sah əsi ilə bağlı münasibətlərin yarandığı vaxt qüvvədə olmuş, xx.xx.1982-ci il tarixdə qəbul edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları nəzərə alınmaqla hüquqi qiymət verilməlidir.
21. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə xx.xx.2016-cı il tarixli 86 saylı qərarının 1.1-ci bəndinə əsasən, Bakı şəhəri Maraqlı şəxs1 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Bakı şəhəri Nizami rayonu üzrə keçən ə srin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 saylı yaşayış binasının sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini həyata keçirməsi qərara alınmışdır. Həmin qərara müvafiq olaraq X8 ilə "xxxx " MMC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 22 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, (hazırki adı Məhsəti Cəncəvi 2538 məhəllə) ev 11, yataqxana, 8-9 otaqlarda yaşayan X5 həmin yaşayış sahəsinin sökülməsinə görə yeni mənzil verilməsi barədə tərəflər razılığa gəlmişlər. Qeyd olunmalıdır ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 11 nömrəli evdə yerləşən ailəvi yataqxananın 9-cu otağı 09 sentyabr 2000-ci il tarixli, 38 saylı orderlə İddiaçı çalışdığı müəssisə “Azərneftyağ” X18 tərəfindən verilmişdir. 21 sentyabr 2004-cü il tarixdən o və ailə üzvləri həmin ünvanda paspotr qeydiyyatındadırlar. 2004-cü ildə iddiaçının çalışdığı müəssisə “Azərneftyağ” X18 tərəfindən onun ağır mənzil şəraitini nəzərə alınmaqla 4 nəfər ailə tərkibi ilə birl ikdə Xətai rayonu, Keşlə qəsəbəsi, Kaçalov küçəsində yerləşən 18 saylı evin 9 saylı mənzilinə müvvəqqəti əsaslarla köçürülmüşdür. Hazırda da həmin mənzildə yaşayır. İddiaçı mübahisəli yataqxana otağının açarlarını komendata təhvil vermişdir. O, başqa yaşayış sahəsinə köçürüldükdən sonra 9 saylı otaq xx.xx.2005-ci il tarixli 41 sayl orderlə dörd nəfər ailə üzvi ilə birlikdə X5 verilmişdir. Həmin orderin verilməsinə əsas “Azərneftyağ” Neft Emalı müdriyyətinin və HİK-nin Rəyasət Heyətinin xx.xx.2004-cü il tarixli 47.1 saylı qərarı olmuşdur. Cavabdeh "xxxx" MMC tərəfindən haqlı olaraq ona 3 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 141 saylı MKİSnin balansında olan mübahisəli ünvanda yerləşən yataqxanada yaşayan sakinlərin dislokasiyası, Şakir Maqsudovun orderinin əsli, kommunal ödənişlərlə bağlı müvafiq təşkilatlarda qeydiyyatda olmaqla borclarının olmaması barədə sənədlər əsas götürülməklə mübahisəli sahənin sökülməsi və onun əvəzində həmin şəxsə yeni yaşayış sahəsinin verilməsi barədə razılığa gəlinmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı çalışdığı təşkilat tərəfindən mübahisəli yaşayış sahəsindən (yataqxanadan) ağır mənzil şəraitini nəzərə alınmaqla öz razılığı ilə 4 nəfər ailə tərkibi ilə birlikdə başqa yaşayış sahəsinə köçürülmüş və həmin vaxtdan hazırki vaxtadək həmin yaşayış sahəsində yaşayır. İddiaçının və onun ailə üzlərinin 21 sentyabr 2004-cü il tarixdən hazırda sökülmüş mübahisəli ünvanda paspotr qeydiyyatında qalması məhkəməyə həmin mənzilin ona məxsus olması qənaətinə gəlməyə əsas vermir.
22. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan SSR Mənzil Məcəlləsinin 60, 105, 107, 108-ci maddələrinə istinad edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, onun 5 nəfər ailə üzvü ilə birlikdə sökülmüş yataqxananın yerində "xxxx" Tkinti Şirkəti tərəfindən tikilmiş binada 1 otaqlı mənzillə təmin edilməsi və ləğv edilmiş qeydiyyatlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iclasında onun fikirləri və tələbləri nəzərə alınmamış, sənədlərin ekspertizaya göndərilməsi, imza və möhürlərin saxtalaşdırılması fikirləri nəzərə alınmamış, ekspertizanın keçirilməsi tələbi yerinə yetirilməmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının 2(103)-1914/2022 saylı 12 aprel 2022-ci il tarixli qətnaməsi ilə (X11 (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli yaşayış sahəsi ilə bağlı münasibətlərin yarandığı vaxt qüvvədə olan xx.xx.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəalarını nəzərə almaqla hüquqi qiymət verilməsi qənaətinə gələrkən haqlı olmuşdur.
27. Məhkəmə kollegiyası qətnamədə göstərmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 11 nömrəli evdə yerləşən ailəvi yataqxananın 9-cu otağı 09 sentyabr 2000-ci il tarixli, 38 saylı or derlə İddiaçı çalışdığı müəssisə “Azərneftyağ” X18 tərəfindən verilmişdir. 21 sentyabr 2004-cü il tarixdən o və ailə üzvləri həmin ünvanda qeydiyyatındadırlar. 2004-cü ildə iddiaçının çalışdığı “Azərneftyağ” X18 tərəfindən onun ağır mənzil şəraitini nəzərə alınmaqla 4 nəfər ailə tərkibi ilə birlikdə Xətai rayonu, Keşlə qəsəbəsi, Kaçalov küçəsində yerləşən 18 saylı evin 9 saylı mənzilinə müvvəqqəti əsaslarla köçürülmüşdür. Hazırda da iddiaçı həmin mənzildə yaşayır. İddiaçı mübahisəli yataqxana otağının açarlarını komendata təhvil vermişdir. O, başqa yaşayış sahəsinə köçürüldükdən sonra 9 saylı otaq xx.xx.2005-ci il tarixli, 41 sayl orderlə dörd nəfər ailə üzvi ilə birlikdə X5 verilmişdir. Həmin orderin verilməsinə əsas “Azərneftyağ” Neft Emalı müdriyyətinin və HİK-nin Rəyasət Heyətinin xx.x x.2004-cü il tarixli 47.1 saylı qərarı olmuşdur. Cavabdeh "xxxx" MMC tərəfindən haqlı olaraq ona 3 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 141 saylı MKİSnin balansında olan mübahisəli ünvanda yerləşən yataqxanada yaşayan sakinlərin dislokasiyası, Şakir Maxsudovun orderinin əsli, kommunal ödənişlərlə bağlı müvafiq təşkilatlarda qeydiyyatda olmaqla borclarının olmaması barədə sənədlər əsas götürülməklə mübahisəli sahənin sökülməsi və onun əvəzində həmin şəxsə yeni yaşayış sahəsinin verilməsi barədə razılığa gəlinmişdir. Həmçinin, iddiaçı çalışdığı təşkilat tərəfindən mübahisəli yaşayış sahəsindən (yataqxanadan) ağır mənzil şəraitini nəzərə alınmaqla öz razılığı ilə 4 nəfər ailə tərkibi ilə birlikdə başqa yaşayış sahəsinə köçürülmüş və həmin vaxtdan hazırki vaxtadək həmin yaşayış sahəsin də yaşayır. İddiaçının və onun ailə üzlərinin 21 sentyabr 2004-cü il tarixdən hazırda sökülmüş mübahisəli ünvanda qeydiyyatında qalması həmin mənzilin ona məxsus olması qənaətinə gəlməyə əsas vermir.
28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı apellyasiya şikayətində sənədlərin ekspertizaya göndərilmədiyi, imza və möhürlərin saxtalaşdırılması fikirlərinin nəzərə alınmadığını, ekspertizanın keçirilməsi tələbinin yerinə yetirilmədiyini bildirir. Halbuki həmin mənzil “Azərneftyağ” Neft Emalı müdriyyətinin və HİK-nin Rəyasət Heyətinin xx.xx.2004-cü il tarixli, 47.1 saylı qərarı əsasında 41 saylı orderlə X5 verilmişdir. İddiaçı tərəfindən mənzilə dair verilmiş order mübahisələndirilməmişdir. İddia çının apellyasiya şikayətində qeyd etdiyi tələblər isə məhz X5 verilmiş orderin qanuna uyğun verilib-verilməməsi ilə bağlı olmuşdur.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
30. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan SSR Mənzil Məcəlləsinin 60, 105, 107, 108-ci maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
31. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, tikinti şirkətinin məhkəməyə təqdim etdiyi order və qərarın ekspertiziya göndərilməsini, bu order və qərar üzər indəki möhürlərin və imzaların hansı tarixdə vurulması barədə rəy alınmasını, Eyni zamanda Maxsudov Şakirin həmin sökülmüş yataqxanada onun adınaa olan 9 saylı otaqda hansı tarixdə qeydiyyata düşməsi barədə DİN-nin arxivindən məlumatın alınmasının təmin edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti apellyasiya şikayətində olan eyni dəlillərlə əsaslandırılmış, şikayətin hüquqi əsası kimi apellyasiya şikayətində istifadə edilən normalara istinad edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan SSR Mənzil Məcəlləsi.
33. Maddə
48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
34. Maddə 6
0. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
35. Maddə
106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər.
36. Maddə
107. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir.
37. Maddə
108. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olara q yataqxanada yer almış başqa işçiləri üzrlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətl i olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsini n faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
53. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından və gəldiyi nəticədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 11 nömrəli evdə yerləşən ailəvi yataqxananın 9-cu otağı 09 sentyabr 2000-ci il tarixli, 38 saylı orderlə İddiaçı çalışdığı müəssisə “Azərneftyağ” X18 tərəfindən verilmiş, 21 sentyabr 2004-cü il tarixdən o, və ailə üzvləri həmin ünvanda qeydiyyatındadırlar. 2004-cü ildə iddiaçının çalışdığı “Azərneftyağ” X18 tərəfindən onun ağır mənzil şəraitini nəzərə alınmaqla 4 nəfər ailə tərkibi ilə birlikdə Xətai rayonu, Keşlə qəsəbəsi, Kaçalov küçəsində yerləşən 18 saylı ev in 9 saylı mənzilinə müvvəqqəti əsaslarla köçürülmüşdür. Hazırda da iddiaçı həmin mənzildə yaşayır. İddiaçı mübahisəli yataqxana otağının açarlarını komendata təhvil vermişdir. O, başqa yaşayış sahəsinə köçürüldükdən sonra 9 saylı otaq xx.xx.2005-ci il tarixli, 41 sayl orderlə dörd nəfər ailə üzvi ilə birlikdə X5 verilmişdir. Həmin orderin verilməsinə əsas “Azərneftyağ” Neft Emalı müdriyyətinin və HİK-nin Rəyasət Heyətinin xx.xx.2004-cü il tarixli 47.1 saylı qərarı olmuşdur. Cavabdeh "xxxx" MMC tərəfindən haqlı olaraq ona 3 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 141 saylı MKİS-nin balansında olan mübahisəli ünvanda yerləşən yataqxanada yaşayan sakinlərin dislokasiyası, Şakir Maxsudovun orderinin əsli, kommunal ödənişlərlə bağlı müvafiq təşkilatlarda qeydiyyatda olmaqla borclarının ol maması barədə sənədlər əsas götürülməklə mübahisəli sahənin sökülməsi və onun əvəzində həmin şəxsə yeni yaşayış sahəsinin verilməsi barədə razılığa gəlinmişdir. Həmçinin, iddiaçı çalışdığı təşkilat tərəfindən mübahisəli yaşayış sahəsindən (yataqxanadan) ağır mənzil şəraitini nəzərə alınmaqla öz razılığı ilə 4 nəfər ailə tərkibi ilə birlikdə başqa yaşayış sahəsinə köçürülmüş və həmin vaxtdan hazırki vaxtadək həmin yaşayış sahəsində yaşayır. İddiaçının və onun ailə üzlərinin 21 sentyabr 2004-cü il tarixdən hazırda sökülmüş mübahisəli ünvanda qeydiyyatında qalması həmin mənzilin ona məxsus olması qənaətinə gəlməyə əsas vermir.
54. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı apellyasiy a şikayətində sənədlərin ekspertizaya göndərilmədiyi, imza və möhürlərin saxtalaşdırılması fikirlərinin nəzərə alınmadığını, ekspertizanın keçirilməsi tələbinin yerinə yetirilmədiyini bildirir. Halbuki həmin mənzil “Azərneftyağ” Neft Emalı müdriyyətinin və HİK-nin Rəyasət Heyətinin xx.xx.2004-cü il tarixli, 47.1 saylı qərarı əsasında 41 saylı orderlə X5 verilmişdir. İddiaçı tərəfindən mənzilə dair verilmiş order mübahisələndirilməmişdir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi tələblər isə məhz X5 verilmiş orderin qanuna uyğun verilib-verilməməsi ilə bağlı olmuşdur.
55. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şika yəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
56. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
57. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının ünvan 4 ünvanında yerləşən mənzilin order sahibi olması və ailə üzvləri ilə birlikdə həmin ünvanda qeydiyyatda olması səbəbindən, həmin mənzilə hüquqlarının, o cümlədən istifadə hüququnun saxlanması barədə dəlilinə münas ibət bildirərək həmçinin onu da qeyd edir ki, kassasiya şikayətinin həmin dəlilləri əsassızdır.
58. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
59. Ey ni zamanda məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
60. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
61. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
62. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. 6
4. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1914/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.