Məhkəmə qərarları › İş №2(102)-4217/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4217/2022

01.07.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4217/2022 01.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(006)-3031/2022 saylı məhkəmə aidiyyəti haqqında qərardadından İddiaçı (Vəkil) şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə d air iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmiş və ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2014-cü il tarixli GNC2125ip saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin predmeti xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Gəncə şəhəri, Rüzgar Qasımov küçəsi, 41-də yerləşən 1 mərtəbəli, 318.1 kv.m ümumi, 114,5 kv.m yaşayış, 203,6 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi olmuşdur. Evin yerləşdiyi xüsusi mülkiyyət hüququ ilə mənə məxsus 0.0535 ha ölçüdə olan torpaq sahəsi ümumiyyətlə göstərilməmiş və müvafiq olaraq ipoteka ilə yüklü edilməmişdir. Belə olan halda tərəflər arasında bağlanmış müqavilə etibarsız olmuş və ipotekaya xitam verilməsinə hüquqi əsas yaranmışdır. Bakı şəhəri Nəsimi rayon məhkə məsinin 27 may 2022-ci il tarixli, 2(006)-3031/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmış, iddiaçıya aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırmaları zamanı işin materiallarında olan sənədlərə əsasən hazırki iş üzrə tərəflər – İddiaçı (VÖEN: **********) fərdi sahibkar statusuna malik fiziki şəxs, cavabdeh "xxxx" ASC (VÖEN: **********) isə kommersiya hüquqi şəxs olduğu müəyyən edilmişdir. İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən aralarında bağlanmış xx.xx.2014-cü il tarixli GNC-2125ip saylı Baş Kredit Müqaviləsinə əsasən illik faiz d ərəcəsi 18% olmaqla 48 ay müddətinə SME/Xidmət (yeni biznesə investisiya yatırımı) məqsədilə 85000 AZN məbləğində kredit verilmişdir. Göründüyü kimi hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. İddiaçı (vəkili Vəkil) tərəfindən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(006)-3031/2022 saylı qərardadından kassasiya şikayəti verərək həmin qərardadı ləğv edib işin aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə ümumi məhkəməyə aiddir. İş üzrə iddiaçı sahibkarlıq fəaliyyəti dayandırılmış fi zuki şəxsdir və mübahisə predmeti ona məxsus fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsidir. İddiaçı fiziki şəxsin cavabdeh hüquqi şəxslə işguzar əlaqəsi mövcud olmayıb, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığı səbəbindən müvafiq olaraq ümumi məhkəməyə aiddir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-3031/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçının şikayəti təmin olunmamış, şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 se ntyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 4-cü bəndində göstərilir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin: Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsasl andırma ilə razılaşıraq hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və ya xud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keç irdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İşdən görünür ki, mübahisələndirlən ipoteka müqaviləsi İddiaçı (VÖEN: **********) cavabdeh ASC (VÖEN: **********) arasında bağlanmış xx.xx.2014-cü il tarixli GNC2125ip saylı Baş Kredit Müqaviləsi üzrə illik faiz dərəcəsi 18% olmaqla 48 ay müddətinə SME/Xidmət (yeni biznesə investisiya yatırımı) məqsədilə 85000 AZN məbləğində verilmiş kreditin təminatı olaraq iddiaçıya məxsus Gəncə şəhəri, Rüzgar Qasımov küçəsi, 41- də ye rləşən 1 mərtəbəli, 318.1 kv.m ümumi, 114,5 kv.m yaşayış, 203,6 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədədir. Bu baxımdan məhkəmə tərkibi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və tərəflər arasında əmələ gəlmiş hüquq münasibətinin xarakterini nəzərə alıb hesab edir ki, ipoteka müqaviləsi əsas öhdəlikdən (yeni biznesə investisiya yatırımı məqsədilə verilmiş borc müqaviləsindən) törədiyi və əsas öhdəliyin təminat üsulu olduğu üçün, habelə İddiaçı sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırılması, onun sahibkarlıq fəaliyyəni həyata keçirən fiziki şəxsin olmaması anlamına gəlmədiyi üçün həmin mübahisəyə ümumi məhkəmədə baxıla bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini r əhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-3031/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar