Məhkəmə qərarları › İş №2(102)-4220/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4220/2022

10.08.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4220/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4220/2022 (Açar sözlər: pulun qaytarılması, bağışlamadan imtina) Bakı şəhəri, 10 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-225/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 avqust 2022-ci il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) ilə 2016-cı ilin sonlarında tanış olmuş, 2018-ci ilin ortalarından ər-arvad kimi yaşamağa başlamış, xx.xx.2019-cu il tarixdə isə rəsmi nikaha daxil olmuşlar.

2. İddiaçı xx.xx.2018-ci il tarixdə etibarnamə verərək onu "xxxx" Bank ASC-də və ya istənilən filialında təmsil etmək, onun adına olan hesablar üzərində sərəncam vermək səlahiyyətini (yeni cari hesabın, yeni kart hesabının açılması, hesaba (hesablara) nağd pul vəsaitini mədaxil etmək; göstərilən hesabdan (hesablardan) nağd pul vəsaitini (həm əsas məbləği, həm də faizləri) çıxarmaq; göstərilən hesabdakı pul vəsaitini digər hesaba (və ya hesablara) köçürmək; göstərilən hesaba s ərəncam verilməsi ilə bağlı zəruri sənədləri (yeni plastik kartını almağı, müqavilələri, ödəniş tapşırıqlarını, çekləri və s.) imzalamaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər zəruri hüquqi əhəmiyyətli hərəkətləri etmək) xx.xx.2019-cu il tarixədək cavabdehə etibar etmişdir.

3. Cavabdeh xx.xx.2018-ci il tarixində iddiaçının "xxxx" ASC-də mövcud olan hesabından 10506 ABŞ dolları, 10000 manat və 23 661 ABŞ dolları pul vəsaitini məxaric etmişdir.

4. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsi ünvanında yerləşən 35 saylı evin ümumi sahəsi 46 kv.m. olan 8 nömrəli mənzilini xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 68.000 manata almışdır, mənzil xx.xx.2018-ci il tarixində cavabdehin adına qeydiyyata alınmışdır.

5. Mübahisə iddiaçının bahkdakı hesa bından cavabdehin çıxardığı pulların qaytarılması ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 68000 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırlıb ki, iddiaçı Kanada Respublikasının vətəndaşıdır, 2016-cı ildə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir və halhazıradək burda işləyərək yaşayır.

8. İddiaçı cavabdehlə 2016-ci ilin sonlarında internet vasitəsi ilə sosial şəbəkədə tanış olmuş, tanışlıqdan sonra onların arasında səmimi münasibət formalaşmağa başlamış və nəticədə bir yerdə yaşamaq qərarına gəlmişlər.

9. Cavabdeh bu səmimi nünasibətlərdən istifadə edərək 2018-ci ilin 4 oktyabr tarixində qeyd edilən etibarnamə əsasında 10.506 ABŞ dolları, 10.000 AZN və 23.661 ABŞ dolları olmaqla, cəmi 68.000 manat məbləğində pulu iddiaçıya məxsus bank hesabından çıxararaq 05 oktyabr 2018-ci il tarixində alqı-satqı müqaviləsi əsasında yuxarıda göstərilən mənzili almış və öz adına rəsmiləşdirmişdir. Bundan sonra iddiaçı həmin mənzilə müvəqqəti qeydiyyata düşmüş və cavabdehlə birlikdə orada yaşamışdır. 06 may 2019-cu il tarixdə isə iddiaçı ilə cavabdeh Gürcüstan Respublikasında nikaha daxil olmuşlar.

10. Sonradan iddiaçı cavabdehdən onun hesabından əldə etdiyi 68.000 min manat məbləğində pulu istədikdə iddiaçı sözügedən vəsaiti müxtəlif bəhanələr gətirməklə geri qaytarmaqdan imtina etmişdir. Hətta cavabdehə pulun müqabilində alınmış mənzilin iddiaçıya verilməsini təklif etsələr də, cavabdeh bundan imtina etmişdir.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 777, 779, 1091 və 1092ci maddələrinə istinad etmişdir.

12. Cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - İddiaçı ilə cavabdeh ər-arvad olub. Hazırda iddiaçının cavabdehdən tələb etdiyi 68.000 manat məbləğində pul vəsaiti iddiaçının 2 ildən artıq müddət bundan əvvəl arvadına, yəni cavabdehə hədiyyə etdiyi əmlakdır. Belə ki, iddiaçı onun "xxxx" ASC-də adına olan bank hesablarında olan pul vəsaitindən 68.000 manatı cavabdehə hədiyyə etmək qərarına gəlmişdir. Bu məqsədlə iddiaçı 26 sentyabr 2018-ci il tarixdə cavabdehə bank hesablarından pul vəsaitini götürmək və həmin bank hesabları ilə bağlı sərəncam vermək səlahiyyətlərini özündə əks etdirən etibarnamə vermişdir: - iddiaçı 27 sentyabr 2018 -ci il tarixdən 01.10 2018-ci il tarixdə xəstəxanada olmuşdur. Cavabdeh iddiaçıya qulluq etdiyinə görə yalnız xx.xx.2018-ci il tarixdə “Paşabank" ASC-yə gedərək, 10.506 ABŞ dolları, 10.000 manat və 23.661 ABŞ dolları, cəmi isə 68.000 manat məbləğində pulu iddiaçının adına olan bank hesablarından çıxartmış və həmin vəsaiti evə gətirmiş və iddiaçıya vermişdir. İddiaçı isə yenə də həmin pulu cavabdehə hədiyyə etdiyini və pulun artıq cavabdehə məxsus olduğunu, özünün mülahizəsinə uyğun şəkildə sərf edə biləcəyini bildirmiş və cavabdehə qaytarmışdır; - cavabdeh də ona hədiyyə edilmiş pulun boş yerə xərclənməməsi üçün həmin vəsaitə daşınmaz əmlak əldə etmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsi, 37, M2, mənzil 4-ü alğı-satqı yolu ilə almışdır4 - qeyd edilən mənzil alındıqdan sonra ər-arvad olan iş üzrə tərəflər həmin mənzilə köçmüş və mənzildə 2020-ci ilin sentyabr ayınadək, yəni tərəflər arasında münasibətlər pisləşənədək birgə yaşamışlar. İddiaçı hətta həmin ünvana yaşayış yeri üzrə qeydiyyata da düşmüşdür. Qeyd edilən pulun hədiyyə kimi cavabdehə bağışlanması, həmçinin onlar arasında aparılan Whatsapp yazışmaları ilə də tam təsdiq edilir. Belə ki, həmin yazışmalardan görünür ki, cavabdeh "xxxx" ASC-də olarkən iddiaçıya Whatsapp vasitəsi ilə onun hesabından 68.000 manat və evin alınması ilə bağlı makler üçün əlavə 1.000 manat çıxaracağı barədə SMS yazmış, cavabdeh də “çox əla" sözləri ilə iddiaçıya cavab yazmışdır. Göründüyü kimi, iddiaçı cavabdehə hədiyyə etdiyi 68.000 manat məbləğində pula sonuncunun mənzil al dığını əvvəlcədən bilmişdir. Lakin bu hal keçən müddət ərzində onlar arasında hər hansı mübahisəyə səbəb olmamışdır. Mübahisənin olması da mümkün deyildir, çünki, iddiaçı həmin pulu cavabdehə bağışlamışdır; - mübahisə predmeti olan 68.000 manat az vəsait deyildir. İddiaçı tərəfindən cavabdehə etibarnamə 26 sentyabr 2018-ci il tarixdə verilmişdir. Pul bank hesabından 04 oktyabr 2018-ci il tarixdə çıxarılmışdır. İddiaçı hazırki iddia ərizəsi ilə 06 oktyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Tarixlərə nəzər yetirdikdə, müəyyən edilir ki, etibarnamənin verilməsindən və pulun götürülməsindən iddiaçının məhkəməyə müraciət etməsinədək düz 2 il 2 gün vaxt keçmişdir. Hazırda guya ona məxsus pulu cavabdehin ona qaytarmadığını və bununla da onun hesabına varlandığını iddia edən iddiaçı k eçən bu müddət ərzində nədənsə, bununla bağlı hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməmişdir. Bunun səbəbi isə iddiaçının pulla bağlı iddia ərizəsində göstərilənlərin həqiqət olmaması, cavabdehə şər, böhtan atmasıdır; - tərəflər arasında münasibətlər pozulduqdan sonra cavabdeh xx.xx.2020-ci il tarixdə nikahın pozulması barədə məhkəmədə iddia qaldırdırmışdır. İddiaçı da sanki cavabdehdən bunun qisasını almaq üçün bundan 11 gün sonra, yəni 06 oktyabr 2020-ci il tarixdə sonuncuya qarşı əsassız olan hazırki iddia tələbini irəli sürmüşdür. İddiaçının məhkəməyə belə yanlış məlumatlar verməsində məqsədi isə cavabdehdən fayda ummaq, ona ağır zərər vurmaqdır

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(006)822/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Solmaz Muxtafayeva)

14. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçının cavabdehə verdiyi etibarnamə əsasında sonuncunun xx.xx.2018-ci il tarixində iddiaçının "xxxx" ASC-də mövcud olan hesabından 10.506 ABŞ dolları, 10.000 manat və 23.661 ABŞ dolları pul vəsaitini məxaric etməsi və həmin pul vəsaiti ilə Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən 35 saylı evin 8 nömrəli mənzilini alması işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəf bu faktı etiraf etməkdədir, eyni zamanda işin bu halı iş materialları ilə də təsdiq olunur. Bu o deməkdir ki, iddiaçı iddia tələblərini əsaslandırdığı faktiki hallardan biri olan həmin hal üzrə sübutetmə vəzifəsindən azad olmaqla onun həmin vəsaiti geri tələb etmək hüququna sahib olub-olmadığı müəyyənləşdirilməli dir. Bu zaman nəzərə alınmalıdır ki, tərəflər arasında anlaşmazlıq həmin pul vəsaitinin verilməsinin hüquqi mahiyyəti ilə bağlıdır. İddiaçı tərəf cavabdehin həmin pulla əsassız varlandığını iddia etsə də, cavabdeh tərəfin mövqeyi pulun bağışlama müqaviləsi çərçivəsində verildiyinə dairdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnaməyə əsasən məhz "xxxx" Bank ASC-də və ya onun istənilən filialında iddiaçını təmsil etmək və iddiaçının adına olan hesablar üzərində sərəncam vermək səlahiyyəti xx.xx.2019-cu il tarixədək iddiaçıya etibar edilmişdir. Beləliklə, cavabdeh ona verilmiş еtibаrnаmə əsаsındа hərəkət еdərək "xxxx" Bank ASCdən 10.506 ABŞ dolları, 10.000 manat və 23.661 ABŞ dolları pul vəsaitini qəbul еtmişdir. Bun dan sonra cavabdeh alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsi ünvanında yerləşən 35 saylı evin 8 nömrəli mənzili almış və iddiaçı ilə birlikdə həmin mənzildə yaşamışlar. İddiaçı bu mənzilin cavabdehin adına qeydiyyata alındığından da məlumatlı olmuşdur.

16. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 673.1-ci maddəsinə istinad edərək göstərib ki, qeyd edilən hüquq norması hədiyyə verənin bağışlamaqdan imtinasının 3 əsasını müəyyən etmişdir: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra e tmədikdə. Lakin məhkəmə araşdırması zamanı iddiaçı ilə cavabdeh arasında olan mübahisəli hüquq münasibətlərində yuxarıda qeyd olunan şərtlərin hər hansı birinin mövcud olması müəyyən edilməmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 390, 666.1, 673.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia əri zəsinin məzmununa uyğun əsaslandırılmaqla, şikayətdə məhkəmənin hüququ düzgün tətbiq etmədiyi, sübutlara düzgün qiymət vermədiyi, iddiaçının cavabdehə verdiyi etibarnaməni qanuna ziddi olaraq bağışlama müqaviləsi kimi qiymətləndirməklə nəticənin işin halına uyğun gəlməməsinə səbəb olduğu, iddiaçının verdiyi etibarnamənin ona tərcümə edilməmiş olmasının nəzərə alınmadığına istinad edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-225/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-822/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya sı məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı deyil, məhz bağışlama və bağışlamadan imtina ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, cavabdeh iddiaçının ona verdiyi etibarnamə əsasında onun tapşırığını icra edərək iddiaçıya məxsus pul vəsaitini bankdan götürmüş, yəni onların arasında müqavilə münasibətləri yaranmış, daha sonra iddiaçının istəyi ilə həmin pulla ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzili almış və iddiaçı ilə birlikdə həmin mənzildə yaşamış, mənzil məhz iddiaçının arzusu ilə cavabdehin adına qeydiyyata alınmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bağışlama müqaviləsi əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana ke çməsində ifadə olunan əqd növüdür və bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.

23. Apellyasiya instansiyası məhkəməsi iddiaçının irəli sürdüyü faktiki halları ağlabatan mühakimə əsasında qiymətləndirərək belə qənaətə gəlib ki, iddiaçı geri qaytarılmasını tələb etdiyi pul vəsaitini cavabdehə bağışlamışdır və bağışlamadan imtina üçün qanunvericilikdə müəyyənləşdirilmiş əsaslardan hər hansı biri mövcud deyildir.

24. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, iddianın əsasını, irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir. Bu baxımdan, iddiaçının irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsası kimi nəzərdən keçirilməli olan qanunvericilik müddəalarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sü butlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işdə iddiaçının cavabdehlə bağışlama müqaviləsi bağlamamasına və notarial qaydada belə müqavilənin təsdiqlənməməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 666-cı və 668-ci maddəsinin tələblərinə zidd olaraq tərəflər arasında bağışlama müqaviləsinin bağlanması qənaətinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi iddiaçının gətirdiyi dəlilləri formal mülahizələr adlandırıb onların qiymətləndirilməsindən boyun qaçırmaqla qanun tələblərini, formalaşdırılmış məhkəmə təcrübəsini pozmuş, cavabdehin etibarnamə ilə ona verilmiş səlahiyyətlərdən kənara çıxması faktına düzgün hüquqi qiymət verməmişdir və bu halları, ümumiyyətlə, araşdırmamışdır. Məhkəmə həmçinin prosessual normaları da pozmuş və qətnaməni müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. İşin hallarından açıqaşkar görünür ki, iddiaçı pullarını cavabdehə bağışlamaq niyyətində heç vaxt olmamış, əksinə, cavabdehin qanunsuz əqd bağlamasından sonra da mənzili öz adına keçirilməsi üçün zəruri hüquqi tədbirlər görmüşdür, cavabdehi onun adına etibarnamə verməsinə məcbur etmişdir və ümid etmişdir ki, bununla bu mübahisə öz həllini tapacaq. Lakin cavabdeh riyakarcasına iddiaçını aldatmışdır, ondan xəbərsiz verdiyi etibarnaməni ləğv etmişdir. b)

27. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 66 6.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışla ma ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun o lmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cü mlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

29. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə qanuni nəticəyə gəlmişdir.

33. İddia tələbi cavabdehin iddiaçının bank hesabından çıxardığı pulun qaytarılması barədədir. İddiaçı tələbinin əsası kimi cavabdehin etibarnamə əsasında onun bank hesabından çıxardığı pulu qaytarmamaqla əsassız varlanmasına istinad etmişdir.

34. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə isə iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı deyil, məhz bağışlama və bağışlamadan imtina ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. İddi açı geri qaytarılmasını tələb etdiyi pul vəsaitini cavabdehə bağışlamışdır və bağışlamadan imtina üçün qanunvericilikdə müəyyənləşdirilmiş əsaslardan hər hansı biri mövcud deyildir.

35. Göründüyü kimi işin müəyyən edilmiş hallarına görə iddiaçı geri qaytarılmasını tələb etdiyi pul vəsaitini cavabdehə bağışladığına və bağışlamadan imtina üçün əsaslar müəyyən edilmədiyinə görə gəlinən nəticə tətbiq edilən qanunvericilik normalarına uyğun olmuşdur.

36. Belə olan halda iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsinın gəldiyi nəticə işin halları və tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından qanuni və əsaslı olmuşdur.

37. Məhkəmə kollegiyası bağışlama müqaviləsi bağlamaması və notarial qaydad a belə müqavilənin təsdiqlənməməsi barədə kassasiya şikayətini dəlillərini əsassız sayır. Belə ki, Mülki Məcəllənin 668.1.1 və 668.1.2-ci maddələrinə görə daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı, eləcə də rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Hazırki işdə isə bağışlanan əmlak daşınmaz əmlak deyil, pul vəsaitidir. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə görə isə daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlı sayılır.

38. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirək əsassız hesab edir.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-225/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar