Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4223/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi - hakim), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, İddiaçı X1 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-412/2023 nömrəli iş üzrə 10 iyul 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 15 oktyabr 2015-ci il tarixdə İddiaçı (bundan sonra mətndə iddiaçı) ilə Cavabdeh (bundan sonra mətndə cavabdeh) arasında daş sexindən istifadəyə dair icarə müqaviləsi bağlanmışdır. Müqavilə bir il müddətinə bağlanmış və müqavilədə tərəflərin öhdəlikləri müəyyən olunmuşdur.
2. Tərəflər arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə götürən fiziki şəxs-Cavabdeh icarəyə verən sahibkar-İddiaçı mülkündə olan daş sexini istifadəyə götürmüş, icarə haqqı iki tərəfin razılığı ilə 500 (beş yüz) manat müəyyən olunmuşdur. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ödənilməyən icarə haqqlarına görə 24000 manat məbləğində pul vəsaitinin, yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pu l vəsaitinin və mənəvi ziyana görə 30000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçının cavabdehə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməyən icarə haqqlarına görə 24000 manat məbləğində pul vəsaitinin, yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 58500 manat pul vəsaitinin və mənəvi ziyana görə 30000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı movgeyini belə əsaslandırmişdır ki, cavabdeh Aşağı Güzdək qəsəbəsində yerləşən iddiaçıya məxsus daş sexini 4 il ərzində istifadə etsə də, 2 019-cu il tarixədək icarə haqqını ödəməmişdir. Cavabdeh “icarəyə götürən” Cavabdeh arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən “icarəyə götürən” sahibkarın mülkündə olan daş sexini hər ay 500 manat ödəmək şərti ilə istifadəyə götürmüşdür. Lakin cavabdeh həmin müqavilənin şərtlərinə əməl etməyərək icarə haqqı kimi hər ay 500 manat məbləğində pul vəsaiti ödəməsinə dair öhdəliklərini yerinə yetirməmişdir. Eyni zamanda onun "xxxx" MMC-dən alınaraq Güzdəkdə ona məxsus həmin vaxt cavabdehin icarəsində olan daş sexinə gətirdiyi blok 40 x 40 x 80 1-ci növ 20 maşın hər biri 1000 manat olmaqla, cəmi 20000 manat, blok 40 x 40 x 80 2-ci növ 15 maşın hər biri 800 manat olmaqla, cəmi 12000 manat, blok 40 x 40 x 80 3-cü növ 5 maşın hər biri 500 manat olmaqla, cəmi 2500 manat, ümumi likdə 34500 manat olan 40 ədəd “Kamaz” markalı yük avtomobilləri ilə daşınan daş blokları cavabdeh tərəfindən yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) və dəyərinin bugünkü günədək ona ödəməmişdir. Daş sexində olan daş blokların cavabdeh tərəfindən məhv edilməsi ilə bağlı şahidlər də vardır. O, dəfələrlə cavabdehə öhdəliklərini və daş blokların dəyərini ödəməli olduğunu bildirsə də, cavabdeh buna məhəl qoymur və borcu ödəməkdən yayınır. Hesab edir ki, cavabdeh öhdəliklərini yerinə yetirmək, daş blokların dəyərini ədalətli ödəmək əvəzinə onu get-gələ salmaqla aldatmış və ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh tərəfindən vurulmuş zərər nəticəsində onun haqqı çatanlardan məhrum olunmağı səbəbindən zərərin əvəzi tam olaraq ödənilməlidir.
6. Abşeron Rayon Məhkəməsinin (hakim: Elman Məmmədov) 08 dekabr 2021ci il tarixli, 2(012)-3786/2021 nömrəli qətnaməsi iddia tələbi rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsinə əsasən müqavilənin müddəti bir il nəzərdə tutulmuş, icarə haqqı iki tərəfin razılığı ilə 500 manat məbləğində müəyyən edilsə də, müqavilədən icarə haqqının aylıq və ya illik olmasını müəyyən etmək mümkün deyildir. Bundan başqa 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsində iddiaçının mülkiyyətində olan daş sexinin icarəyə verildiyi göstərilsə də, həmin mülkin harada yerləşdiyi və bunu təsdiq edən müvafiq sənədlər (icarəyə verilən daşınmaz əmlakı müəyyən etməyə əsas verən sənədlər) icarə müqaviləsində göstərilməmiş, məhkəmədə sübutların tədqiqatı zamanı da həmin sənədlər müəyyən edilməmiş, bu kateqoriyadan olan pozulmuş hüquqlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146, 152, 700 və 706-cı maddələrinə əsasən təminat verildiyindən və məhkəmədə qeyd olunan maddələrdən irəli gələn təminatlarla bağlı sübutlar müəyyən edilmədiyindən məhkəmə 15 oktyabr 2015-ci il tarixli müqavilə üzrə tələbin təmin edilməsini mümkün hesab etmir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146, 152, 700 və 706-cı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
10. Sumqayıt Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) 25 may 2022- ci il tarixli, 2(105)-990/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı şikayətinin əsasını təşkil edən 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi və əmlakın məhv edilməsi barədə dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 385, 386, 442, 448 və 700-cü maddələrinə, Mü lki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 384-cü maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. İddiaçı(Vəkil1 Oktay oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X4) xx.xx.2022-ci il tarixli 2(102)-5202/2022 saylı qərarı ilə, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsi 25 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
15. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı icarə müqavil əsindən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsinin sübuta yetirilməməsinə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməsinə və sübutların düzgün qiymətləndirilməsinə əsaslanmışdır. Birinci instansiya məhkəməsi isə, işdən göründüyü kimi, iddianın əsassız olması barədə nəticəyə gələrkən tərəflər arasında bağlanmış icarə müqaviləsində mübahisə predmeti olan daş sexinin harada yerləşməsinin göstərilməməsinə, eləcə də 500 manat məbləğində icarə haqqının aylıq və ya illik olmasını müəyyən etməyin mümkün olmamasına istinad etmişdir. Göstərilən səbəblərdən məhkəmə həmin icarə müqaviləsi əsasında iddianın təmin edilməsini qeyri-mümkün saymışdır. Halbuki, daş sexinin harada yerləşməsi və müqavilədə müəyyən olunmuş 500 manatın aylıq icarə haqqına aid olması tərəflər arasında heç bir mübahisəyə səbəb olmamışdır. İşin 9-cu vərəqəsində olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, iddiaçıya məxsus torpaq sahəsi Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşir. Daş sexi həmin torpaq sahəsində yerləşməklə cavabdeh həmin sexdən uzun müddət istifadə etmiş və müqavilədə göstərilən icarə haqqının aylıq icarə haqqına aid olması ona məlum olmuşdur. Lakin apellyasiya məhkəməsi göstərilərn halları nəzərə almadan birinci instansiya məhkəməsi qətnamənin qanuni və əsaslı olması barədə nəticəyə gəlmişdir.
16. Ali Məhkəmə mövqeyini Azərbaycan respublikası Mülki Məcəlləsinin (MMnin) 21.1, 21.2, 385.1, 386.1, 442, 700.1 və 700.2-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. S umqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X6 - sədrlik edən və məruzəçi, X8 və X9) xx.xx.2023-ci il tarixli 2(105)-412/2023 nömrəli qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş və iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(012)-3786/2021 nömrəli qətnaməsi qismən-iddianın təmin edilməyən icarə haqqı borcu hissəsində ləğv edilmişdir, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin olunması, Cavabdeh 21000 (iyirmi bir min) manat ödənilməyən icarə haqqı alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddiaçının apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirimədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, daş sexinin harada yerləşməsi və müqavil ədə müəyyən olunmuş 500 manatın aylıq icarə haqqına aid olması tərəflər arasında heç bir mübahisəyə səbəb olmamışdır. Müqavilədə göstərilən məbləğin icarə haqqı olması da işin mübahisəsiz halıdır. Sözügedən daş sexinin iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi isə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla sübut olunur. Beləliklə, tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəsi ilə əlaqədar münasibətlər yaranmışdır.
19. Məhkəmə hesab etmşidir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icarə münasibətləri olmuşdur. Cavabdeh icarə haqlarının iddiaçıya ödənildiyini bildirsə də, müqavilə ilə müəyyən edilmiş icarə haqqının ödənilməsinə dair hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Belə olan halda iddiaçı həmin d övr üzrə icarə haqqını tələb etməkdə haqlıdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilərək, iddia həmin hissədə təmin edilməli və cavabdehdən icarə haqqı üzrə tutulmalı məbləğ 21000 manat (42 ay x 500 manat) müəyyən edilməlidir.
20. İddiaçının yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınması tələbi və mənəvi ziyan tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən daş bloklarının mülkiyyətçisi, kimin istifadəsində olması, cavabdeh tərəfindən yararsız hala gətirilməsi, bütün bu baş verənlərə görə iddiaçının mənəvi zərər görməsi tələbinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, bu hissədə iddia tələbi bilavasitə sübutetmə i lə bağlıdır.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1., 21.2., 385.1, 442., 448.2., 700.1 və 700.2.-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (və onun vəkili Nümayəndə) kasasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-412/2023 saylı, 10 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi mübahisəli qərarı ilə tərəflər arasında “bağlanmış” 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsində göstərilən mübahisə predmeti olan daş sexinin harada yerləşməsinin ümumiyyətlə müqavilə də göstərilməməsinə əhəmiyyət verməmişdir. Belə ki, faktiki olaraq belə bir daş sexi və onun yerləşdiyi torpaq sahəsi olmamışdır. İcarə müqaviləsinə əsasən daş sexinin icarə verildiyi göstərilsə onun harada yerləşməsi barədə müqavilədə heç bir məlumat mövcud deyildir. Məhkəmə qətnaməsində İddiaçının təqdim etdiyi və iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən alınmış 8 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa istinad etməklə daş sexinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən İddiaçı adına qeydiyyata alınmış 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsini göstərməyə çalışsa da, Çıxarışda qeyd edilən torpaq sahəsinin mübahisəli icarə müqaviləsinin bağlandığı 2015-ci ildə deyil ondan 4 il sonra yəni 2019-cu ildə alınmasına diqqət yetirməmişdir. 2015-ci ildə, yəni icarə müqaviləsinin bağlandığı tarixdə İddiaçının belə bir torpağı, olmayan torpaq sahəsi üzərində hər hansı daş sexi olmamışdır. Lakin, buna baxmayaraq apellyasiya instansiya məhkəməsi bu məqama diqqət yetirməmiş məhkəməni çaşdırmaq məqsədilə İddiaçı tərəfindən təqdim edilən və sonradan əldə edilən torpaq sahəsinə dair Çıxarışı əsas götürməklə mövcud olmayan daş sexinin həmin ünvanda yerləşməsini bildirmişdir. Bu halın özü belə qəbuledilməzdir. Apellyasiya məhkəməsi ədalətsiz qərar qəbul edərək İddiaçının icarə müqaviləsi imzalanan zaman mövcud olmayan mülkiyyət hüquqlarının olması fikirlərini formalaşdırmış və bununla da cavabdehin hüquqlarını kobud şəkildə pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahis əli qətnaməsində icarə müqaviləsində göstərilən daş sexinin harada yerləşməsinin tərəflər arasında mübahisə edilmədiyini qeyd etməklə bərabər Cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatları da ziddiyyətli hesab etmişdir. Məsələ orasındadır ki, cavabdehin birinci instansiya məhkəməsində verdiyi ifadələr özü təhrif olunmuşdur. İddiaçı ilə Cavabdeh arasında eyni tarixli 2 (iki) icarə müqaviləsi bağlanmışdır. Onlardan biri real icarə müqaviləsi olmuşdur ki, İddiaçının hazırda mübahisələndirdiyi formal icarə müqaviləsindən fərqli olaraq həmin müqavilədə Cavabdehin İddiaçıya mə xsus Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən obyektdən 80 m2 sahəni icarəyə götürdüyü aydın şəkildə ifadə edilmişdir. Qeyd edilən müqavilə də eynilə 1 (bir) illik müddətə bağlanmışdır. xx.xx.2007-ci il tarixli 18 nömrəli Bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarı, bələdiyyənin təsdiq etdiyi xx.xx.2007-ci il tarixli 3116/07 nömrəli alqı-satqı aktı, DTXK-nin Abşeron rayon şöbəsinin xx.xx.2008-ci il tarixli 5150 nömrəli Torpaq sahəsinin plan və ölçüsü olmuşdur. Göründüyü kimi apellyasiya məhkəməsi qeyd edilən bu hallara diqqət etməmişdir. Apellyasiya instansiya məhkəməsi İddiaçının iddiasını qismən təmin etdiyi halda, iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibət bildirməli idi, lakin apellyasiya məhkəməsi mübahisəli sqətnaməində həmin ərizədən bəhs etməmişdir. Halbuki Cavabdeh ərizəsində mübahisəli icarə müqaviləsi üzrə heç bir iş görməməklə bərabər, həmin formal müqavilə üzrə də iddia müddətinin çoxdan ötürüldüyün qeyd etmişdi. Lakin, apellyasiya məhkəməsi bu dəfə də məsələyə etinasız yanaşaraq bununla bağlı fikir bildirməmişdir. Cavabdeh tərəfindən təqdim olunan sübutlar və sənədlərə qiymət verilməmişdir. Ehtimal ki, həmin sənədlər məhkəməyə təqdim edilsə də iş materiallarında mövcud deyildir.
24. Cavabdeh kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 152.1, 373 və 700-cü maddələrinə, İcarə haqqında 30 aprel 1992-ci il tarixli 114 nömrəli Azərbaycan Respublikası Qanununun 7 və 8-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 87, 88, 217.1, 385.1.2 və 385.1.4-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkə ti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
27. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
28. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
29. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
30. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsi n (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə. 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.
35. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə v erən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
36. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcad an müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
41. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instan siyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassas iya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
48. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməməsi əsası ilə iddianı rədd etmişdir. Cavabdeh iddia müdddəti tətbiqi edliməklə iddianın rədd olunması barədə ərizə vermiş (c.1 v.70), iddiaçı isə həmin ərizəyə rəsmi etiraz təqdim etmişdir (c.1 v.76-77). Məhkəmə iddianı digər əsaslarla rədd etdiyinə görə iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsinə qiymət verməmişdir.
49. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəflər arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icarə münasibətlərinin olması, cavabdehin müqavilə ilə müəyyən edilmiş aylıq icarə haqlarını ödəməməsi, bununla müqavilə öhdəliklərinə əməl etməməsi, göstərilən dövr üçün cavabdehdən 21000 manat tutulmalı olması, qalan hissədə birinci instansiya məhkəməsinin qətnamsiənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlməsinə baxmayaraq iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsini müzakirə etməmiş, həmin ərizəyə hüquqi qiymət verməmiş, bununla da maddi və prose ssual hüquq normalarının pozulması ilə qətnamə çıxarmışdır.
50. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-412/2023 nömrəli iş üzrə 10 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.