Məhkəmə qərarları › İş №2(102)-4227/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4227/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4227/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İ.Əliyev) iddiaçı Xnin Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğvinə dair sa zişin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən, məruzəçi), R.Qurbanov və A.Hüseyn, 2(103)-811/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 50000 manat vəsaitin tutularaq iddiaçı Xnə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı X iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Xxnun adına olan Ö.F.Nemanzadə küçəsi 1 ünvanda yerləşən 17 saylı bazarın vərəsəliyinin müəyyən edilməsi üçün mərhumun oğlu Cavabdeh və mərhumun həyat yoldaşından və ya X6 Komitəsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğulanaraq müəyyən ləşdirilməsi, cavabdeh şəxsdən vərəsəlik hüququ olan X ilə cavabdeh Xx arasında bağlanmış və Bakı şəhəri 2 saylı X3 xx.xx.2017-ci il tarixdə 3M-49 reyestr nömrəsi ilə qeydə alınmış İ.Fərzəliyevin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 17 saylı bazarda olan 668 kv.m qeyriyaşayış sahəsinin 401,3 kv.m-nin ********* AZM (50000 AZN) Səbail Bələdiyyəsinə satılmasına dair sazişin etibarsız hesab edilməklə, vəsaitin bələdiyyə büdcəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X ilə cavabdeh Xx arasında bağlanmış və Bakı şəhəri 2 saylı X3 xx.xx.2002-ci il tarixdə 4Ə/1-72 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinə əsasən Xx Azərbaycan Respublikasının İİN tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 001398 nömrəli şəhadətn aməyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 17 saylı bazarda olan 668 kv.m qeyri-yaşayış sahəsinin 401,3 kv.m-ni ********* AZM-ə (50000 AZN) Səbail Bələdiyyəsinə satmışdır. Həmin müqaviləyə əsasən 50000 manat bələdiyyə tərəfindən xx-a ödənilmişdir. Xx müqavilə əsasında Səbail Bələdiyyəsinə satmış olduğu 401,3 kv.m qeyri-yaşayış sahəsini Səbail Bələdiyyəsinin balansına keçirməkdən imtina etdiyinə görə tərəflər bələdiyyə tərəfindən Cavabdeh verilmiş 50000 manat pulun geri qaytarılması şərti ilə alğı-satqı müqaviləsinin ləğvinə razılaşmış və Bakı şəhəri 2 saylı DNK-da xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edilmişdir. Həmin müqavilənin şərtinə əsasən də X4 Bələdiyyəsindən almış olduğu 50000 manat pulu bələdiyyəyə qaytarmalı olduğu halda, həmin məbləği bu günədək qa ytarmamış və qaytarmaqdan imtina edərək, Səbail Bələdiyyəsini aldatmışdır. X4 Bələdiyyəsi ilə razılığa gələrək və Bələdiyyənin nümayəndəsini aldatmaqla, alğı-satqı müqaviləsinin ləğvinə dair saziş bağlanmasına nail olduğundan, həmin saziş bağlandığı andan etibarsız hesab edilməklə ləğv olunmalıdır. 2018-ci ilin fevral ayında Xx vəfat etmiş, tərəflər arasında olan mübahisəli məhkəmə prosesi bazara aid vərəsəlik hüququnun kimliyi müəyyənləşdirilənədək məhkəmə öz işini təxirə salmışdır. Vərəsə artıq müəyyən olunmuş, lakin onlara məlum olmayan səbəblərdən varis mərhum X1 və mərhumun həyat yoldaşı vərəsəliyin kimə məxsus olmasını onlara dəfələrlə müraciət olunmasına baxmayaraq gizlədirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya ins tansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh Xxnun vərəsəsi deyil. Xxnun həyat yoldaşı və 4 övladı vardır. Cavabdeh ilə bərabər digər birinci dərəcəli vərəsələr mövcuddur. Eyni zamanda vərəsələr arasında mübahisə mövcuddur. Mübahisə bitmiyincə paylar məlum olmayacaqdır. Cavabdeh yalnız ona düşəcək pay həddində öhdəliyi qəbul edə bilər. Ona görə də apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: İddiaçının nümayəndəsi X5 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdi r. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İşin mübahisəsiz halları bunlardır: X ilə Xx arasında Bakı şəhəri 2 saylı X3 xx.xx.2002-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Xx mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 17 saylı baza rda olan 668 kv.m qeyri-yaşayış sahəsinin 401,3 kv.m-ni ********* AZM-ə (50000 AZN) Səbail Bələdiyyəsinə satmışdır. Həmin müqaviləyə əsasən 50000 manat bələdiyyə tərəfindən XX ödənilmişdir. Xx satdığı əmlakı Səbail Bələdiyyəsinin balansına keçirməkdən imtina etdiyinə görə tərəflər bələdiyyə tərəfindən Cavabdeh verilmiş 50000 manat pulun geri qaytarılması şərti ilə alğı-satqı müqaviləsinin ləğvinə razılaşmış və Bakı şəhəri 2 saylı DNK-da xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edilmişdir. Həmin müqavilənin şərtinə əsasən X4 Bələdiyyəsindən almış olduğu 50000 manat pulu bələdiyyəyə qaytarmalı idi. 2018-ci ilin fevral ayında Xx vəfat etmişdir. Hazırda həmin əmlakın miras olaraq mərhumun vərəsələrdən kimin qəbul etməsi məlum deyildir. X2 Cavabdeh qarşı hazırkı iddianı irəli sürərək mərhumun vərəsəsi kimi 50000 manat vəsaitin ondan tutulmasını xahiş etmişdir. 1-ci instansiya məhkəməsi tələbin ona cavab verməli olan şəxsə yönəlməsinə dair sübutlar olmaması əsası ilə iddianı təmin etməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Apellyasiya Məhkəməsinin qətnaməsi ilə ləğv olunaraq iddia təmin olunmuşdur. Cavabdeh kassasiya şikayəti verərək yenə də onun iddiaya cavab verməli şəxs olmadığını israr edir. Məhkəmə kollegiyası hazırkı mübahisə ilə bağlı qeyd edir ki, əslində həmin iddia mərhumun mirasını qəbul etmiş vərəsəyə yönəldiyi təqdirdə təmin olunan iddiadır. Lakin iş materiallarında cavabdehin miras əmlakı qəbul etməsinə dair heç bir sübut yoxdur. İddiaçı Səbail Bələdiyyəsi qanunla ona verilmiş hüquqlardan istifadə edərək cavabdehin miras əmlakı qəbul edib- etməməsi məsələsini müəyyən edə, bununla bağlı sorğu verə və məhkəmə qarşısında vəsatət verə, əmlakın faktiki qəbul edilməsi ilə bağlı araşdırma apara, ən sonda vəkilin hüquqi yardımından istifadə etməklə müvafiq sorğu verməklə bazarda yerləşən həmin əmlakın kim tərəfindən qəbul edilməsi, faktiki olaraq vərəsələrdən hansının idarəçiliyində olması (həmin əmlakın fəaliyyəti ilə bağlı müxtəlif vergitutmaları mövcuddur) ilə bağlı məlumatları əldə edə bilərdi. Mülki işə əlavə edilmiş (səhifə 60-61) apellyasiya şikayətinin 2-ci səhifəsində Səbail Bələdiyyəsi qeyd edir ki, vərəsələr miras əmlakın məhz Cavabdeh adına rəsmiləşdirilməsi üçün onun xeyrinə öz paylarından imtina etmələri barədə ərizələri Dövlət Reyestri Xidmətinə təqdim etmişlər. Həmin ərizələrin şikayətə əlavə olunduğu qeyd edilsə də mülki işdə belə ərizələr mövcud deyil. Mülki Məcəllənin 1243.1. madəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçı mirasın qanun üzrə, yaxud faktiki qubulu ilə bağlı hər-hansı sübut təqdim edə bilməmiş, işə baxan apellasiya instansiyası məhkəməsi bununla bağlı heç bir dəyərləndirmə aparmadan iddianı cavabdehə münasibətdə təmin etmişdir. Mülki Məcəllənin 1306.1. maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2. maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi vərəsələr miras qoyanın aktivlərindən pay aldıqları təqdirdə onun öhdəlikləri üzrə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 54.1. maddəsinə əsasən iddia iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcələnin 54.2. maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İşə apellyasiya qaydasın da yenidən baxılarkən məhkəmə cavabdehin əsl cavabdeh olub-olmaması ilə bağlı araşdırma aparmalı, iddiaçının belə sübutları almaqda çətinlik çəkdiyi aşkar olunarsa (Çünki iddiaçı ilkin iddiasında vərəsəliyinin müəyyən edilməsi üçün mərhumun oğlu Cavabdeh və mərhumun həyat yoldaşından və ya X6 Komitəsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğulanaraq müəyyənləşdirilməsini təəb edirdi) MPM-nin müvafiq maddələrinə əsasən sorğular verməklə vərəsəliyin qəbulu məsələsini aydınlaşdırmaqla mübahisəyə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özlərinin sübut etməli olmalarına dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mövcudluğu zəruri s übutları müstəqil əldə etmək imkanı olmayan tərəfi Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinin tələbinə müvafiq olaraq sübutların tələb olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Nəticə: Kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar