Məhkəmə qərarları › İş №2(102)-424/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-424/2023

10.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-424/2023 10.01.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7461/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə Şirkətin 16 aprel 2020-ci i l tarixli 06/20 nömrəli əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsinin saxlanılması, ƏƏSMN-in elektron informasiya sistemində xxxxxxx000105 nömrəli X1 qüvvəyə salınması, tutduğu vəzifə saxlanılmaqla işə bərpa olunması və məcburi iş buraxmaya görə hər buraxılan iş günü üçün 630,07 manat orta əmək haqqının, xx.xx.2011-ci il tarixindən xx.xx.2022-ci il tarixədək ödənilməyən əmək haqqı, müavinətlər, məzuniyyət haqqı və digər ödənişlərin əvəzi olan cəmi 155 089,9 manatın, xx.xx.2011-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək ödənilməmiş məbləğlərin hər gecikdirilmiş gün üçün 1% kompensasiyası qismində 789 822,62 manatın, audit xidməti üçün çəkilən 4002 manat xərcin ödənilməsi, vurulmuş mənəvi ziyana görə 1000 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş dir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (Hakim G.Axundova) 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə “məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbi üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Həsənov, V.Sadıqov və X.Mərdanova) qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan İddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti nəzərdən keçirilərkən məlum oldu ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş formada tərtib edilməmişdir. Belə ki, MPM-in 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəl lə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Odur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələb etdiyi formada verilmədiyindən, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)7461/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətinin icraata qəbu l edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)7461/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti baxışdan çıxarılaraq, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar