Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-425/2023 23.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı, Cavabdeh İddiaçı qarşı bir icraatda birləşdirilmiş işlər üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin hüquqları, istifadə hüququ, yaşayış sahəsinə hüquq, preyudisiya, məhkəmə aktının əsaslandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma, həmin sahəyə köçürülmə və s. tələblərinə; Cavabdeh İddiaçı qarşı inşa edilmiş tikiliyə sərf olunmuş vəsaitə hüququn tanınması və çıxarışın ləğv i tələblərinə dair bir icraatda birləşdirilmiş mülki işlər üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-616/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 235 nömrəli sərəncamı ilə Sulutəpə qəsəbəsində İddiaçı (bundan sonra – iddiaçı və ya İddiaçı) yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində iki ayrı-ayrı tikili inşa edilmişdir.
2. Cavabdeh (bundan sonra – cavabdeh və ya Cavabdeh) xx.xx.2007-ci il tarixdə iddiaçının qardaşı X3 ilə faktiki ailə münasibətlərinə daxi l olaraq nikah münasibətlərinə daxil olmaqla, yuxarıda göstərilən torpaq sahəsində inşa edilən tikililərdən birinə köçüb. Həmin münasibətlərindən xx.xx.2008-ci ildə Nazənin adlı övladları doğulub. xx.xx.2010-cu il tarixdə onlar rəsmi nikaha daxil olublar. 3. xx.xx.2016-cı ildə isə X3 ağciyər vərəmindən vəfat edib.
4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1051/2017 saylı mülki iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbi təmin olunmamışdır. Məhkəmə mübahisəyə xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51, 53 və 54-cü maddələrini tətbiq etməklə müəyyən etmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamına əsasən icarədarın, yəni İddiaçı ailə üzvləri onun ailə üzvlər i ilə yanaşı, uzun illər onunla birlikdə yaşayıb, ümumi təsərrüfat aparan digər şəxslər, o cümlədən mərhum qardaşının ailə üzvü olan Cavabdeh mübahisəli tikilidə yaşamaq hüquqları, həmçinin yaşayış sahəsindən istifadə etmək (onunla bərabər faydalanmaq) ixtiyarları vardır və həmin tikili, eləcədə də onun üzərində yerləşdiyi torpaq sahəsi bu və ya digər şəxsin mülkiyyətində deyildir.
5. Bakı şəhəri, ünvan 1 küçəsi, 10-cu döngə, 35 saylı ev (bundan sonra – mübahisəli ev) xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı (bundan sonra – iddiaçı və ya İddiaçı) adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.
6. Cavabdeh mübahisə başlananadək mübahisəli evin “B” tikilisində yaşayıb. Tərəflər arasında mübahisə həmin tikili ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Biri nci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli evin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi, həmin ünvanda yerləşən 2 mərtəbəli “B” tikilisinin cavabdehin sahibliyindən alınıb onun sahibliyinə verilməsi, cavabdehin azyaşlı övladı, xx.xx.2008-ci il təvəllüdlü qızı ilə birlikdə yaşayış sahəsindən çıxarılması, özünün həmin sahəyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ildə Bakı Şəhəri Binəqədi Rayon İcra başçısının xx.xx.2000-ci il tarixli, 255 saylı sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, ünvan 1 küçəsi, 10-cu döngədə yerləşən 600 m2 torpaq sahəsində 130 m2 sahəsi olan 35 saylı yaşayış evi tikib ailəs i ilə birlikdə oraya köçmüşdür. Ailə tərkibi geniş olduğundan, o cümlədən atası və anası ilə birlikdə yaşadığından iddiaçı 2003-cü ildə həyətdə olan qarajın üstündə atasının və anasının yaşaması üçün iki otaq və yardımçı sahələr inşa etmişdir. Həmin evdə iddiaçı, həyat yoldaşı, uşaqları, anası və mərhum qardaşı qeydiyyata düşməklə yaşamışdır. xx.xx.2007-ci ildə iddiaçının mərhum qardaşı hazırkı iş üzrə cavabdehlə faktiki nikaha daxil olublar. Qardaşının öz evi olmadığına görə kirayədə qalmamaları, əlavə kirayə pulu ödəməmələri üçün müvəqqəti olaraq iddiaçı özünə məxsus olan ümumi sahəsi təxminən 62 m2 olan 2 otaq, 1 mətbəx, 1 hamam, 1 tualetdən ibarət həmin sahədə qardaşının cavabdehlə yaşamalarına icazə vermişdir. İddiaçının qardaşı xx.xx.2016-cı ildə ağciyər vərəmi xəstəliyindən vəfat et mişdir. Cavabdeh ərinin dəfnində və yas mərasimində iştirak etməmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 255 saylı sərəncamı iddiaçının həmin mənzil üzərində gözlənilən mülkiyyət hüququ idi və iddiaçı həmin hüququ xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış və bu barədə RX seriyalı, ******* nömrəli çıxarış əldə etmişdir. Hazırda həmin torpaq sahəsi və üzərindəki yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.
9. Cavabdeh qeyd edilən ünvana 2007-ci ildə köçüb yaşasa və hüquq münasibətlərinin yaranması həmin tarixdən başlasa da, iddiaçının yaşayış sahəsi üzərində mülkiyyət hüququnu əldə etməsi ilə bu münasibətlərin xarakteri və yaşayış sahəsinə münasibətdə hüquq və vəzifələrin həcmi dəyişmişdir. Bir sözlə yeni münasibətl ər yaranmışdır. Buna görə də hazırkı münasibətə qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməklə mübahisə həll edilməli, cavabdeh qeyd edilən yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməklə, həmin ünvanda yerləşən 2 mərtəbəli B tikilisi Cavabdeh sahibliyindən alınıb iddiaçının sahibliyinə verilməli, Cavabdeh azyaşlı övladı, xx.xx.2008-ci il təvəllüdlü X5 ilə birlikdə yaşayış sahəsindən çıxarılmalı, iddiaçı özü həmin sahəyə köçürülməlidir.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.3, 157.4-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarlarına istinad etmişdir.
11. Cavabdeh iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, ünvan 1 küçəsi, 10-cu döngə, 35 saylı ev ünvanında yerləşən qarajüstü sahənin X3 ilə Cavabdeh birgə vəsaiti hesabına tikilməsi və həmin sahənin tikilməsinə sərf olunmuş vəsaitin ½ hissəsi üzərində onun, ½ hissəsi üzərində X1 pay hüququnun müəyyən edilməsi, mübahisəli evə dair İddiaçı oğluna verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia onunla əsaslandırıb ki, mübahisəli ev İddiaçı bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsində inşa edilmişdir. Belə ki, ilk olaraq İddiaçı həmin torpaq sahəsində özü üçün ev inşa edərək ailəsi ilə birlikdə orada yaşamağa başlamış, daha sonra isə mərhum əri İddiaçı icazəsi əsasında eyni torpaq sahəsində yerləşən qaraj sahəsinin üzərində hazırda onun və azyaşlı övladının yaşadığı evin inşasına başlamışdır. Həmin evin tikilməsinə sərf olunmuş bütün mal, material və xərclər ərinin vəsaiti hesabına həyata keçirilmişdir. Yəni, ərinin həmin evə olan hüquqları dövlət qey diyyatına alınmasa da, faktiki olaraq, həmin əmlak iddiaçının əri tərəfindən inşa edilmiş və onun mülkiyyətində olmuşdur.
13. Hazırda isə mərhum Ruslan İsmayılovun birinci dərəcəli vərəsələri olaraq, özü və birgə nikahdan doğulan qızları miras əmlakı olan mübahisəli evə sahiblik və istifadə hüquqlarını həyata keçirirlər və həmin evdə yaşamağa davam edirlər. 14. 2007-ci ildə Ruslan İsmayılovla faktiki ailə münasibətləri başlayan zaman mübahisəli ev tikilmiş olsa da, tikintinin tamamlanması və evin təmiri birgə nikah dövründə ümumi vəsaitləri hesabına həyata keçirilmişdir. Evə olan hüquqları yalnız Ruslan İsmayılovun birinci dərəcəli vərəsəsi olaraq deyil, həmçinin birgə mülkiyyətçi kimi də mövcuddur. 2017-ci ildə İddiaçıya qarşı yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə mə hkəməyə müraciət etmiş, həmin mülki iş üzrə yekun qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir.
15. Məhkəmə mübahisəsi zamanı verilmiş şahid ifadələri ilə sübuta yetirilmişdir ki, həmin ev Ruslan İsmayılovun vəsaiti hesabına tikilməyə başlanmış, evin tikintisinin tamamlanması, təmiri, əşyaları, hətta evin qapılarının qoyulması kimi əsas xərclər isə evə gəlin köçdükdən sonra, X16 İsmayılovun ortaq vəsaiti hesabına həyata keçirilmişdir.
16. Cavabdeh iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 225.1, 157.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3-cü maddələrinə istinad etmişdir.
17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir.
18. Cavabdeh vəsatəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi 3-cü şəxs qismində işə cəlb edilmişdir.
19. Birinci iş üzrə (İddiaçı iddiası üzrə) məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında Cavabdeh faktiki yaşadığı yaşayış sahələrinin iddiaçının mülkiyyətində olan evə daxil olub-olmaması barədə suallar qoyulmuşdur.
20. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 18370 saylı rəyinə əsasən Cavabdeh faktiki yaşadığı yaşayış sahələri texniki pasport üzrə B tikilisinin 1-ci və 2-ci mərtəbələrində yerləşir və həmin sahələr İddiaçı mülkiyyətində olan mübahisəli evin sahəsinə daxildir. Cavabdeh faktiki olaraq istifadə etdiyi tikililər tədqiq olunan evin B tikilisinin 1-ci mərtəbəsində (1 saylı tikili) və 2-ci mərtəbəsində (1,2,3,4,5,6,7 saylı tikililər) yerləşir.
21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-266/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) İddiaçı iddiası təmin edilməmiş, Cavabdeh iddiası qismən təmin edilmiş, mübahisəli evin B tikilisinin X3 ilə Cavabdeh birgə vəsaiti hesabına inşa edilməsi müəyyən edilməklə, həmin tikilinin inşasına sərf olunmuş vəsaitin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə X1 payı müəyyən edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* sayl ı çıxarışın mübahisəli evinin B tikilisinə dair hissədə ləğv edilməsi, Cavabdeh iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması qət edilmişdir.
22. Birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara, o cümlədən şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, İddiaçı valideynləri X6 və X8 mənzil şəraitlərini yaxşılaşdırmaq məqsədi ilə övladları Rauf və Ruslanla birlikdə yaşadıqları mənzili sataraq torpaq sahəsi alıb ev tikmək, alınacaq torpaq sahəsini övladlarından böyüyü olan İddiaçı adına rəsmiləşdirmək barədə razılaşmışlar. Bundan sonra İddiaçı Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində bir-birindən təcrid olun muş vəziyyətdə, hər biri bütün kommunal xidmətlərlə təchiz olunmuş A və B tikilisindən ibarət fərdi yaşayış evləri inşa olunmuş, Cavabdeh övladı ilə birlikdə B tikilisində yaşayır. İddiaçı Cavabdeh qarşı yaşayış evinin boşaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun iddia tələbi təmin edilməmiş, qəbul olunan məhkəmə aktı qanuni qüvvəsini almışdır. Həmin mülki işə baxılarkən Cavabdeh yaşadığı evə 2007-ci ildən köçməsi, həmin evə sahiblik etməsi, evi yaxşılaşdırmağa başlaması, bu evin onun və övladının yeganə yaşayış yeri olması müəyyən edilmişdir.
23. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı mübahisəli evin B tikilisinin onun vəsaiti hesabına inşa edilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı iddia tələbində istinad etdiyi bu halı, yəni həm in tikilinin inşasına vəsait sərf etməsini, bu tikilidə nə vaxtsa yaşamasını sübuta yetirə bilməmişdir.
24. Birinci instansiya məhkəməsi İddiaçı şahid qismində məhkəməyə təqdim etdiyi valideynlərinin ifadələri ilə tikinti işlərinin X1 da istifadə hüququ olan mənzil satıldıqdan sonra əldə olunan pul vəsaiti hesabına aparılmasını, Cavabdeh məhkəməyə təqdim etdiyi şahid ifadələri ilə Cavabdeh yaşadığı evdə tikinti təmir işlərinin sonuncunun bu evə köçdükdən sonra Ruslan və Günay tərəfindən tamamlanmasını müəyyən etmişdir.
25. Birinci instansiya məhkəməsi işin müəyyən etdiyi hallarına əsasən Cavabdeh iddiası üzrə belə nəticəyə gəlmişdir ki, mübahisəli evinin B tikilisinin X3 və Cavabdeh tərəfindən sonuncuların vəsaiti hesabına inşa olunması araşdırma zamanı öz təsdiqini tapdığından, Cavabdeh iddia ərizəsi mübahisəli evin B tikilisinin (qarajüstü sahənin) X3 ilə onun birgə vəsaiti hesabına inşa edilməsi müəyyən edilməklə həmin tikilinin inşasına sərf olunmuş vəsaitin ½ hissəsinə onun, ½ hissəsinə X1 payının müəyyən edilməsinə dair tələbləri əsaslıdır.
26. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı ayrılan torpaq sahəsində inşa olunan A tikilisi ilə yanaşı B tikilisinə də İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması müəyyən olunduğundan sonuncuya verilmiş xx.xx.2018-ci il tarixli çıxarış B tikilisinə dair hissəsində ləğv edilməlidir.
27. İddiaçı iddiası (birinci iş) üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin ayrılması faktı onun üzərində inşa olunan bütün tikililərə torpaq sahəsi ayrılmış şəxsin mülkiyyət hüququnun yaranması üçün yeganə əsas ola bilməz. İddiaçı ona ayrılan torpaq sahəsində inşa olunan B tikilisinin onun tərəfindən inşa edilməsini sübuta yetirə bilmədiyindən, onun iddia tələbləri tam həcmdə əsassızdır.
28. Birinci instansiya məhkəməsi İddiaçı iddiası (birinci iş) üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.2, 1092.1-ci, Cavabdeh iddiası (ikinci iş) üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 32.1, 32.2., 32.3. 36.2, 36.3 və 37.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
29. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, öz iddiasının təmin, cavabdehin iddiasının rədd olunmasını xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamənin əsa slandırıcı hissəsində şahidlərin ziddiyətli, dəqiq olmayan, qeyri-mötəbər ifadələrini sübut kimi qiymətləndirib. Cavabdeh özü mənzilin tikilməsinin 2007-ci ildə olduğunu qeyd etsə də, şahid X10 mənzilin 2006-cı ildə tikildiyini qeyd etmişdir. Digər şahid X2 isə Günayın evinə gedib-gəldiyindən onun gəlin gələrkən tikilinin yarım olduğunu və sonradan tikintinin Günay və Ruslanla davam edilib bitdiyini bildirmişdir. Cavabdeh bacısının əri, şahid X7 ifadəsini Ruslanın dostu Cavanşir adlı şəxsin sözlərinə istinadən vermişdir. X3 və Cavabdeh xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuşlar. Hətta şahid ifadələri və digər hallarla tikilinin 2007-ci ildə inşa edildiyi sübut edilmiş olsa belə, tərəflərin rəsmi nikahları 2010-cu ildə olduğundan məhkəmənin Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 3 2, 36, 37-ci maddələrinə istinad edərək qətnamə qəbul etməsi qanunsuzdur. Əgər həqiqətən də pay hüququ müəyyən olunması mümkün, qanuni, əsaslı və ədalətli olsa idi, o zaman miras qoyan sayılan Ruslan İsmayılovun digər vərəsələrinin də payı müəyyən olunmalı idi. Hətta hesab olunsa ki, Ruslan İsmayılov mənzilin inşasında vəsait xərcləyib bu da ona mülkiyyət hüququ verilməsi üçün əsas ola bilməz. Bununla yanaşı, X19 İsmayılovun vəfatından sonra sonuncunun kredit borclarını da ödəməkdən imtina etmiş və onun vərəsəliyini belə qəbul etməmişdir.
31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1063/2021 nömrəli, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən, məruzəçi), Elmira Nağıyeva və Cahangir Yusifo v) apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh əri ölənə qədər İddiaçı həmin tikili ilə bağlı heç bir tələb irəli sürməyib. 2016-cı ildə Cavabdeh əri, bundan 2 gün sonra anası, 2017-ci ildə isə atası ölüb. Məhz bundan sonra İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh uşağı ilə birlikdə “B” tikilisindən çıxarılmasını tələb edib, bu iddia rədd edildikdən sonra, hazırkı iddianı irəli sürüb. Nəzərə alınmalıdır ki, ailənin yaşaması üçün ər-arvad tərəfindən tikilən evdə inşaat işləri adətən ər tərəfindən həyata keçirilir. Cavabdeh əri həyatda olmadığına görə İddiaçı hesab edib ki, “B” tikilisini öz vəsaiti və əməyi hesabına inşa edilmiş tikili kimi təqdim edə biləcək, Cavabdeh isə buna etiraz edə b ilməyəcək. Cavabdeh polis orqanının inzibati binasında qeydiyyatdadır, onun və azyaşlı qızının yaşamağa başqa yaşayış sahəsi yoxdur. O cümlədən tibb müəssisəsində tibb bacısı işlədiyinə görə özünə və uşağına başqa yaşayış sahəsi əldə etməyə maddi imkanı yoxdur. Apellyasiya icraatı zamanı Cavabdeh kompensasiya ödənilməsinin (başqa yaşayış sahəsi əldə edə bilməsi üçün) mümkünlüyü məsələsi müzakirə olunarkən İddiaçı vəkili buna etiraz etmişdir.
33. Apellyasiya məhkəməsinin mövqeyinə görə əgər İddiaçı iddiası təmin olunarsa Cavabdeh və onu azyaşlı qızı hər hansı kompensasiya almadan yaşayış yerindən məhrum olacaq. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq reyestr çıxarışının “B” tikilisinə aid hissədə ləğv edilməsini qət edib. Reyestr çıxarışının ləğv edilməsi “B” tikilisinə münasi bətdə müvafiq reyestr qeydinin də ləğvini ehtiva edir. Tikilinin yerləşdiyi torpaq sahəsinin İddiaçı mülkiyyətində olması reyestr çıxarışının ləğvinə mane olmur. Belə ki, birinci, mülkiyyətçinin torpaq sahəsində başqa şəxsə aid tikili yerləşə bilər, qanun bunu qadağan etmir; ikinci, həmin torpaq sahəsində Cavabdeh və əri tərəfindən inşaat işləri aparılarkən İddiaçı buna etiraz etməyib. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
34. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntularına yol vermişdir.
36. Azərbaycan Respublikası Ali Məh kəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2021-ci il tarixli 2(102)-4119/2021 saylı qərarı ilə (hakimlər – Aqil Abbasov (məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
37. Kassasiya instansiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmamış, işdə olan eyni tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə aktlarına düzgün qiymət verməmiş, apellyasiya şikayətinin dəlillərinə cavab verməmişdir.
38. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli evin “B” tikilisinin X3 ilə Cavabdeh birgə vəsaiti hesabına inşa edilməsi müəyyən edərkən yalnız şahid ifadələrinə istinad e tmişdir. Analoji iddialarda şahid ifadələrinin sübut kimi qəbul edilməsi istisna edilməsə də, nəzərə alınmalıdır ki, mübahisə edilən hüquq cavabdehin dövlət tərəfindən qeydə alınmış və dövlət tərəfindən qorunan mülkiyyət hüququdur. Belə hallarda yalnız şahid ifadələrinə istinad edilməklə kifayətlənməməli, həmin şahidlərin ifadələrinə qarşılıqlı və işdəki digər sübutlarla məcmu şəklində qiymət verilməklə şahidlərin ifadəsinin mötəbərliyinin qəbul edilib-edilməməsi qətnamədə əsaslandırılmalıdır (MPM, 88, 220.4) Lakin hazırkı işdə birinci instansiya məhkəməsi yalnız şahidlərin ifadəsinə istinad etmiş, həmin ifadələri müqayisəli şəkildə, həmçinin işdəki digər sübutlarla məcmu halında qiymətləndirməmişdir. Buna görə də hazırkı işdə mübahisəli evin “B” tikilisinin X3 ilə Cavabdeh birgə vəsaiti h esabına inşa edilməsi halı sübutların qanunvericiliyin tələblərinə uyğun olmayan qiymətləndirilməsi ilə müəyyən edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
39. Apellyasiya instansiya məhkəməsinin 2(103)-616/22 nömrəli iş üzrə 13 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Anar Tanrıverdiyev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh iddiasının qismən təmin olunası hissəsində ləğv olunmuş, “Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 10-cu döngə, R.Allahverdiyev küçəsi, 35 saylı evin B tikilisinin X3 ilə Cavabdeh birgə vəsaiti hesabına inşa edilməsi müəyyən edilməklə həmin tikilinin inşasına sərf olunmuş vəsaitin ½ hiss əsinə Cavabdeh, ½ hissəsinə X1 payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli RX ******* saylı çıxarışın Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsi 35 saylı fərdi yaşayış evinin B tikilisinə dair hissədə ləğv edilməsi barədə” Cavabdeh iddia tələbləri rədd edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Günay Həsənova yaşadığı müddətdə yaşayış sahəsində özü üçün hər hansı yaxşılaşdırma işlərinin görülməsi, onun həmin yaşayış sahəsini birgə nikah dövründə inşa etdirilməsi nəticəsi nə gəlinməsi üçün yetərli deyildir.
41. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli evin “B” tikilisi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin tikilinin X15 Həsənovanın birgə nikah dövründə inşa edilməsi, həm də birgə nikah dövründə əldə etdikləri vəsait hesabına inşa edilməsi mülki iş materialları ilə öz təsdiqini tapmamış və Günay Həsənovanın iddiasının təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Göründüyü kimi, Günay Həsənova öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
42. Məhkəmə kollegiyası İddiaçı iddiasının da təmin edilməsi üçün əsaslar müəyyən etməmiş və hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı iddiasını rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə, işin hallarına uyğun olan nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin təmin olunmayan hissəsində ləğv olunmasını, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Mübahisəli ev xüsusi mülkiyyətindədir, cavabdeh onun ilə üzvü deyil, Ailə Məcəlləsinin 30-cu maddəsinə əsasən cavabdehin evə istifadə hüququ yoxdur.
45. Kassasiya şikayəti Mülki Məcəllənin 228-ci, Ailə Məcəlləsinin 30-cu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-c ü il tarixli Qərarına istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
47. Maddə 13 İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
48. Maddə
29. İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə
49. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, o ndan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
50. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
51. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
52. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsi
53. Maddə
51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.
54. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər... İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar Mülki Prosessual Məcəllə
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslan dırır.
62. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
63. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmi ş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
64. Maddə 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: 392.1.1 qətnamənin çıxarılma vaxtı və yeri; 392.1.2. qətnaməni çıxarmış məhkəmənin adı və tərkibi; 392.1.3. apellyasiya şikayətini vermiş şəxs; 392.1.4. şikayət verilən qətnamənin, apellyasiya şikayətinin, təqdim edilmiş sübutların, işə apellyasiya instansiyasında baxılarkən iştirak etmiş şəxslərin izahatlarının qısa məzmunu; 392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar; 392.1.6. apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri.
65. Maddə 407.2. Kassasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
66. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır
67. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
68. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının po zulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
70. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı İddiaçı kassasiya şikayəti ilə mübahisələndirilən hissədə, onun iddia tələbinin təmin olunmaması hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
72. Baxılan iş üzrə İddiaçı tələbi Cavabdeh mübahisəli evin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi, həmin evin 2 mərtəbəli “B” tikilisinin cavabdehin sahibliyindən alınıb onun sahibliyinə verilməsi, cavabdehin azyaşlı övladı, xx.xx.2008-ci il təvəllüdlü qızı ilə birlikdə yaşayış sahəsindən çıxarılması, özünün həmin sahəyə köçürül məsindən ibarətdir.
73. Birinci instansiya məhkəməsi həmin tələbin rədd olunmasını belə əsaslandırmışdır ki, İddiaçı mübahisəli evin B tikilisinin onun vəsaiti hesabına inşa edilməsini iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Mübahisəli evinin B tikilisinin X3 və Cavabdeh tərəfindən sonuncuların vəsaiti hesabına inşa olunması araşdırma zamanı öz təsdiqini tapdığından və İddiaçı ayrılan torpaq sahəsində inşa olunan A tikilisi ilə yanaşı B tikilisinə də İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması müəyyən olunduğundan Cavabdeh iddiası qismən təmin edilməklə İddiaçı verilmiş xx.xx.2018-ci il tarixli çıxarış B tikilisinə dair hissəsində ləğv edilməlidir. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin ayrılması faktı onun üzərində inşa olunan bütün tikililərə torpaq sahəsi ayrılmış şəxsi n mülkiyyət hüququnun yaranması üçün yeganə əsas ola bilməz. İddiaçı ona ayrılan torpaq sahəsində inşa olunan B tikilisinin onun tərəfindən inşa edilməsini sübuta yetirə bilmədiyindən, onun iddia tələbləri tam həcmdə əsassızdır.
74. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh tələbinin təmin olunmuş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanunsuz və əsassız hesab etmiş, qətnaməni həmin hissədə ləğv edərək onun iddiasını rədd etmişdir.
75. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi heç bir əlavə əsaslandırma aparmadan iki tələb üzrə biri-birinə tamamilə zidd olan nəticəyə gəlmiş və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı iddiasının rədd olunması hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də qətnamə həmin hiss ədə dəyişdirilmədən saxlanılmalıdır. Halbuki yuxarıda da qeyd olunduğu kimi birinci instansiya məhkəməsi İddiaçı iddiasını məhz Güney Hüseynovanın iddiası qismən təmin olunduğu üçün və buna əsas kimi götürülmüş hallara istinadla təmin etməmişdir.
76. MPM-ə əsasən məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (maddə 217, 220).
77. Apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktında işin müəyyən edilmiş halları, məhkəmənin nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar göstərilməlidir (maddə 392.1).
78. MPM maddi və ya prosessual hüquq normalarının pozulmasını, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün birbaşa əsaslar kimi müəyyən etmişdir (maddə 385).
79. Lakin hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır.
80. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və əda lətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
81. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
82. Ona görə də apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - İddiaçı iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməlidir.
83. Həmin iddia tələbinin mahiyyətinə münasibətdə qeyd olunmalıdır ki, baxılan iş üzrə məhkəmələr tərəfindən İddiaçı mübahisəli ev, o cümlədən, cavabdehin yaşadığı “B” tikilisi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı müəyyən edilmişdir. Hazırkı iş üzrə Cavabdeh həmin hüququ təsdiq edən sənədin ləğv olunması barədə tələbi təmin edilməmiş, həmin hissədə verilmiş kassasiya şikayəti geri qaytarıldığı üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu hissədə artıq qanuni qüvvəyə minmişdir.
84. İddiaçı tələ binin bir hissəsi mülkiyyətində olan mübahisəli evin hal-hazırda cavabdehin yaşadığı “B” tikilisinə köçürülməsindən ibarətdir.
85. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13, İ hissə). Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (maddə 29, İİİ və İV hissələr).
86. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu hüququn əsas elementlərin biri olan mülk iyyətdən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllə maddə 152.1, 152.3).
87. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
88. Məcəllənin 157.4-cü maddəsi müəyyən edir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
89. Beləliklə, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtlərinə əsasən iddiaçı Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarına əsaslanaraq, mülkiyyətində olan mübahisəli evin “B” tikilisinin faydalı təbii xassələrindən istifadə etmək üçün cavabdeh tərəfindən edilən qanunsuz hərəkətlərə son qoyulmasını, yaradılan maneələrin aradan qaldırılaraq, həmin yaşayış sahəsinə köçürülməsini tələb etməkdə haqlıdır.
90. İddiaçı iddia tələbinin qalan hissəsi mübahisəli evin “B” tikilisindən Günay Hüseynovun istifadə etməsinin (onu həmin sahədə yaşamasının) qanuniliyinə hüquqi qiymət verilməsindən asılıdır.
91. İşin məhkəmələr tərəfindən mübahisəsiz qaydada müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamı ilə yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış, həmin torpaq sahəsində iki ayrı-ayrı tikili inşa edilmişdir. Cavabdeh 2007ci il tarixdə iddiaçının qardaşı X3 ilə faktiki ailə münasibətlərinə daxil olub, iddiaçının razılığı ilə mübahisəli evə köçərək orada yaşamağa başlayıb, xx.xx.2010-cu il tarixdə isə həmin şəxslə rəsmi nikaha daxil olub. İddiaçının qardaşı xx.xx.2016-cı ildə vəfat edib.
92. Bundan sonra Rauf X4rşı yerli icra hakimiyyəti orqanının sərəncamı ilə ona ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş mübahisəli evdən çıxarılması və ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1051/2017 saylı mülki iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Məhkəmə mübahisəyə xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51, 53 və 54-cü maddələrini tətbiq etməklə müəyyən etmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamına əsasən icarədarın, yəni İddiaçı ailə üzvləri onun ailə üzvləri ilə yanaşı, uzun illər onunla birlikdə yaşayıb, ümumi təsərrüfat aparan digər şəxslər, o cümlədən mərhum qardaşının ailə üzvü olan Cavabdeh mübahisəli tikilidə yaşamaq hüquqları, həmçinin yaşayış sahəsindən istifadə etmək (onunla bərabər fayd alanmaq) ixtiyarları vardır və həmin tikili, eləcədə də onun üzərində yerləşdiyi torpaq sahəsi bu və ya digər şəxsin mülkiyyətində deyildir.
93. Beləliklə, hazırkı iş üzrə tərəflərin iştirak etdiyi başqa işə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh mübahisəli evdə (evin “B” tikilisində) yaşamaq, onun yaşayış sahəsindən istifadə etmək (tikilinin yerləşdiyi torpaq sahəsinin sahibi ilə bərabər ondan faydalanmaq) ixtiyarı tanınmışdır.
94. Mübahisəli ev xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alındıqdan bir müddət sonra (xx.xx.2019-cu il tarixdə) iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini artıq mübahisəli evin mülkiyyətçisi olduğu ilə əsaslandırmışdır.
95. Məhkəmə kollegiyası MPM-in 82.3-cü maddə sinə əsasən hesab edir ki, Cavabdeh mübahisəli evin 2007-ci ildən yaşadığı “B” tikilisində yaşamaq, onun yaşayış sahəsindən istifadə etmək hüquqlarının mövcud olduğu qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyi üçün həmin hallar baxılan iş üzrə preyudisial əhəmiyyətə malikdir, iddiaçı tərəfindən mübahisələndirilə və yenidən sübut etmə predmeti ola bilməz.
96. Əvvəlki işə baxılarkən mübahisəli evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı, lakin hazırda iddiaçının mülkiyyətçi olduğu cavabdehin mübahisəli evə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tanınmış hüququna xitam verən hal kimi qiymətləndirilə bilməz.
97. Çünki İddiaçı yeri icra hakimiyyətinin sərəncamı ilə yaşayış evinin tikintisi üçün ona ayrılmış torpaq sahəsində inşa edilmiş tikiliyə Cava bdeh 2007-ci ildə köçməsinə və orada yaşamasına razılıq vermiş, məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sonuncunun yaşadığı “B” tikilisində yaşamaq, onun faydalı xassələrindən istifadə etmək hüquqlarının müəyyən edilmişdir.
98. Beləliklə, iddiaçı mübahisəli evin “B” tikilisinin Cavabdeh yaşayış hüquqları ilə yüklü olduğunu bilmiş və evi həmin hüquqla yüklü şəkildə öz mülkiyyətinə ilkin olaraq qeydə aldırmışdır.
99. Cavabdehin hazırkı iddia ərizəsi məhkəməyə daxil olanadək də azyaşlı uşağı ilə “B” tikilisində yaşamağa davam etdiyi işin mübahisəsiz halıdır. Bu baxımdan İddiaçı onun mülkiyyətində olan evin “B” tikilisində qanuni əsaslarla yaşayan Cavabdeh (onunla birlikdə yaşayan azyaşlı qızının) heç bir kompensasiya ödəmədən yaşadığı yerdən çıxarılmasını tələb etməsinin maddi hüquqi (qanuni) əsası yoxdur.
100. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh mübahisəli evin “B” tikilisinə yaşayış hüquqlarının mövcud olduğu hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyi üçün bu Qərarda məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərlə ziddiyyət təşkil etmir.
101. Eyni zamanda gələcəkdə mübahisəli evin “B” tikilisindən istifadə qaydası ilə bağlı mübahisə yaranarsa, tərəflərin yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları istisna olunmur.
102. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı kassasiya şikayəti qismən təmin olunmalı, apellya siya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, MPM-in 417.1.4 və 417.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyi, habelə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar yeni qərar qəbul etməyə imkan verdiyi üçün iş üzrə yeni qərar qəbul edilməklə, İddiaçı iddiası qismən təmin olunmalıdır.
103. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərar aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-616/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - İddiaçı tələbinin təmin olunmaması hiss əsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, ünvan 1 küçəsi, 10-cu döngə, 35 saylı evin 2 mərtəbəli “B” tikilisinə köçürülsün. İddiaçı iddiası qalan hissədə təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.