Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4253/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4541/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)139/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, Cavabdeh ünvan 1 ünvanında yerləşən 701,4 kv metrdən ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair ƏMDKnın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların X2 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, Cavabdeh və X7 arasında həmin əmlaka dair bağlanmış xx.xx.2014-cü il alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı ha qqnda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən 701,4 kv metrdən ibarət qeyri-yaşayış sahəsinin bölünməsinə dair hissədə ləğv edilməklə həmin hissədə Hüseynova (Vəliyeva) Humay Fərid qızının iddiası qismən təmin edilmiş, qeyri-yaşayış sahəsinin ikidə bir hissəsinə Hüseynova (Vəliyeva) Humay Fərid qızının mülkiyyət hüququ tanınmışdır.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətinə görə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19 A İddiaçı adına 1/2 hissə, Cavabdeh adına 1/2 hissə kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a ) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “əmlakın naturada ayrılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 701,4 kv metrdən ibarət qeyri-yaşayış sahəsi X8 ilə birgə nikah dövründə əldə edilmiş əmlakdır. Tərəflər arasında olan nikah pozulduqdan sonra iddiaçı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-473/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 2 (indiki ünvan 3 ünvanında yerləşən 701,4 kv kv metrdən ibarət qeyriyaşayış sahəsinin ½ hissəsinə mülkiyyət hüququ tanınmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-473/201 4 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (********** Qeydiyyat nömrəli) Çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən 701,4 kv kv metrdən ibarət qeyri-yaşayış sahəsinin ½ hissəsinə İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçının həmin 701,4 kv kv metrdən ibarət qeyri-yaşayış sahəsindən cavabdehlə birlikdə istifadə etməsi mümkünsüzdür. Həmin əmlaka dair ümumilikdə 10 ilə yaxın bir müddətdir ki, məhkəmə mübahisələri gedir. Çünki iddiaçının keçmiş həyat yoldaşı illərdir ki, həmin əmlakın ona çatası hissəsini vermək istəmirdi. İddiaçı illərlə çəkən məhkəmə prosesinin nəticəsi olaraq həmin əmlaka dair payının müəyyən edilməsinə nail olmuşdur. Hazırda həmin əmlak keçmiş həyat yoldaşının faktiki istifadəsində və nəzarətindədir. Mülkiyyətinldə olan əmlakdan iddiaçı istifadə edə bilmir, 2010-cu ildən etibarən gəlirdən məhrum olmuşdur. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən 701,4 kv metrdən ibarət əmlak kompleksinin xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus 1/2 hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edir.
5. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən 701,4 kv kv metrdən ibarət əmlak kompleksinin xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus ½ hissəsinin naturada ayrılıb iddiaçıya verilməsinə dair, mülkiyyətdə olan əmlak kompleksi naturada bölündüyündən texniki sənədlər üzrə birgə ümumi istifadəsində olan sahələrin də naturada (ayrılması) bölünməsi və həmin ümumi istifadədə olan sahənin də 1/2 hissəsinin naturada ayrılıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Daha sonra, iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsinin ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A”, “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikilinin (602,1 kv metr tikili, 142,8 kv metr asfalt örtüklü sahə) İddiaçı verilməsi və cavabdehin həmin sahədən çıxarılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş və göstərmişdir ki, mübahisəli əmlak kompleksinə dair verilmiş çıxarış faktiki olaraq ləğv edilmişdir. Həmin əmlak İddiaçı ilə Hüseyn Vəliyevlə birgə nikah dövründə əldə olunmuş əmlak olmasına baxmayaraq, əmlakın ½ hissəsi Hüseyn Vəliyevin atası Cavabdeh adına rəsmiləşdirilmiş, sonradan məhkəmə qərarları ilə Cavabdeh adına olan çıxarış ləğv edilmişdir.
8. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən əmlak kompleksinin tərəflər arasında ½ paylara münasib bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrıayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikli tərəflərdən birinə (602,1 kv metr tikili, 142,8 kv metr asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisi (609,5 kv metr tiki li, 142,8 kv metr asfalt örtüklü sahə) isə bütünlüklə 2-ci tərəfin sərəncamına verilə bilər. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir.
9. Bakı şəhər Nəsimi rayon məhkəməsinin (hakim: R.Səmədov) 2(006)-318/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 4 ünvanda yerləşən, tərəflərin paylı mülkiyyətində olan sahəsi 701,4 kv kv metrdən ibarət əmlak kompleksinin “A” (370,7 kv metr) tikilisinin naturada ayrılaraq İddiaçı, “B” (124,3 kv metr) və “C” (206,4 kv metr) tikililərinin isə Cavabdeh verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, ekspert tərəfindən tərtib olunmuş və mübahisəli qeyri-yaşayış sahəsinin hazırki faktiki vəziyyətini əks etdirən plan-sxemdə göstərilmiş 701, 4 kv metr sahənin “A” tikilisi (370,7 kv metr) naturada ayrılaraq İddiaçı, “B” (124,3 kv metr) və “C” (206,4 kv metr) tikililəri isə Cavabdeh payı kimi müəyyənləşdirilməlidir.
11. Məhkəmə iddia tələbinin ““A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A”, “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikilinin (602,1 kv metr tikili, 142,8 kv metr asfalt örtüklü sahə) İddiaçı verilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, işdən göründüyü kimi “A”, “B” və “C” tikililəri arasında olan sahələr paylı mülkiyyətçilərin ümumi istifadəsində olmaqla, iddiaçın ın tələb etdiyi yeni inşa olunmuş tikili tərəflərin mülkiyyət hüququnu təsdiq edən çıxarışda öz əksini tapmamışdır və belə olan halda isə ekspertiza rəyində göstərilməsinə baxmayaraq, bölgünün predmeti ola bilməzlər.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1, 220.1, 220.2, 220.3, 227.1 və 227.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olmaqla göstərilmişdir ki, əmlak kompleksi ekspert rəyində və iddia tələbində qeyd edildiyi kimi bölünməli idi. Əmlak kompleksi mülkiyyətçiləri tərəfindən iki hissəyə bölündüyündən onun istifadəsində olan faktiki sahə də bölünməlidir. Əmlak kompleksinin istifadəsində ümumi sahə var, əmlak kompleksi bölündüyündən ümumi istifadədə olan sahənin də istifadə qaydaları müəyyən edilməlidir.
15. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
16. Cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə mübahisənin həlli ilə bağlı tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmişdir. Son illərdə həmin sahənin hündürlüyünün artırılması, fasadın yaxşılaşdırılması, içinin təmir edilməsi üçün xeyli miqdarda xərc çəkilib ki, iddiaçı bu xərclərdə iştirak etməmişdir. Bölgü aparılarkən həmin xərclrər nəzərə alınmamışdır. İş üzrə iddiaya cava b verməli şəxs o, yox, Hüseyn Vəliyevdir, həmin şəxsin işə cəlb olunmasını təmin etməməklə məhkəmə səhvə yol vermişdir.
17. Apellyasiya məhkəməsi tərəfindən X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X1) 2(103)-7346/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-318/2022 saylı iş üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı ünvan 4 ünvanında yerləşən əmlak kompleksindəki 1/2 hissədə payı naturada ayrılmış, naturada ayrılma Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 nömrəli ekspert rəyinə və həmin rəyə əlavə olunmuş bölgü sxeminə əsasən aşağıdakı qaydada həyata keçirilmiş: ünvan 4 ünvanda yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikili İddiaçı (602,1 kv metr tikili, 142,8 kv metr asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisinin (609,5 kv metr tikili, 142,8 kv metr asfalt örtüklü sahə) isə bütünlüklə Cavabdeh verilməsi, Cavabdeh iddiaçıya aid hissədən çıxarılması qət olunmuşdur.
19. Məhkəməhesab etmişdir ki, ekspert tərəfindən təklif olunmuş bölgü qaydası tərəflərin mənafeyinə və obyektdən bərabər istifadə şərtlərinə uyğundur, ona görə də tərəflər arasında bölgü ekspert rəyi ilə müəyyən edilmiş formaya uyğun aparılmalıdır.
20. Əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrıayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikili iddiaçının (602,1 kv metr tikili, 142,8 kv metr asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisi (609,5 kv metr tikili, 142,8 kv metr asfalt örtüklü sahə) isə bütünlüklə cavabdehin sərəncamına verilməlidir.
21. Cavabdehin apelyasiya şikayətinin dəlillərini isə apellyasiya məhkəməsi əsassız hesab edərək qeyd etmişdir ki, əmlak kompleksi üzərində hüquqlar iddiaçının və Cavabdeh adına qeydiyyata alınmışdır.
22. X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsə də, məhkəmə iclasında iştirak etməmiş və iddiaya münasibətini bildirməmişdir.
23. Apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, obyektin torpağı dövlət mülkiyyətində olsa da, bu torpaq sahəsi «Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasına aid olmaqla məhz həmin obyektə xidmə t edir. Yəni həmin sahə tərəflərin qanuni istifadəsindədir və ona yalnız tərəflər mülkiyyət hüququnu əldə edə bilərlər.
24. Bu baxımdan, torpaq sahəsindən istifadə qaydasının müyyən olunması nə onun təyinatını, nə də statusunu dəyişdirmir. Torpağın bir hissəsinin ümumi istifadədə saxlanılmaqla, digər hissəsinin eyni ölçüdə bölünərək ayrı-ayrılıqda tərəflərin istifadəsinə verilməsi məhz mübahisənin həllinə xidmət edir. Əks yanaşma onsuz da uzun müddət davam edən hazırki mübahisənin daha da uzanmasına gətirib çıxara bilər.
25. Eləcə də “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş sahəsi 40,3 kv metr olan yeni tikili qanuni istifadədə olan torpaq sahəsində inşa olunduğundan və əmlak kompleksinin tərkibinə çevrildiyindən bölgü predmetini təşkil edə bilər. Nə qədər ki, torpaq sa həsi qanuni istifadədədir, yəni həmin sahə barəsində yalnız tərəflərin qanuni gözlənti hüquqları var, demək həmin tikiliyə də yalnız tərəflər iddialı ola bilərlər. Digər tərəfdən isə adıçəkilən tikilinin özbaşına tikili olması əsası ilə doğurduğu hüquqi nəticələrin riskini də tərəflər, hazırki bölgü nəticəsində isə həmin tikili istifadəsinə verilən iddiaçı daşıyır.
26. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1, 220.1, 220.2, 220.3, 241.3, 243.1, 243.2 və 243.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
27. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə g öndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.M.Xıdırov (məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) 2(102)-1992/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2022-ci il tarixli 2(103)-7346/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
29. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, ünvan 5 ünvanında yerləşən 701,4 kvadrat metrdən ibarət əmlak kompleksi ½ hissə İddiaçı pay hüququ xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır), ½ hissə isə Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Çıxarışdan o da məl um olur ki, əmlak kompleksinin yerləşdiyi 0,079540 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aiddir. Torpaq sahəsi üzərindəki hüququn növü “istifadə” dir.
30. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 №-li ekspert rəyindən görünür ki, baxış zamanı ekspert tərəfindən müəyyən olunmuşdur ki, tədqiq olunan əmlak kompleksi faktiki olaraq, "A", "B", "C" tikililərindən və həmin tikililərə kecid kimi nəzərdə tutulan asfalt örtüklü sahədə ibarət olmaqla, bir tərəfdən küçə ilə, digər tərəflərdən qonşu sahələrlə əhatə olunmuşdur. əmlak kompleksinə əsas giriş qapısı (darvazası) küçə tərəfdə quraşdırılmışdır.“A” tikilisində faktiki olaraq yenidənqurma işləri aparılmaqla, həm in tikilidə 2-ci mərtəbə inşa edilmişdir. 1-ci mərtəbədə 4 tikili, 2-ci mərtəbədə 3 tikili mövcuddur. "B" tikilisi faktiki olaraq 1 mərtəbədən ibarətdir."C" tikilisi faktiki olaraq, 2 mərtəbədən ibarətdir. 1-ci mərtəbədə 6 tikili, 2-ci mərtəbədə 10 tikili mövcuddur.
31. Eyni zamanda baxış zamanı, "B" və "C" tikililəri arasındakı açıq sahədə tikinti işləri aparılaraq əlavə tikili inşa edildiyi müəyyən olunmuşdur.
32. Baxış zamanı aparılmış ölçü işlərinə və eləcə də tədqiq olunan əmlak kompleksinə tərtib olunmuş xx.xx.2021-ci il tarixli texniki pasportun məlumatlarına əsasən, tədqiq olunan obyektin ayrı-ayrı tikililərinin sahəsi aşağıdakı kimi müəyyən olunmuşdur: “A” tikilisi üzrə 1-ci mərtəbə-370,7 kv metr, “A” tikilisi üzrə 2-ci mərtəbə -66,8 kv metr, “B” tikilisi üzrə 124,3 kv metr, "C" tikilisi üzrə 1-ci mərtəbə-206,4 kv metretr, "C" tikilisi üzrə 2-ci mərtəbə - 403,1 kv metr "B" və "C" tikililəri arasındakı tikili-40,3 kv metr. Cəmi (tikililər üzrə) -1211,6 kv metr, Asfalt örtüklü sahə -517,7 kv metr.
33. Daha sonra ekspert rəyində qeyd olunmuşdur ki, qeyri-yaşayış sahəsinin tərəflər arasında bölünməsi təcrid şəkildə, həmçinin ümumi istifadə qaydaları müəyyən olunmaqla aparılır. Yəni bölgü zamanı tərəflərdən hər birinin sərəncamında paylarına uyğun olaraq təyinatı üzrə istifadə üçün əsas və köməkçi sahələr, həmçinin həmin sahələrə giriş-çıxış qapıları (yolu) olmalıdır.
34. Tədqiq olunan əmlak kompleksinin tikililərinin planlı yerləşməsini, Əmlak kompleksinə küçə tərəfdən giriş-çıxış yolu olduğunu, tikililərin bir-birindən təcrid vəziyyətdə yerləşməsini nəzərə alaraq, h əmin əmlak kompleksinin tərəflər arasında 1/2 paylara münasib bölünməsi texniki cəhətdən mümkündür.
35. Bunun üçün əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrıayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikli tərəflərdən birinə (602,1 kv metr tikili, 142,8 kv metr asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisi (609,5 kv metr tikili, 142,8 kv metr asfalt örtüklü sahə) isə bütünlüklə 2-ci tərəfin sərəncamına verilə bilər.
36. Ekspert tikililər in faktiki ölçüləri nəzərə alınmaqla naturada bölgünün mümkünlüyü barədə rəy vermiş, apellyasiya instansiyası məhkəməsi də naturada bölünmə barədə iddianı ekspert rəyində göstərilmiş qaydada həyata keçirmişdir. Lakin bu halda nəzərə alınmamışdır ki, Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbinə müvafiq olaraq paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.
37. İş materiallarında olan və apellyasiya instansiyası məhkəməsi tərəfindən də tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, paylı mülkiyyət sahəsi 701,4 kvadrat metrdən ibarət əmlak kompleksidir. Apellyasiya instansiyası məhkəməsi 701,4 k vadrat metrlik əmlak kompleksinin tərkibini müəyyənləşdirərək naturada bölgüsünün mümkün olub-olmadığına hüquqi qiymət verməli idi. Apellyasiya məhkəməsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmamış tikililərin də naturada bölgüsünü aparmaqla maddi hüquq normalarının pozuntusuna yol vermişdir.
38. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikililər özbaşına tikili statusundadır. Bu halda nəzərə almaq lazımdır ki, özbaşına tikilinin doğurduğu nəticələr var (məsələn müvafiq şərtlərlə sökülə bilər).
39. Eləcə də, apellyasiya məhkəməsinin tədqiq etdiyi sübutlarla təsdiq olunur ki, mübahisəli paylı mülkiyyətdə olan əmlak kompleksinin istifadədə olan (mülkiyyətdə deyil) torpaq sahəsinin ölçüsü 0,079540 ha təşkil edir. Belə olan təqdirdə göstərilən ölçü daxilində torpaq sahəsi nin hansı ölçülərdə tərəflərin ümumi istifadəsində saxlanılması və (və ya) hansı ölçülərdə naturada ayrılmaqla ayrı-ayrılıqda tərəflərin istifadəsində saxlanması məsələsinə hüquqi qiymət verilməli idi.
40. Halbuki, apellyasiya məhkəməsi əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikili İddiaçı (602,1 kv metr tikili, 142,8 kv metr asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisinin (609,5 kv metr tikili, 142,8 kv metr asfalt örtüklü sahə) isə bütünlüklə Cavabdeh verilməsini, Cavabdeh iddiaçıya aid hissədən çıxarılması qət edilmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində torpaq sahəsindən istifadə qaydasının müəyyən olunması nə onun təyinatını, nədə statusunu dəyişdirmədiyini, torpağın bir hissəsinin ümumi istifadədə saxlanılmaqla, digər hissəsinin eyni ölçüdə bölünərək ayrı-ayrılıqda tərəflərin istifadəsinə verilməsinin məhz mübahisənin həllinə xidmət etdiyini qeyd etmişdir.
41. Göründüyü kimi, apellyasiya məhkəməsi qətnamənin nəticə hissəsində tikililər üçün olduğu kimi, torpaq sahəsi üçün də “verilsin” sözündən istifadə etmiş, bununla gələcəkdə hüquqların dövlət qeydiyyatı aparılarkən torpaq sahəsinin hansı hüquq əsasında qeydiyyatının aparılmasında qeyri-müəyyənliyə səbəb olmuşdur. Məhkəmə qətnaməsində yuxarıda qeyd edildiyi kimi, müvafiq təsdiqedici sənədlərlə göstərilən ölçülər daxilində torpaq sahəsinin hansı qaydada “istifadədə saxlanması” (“istifadəyə verilməsi”) ilə əlaqədar nəticə əks etdirilə bilərdi.
42. Ali Məhkəmənin Mülki kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, eləcə də sübutlara lazımi şəkildə hüquqi qiymət verməməklə məhkəmə qətnaməsinin ləğvinə səbəb olan prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
43. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 139, 180, 215, 220, 241 və 243-cü maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarına, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 407, 416, 417 və 418-ci maddələrinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
44. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və İ.S.Şirinov) 2(103)-4541/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)318/2022 saylı iş üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 4 ünvanında yerləşən əmlak kompleksindəki 1/2 hissədən ibarət mülkiyyət payının nat urada ayrılması, naturada ayrılmanın Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 nömrəli ekspert rəyinə və həmin rəyə əlavə olunmuş bölgü sxeminə əsasən aşağıdakı qaydada həyata keçirilməsi, ünvan 4 ünvanda yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə (hər hansı bir hüquq tanımadan), “A” və “B” tikililəri və hər hansı bir hüquq tanınmadan “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv. m olan qeydə alınmayan tikili İddiaçı (faktiki 602,1 kv metr ti kili, 142,8 kv metr asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə(hər hansı bir hüquq tanımadan), eləcə də “C” tikilisi (faktiki 609,5 kv metr tikili, 142,8 kv metr asfalt örtüklü sahə) isə bütünlüklə Cavabdeh bölünərək verilməsi, Cavabdeh iddiaçıya aid hissədən çıxarılması qət edilmişdir.
45. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırki işdə mübahisə predmeti olan əmlak kompleksinin naturada bölünməsi ilə bağlı iddianın faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün iddia əsaslı sayılırdı. Lakin birinci instansiya məhkəməsi iddianı tam təmin etməmişdir.
46. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalar ının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan göstərişlər verilmişdir.
47. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədiyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməl idir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları qismən təmin etməsi, yaxud tam təmin etməməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.
48. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində tələbin qeyd olunan formada göstərilməsi və bir neçə hissəyə bölünməsi iddianın qismən təmin olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hü quqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM maddə 14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Əslində iddiaçının niyyəti əvvəlcədən də əmlak kompleksinin qeydə alınmayan hissəsi və torpaq sahəsi ilə birgə naturada bölünməsinə nail olmaq olmuşdur. Bunun başqa cür olması da mümkün deyildir. Çünki, münasibətləri heç də xoş olmayan paylı mülkiyyətçilər onu eyni anda istifadə və istismar edə bilməzlər. Deməli, onsuzda bu cür iddianın təmin olunması nəticəsində əmlak kompleksi qeydə alınmayan hissələri və torpaq sahəsi ilə birgə naturada tərəflər arasında bölünməli olur.
49. Belə ki, iş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizanın 28 iyun 2022-ci il tarixli, 10/1304 nömrəli rəyinə əsasən Bakı şəhəri, Nəs imi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən əmlak kompleksinin tərəflər arasında ½ paylara mütənasib bölünməsinin texniki cəhətdən mümkün olduğu təsdiq edilir. Ekspert bölgünün hansı qaydada icra olunmasına dair 2 vərəqdə bölgü sxemini də çəkmişdir. Lakin birinci instansiya məhkəməsi bölgünü ekspert rəyinə və bölgü sxeminə uyğun deyil, öz mülahizəsinə əsasən aparmışdır. Düzdü, qənaətində göstərir ki, ekspert tərəfindən tərtib olunmuş və mübahisəli qeyri-yaşayış sahəsinin hazırki faktiki vəziyyətini əks etdirən plan-sxemdə göstərilmiş 701,4 kv metr sahənin “A” tikilisi (370,7 kv metr) naturada ayrılaraq iddiaçıya, “B” (124,3 kv metr) və “C” (206,4 kv metr) tikililəri isə cavabdehin payı kimi müəyyənləşdirilməlidir. Ancaq bölgünü qeyri-yaşayış sahəsinin faktiki vəziyyətini əks etdirən plan-sxemin 1 və 2-ci vərəqində göstərilmiş faktiki ölçülərini nəzərə almadan aparmışdır. İddia tələbini tam təmin etməməsi ilə bağlı isə qeyd edir ki,... “A”, “B” və “C” tikililəri arasında olan sahələr paylı mülkiyyətçilərin ümumi istifadəsində olmaqla, iddiaçının tələb etdiyi yeni inşa olunmuş tikili tərəflərin mülkiyyət hüququnu təsdiq edən çıxarışda öz əksini tapmamışdır və belə olan halda isə ekspertiza rəyində göstərilməsinə baxmayaraq, bölgünün predmeti ola bilməzlər.
50. Göründüyü kimi, rəydə əmlak kompleksinin, o cümlədən “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv. m olan yeni tikilinin naturada bölgüsünün və bölgüyə uyğun torpaqdan istifadə qaydalarının texniki cəhətdən mümkünlüyü öz təsdiqini tapmışdır. Torpaq sahəsi üzərində(tikinti altında ol mayan), həmçinin “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv. m olan yeni tikiliyə dair tərəflərin hər hansı bir hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasa da qeyri-yaşayış sahəsinin onlar arasında naturada bölünməsi həm “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv. m olan yeni tikilidən, həm də torpaqdan istifadə qaydasının müəyyən edilməsini zəruri edir. Çünki, tərəflər onsuzda qeydə alınmayan həmin tikilidən və torpaq sahəsindən istifadə edir, edəcək və faktiki olaraq onların sahibliyində və istifadəsində olacaqdır. Əmlak kompleksinin naturada bölgüsündən sonra bölgüyə uyğun torpaq sahəsinin hansı hissələrindən, eləcə də “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv. m olan yeni tikilidən kimin, yəni paylı mülkiyyətçilərdən hansının istifadə edəcəyi də dəqiq olmalıdır. Əks halda əmlak kompleksinin naturada bölünməsinin əhəmiyyəti də itmiş olacaqdır. Çünki, əmlak kompleksinin bölünən hissələrinin hər birinə giriş-çıxış ayrı olacaqsa, demək onlara aid torpaq sahəsi də ayrılmalıdır.
51. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, ekspertiza rəyinə və əmlak kompleksinin naturada bölgüsünə uyğun tərəflər arasında torpaq sahəsindən və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv. m olan yeni tikilidən istifadə qaydalarının müəyyən edilməsi(istifadə etmək məqsədilə faktiki bölünməsi) onların heç də həmin torpaq sahəsi və qeydə alınmayan tikili üzərində hansısa hüquqlarının, o cümlədən əmlak hüquqlarının tanınması demək deyildir. Qeyd olunduğu kimi, torpaqdan və qeydə alınmayan tikilidən bu cür istifadə qaydasının müəyyən edilməsi məhz əmlak kompleksinin naturada bölünməsi zərurətindən irəli gəlirdi.
52. Lakin birinci instansiya məhkəməsi “A”, “B” və “C” tikililəri arasında olan sahələr paylı mülkiyyətçilərin ümumi istifadəsində olmaqla, iddiaçının tələb etdiyi yeni inşa olunmuş tikili tərəflərin mülkiyyət hüququnu təsdiq edən çıxarışda öz əksini tapmamış və belə olan halda isə ekspertiza rəyində göstərilməsinə baxmayaraq, bölgünün predmeti ola bilməz olduğunu əsas gətirib iddianı tam təmin etməmişdir. Ancaq bu cür vəziyyətin iddianın təmin edilmiş hissəsinin də əhəmiyyətsiz edəcəyini nəzərə almamışdır. Qeyd olunduğu kimi bu cür vəziyyətdə tərəflər naturada bölünərək ayrıca mülkiyyətinə keçəcək qeyri-yaşayış sahəsindən sərbəst və hər hansı bir maneçilik olmadan istifadə etmək imkanları da olmayacaqdır. Bu da onların öz mülkiyyətindən sərbəst və maneəsiz istifadə edə bilməyəcəklərinə görə mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır.
53. Bundan əlavə, işin mübahisəsiz halı həm də ondan ibarətdir ki, əmlak kompleksi faktiki olaraq, "A", "B", "C" tikililərindən və həmin tikililərə kecid kimi nəzərdə tutulan asfalt örtüklü sahədən ibarət olmaqla, bir tərəfdən küçə ilə, digər tərəflərdən qonşu sahələrlə əhatə olunmuşdur. Əmlak kompleksinə əsas giriş qapısı (darvazası) küçə tərəfdə quraşdırılmışdır.“A” tikilisində faktiki olaraq yenidənqurma işləri aparılmaqla, həmin tikilidə 2-ci mərtəbə inşa edilmişdir. 1-ci mərtəbədə 4 tikili, 2-ci mərtəbədə 3 tikili mövcuddur. "B" tikilisi faktiki oaraq 1 mərtəbədən ibarətdir."C" t ikilisi faktiki olaraq, 2 mərtəbədən ibarətdir. 1ci mərtəbədə 6 tikili, 2-ci mərtəbədə 10 tikili mövcuddur.Eyni zamanda, "B" və "C" tikililəri arasındakı açıq sahədə tikinti işləri aparılaraq əlavə tikili inşa edildiyi müəyyən olunmuşdur. “A” tikilisi üzrə 1-ci mərtəbə-370,7 kv metretr “A” tikilisi üzrə 2-ci mərtəbə -66,8 kv metretr, “B” tikilisi üzrə-124,3 kv metretr, "C" tikilisi üzrə 1-ci mərtəbə-206,4 kv metretr, "C" tikilisi üzrə 2-ci mərtəbə -403,1 kv metretr "B" və "C" tikililəri arasındakı tikili-40,3 kv metretr. Cəmi (tikililər üzrə) -1211,6 kv metretr Asfalt örtüklü sahə -517,7 kv metretrdir. Göründüyü kimi, ekspertizanın müəyyən etdiyi bölgü sxemi texniki cəhətdən mümkün olmaqla yanaşı, həm də paylı mülkiyyətçilərin mənafeyinə uyğun olmuşdur. Belə ki, əmlak kompleksinin A, B və C tikililəri göstərilən ölçüdə qeydə alınsa da, faktiki olaraq “A” tikilisi üzrə 2-ci mərtəbə -66,8 kv metretr, "C" tikilisi üzrə 2-ci mərtəbə -403,1 kv metretr sahə mövcuddur və faktiki olaraq həmin sahələrdən istifadə olunur. Ona görə də ekspert rəyində göstərilən qaydada bölgü əmlak kompleksinin faktiki vəziyyətinə uyğun olmaqla həm də tərəflərin mənafeyinə uyğun hesab edilməlidir. Apellyasiya baxışında cavabdeh tərəfə(nümayəndəsi və vəkilinə) əvvəlki apellyasiya məhkəməsinin müəyyən etdiyindən fərqli olaraq bölgüyə uyğun 1-ci hissənin cavabdehə, 2-ci hissənin iddiaçıya bölünərək verilməsi təklifinə münasibəti soruşulsa da, cavabdeh tərəf buna da qəti etirazını bildirdi. Demək ki, cavabdeh tərəf ½ hissədə paylı mülkiyyətdə olan əmlak kompleksinin ekspertiza rəyində göstərilən hissələrdə bölünəcəyi vəziyyətdə heç bir hissəni həmin ölçülərdə qəbul etmək istəmir, bununla da faktiki olaraq bərabər payda olan əmlakdan daha artıq pay əldə etmək istəyini açıq-aşkar nümayiş etdirir ki, bu da yolverilməz sayılır.
54. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 215, 220, 241 və 243-cü maddələrinə, Torpaq Məcəlləsinin 10.4-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217, 384, 385, 386, 387, 390 və 420-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
55. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən araşdırılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
56. Kassasiya şikayətində işin faktiki halla rına istinad olunaraq qeyd olunmuşdur ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə həqiqi hallar tam müəyyən edilməyib və qətnamədə göstərilməmişdir. Maddi hüquq normaları düz tətiq edilməmişdir. Beləki, qətnamədə təkrar olaraq Azərbaycan Respublikası Mülki Məcəllənin 220, 241 və 243-cü maddələrə istinad edilsə də, bu normaları və onların mübahisəyə necə tətbiq edilməsi barədə şərh edən məcburi qüvvəyə malik Plenum qərarları ümumiyyətlə tətbiq edilməmişdir. Həm də, bu normalar rəsmi dövlət əmlak reyestrində qeydə alınmayan dövlətə məxsus torpaq sahəsinə tətbiq edilmişdir. Torpaq Məcəlləsinin 10-cu maddəsinə istinad edilsə də, yenə mahiyyəti üzrə düz tətbiq edilməmişdir. Belə ki, hesab edilməlidir ki, əşyanın mülki dövriyyədə iştirak etməsi üçün, onun Mülki Məcəllənin 21.2-ci maddəsində d ə qeyd olunan “adi mülki dövriyyə şəraiti”nə uyğun gəlməsi, müvafiq tələblərə, standartlara uyğun hazırlanması zəruridir. Həmdə, həmin qeyri-yaşayış sahəsinin real olaraq mütəmadi işlək vəziyyətdə istifadə oluna bilinməsi məsələsinə aydınlıq gətirilməlidir. İddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli Çıxarışda daşınmaz əmlak növü kimi əmlak kompleksi qeyd edilmişdir. Torpaq sahəsinin kateqoriyası isə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı qeyd edilmişdir. Əmlak sahəsi heç bir vaxt yaşayış sahəsi olmamışdır. Mübahisənin tənzimi ilə bağlı məhkəmə paylı mülkiyyətdə olan və ekspert rəyində qeyd edilən mülkiyyətdə rəsmi qeydə alınan qeyri-yaşayış sahəsindən istifadə, sərəncam hüququnu və digər davranışı tənzim edən maddi hüquq normalarnı tətbiq etməli idi. Belə ki, tətbiq edilən 241 və 243-cü maddələr Mülki Məcəllənin Torpağa mülkiyyət hüququnun xüsusiyyətləri hissəsinə aiddir. Yəni, söhbət mülkiyyət hüququ təsdiq edilmiş, tanınmış əmlakın bölünməsindən gedir. Əgər şəxsin torpağa mülkiyyət hüququ, istifadə, sahiblik hüququ dövlət əmlak reyestri tərəfindən rəsmi tanınıbsa, bu halda bu hüquq normaları tanınmış şəxsin əmlak tələbləri ilə bağlı mülki mübahisələrə tətbiq edilə bilər. Yuxarıda qeyd edilən məhkəmə aktlarında təsdiq edilib ki, işə əlavə edilmiş çıxarışa və texniki pasportun məlumatlarına əsasən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,079540 hektar, əmlak kompleksi isə 701.4 kv metrdir. Əmlakın yerləşdiyi torpaq sahəsi dövlətə məxsusdur və onun hüquqi növü “istifadə”dir.Cəmi tikililər isə 1211,6 kv metrdir. Yəni, 510,2 kv metr çıxarışda qeyd e dilən əlavə tikililərdir. Asfalt örtüklü sahə 517,7 kv metrdir. “B” və “C” tikililəri arasında açıq sahədə əlavə tikili inşa edilib. “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv metr olan tikili isə hər hansı bir hüquq tanınmadan qeydə alınmayan istifadə torpaqdan kənarda tikilmiş özbaşına tikilidir. Yeni tikililər, tərəflərin mülkiyyət hüququnu təsdiq edən rəsmi dövlət reyestr sənədində(iddiaçının təqdim etdiyi çıxarışda) qeyd edilməyib, təsdiq edilməyib. Ekspert rəyində də bu haqda heç bir araşdırma yoxdur, həmin hissənin bölünməsi ümumiyyətdə göstərilməmişdir. Hüquqi əsaslandırma belə yoxdur. Ona görə heç bir halda ümumi və ya paylı mülkiyyət hesab edilə bilməz və ona görə bölgü predmeti ola bilməz. Bu normaları tətbiq edərkən məhkəmə səlahiyyət həddini aşaraq dö vlətə məxsus olan torpaq sahəsini, hansı ki, ümumiyyətlə heç bir halda tərəflər arasında bölünmə bilməzdi, həmin hissəni iddiaçının xeyrinə naturada ayrılmasını qərara almışdır. b)
57. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
58. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
59. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razıl aşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
60. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
61. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
62. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
63. Maddə 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər.
64. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
65. Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.
66. Maddə 243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. Mülki Prosessual Məcəllə
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
71. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir, məhkəmə iş üzrə Ali Məhkəmənin Mülki k ollegiyasının 12 may 2023-cü il tarixli qərarındakı göstərişləri də nəzərə almaqla düzgün nəticəyə gəlmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
75. Kassasiya şikayətinin dəlilləri cavabdehin əvvəlki kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillərə Ali Məhkəmənin əvvəlki qərarındakı göstərişlərə əməl etməklə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
76. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının kollegiyasının 2(103)-4541/2023 nömrəli iş üzrə 24 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.