Məhkəmə qərarları › İş №2(102)-4257/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4257/2019

24.06.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4257/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.01.2019-cu il tarixli, 2(103)-130/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim X.Məhərrəmova) 31.07.2018-ci il tarixli, 2(004)-1565/2018 nömrəli qətn aməsi ilə İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı məxsus dəyəri 20 manat olan şampan bokalının, dəyəri 20 manat olan araq bokalının, dəyəri 20 manat olan sok bokalının, dəyəri 80 manat olan 2 ədəd meyvə qabının, dəyəri 20 manat olan 2 ədəd kül qabının, dəyəri 40 manat olan 2 ədəd qəndqabının, dəyəri 28 manat olan 1 ədəd böyük çaydanın, dəyəri 35 manat olan 1 ədəd 4 künc böyük divan saatının, dəyəri 40 manat olan 6-lı çaşka dəstinin çaynik ilə, dəyəri 15 manat olan gecə lampasının, dəyəri 7 manat olan 6-lı mürəbbə rozetkasının, dəyəri 22 manat olan 12-li qaşıq, çəngə dəstinin, dəyəri 80 manat olan 6-lı qaşıq, çəngəl dəstinin, dəyəri 15 manat olan 12-li mürəbbə rozetkasının, dəyəri 12 manat olan 12 ədəd nəlbəkinin, dəyəri 150 mnat olan 12-li sadə y emək dəstinin, dəyəri 500 manat olan Versace yemək servisinin-44 fraqment, dəyəri 2000 manat olan yataq dəstinin-taxt, şifoner, termo, 2 ədəd ağ rəngli, boz qaşlı tumba, dəyəri 250 manat olan stolun, dəyəri 420 manat olan 6 ədəd stulun, dəyəri 250 manat olan 1 ədəd ağ-boz rəngli televizor altının, dəyəri 100 manat olan 1 ədəd taxt matrasının-cehiz əşyalarının Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova, V.Həsənov, N.Cəfərov) 31.01.2019-cu il tarixli, 2(103)-130/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.07.2018-ci il tarixli, 2(004)-1565/2018 nömrəli qətnaməsinin iddia tələbinin rədd olunduğu hissədə ləğv edil məsi, həmin hissədə iddianın qismən təmin olunması, boyunbağı (əyar 750, çəkisi 12-14 qram, brilyantı 0,80-0,90 karat), qolbaq (əyar 750, çəkisi 8-9 qram, brilyantı 0,400,50 karat), bir cüt sırğa (əyar 750, çəkisi 7-8 qram, brilyantı 0,40-0,50 karat), üzük (əyar 750, çəkisi 4-5 qram, brilyantı 0,30-0,40 karat), nişan üzüyü (əyar 750, çəkisi 6-6,5 qram, brilyantı 0,300,40 karat), tək brillyant qaşlı boyunbağı klonu (çəkisi 2 qram) və bir cüt sırğa (əyar 585, çəkisi 2 qram)Cavabdeh alınaraq Rna verilməsi, boyunbağının qiyməti 1200 (bir min iki yüz) manat, qolbağın qiyməti 800 (səkkiz yüz) manat, bir cüt sırğanın qiyməti 700 (yeddi yüz) manat, üzüyün qiyməti 400 (dörd yüz) manat, nişan üzüyünün qiyməti 500 (beş yüz) manat, tək brillyant qaşlı boyunbağı klonunun qiyməti 200 (iki yüz) manat, bi r cüt sırğannın qiyməti 100 (bir yüz) manat müəyyənləşdirilməsi və həmin əmlakların (qızıl-zinət əşyaları) qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğlərinin Cavabdeh alınaraq Rna verilməsi, iş üzrə keçirilmiş ekspertizanın xərci qismində 50 manatın Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh və vəkili P iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.01.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə 11.01.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz istifadəsində olan 8624 manat dəyərində, nikah zamanı hədiyyə kimi verilmiş iddia ərizəsində göstərilən cehiz əşyalarının və digər əmlaklar ın, qızıl-zinyət əşyalarının naturada, bu mümkün olmadıqda isə dəyərinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili P kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh iddiaçı ilə ailə qurduqdan sonra kirayədə yaşamışdır və cehiz əşyaları da onun yaşadığı ünvanda olmamışdır. Həmçinin qızıl əşyaları da onlarda olmamış, iddiaçı gedərkən qızılları özü ilə aparmışdır. İddiaçı mebel gətirməmişdir. Mebeli cavabdeh və ailəsi 2000 manat verib almışlar. Həmin mebeli də Qəbələdə yaşayan xalasının evinə göndərmişlər. Cavabdeh və ailəsi qızıl-zinyət əşyalarını zərgərlik sexində daha aşağı qiymətə düzəltdirmişdilər. Həmi n əşyalar da iddiaçının özündə olmuş və o, gedərkən özü ilə aparmışdır. Lakin apelyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan, heç bir şahid ifadələrinə istinad etmədən, yalnız qarşı tərəfin formal mülahizələrinə əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. Bununla da apelyasiya məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 9, 14 və 217-ci maddələrinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.01.2019-cu il tarixli, 2(103)-130/2019 saylı qətnaməsinin ləğv edilərək yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra cavabdeh məhkəməyə kassasiya şikayətinə əlavə ünvanlayaraq, şikayətinə əlavədə göstərmişdir ki, apelyasiya instansiyası m əhkəməsi faktiki olmayan əşyanı toy kasetindəki görüntü ilə qiymətləndirmiş və ona əsaslanaraq qiymət müəyyənləşdirmişdir. Sözügedən əşyaların qiymətini kaset görüntüsü ilə müəyyən etmək mümkün olmadığı üçün apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi qiymətləndirmə tamamilə qanunaziddir. Eyni zamanda hakim məhkəmə qərarını elan etmək üçün müşavirəyə getmiş və qayıtdıqdan sonra apelyasiya şikayətinin qismən təmin edildiyini, 1 ədəd boyunbağının cavabdehdən alınıb iddiaçıya verilməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanmasını elan etmiş, lakin qətnamə rəsmi qaydada təqdim edildikdə qətnamənin nəticə hisəsinin fərqli olduğu məlum olmuşdur. Bununla dahakim müşavirə sirrini pozmuş və elan etdikdən sonra tam yanlış olaraq başqa formada qərar çıxarmışdır. Ona görə də o, Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.01.2019-cu il tarixli, 2(103)130/2019 saylı qətnaməsinin ləğv edilərək yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, Cavabdeh, vəkili P və üçüncü şəxs X1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, tərəflər 29.03.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, bundan sonra iddiaçı cavabdehin yaşadığı evə gəlin kimi köçərək oraya cehiz əmlaklarını da aparmış, bir müddət sonra münasibətləri pozulmuş, 2017-ci ilin sentyabr ayında iddiaçı evi tərk etmişdir. İddiaçının iddiasına görə ona iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyaları hədiyyə olunmuş, həmin hədiyyələri cavabdehin anası özündə saxlamış, yalnız qohum toyuna bu qızıl-zin ət əşyalarını taxmaq üçün cavabdehin anası ona vermiş, hətta uşaqların doğum haqqında sənədləri və digər sənədlər də cavabdehin anasında olmuş, münasibətləri pozulduqdan sonra isə bu əmlaklar, həmçinin cehiz əmlakları və şəxsi əşyaları ona qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə almışdır ki, hazırkı mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta y etirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi ədəddə və qiymətdə, eləcə də, onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman bu əmlakların iddiaçı tərəfindən evdən aparıldığını (yəni artıq özünün sahibliyində olmadığını) sübut etməlidir. Apellyasiya baxışının predmeti olan, iddiaçının qızıl-zinət əşyaları ilə bağlı tələbləri üzrə kollegiya qeyd etmişdir ki, iş materiallarında olan və apellyasiya baxışı zamanı tədqiq olunmuş fotoşəkillərdən görünür ki, tərəflər nikaha daxil olarkən (toy zamanı) boyunbağı, qolbaq, bir cüt sırğa, üzük və nişan üzüyü iddiaçının üzərində olmu şdur. Nikaha daxil olduqdan (toydan) sonra iddiaçının cavabdehin yaşadığı evə gəlin kimi köçdüyü də işin mübahisə olunmayan halıdır. Kollegiya hesab etmişdir ki, cavabdeh qızıl-zinət əşyalarının iddiaçı tərəfindən gedərkən aparıldığını bildirsə də, bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, işdə mövcud olan sübutların məcmusu həmin əşyaların evi tərk edərkən iddiaçı tərəfindən aparılmadığı və cavabdehin sahibliyində qaldığı qənaətinə gəlməyə əsas verir. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçı kirayə mənzildə yaşamışdır və uşaqların doğum haqqında sənədləri və iddiaçıya məxsus digər sənədləri iddiaçının qayınanası saxlamışdır. Qeyd edilənləri, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi təsdiq etmiş və onunla izah etmişdir ki, iddiaçı nın yaşadığı ev öz evi olmadığınından itməsi və oğurlanmaması üçün onlar iddiaçının qayınanasında olmuşdur. Kollegiyanın qənaətinə görə, qeyd edilən sənədlər cavabdehin anası tərəfindən saxlandığı halda, qızıl-zinət əşyalarının iddiaçının özündə olması ağlabatan mühakimə əsasında inandırıcı görünmür. Bu mənada kollegiya hesab etmişdir ki, iddiaçı, boyunbağının, qolbağın, bir cüt sırğanın, üzüyün və nişan üzüyünün ona həqiqətən hədiyyə verilmiş olduğunu və sonradan cavabdehlə birlikdə kirayə yaşadığı evdən getdiyi zaman onların cavabdehin anasında qaldığını biri digərini tamamlayan mötəbər dəlillərlə (toy şəkilləri, tərəflərin izahatları) sübut edə bilmişdir. Eyni zamanda, fotoşəkillərdə əks olunmayan bir ədəd tək brillyant qaşlı boyunbağı klonu və bir cüt sırğa ilə əlaqədar iddiaçı bildirm işdir ki, həmin qızıl-zinət əşyaları toydan sonra ad günündə və uşağına hədiyyə edilmişdir. Qeyd edilənləri cavabdehin nümayəndəsi təkzib etməsə də, iddiaçının kirayə yaşadığı evi tərk edərkən apardığını bildirmiş, lakin bu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Apellyasiya baxışı zamanı qızıl-zinət əşyaları təqdim olunmadığından, iş materiallarında olan fotoşəkillər əsasında qiymətləndirmə aparılması zərurəti yaranmışdır və “xxxx” MMC-nin mütəxəssisi qiymətləndirmə apararaq müəyyən etmişdir ki, boyunbağının (əyar 750, çəkisi 12-14 qram, brilyantı 0,80-0,90 karat) qiyməti 1200-1300 manat, qolbağın (əyar 750, çəkisi 8-9 qram, brilyantı 0,40-0,50 karat) qiyməti 800-850 manat, bir cüt sırğanın (əyar 750, çəkisi 7-8 qram, brilyantı 0,40-0,50 karat) qiyməti 700-750 manat, üzüyün (əyar 750, çəkisi 4-5 qram, brilyantı 0,300,40 karat) qiyməti 400-450 manat, nişan üzüyünün (əyar 750, çəkisi 6-6,5 qram, brilyantı 0,300,40 karat) qiyməti 500-550 manat təşkil edə bilər. Bundan əlavə, kollegiya, fotoşəkillərdə əks olunmayan bir ədəd tək brillyant qaşlı boyunbağı klonunun qiymətinin 200 manat və bir cüt sırğanın qiymətinin 100 manat müəyyən edilməsini ağlabatan hesab etmişdir və göstərilənlərə əsasən yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya baxışı zamanı apelyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının MPM-nin 9, 14 və 217-ci maddələrinin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlillərii olan “apelyasiya instansiyası məhkəməsi faktiki olmay an əşyanı toy kasetindəki görüntü ilə qiymətləndirmiş və ona əsaslanaraq qiymət müəyyənləşdirmişdir. Sözügedən əşyaların qiymətini kaset görüntüsü ilə müəyyən etmək mümkün olmadığı üçün apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi qiymətləndirmə tamamilə qanunaziddir. Eyni zamanda hakim məhkəmə qərarını elan etmək üçün müşavirəyə getmiş və qayıtdıqdan sonra apelyasiya şikayətinin qismən təmin edildiyini, 1 ədəd boyunbağının cavabdehdən alınıb iddiaçıya verilməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanmasını elan etmiş, lakin qətnamə rəsmi qaydada təqdim edildikdə qətnamənin nəticə hisəsinin fərqli olduğu məlum olmuşdur. Bununla dahakim müşavirə sirrini pozmuş və elan etdikdən sonra tam yanlış olaraq başqa formada qərar çıxarmışdır.” dəlilləri ilə bağlı qeyd edir ki, cavab deh qızıl-zinyət əşyalarının çəkisini mübahisələndirməmiş, apelyasiya instansiyası məhkəməsi də iddia tələbi üzrə göstərilmiş çəki ilə bağlı qızıl-zinyət əşyalarının dəyərləndirilməsi üçün ekspertiza təyin etmiş və əldə etdiyi rəyə uyğun olaraq qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən müşavirə sirrinin pozulması barədə isə hər hansı sübut kassasiya şikayətinə əlavə edilməmiş və iş materialları ilə müəyyən edilməmişdir. Göründüyü kimi, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1 -ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.01.2019-cu il tarixli, 2(103)130/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar