Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4258/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli 2(103)-1220/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Ə.Rzayev, iş № 2(001)-6869/2018) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı böhtan və həqiq ətə uyğun olmayan məlumatlardan ibarət olan hərəkətlərin, şikayətlərin qanunsuz hesab edilməsi, N ünvanında yerləşən iaşə obyektinin istifadəsinə törədilən maneələrin qadağan edilməsi, əldən çıxmış faydaya görə cəmi 2600 manatın, mənəvi zərərə görə 30.000 manatın tutulması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri Binəqədi qəsəbəsinin ərazisində yerləşən 100 kv.metr ölçüdə torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən 07 yanvar 2008-ci il tarixli alqı-satqı mü qaviləsinə əsasən X1. 07 aprel 2018-ci il tarixdə X4 ilə İddiaçı arasında həmin torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə dair Dövlət Reyestrindən Çıxarış verildikdən sonra alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. 2018-ci ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsindən faktiki olaraq çay evi (“Rixos”) kimi istifadə etməklə bununla əlaqədar vergi ödəyicisi kimi qeydiyyata alınmasını, lakin cavabdehlərin çay evinin fəaliyyətinin dayandırılmasını tələb etməklə obyekti yandıracaqları ilə onu hədələmələrini, cavabdehlərin təqsiri üzündən obyektdən gəlir əldə etmək imkanından məhrum olmasını və s. əsas göstərməklə cavabdehlər tərəfindən obyektdən istifadəyə mane olmalarının onlara qadağ an edilməsi, obyektdən 4 ay ərzində gəlir əldə etməməsi ilə əlaqədar əldən çıxmış faydaya görə ayda 650 manat olmaqla cəmi 2600 manatın, mənəvi zərərə görə 30.000 manatın, dövlət rüsumuna görə ödədiyi 30 manatın cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin işin faktiki hallarına düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdaf iə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş ha llarından görünür ki, cavabdehlər iaşə obyektindən istifadə ilə əlaqədar iddiaçının hərəkətindən müxtəlif hüquq mühafizə orqanlarına şikayət etmiş və həmin şikayətlər müvafiq səlahiyyətli orqanlar tərəfindən araşdırılmaqla İddiaçı 01 iyun 2018-ci il tarixdə inzibati xəta törətməkdə təqsirli bilinərək 10 gün müddətlə həbs edilmiş, özbaşına apardığı tikinti işləri dayandırılmışdır. Həmin hərəkətlərin iddiaçıya maddi və mənəvi zərər dəyməsi ilə nəticələnməsi sübuta yetirilmədiyindən iddia tələbi əsassız hesab edilərək rədd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha a z miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəyməsi işə baxan məhkəmə instansiyaları tərəfindən müəyyən olunmadığı üçün kollegiya iddia tələbinin rədd olunmasının qanuniliyinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-4 19-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4258/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4258/2019
12.06.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver