Məhkəmə qərarları › İş №2(102)-4261/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4261/2020

09.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4261/2020 09.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı оğlunun, cavabdehlər Cavabdeh1 Valyuddin oğlunun və Cavabdeh2 vəkili Qədimov Cavid Əbdürrəhman oğlunun, Cavabdeh2 iştirakları ilə, cavabdehlər Cavabdeh1 Valyuddin oğlunun, Cavabdeh2 və onların vəkili Qədimov Cavid Əbdürrəhman oğlunun Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli, 2(107)571/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(033)-256/2019 nömrəli qətnaməsi ilə (hakim E.H.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 Valyuddin oğluna və Cavabdeh2 qarşı VOLVO PUTZMEİSTER yük maşınının naturada və ya onun dəyəri olan 28.200 ABŞ dollarının, həmin məbləğin müəyyən olunmuş faizlərlə hesablanmış maddi gəlirin, bank uçot dərəcəsinin və ona uyğun ödəniləcək faizlərin müəyyənləşdirilərək cavabdehlərdən alınması və cavabdehlərin törətdiyi cinayət haqqında prokurora xəbər verilməsi barədə xüsusi qərardad çıxarılması tələblərinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 10 iyul 2019-cu il tarixli, 2(107)2260/2019 nömrəli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Zaqatala Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tаrixli, 2(033)-256/2019 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2019-cu il tarixli, 2(102)-7411/2019 nömrəli qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi V.Ə.İbayev, A.K.Kalbalıyev və A.Ə.İsgəndərov) İddiaçı kassasiya şikayəti təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apelyasiya baxışına qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli, 2(107)571/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi M.M.Hüseynov, E.Ş.H üseynov və G.Q.Abbasov) İddiaçı оğlu tərəfindən verilmiş аpelyаsiyа şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(033)256/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 qarşı “avtomobil tələbinə dair” iddiasının qismən təmin edilməsi və VOLVO PUTZMEİSTER (yük) markalı, istehsal ili 1988-ci il olan, **-BG-*** dövlət nömrə nişanlı avtomobil təmir edilərək işlək vəziyyətdə naturada, bu mümkün olmadıqda isə onun qalıq dəyəri (təmirinə çəkiləcək xərclər) əvəzində 19.000 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 Valyuddin oğlundan və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank uçot dərəcəsinin və ona uyğun ödəniləcək fazilərin müəyyənləşdirilməsi, “VOLVO PUTZMEİSTER (yük)” markalı, istehsal ili 1988-ci il olan, **BG-*** dövlət nömrə nişanlı avtomobilin naturada və ya onun dəyəri olan 28.200 ABŞ dollarının və həmin məbləğə müəyyən olunmuş fazilərlə hesablanmış gəlirin cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə, habelə cavabdehlərin törətdiyi cinayət barədə prokurora xəbər verilməsinə dair xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində “VOLVO PUTZMEİSTER (yük)” markalı, istehsal ili 1988-ci il olan, **-BG-*** dövlət nömrə nişanlı avtom obili vardır. Cavabdehlərlə aralarındakı razılaşmaya əsasən o, həmin avtomobili cavabdehlərə satmaq qərarına gəlmişdir. Həmin avtomobili o, 118.000 ABŞ dollarına almışdır. Lakin müəyyən qədər işlənmiş olduğuna görə həmin avtomobilə 41.000 ABŞ dolları qiymət qoyaraq cavabdehlərlə razılaşmışdır. Cavabdehlər həmin avtomobilin dəyərinin bir hissəsinin əvəzinə 12.500 manatlıq “KAMAZ-Mikser” markalı avtomobil vermişlər. Bundan başqa, cavabdehlər ona 1.300 manat nağd pul da vermişlər. Cavabdehlərin ona verəcəkləri 28.200 ABŞ dolları qalmışdır. Avtomobilin pulunu tam ödəyə bilmədiklərinə görə o, avtomobili onlara etibarnamə ilə vermişdir. Cavabdehlər söz vermişlər ki, avtomobillə işləyib pul qazanıb onun pulunu verəcəklər. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdehlər onun pulunu ödəməmişlər. Ona sonradan məlum olmuşdur ki, onun avtomobilini cavabdhelər söküb başqa maşına yığmışlar. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdehlər Cavabdeh1 Valyuddin oğlu, Cavabdeh2 və onların vəkili Qədimov Cavid Əbd ürrəhman oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası prosessual qanunvericiliyi pozaraq məhkəmə iclasını qısa müddətə təxirə salmış, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məhkəmə bildirişini vaxtında göndərməmiş, ədalət mühakiməsinin əsas prinsiplərini kobud şəkildə pozmuş, “VOLVO PUTZMEİSTER (yük)” markalı, istehsal ili 1988-ci il olan, **-BG*** dövlət nömrə nişanlı avtomobilin cavabdehlərə verilərkən işlək vəziyyətdə olması barədə heç bir mötəbər sübuta istinad edə bilməmiş, avtomobilin hazırda hansı vəziyyətdə olmasını fotoşəkillərdən qiymətləndirsə də, avtomobilə yerində baxış keçirməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellya siya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 Valyuddin oğlunun və Cavabdeh2 vəkili Qədimov Cavid Əbdürrəhman oğlu və Cavabdeh2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı оğlu vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 Valyuddin oğlu üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Ko llegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdehlər Cavabdeh1 Valyuddin oğlunun və Cavabdeh2 vəkili Qədimov Cavid Əbdürrəhman oğlunun, Cavabdeh2 izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehlər Cavabdeh1 Valyuddin oğlunun və Cavabdeh2 kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasını n MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıdakı müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. İnternetdə axtarış vasitəsi ilə əldə edilmiş resusların təhlilindən görünür ki, hazırda alqı-satqı üçün təklif olunan VOLV O PUTZMEİSTER markalı, buraxılış ili 1990-cı il olan avtomaşının satış qiyməti 26.644 ABŞ dolları (45.294 AZN); həmin markalı, buraxılış ili 1994-cü il olan avtomaşının satış qiyməti 34.900 ABŞ dolları (59.330 AZN); həmin markalı, buraxılış ili 1997-ci il olan avtomaşının satış qiyməti 55.000 ABŞ dolları (93.500 AZN) kimi göstərilmişdir. Müqayisəli təhlil aparıldıqda belə nəticəyə gəlmək olur ki, 4 il əvvəl cavabdehlər mübahisəli avtomobili əldə edərkən onun dəyəri təxminən 25.000-26.000 ABŞ dolları civarında olmuşdur. Cavabdehlər mübahisəli avtomobili iddiaçıdan faktiki olaraq satın aldıqlarını iddia etsələr də, lakin alqı-satqı qiyməti və ödəniş şərtləri barədə hansı razılığa gəldiklərini bildirməkdən yayınır, iddiaçıya 12.500 manat dəyərində Kamaz-Mikser (beton qarışdıran) markalı avtom obil və əlavə olaraq 1.300 manat pul verməklə başabaş hesablaşdıqlarını iddia edirlər. İddiaçı isə cavabdehlərin ona 12.500 manat dəyərində Kamaz-Mikser (beton qarışdıran) markalı avtomobil və əlavə olaraq 1.300 manat pul vermələrini inkar etmir və bildirir ki, bunlar onun avtomobilinin dəyərinin bir hissəsini təşkil etmiş, cavabdehlər ona 1 il ərzində daha 19.000 manat pul ödəməli olmuşlar. Buna görə də o, cavabdehlərə 1 illik etibarnamə vermişdir. Lakin sonralar cavabdehlər maşının işləmədiyini, onu təmir etdirməyin isə sərf etmədiyini, çox xərc tələb olunduğunu bəhanə gətirərək qalan pulu ödəməkdən yayınmışlar. Hazırda iddiaçı mülkiyyətində olan mübahisəli avtomobili cavabdehlərdən naturada və onlara verdiyi, yəni işlək vəziyyətdə tələb edir. Lakin avtomobilin indiki vəziyyətinin məhk əməyə təqdim olunmuş fotoşəklindən görünür ki, onun üzərində pompa (betonvuran aqreqat), mühərriki, oturacaq və qapıları yoxdur. İddiaçı avtomobili belə vəziyyətdə qəbul etməməkdə haqlıdır. Ona görə də apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlər mübahisəli avtomobili təmir etdirib işlək vəziyyətdə naturada iddiaçıya qaytarmalı, bu mümkün olmadıqda isə həmin avtomobilin onlara verildiyi vaxtda olmuş vəziyyətinin bərpasına çəkiləcək xərclərin əvəzində onun qalıq dəyəri kimi tələb edilən 19.000 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməlidirlər. Apelyasiya instansiyası məhkəməsinin qənaətincə, mübahisəli avtomobilin təmirbərpasına çəkiləcək xərclərin 19.000 manat məbləğindən xeyli artıq olması mümkündür. Bunu müəyyən edə biləcək mütəxəssislərin tapılması və müvafiq rə y alınması mümkün olmadığından məhkəmə kollegiyası ağlabatan ehtimallar əsasında mühakimə yürütmək məcburiyyətindədir. İddiaçını isə ona avtomobilinin qalıq dəyəri kimi 19.000 manat məbləğində pul vəsaitinin cavabdehlər tərəfindən ödənilməsi qane edir (bu barədə məhkəmə kollegiyasına ərizə vermişdir). Belə vəziyyətdə apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli avtomobilin təmir-bərpasına çəkiləcək xərclərin dəqiq müəyyən olunmasına lüzum yoxdur, ona görə ki, məhkəmə cavabdehlərə seçim imkanı verir və onlar üçün əlverişli olan 2 variantdan birini özləri seçməlidirlər: ya mübahisəli avtomobili təmir etdirib işlək vəziyyətdə naturada iddiaçıya qaytarmaq, ya da (birinci variant əlverişli olmadıqda) iddiaçıya həmin avtomobilin qalıq dəyəri kimi 19.000 manat pul ödəmək. Beləl iklə, apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 qarşı “avtomobiltələbinə dair” iddiası qismən təmin edilməli və VOLVO PUTZMEİSTER (yük) markalı, istehsal ili 1988-ci il olan, **-BG-*** dövlət nömrə nişanlı avtomobil təmir edilərək işlək vəziyyətdə naturada, bu mümkün olmadıqda isə onun qalıq dəyəri (təmirinə çəkiləcək xərclər) əvəzində 19.000 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 Valyuddin oğlu və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməsi qət edilməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş oluduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı VOLVO PUTZMEİSTER yük maşınının naturada və ya onun qalıq dəyəri o lan 28.200 ABŞ dollarının cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: “Həmin avtomobili mən 118.000 ABŞ dollarına almışdım. Lakin müəyyən qədər işlənmiş olduğuna görə cavabdehlərlə həmin avtomobilə 41.000 ABŞ dolları qiyməti qoyaraq razılaşdıq. Cavabdehlər mənə həmin avtomobilin dəyərinin bir hissəsinin əvəzinə, yəni 12.500 manata Kamaz-Mikser markalı avtomobil verdilər. Bundan başqa cavabdehlər mənə 1.300 manat verdilər. Cavabdehlərin mənə verəcək borcları 28.200 ABŞ dolları qaldı. Avtomobilin pulunu tam ödəyə bilmədiklərinə görə mən avtomobili onlara etibarnamə ilə verdim. Söz verdilər ki, avtomobillə işləyib pul qazanıb mənim pulumu verəcəklər. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizəd ə aşağıdakıları qeyd etmişdir: “Mənim, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomobil və sair tələbinə dair iddiada avtomobilin dəyəri olan 28.200 ABŞ dollar məbləği 2015-ci ilədək olan manatın məzənnəsinə uyğun, yəni 19.000 manat şəklində tələb edirəm “. Yuxarıda qeyd olunan iddia ərizəsindən göründüyü kimi iddiaçı iddia ərizəsində birbirindən fərqlənən alternativ 2 tələb irəli sürmüşdür. Birinci tələb avtomobilin mülkiyyətçisi kimi avtomobilin naturada iddiaçıya qaytarılmasıdır. İkinci tələb isə avtomobillərin mübadiləsi, 1300 manatın ödənilməsi ilə əlaqədar, ödənilməmiş 19.000 manat qalıq dəyərin ödənilməsi. İkinci tələb təmin olunduğu halda cavabdehlər iddiaçıya verdikləri Kamaz-Mikser markalı və 1.300 manatın geri qaytarılması hüququna malik olmurlar, yəni bu kimi halda avtomobillərin mübadiləsi rəsmiləşdirilmiş hesab olunur, bu isə Mülki Məcəllənin “Daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaların rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alqı-satqısına tətbiqi” adlanan 650-ci maddəsinin tələblərinə ziddir. İddiaçının ikinci tələbi üzrə iradə ifadəsi iddia ərizəsindən əlavə, işin 192-ci vərəqində olan məhkəmə iclas protokolunda da əks olunmuşdur. Lakin apelyasiya instansiyası məhkəməsi MPM-nin 218.3-cü maddəsinin tələblərinə zidd olaraq bu nəticəyə gəlmişdir ki, cavabdehlər mübahisəli avtomobili təmir etdirib işlək vəziyyətdə naturada iddiaçıya qaytarmalı, bu mümkün olmadıqda isə həmin avtomobilin onlara verildiyi vaxtda olmuş vəziyyətinin bərpasına çəkiləcək xərclərin əvəzində onun qalıq dəyəri kimi tələb edilən 19.000 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməlidirlər. Həmin maddəyə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan əlavə apelyasiyası məhkəməsi tərəflərin faktiki mübadilə etdikləri avtomobillər üzrə “Kamaz-Mikser” markalı avtomobilin hal-hazırda kimin mülkiyyətində olmasını araşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əs aslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verm əlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdehlər Cavabdeh1 Valyuddin oğlunun və Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli, 2(107)-571/2020 saylı qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar