Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4265/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" QSC) iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" QSC) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3559/2021 nömrəli, 28 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsi RX seriyalı, N-1058861 saylı çıxarış əsasında İddiaçı mülkiyyətində olmuş və sonuncu həmin torpaq sahəsini satmaq qərarına gələrək bunun üçün Cavabdeh1 adına 5 il müddətinə qüvvədə olmaqla 21 avqust 2018-ci il tarixli etibarnamə vermi şdir.
2. Cavabdeh1 etibarnaməyə əsasən İddiaçı adından sözügedən torpaq sahəsini 13 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 10.000 manata Cavabdeh2 satmış və sonuncu həmin pulu notariusun depozit hesabına köçürmüşdür.
3. Müqaviləyə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D-da yerləşən 0,1 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və bu barədə onun adına 19 sentyabr 2018-ci il tarixli Çıxarış verilmişdir.
4. Sumqayıt “ASAN Xidmət” notariusu tərəfindən təsdiq edilmiş 15 yanvar 2019-cu il tarixli, 3m-54 saylı ipoteka müqaviləsi əsasında əmlak üzərində "xxxx" QSC-nin xeyrinə 17 yanvar 2019-cu il tarixdə 120 ay müddətinə yüklülüyün qeydiyyatı aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Sumqayıt şəhəri Novxanı bağ massivi 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsinə dair Sumqayıt şəhər 4 saylı DNK-da bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1673 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 50000 (əlli min) manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri Novxa nı bağ massivi 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsini Sumqayıt şəhər 4 saylı DNK-dan Cavabdeh2 ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-1673 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki onun ailəsində maddi problemlər yarandığına görə mülkiyyətində olan “Hyundai Santa-Fe” markalı avtomobili və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsini satmaq qərarına gəlmişdir. Bununla bağlı dəllal kimi işləyən Cavabdeh1 ilə tanış olmuşdur. O, cavabdehə hər iki əmlakını satmaq üçün etibarnamə vermişdir. Cavabdeh1 ona həmin əmlaklara görə onunla borc müqaviləsi bağlayaq bir müqavilə maşına aid hissədə, ikinci müqavilə isə torpağa aid hissədə bağlanmasını da təklif etmişdir. Lakin cavabdeh hər iki əmlakı öz borclarının əvəzinə verərək onu aldatmışdır. Bununla əlaqədar o, Nəsimi rayon Polis İdarəsinə müraciət etmiş pulun bir qismi orada qaytarılmışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 belə işlərlə məşğul olub və hətta Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dəfələrlə məhkum olunmuşdur. O, cavabdehə əmlaklarının geri qaytarılmasını bildirmiş, cavabdeh isə pulunun olmadığını və onun əmlaklarını öz borcları əvəzinə verdiyini bildirmişdir. Cavabdeh1 tanışı Cavabdeh2 ilə 4 saylı dövlət notariat kontorunda 03 sentyabr 2018-ci il tarixli, 4Ə-1673 reyestr nömrəli müqavilə bağlamış, mübahisəli bağ sahəsini Cavabdeh2 satmışdır. Lakin bu bağ sahəsi bu vaxta qədər onun istifadəsindədir, o, bağı heç kimə satmamışdır və Cavabdeh2 adında şəxsi tanımır.
8. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili iddia tələbinə etiraz təqdim edərək borcun qarşılığında 2019-cu ilin mart ayında İddiaçı 40.000 manat dəyərində çilqıraq verdiyini, lakin sonuncunun həmin çilqıraqları sata bilmədiyi üçün 24 iyun 2020-ci ildə ona geri qaytardığını, ümumi olaraq İddiaçı torpaq sahəsinə görə 30.000 manat, “Hyundai Santafe” markalı nəqliyyat vasitəsinə görə 20.000 manat borcunun qaldığını, həmin borcun qarşılığında öz bacısına məxsus Yevlax rayonu, Gülovşə kəndində yerləşən, ümumi sahəsi 328,28 kv.metr olan evə dair müvəqqəti saxlanc kimi İddiaçı qardaşı Natik Kərimovun adına etibarnamə verdiyi, sonuncunu n isə həmin etibarnaməyə əsasən evi digər bacısının adına keçirdiyini və beləliklə də İddiaçı borcunun qalmadığını qeyd etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 izahat verərək torpaq sahəsini qanuni əsaslarla satın aldığını, torpaq sahəsinin alqı-satqısından sonra Cavabdeh1 onun etibarından sui-istifadə edərək ona məxsus “Honda Pilot” markalı nəqliyyat vasitəsini, 40.000 manat dəyərində çılçırağı və ümumilikdə 2019-cu ilin avqust ayında razılaşdıqları yazılı qəbzə əsasən 55.000 ABŞ dollarını mənimsəyərək bu günədək qaytarmadığını, Cavabdeh1 10.000 manat nağd pul və “Honda Pilot” markalı nəqliyyat vasitəsi verməklə torpaq sahəsini vicdanlı əldə etdiyini göstərmişdir.
10. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Sumqayıt şəhər 4 saylı xüsusi notariat kontoru ndan daxil olmuş 13 sentyabr 2018-ci il tarixdə 4Ə-1673 reyestr nömrəsi ilə qeydə alınmış Sumqayıt şəhəri Novxanı bağlar massivi 4999D ünvanda yerləşən 0,1 ha torpaq sahəsinin alqı-satqısına dair AN-İ seriyalı ******* №li 13 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə notariat işinin surətindəki materiallara alınmış torpaq sahəsinə dair Cavabdeh2 tərəfindən İddiaçı hər hansı bir məbləğin ödənilməsinə dair qəbzin surəti əlavə olunmamışdır.
11. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 15 sentyabr 2020-ci tarixli, 2(060)-406/2020 saylı qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia tələbinin təmin edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 etibarnamə əsasında İddiaçı adından çıxış edərək sonuncu ilə X3 ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya məxsus torpaq sahəsini X1 mülkiyyətinə vermiş, lakin Cavabdeh1 müqavilə şərtlərinə əməl etməyərək, alınmış torpağın dəyərini iddiaçıya ödəməmişdir. Cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclaslarına gəlməmişlər və qeyd olunan halları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir.Həmçinin, 13 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə notariat işinin materiallarına torpaq sahəsinə dair Cavabdeh2 tərəfindən İddiaçı hər hansı bir məbləğin ödənilməsinə dair qəbzin surəti əlavə olunmamışdır.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh1 etibarnamə verərkən əsas məqsəd iddiaçıya məxsus olan sözügedən torpaq sahəsinin satıb əldə olunmuş vəsaiti iddiaçıya vermək idi. Lakin Cavabdeh1 verilmiş etibarnamədən iddiaçının xeyrinə deyil, öz şəxsi mənafeyinə uyğun istifadə edərək, torpaq sahəsini özünün şəxsi mülkiyyəti kimi digər Cavabdeh2 satmaqla Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərini pozmuşdur. Sonuncu isə öz növbəsində həmin torpaq sahəsini özəlləşdirərək öz mülkiyyətinə keçirmiş və bir mülkiyyətçi kimi Banka girov qoymuşdur.
14. Bundan əlavə iş materiallarından və cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Cavabdeh2 digər Cavabdeh1 arasında borc münasibətləri olmuş və bu səbəbdən də Cavabdeh1 iddiaçıya məxsus torpağı Cavabdeh2 olan borc əvəzi kimi satmışdır. Buna görə də iddia tələbi əsaslıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60,71-ci maddənin 1,2-ci hissələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 359.3, 421.2, 425, 442, 448.1, 448.2, 567, 598.2, 598.4, 646.1, 646.2-ci maddələri, «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1,5.1,220.5 maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi hərtərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanuns uz qətnamə çıxarılmışdır. Məhkəmə iddianı təmin edərkən iddiaçının Cavabdeh1 əmlakın satılması üçün səlahiyyət verdiyini, bu səlahiyyətin notariat orqanı tərəfindən qeydə alınaraq, qanunla müəyyən edilmiş qaydada etibarnamə verilməsinə, alqı-satqının tam qanuni əsaslarla aparılmasına, hazırkı iddianın təmin ediləcəyi təqdirdə onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulacağına, onun öz vəsaiti ilə bu əmlakı əldə etməsinə və vicdanlı alıcı olmasına düzgün qiymət verməmiş və əsassız nəticəyə gəlmişdir. Cavabdeh1 onun etibarından sui-istifadə edərək ona məxsus “Honda Pilot” markalı avtomobilini, 40 000 manat dəyərindəki çilçıraqlarını, ümumilikdə 2019-cu ilin avqust ayında yazılmış qəbzə uyğun olaraq 55000 ABŞ dolları pulunu mənimsəmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 2 dəfə A R CM-nin 178-ci maddəsilə təqsirli bilinmiş və məsuliyyətə cəlb edilmişdir, lakin hazırda da bu cür əməllərini davam etdirir. Hazırda onun Cavabdeh1 barəsində müvafiq orqanlara etdiyi şikayətlər üzrə araşdırmalar aparılmaqdadır. Mübahisəli torpaq sahəsini o, Cavabdeh1 almışdır və daha əvvəllər nə İddiaçı, nə də onun ərini tanımamışdır. İddiaçı torpaq sahəsinə dair etibarnamə verəndə ona məlum idi ki, bu etibarnamə əsasında Cavabdeh1 həmin sahəni sata bilər, bu barədə notarius da hüquq və vəzifələri izah edir və etibarnaməni təsdiq edir. Əgər etibarnamə qanuna zidd olsaydı, notarius onu təsdiq edə bilməzdi. Qəbul edilmiş qətnamə vicdanlı əldə edən kimi onun mülkiyyət hüquqlarını pozduğundan qətnaməsi ləğv edilməli, torpaq sahəsinə dair onun adına olan reyestrdən çıxarış bərpa edilməli və bu torpaq sahəsinə dair onun mülkiyyət hüququ tanınmalıdır.
18. Apelyasiya baxışı zamanı Cavabdeh2 vəkili bildirmişdir ki, iddiaçı hazırda qaldırdığı tələb üzrə 1 illik iddia müddətini ötürmüşdür. O, bu barədə ən geci 03 sentyabr 2019-cu ildə müraciət etməli idi. Lakin hazırkı iddia 2 il sonra qaldırılmışdır və bu müddət kəsici müddət kateqoriyasından olduğuna görə məhkəmənin özü tərəfindən tətbiq edilməklə iddia bütün hallarda rədd olunmalı idi. Bu hallara da məhkəmə düzgün qiymət verməmişdir və hazırda məhkəmə kollegiyası bunu nəzərə almalıdır.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra apelyasiya instansiya məhkəməsi) 26 fevral 2021-ci il tarixli, 2(105)-492/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və T.Q.Məmmədov) a pellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmuş, Sumqayıt şəhəri 4 saylı notariat kontorunda Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış və 4Ə-1673 reyestr nömrəsi ilə qeydə alınmış AN-İ ******* saylı, 13 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı MPM-nin 53-cü maddəsinə əsaslanaraq iddianın həcmini azaltmış və məhkəmədən yalnız məlum əqdin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iş materiallarında İddiaçı belə bir ərizəsi mövcud deyildir.
21. Bundan başqa qətnamə ilə sözügedən ünvanda yerləşən torpaq sahə sinə dair Sumqayıt şəhər 4 saylı DNK-da Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə1673 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarış ləğv olunmuş, İddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4999D ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsinə dair mülkiyyət hüququ bərpa edilmişdir. Halbuki, İddiaçı nə Cavabdeh2 adına olan reyestrdən çıxarışın ləğv edilməsi, nə də onun mübahisəli torpaq sahəsindəki mülkiyyət hüququnun bərpa olunması barədə tələbi mövcud deyildir.
22. Digər tərəfdən, iş materiallarından görünür ki, etibarsızlığı tələb edilən müqavilə 03 sentyabrda deyil, 13 sentya br 2018-ci ildə bağlanmışdır, məhkəmə isə öz qətnaməsində bu yanlışlığa da əhəmiyyət verməmiş, bununla da tərəflər arasında mövcud olmayan əqdi etibarsız hesab etmişdir ki, bu da yolverilməzdir. Həmçinin, Cavabdeh1 İddiaçı tərəfindən ona verilmiş etibarnamə ilə iddiaçının xeyrinə deyil, özünə sərf edən əqd bağlayaraq bu əqd nəticəsində özü faydalanmışdır ki, bu da təmsilçilik institutuna ziddir və mövcud qanunvericiliklə qadağandır. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi iddiaçının bütün tələblərini ehtiva edən nəticəyə gəlməmiş, İddiaçı mövcud olmayan tələbləri üzrə qeyd edilən prosessual hüquq normasının pozulması nəticəsində düzgün olmayan qətnamə qəbul etmişdir ki, bu da MPM-nin 387-ci maddəsinin tələbinə əsasən onun ləğvi üçün əsas hesab edilir.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli alqı-satqı müqaviləsi üzrə tərəf olaraq faydalanmadığından, ən əsası isə onun bu müqaviləni imzalamağa vəkil etdiyi şəxs əqdlə özü faydalandığından hazırkı halda İddiaçı bu müqaviləni mübahisələndirməyə subyektiv hüququ mövcuddur. İşin tədqiq olunan faktiki hallarından görünür ki, tərəflər arasında mübahisələndirilən müqavilə bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmuşdur. Daha öncə qeyd edildiyi kimi tərəflər (Cavabdeh1 və Cavabdeh2) arasında niyyət əslində, torpaq sahəsinin alqı-satqısı deyil, yaranmış borca görə girov qismində əmlakın saxlanılması, borc qaytarıldığı təqdirdə əmlakın da qaytarılması, borc qaytarılmadıqda isə torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində qalması olmu şdur. Bu halı Cavabdeh2 şikayət ərizələri, habelə həmin şəxslərin izahatları da təsdiq edir (Cavabdeh1 ilə Cavabdeh2 arasında imzalanmış 13 sentyabr2018-ci il tarixli qəbz-iltizam (i.v.106), Cavabdeh2 və Cavabdeh1 polis orqanlarında verdiyi izahatlar (i.v.181, 192), həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2020-ci il tarixli iclasında verdiyi izahat). Bu sənədlərdən görünür ki, tərəflərin niyyəti mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qanuni alqı-satqı müqaviləsini imzalamaq deyil, borcun ödənilməsinin təminatı kimi əmlakın girov qoyulmasından ibarətdir. Başqa sözlə, qeyd edilən əqd başqa əqdi pərdələmək üçün bağlanmış yalan əqddir və etibarsız hesab edilməlidir.
24. Apellyasiya instansiya məhkəməsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığı şərtləri ni tam, hərtəfli və obyektiv araşdıraraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, həmin müqavilənin yalan əqd olmaqla, əslində Cavabdeh1 Cavabdeh2 aldığı pul vəsaitinin qaytarılmasının təminatı kimi bağlanmasını təsbit edərək, belə hesab etmişdir ki, alqı-satqı müqaviləsinin qanunsuz şərtlərlə bağlanılmışdır. Məhkəmə bu qənaətə gələrkən, həmçinin tərəflərin müqavilə bağlanmasından sonrakı hərəkətlərini də nəzərə almışdır. Belə ki, müqavilədən sonra Cavabdeh2 Cavabdeh1 onu aldatması barədə müxtəlif orqanlara, o cümlədən polisə şikayətlər etmiş, polisdə araşdırma aparılarkən İldırımın onu aldatmasını, torpağı ona girov kimi verməsini bildirmişdir. Buna görə də alqı-satqı müqaviləsi yalan əqd kimi qiymətləndirilməlidir və etibarsızdır. Həmin alqı-satqı müqaviləsinin əsas məqsədi borc münasibətləri üzrə borcun qaytarılmasının təminatı olmuşdur.
25. İddia müddətinin ötürülməsi ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, İddiaçı 13 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin mövcudluğunu 29 noyabr 2018-ci il tarixdə bilmiş və 1 il müddətində, yəni 25 oktyabr 2019-cu il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, iş materialları ilə onun əqdi mübahisələndirmək üçün müddəti ötürməsi öz təsdiqini tapmır.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, Cavabdeh2 apelyasiya şikayətinin dəlillərini qanunvericil ikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.
27. Cavabdeh2 vicdanlı əldə edən olmadığından, onunla bağlanmış mübahisələndirilən alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Cavabdeh2 bağladığı əqdə münasibətdə vicdanlı olmamış, verdiyi borcun qaytarılmasının təmin edilməsi məqsədilə başqasına məxsus əmlakı satıcının nümayəndəsi olan borclu Cavabdeh1 dəyərindən də ucuz qiymətə almışdır. İş materiallarından da görünür ki, Cavabdeh2 bu əqdin legitim əsaslarla bağlanmadığını bilmiş, lakin başqa əqdi pərdələmək niyyətilə verdiyi borcun qarşılığında buna razı olmuşdur. Belə olan halda, onun vicdanlı əldə edən olmasından söhbət gedə bilməz.
28. Məhkəmə öz mövqeyini “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktl arının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarına, “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına, Həmçinin “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 340.2, 347.1, 354, 359, 362.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
29. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 24 avqust 2021-ci il tarixli 2(102)-3912/2021 nömrəli qərarı ilə (hakimlər – Ə.Əhmədov (sədrlik edən və məruzəçi), V.Həsənov və İ.Şəfiyev) kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi l əğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
31. Kassasiya instansiyası məhkəməsi işi yeni apelyasiya baxışına qaytararkən qeyd etmişdir ki, Cavabdeh1 torpaq sahəsini Cavabdeh2 35.000 manata deyil, 10.000 manata satması və torpağın satış qiymətini İddiaçı ödəməməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsas ola bilməz və sonuncu Cavabdeh1 qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla torpaq sahəsinin satış qiymətini ondan geri tələb edə bilər.
32. Daha sonra, işdən görünür ki, sözügedən alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 sözügedən alqı-satqı müqaviləsi üzrə notariusun depozit hesabına 10.000 manat pul köçürüb və 13 sentyabr 2018-ci ildə isə Cavabdeh1 notariusun depozit hesabından 9.250 manat pul vəsaitini çıxardıb. Apellyasiya instansiy ası məhkəməsi, torpaq sahəsinə dair İddiaçı nümayəndəsi Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd, yəni Cavabdeh1 Cavabdeh2 olan borcunu pərdələmək məqsədilə bağlandığı qənaətinə gəlsə də, tərəflərin həmin müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları borca aid olan qaydaları tətbiq etməməklə Mülki Məcəllənin 340.2-ci maddəsinin təfsirində də səhvə yol verib.
33. Sözügedən torpaq sahəsinin ipoteka müqaviləsi üzrə "xxxx" QSC xeyrinə ipoteka hüququ ilə yüklü edilməsini nəzərə almayıb və həmin müqavilə üzrə kredit borcunun ödənilibödənilməməsini, ipotekaya xitam verilib-verilməməsini aydınlaşdırmadan, yalnız İddiaçı irəli sürdüyü arqumentlərlə kifayətlənərək, mübahisələndirilən hissədə iddianı qismən əsaslı hesab edib.
34. Həmçinin kassasiya instansiya mə hkəməsi qeyd etmişdir ki, İddiaçı 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 07 sentyabr 2019-cu il tarixədək qaytarmaq şərti ilə Cavabdeh1 50.000, 21 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 50.000 manat borc pul verib. Eyni zamanda, 15 yanvar 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən torpaq sahəsi 120 ay müddətinə "xxxx" QSC xeyrinə ipoteka qoyulub.
35. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan sübutlara Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, İddiaçı izahatını, habelə Cavabdeh1 iddiaya etirazının əsası kimi istinad etdiyi hallarla bağlı irəli sürdüyü arqumentləri kifayət qədər araşdırmadan, yalnız sonuncu ilə Cavabdeh2 arasında olan borc hüquq münasibətlərinə istinad etməklə, mübahisələndiri lən müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması nəticəsinə gəlib. Halbuki, İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi Cavabdeh1 sözügedən torpaq sahəsini məhz əvəzi ödənilməklə Cavabdeh2 satması mülki iş materialları, o cümlədən notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi ilə də istisna olunmur. Eyni zamanda, İddiaçı da ilk gündən niyyəti nümayəndəsi Cavabdeh1 vasitəsilə torpaq sahəsini satmaqdan ibarət olub. Apellyasiya instansiyası məhkəməsi bu hallara da diqqət yetirməyib.
36. Apellyasiya instansiyası məhkəməsi, İddiaçı sözügedən müqavilə barədə 29 noyabr 2018-ci il tarixdə xəbər tutduğunu və hüququnun pozulduğunu həmin tarixdən bildiyini və beləliklə də Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan 1 illik kəsici müddətin ötürülmədiyini qeyd et sə də gəldiyi nəticəni kifayət qədər əsaslandırmayıb və İddiaçı etibarnaməyə əsasən bütün səlahiyyətlərini 21 avqust 2018-ci il tarixdən Cavabdeh1 etibar etməsini nəzərə almayıb.
37. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 340.2, 354, 359, 362.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
38. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-3559/2021 nömrəli iş üzrə 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.Cavabdeh2) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi, iddiaçının iddia təl əbinin təmin edilməməsi qət edilmişdir.
39. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 İddiaçı aldığı borcun qarşılığında öz bacısına məxsus Yevlax rayonu, Gülovşə kəndində yerləşən, ümumi sahəsi 328,28 kv.metr olan fərdi yaşayış evinə dair İddiaçı qardaşı Natik Kərimovun adına etibarnamə verib, sonuncu isə Cavabdeh1 izahatına görə həmin etibarnaməyə əsasən evi digər bacısının adına keçirib.
40. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərib ki, Cavabdeh1 ona məxsus olan torpaq sahəsini və nəqliyyat vasitəsini borclarının əvəzinə verərək onu aldatdığı üçün onun hərəkətləri barədə polisə şikayət verib və orada Cavabdeh1 pulun bir hissəsini ona geri qaytarıb.
41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi s übutlara Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, İddiaçı izahatını, habelə Cavabdeh1 iddiaya etirazının əsası kimi istinad etdiyi hallarla bağlı irəli sürdüyü arqumentləri kifayət qədər araşdırmadan, yalnız sonuncu ilə Cavabdeh2 arasında olan borc hüquq münasibətlərinə istinad etməklə, mübahisələndirilən müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması nəticəsinə gəlib. Halbuki, İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi Cavabdeh1 sözügedən torpaq sahəsini məhz əvəzi ödənilməklə Cavabdeh2 satması mülki iş materialları, o cümlədən notarial qaydada bağlanmış alqısatqı müqaviləsi ilə də istisna olunmur.
42. Eyni zamanda, İddiaçı da ilk gündən niyyəti nümayəndəsi Cavabdeh1 vasitəsilə torpaq sahəsini satmaqdan ibarət olmuş və birinci instansiyası məhkəməsi bu hallara da diqqət yetirməmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi qənaətini Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1,337.2, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 339.4, 340.2, 354, 359, 362.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2021-ci il tarixli 2(103)-3559/2021 saylı qətnaməsini ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi Cavabdeh2 apelyasiya şikayətinin məhkəmənin mübahisəli torpaq sahəsini öz vəsai ti ilə əldə etməsinə və vicdanı alıcı olmasına düzgün qiymət verməməsinə dair dəlillərinə onun birinci instansiya məhkəməsində iddia ilə bağlı verdiyi izahatın məzmunun baxımından düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin iclas protokolundan müvafiq qeydlər verməmişdir. Onun isə həmin məhkəmə zamanı verdiyi, iclas protokolunda əksini tapmış izahatında açıq-aşkar göstərmişdir ki, İldırım mübahisəli torpaq sahəsini ona girov kimi təqdim etmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsini satın almaq deyil, İldırımın ona olan borclarının təminatı kimi verdiyi izahatlarına işin digər sübutları yanaşı düzgün hüquqi qiymət verməmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi sö zügedən torpaq sahəsinə dair Sumqayıt şəhər 4 saylı DNK-da bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə1673 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli olmasına kifayət qədər hüquqi əsas olmasına baxmayaraq demək olar ki, heç bir araşdırma aparmayaraq, Cavabdeh1 müqavilənin şərtlərinə əməl etməyib və satdığı torpaq sahəsinin dəyərini İddiaçı ödəməyərək, onun adına verilmiş etibarnamədən İddiaçı xeyrinə deyil, öz şəxsi mənafeyi üçün istifadə edərək torpaq sahəsini borclu olduğu Cavabdeh2 torpağın bazar dəyərindən qat-qat ucuz qiymətə satmasına,Cavabdeh2 isə torpaq sahəsini öz mülkiyyətinə keçirərək "xxxx" QSC xeyrinə ipoteka qoymasına, bir sözlə, təmsilçi Cavabdeh1 təmsil edilən İddiaçı adından şəxsən özü barəsində müqavilə bağlamasına düzgün hüquqi qiymət verməmişdir.
47. Hazırkı işdə isə İddiaçı etibarsız hesab edilməsini tələb etdiyi alqı-satqı müqaviləsinin lazımi subyektlərin iştirakı, müqavilənin onların iradəsi ilə bağlanması, həmin müqavilənin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması mülki iş materialları ilə tam istisna olunmasına apellyasiya instansiyası məhkəməsi düzgün qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı ilk vaxtdan torpaq sahəsini satmaq niyyətində olmasını, sonuncunun Cavabdeh1 adına etibarnaməni məhz bu məqsədlə verməsini göstərsə də, nəzərə almamışdır ki, Cavabdeh1 adına verilmiş etibarnamədə nəzərə tutulan səlahiyyətindən kənara çıxaraq torpağın əvvəlcədən razılaşdırdıqları dəyərini İddiaçı ödəməmiş, əksinə yuxarıda qeyd edildiyi kimi, etibarnamədən sui-istifadə edərək onu öz məqsədləri üçün istifadə e tməklə iddiaçının mülkiyyət hüquqlarını pozmaqla ona ziyan vurmuş, hüquqdan sui-istifadə etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qətnaməni ləğv edərkən birinci instansiya məhkəməsinin tərəflər arasında bağlanmış çoxsaylı kredit müqavilələrinin mahiyyətinə varmadan, İddiaçı ilə Cavabdeh1 arasında sonradan əldə edilmiş razılaşmalar üzrə heç bir araşdırma aparmamasını nöqsan kimi göstərsə də, özü tərəfindən də bu istiqamətdə hər hansı araşdırma aparması işdən görünmür.
48. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, sözügedən torpaq sahəsinin 15 yanvar 2019-cu il tarixli ipoteka müqaviləsi üzrə “AccessBank" QSC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilməsi etibarsız əqd əsasında əldə edilmiş Çıxarış əsasında olmuşdur və bu halda bu yüklülük hazırki mübahisənin predm eti olmamaqla bu halı nəzərə almaq və ona hüquqi qiymət verilməsinə zərurət olmamışdır. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş Çıxarışın və təbii ki, sözügedən ipoteka müqaviləsinin də etibarsızlığına gətirib çıxaracaqdır. Həmçinin, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 vicdanlı alıcı statusuna malik olmamasına da düzgün hüquqi qiymət verməmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan tərəflərin imzaladığı xx.xx.2018-ci il tarixli “qəbz iltizam”ın məzmununu qətnamədə sadalasa da, həmin qəbzin məzmununa tərəflərin tələb və etirazlarının əsası kimi isna d etdiyi hallar baxımından ümumiyyətlə qiymət verməmişdir. Belə ki, həmin qəbzin məzmunundan görünür ki. tərəflər borc münasibətlərindədir və Novxanı bağlarında 13.3 sot torpaq sahəsi Cavabdeh2 adına sənədləşdirilir, borc məbləği qaytarıldıqdan sonra həmin torpaq geri qaytarılır, bu razılaşma Cavabdeh1 tərəfindən pozulduğu təqdirdə torpaq Məhəmmədə qalır. Göründüyü kimi, bu qəbzin mövcudluğu mübahisələndirilən əqdin uydurma, yalan və görünüş üçün bağlanmış etibarsız əqd olmaqla Cavabdeh2 vicdanlı əldə edən olmamasının tam təsdiqidir.
50. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasındakı mübahisələndirilən əqdi təsdiq edən Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontorunun notariusunun da hərəkətlərində «Notariat haqqında" Qanunun tələblərinin də p ozulmasına diqqət yetirməmişdir. Belə ki, notarius əqdi təsdiq edərkən satış predmeti olan torpağın ərazi üzrə dəyərinin qat-qat aşağı olmasından şübhələnməli idi. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu torpaqla bağlı vergi ödənişinin də az ödənilməsinə diqqət yetirməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
52. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
53. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
54. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (iki tərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
55. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
56. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
57. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
58. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr isti sna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
59. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
60. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son də rəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
61. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
62. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin
63. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
64. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
65. Maddə
354. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
66. Maddə 359.1. Əqd təmsilçi v asitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
67. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
68. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təm silçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin bütünlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.
79. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
80. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İd diaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3559/2021 nömrəli, 28 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir