Məhkəmə qərarları › İş №2(102)-4266/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4266/2022

03.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4266/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı xxxxnın cavabdehlər Cavabdeh, Zamin1, Zamin3, Zamin2, Zamin5, Zamin4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, ekspert rəyləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh, Zamin1, Zamin3, Zamin2, Zamin5, Zamin4 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 2(105)-97/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı1n kassasiya şikayətinə 3 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 (bundan sonra – iddiaçı və ya bank) ilə cavabdehlər Cavabdeh, Zamin1, Zamin3, Zamin2, Zamin5, Zamin4 arasında xx.xx.2015-ci il tarixdə **********70015 saylı kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh Şıxmurad oğluna 48 ay müddətinə, illik 18 faizlə 29500 ABŞ dolları məbləğində kredit ayrılıb.

2. İddiaçı ilə cavabdehlər arasında xx.xx.2015-ci il tarixdə notarial qaydada təsdiq olunmuş İpoteka müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən Cavabdeh, Zamin1 və Zamin3, Zamin2 məxsus Quba rayonu, Qəçrəş kəndində yer ləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulub. Tərəflər ipoteka müqaviləsində ipoteka predmetinin bazar dəyərini 50 min manat, likvid dəyəri 45 min manat razılaşdırıblar.

3. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 01 saylı Əlavə Saziş imzalanıb. Əlavə sazişə əsasən, faiz dərəcəsi 12 faizə endirilib, kredit müqaviləsinin müddəti 72 ay müddətinə, yəni 10 aprel 2021-ci il tarixinə kimi uzadılıb. Saziş imzalanan vaxta borc alanın bank qarşısında 25446,97 ABŞ dolları əsas borcunun olması müəyyən edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi (sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə) ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli **********70015/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehlər Zamin1, Cavabdeh, Zamin3 və Zamin2 birgə mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu, Qəçreş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 5 otaqlı, 212 kv.m ümumi, 87,7 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2015- ci il tarixli **********70015 №-li Kredit müqaviləsi üzrə borcalan Cavabdeh İddiaçı1 qarşısında 22 763,40 (iyirmi iki min yeddi yüz altmış üç ABŞ dolları 40 sent) ABŞ dolları məbləğində əsas, 10001,30 (on min bir ABŞ dolları 30 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləğinin, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 3672,69 (üç min altı yüz yetmiş iki ABŞ dolları 69 sent) ABŞ dolları məbləğində penya, cəmi 36 437,40 (otuz altı min dörd yüz otuz yeddi ABŞ dolları 40 sent) ABŞ dolları pulun və xx.xx.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında, təsd iq edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 saylı Əlavəsi olan Annuitet Ödəniş cədvəlinə (xx.xx.2016-cı il tarixli yeni redaksiyada) əsasən cavabdeh bərabər məbləğdə müvafiq ödənişləri apararaq hər ay kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəs ini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin mühüm hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2017-ci il tarixinə Borc alanın Bank qarşısında gecikdirilmiş ümumi borcu 4105,03 (dörd min bir yüz beş ABŞ dolları 03 sent ) ABŞ dolları təşkil edir ki, bunun da 2928,35 (iki min doqquz yüz iyirmi səkkiz ABŞ dolları 35 sent) ABŞ dollarını vaxtı keçmiş əsas borc, 1176,68 (bir min bir yüz yetmiş altı ABŞ dolları 68 sent) ABŞ dollarını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil edir.

6. Bundan əlavə, Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı, illik 15 faiz dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, xx.xx. 2017-ci il tarixinə bu məbləğ 127,87 (bir yüz iyirmi yeddi ABŞ dolları 87 sent) ABŞ dolları təşkil edir.

7. Kredit müqaviləsi üzrə borc alan üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğu üçün iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən əsas borc məbləğinin qaytarılması və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək və öz tələblərini “İpoteka haqqında” Qanunun 33-cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin elmək hüququ yaranmışdır.

8. Beləliklə, vaxtı keçmiş əsas borc məbləği nəzərə alınmaqla Bankın vaxtından əvvəl geri qaytarılmasını tələb etdiyi əsas borcun məbləği 22763,40 (iyirmi iki min yeddi yüz altmış üç ABŞ dolları 40 sent) ABŞ dolları, yuxarıda göstərilən adi faizlər və penya ilə birlikdə Bankın xx.xx.2017-ci il tarixinə tələblərinin ümumi məbləği isə 24067.95 (iyirmi dörd min altmış yeddi ABŞ dolları 95 sent) ABŞ dolları təşkil edir.

9. İddiaçı tərəfindən cavabdehlərə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2016-cı il tarixli müvafiq olaraq 610, 609, 611, 612 №-li Bildirişlər təqdim edilmiş, həmin bildirişlər xx.xx.2016-cı il tarixli 620 nömrəli Ərizə ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində ********** nömrə ilə qeydə alınmışdır.

10. İddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır.

11. İddiaç ı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 443.2-ci, “İpoteka haqqında” Qanunun 4, 33, 34, 39, 59.3, 59-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına istinad etmişdir.

12. İddiaçının sifarişi ilə verilmiş “X2” Şirkətinin 180087 nömrəli, xx.xx.2018-ci il tarixli hesabat rəyinə əsasən ipoteka predmeti olan evin bazar dəyəri 60.000 manat, likvid dəyəri 55.000 manatdır.

13. Birinci instansiya məhkəməsinin qiymətləndirmə barədə 19 sentyabr 2017-ci il tarixli qərardadı əsasında verilmiş "xxxx" MMC-nin 07 saylı, xx.xx.2018-ci il tarixli hesabat rəyinə əsasən Quba rayonu Qəçrəş kəndində yerləşən 0.10 ha torpa q sahəsinin bazar dəyəri 25000 manat və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 65000 manat olmaqla, ipoteka predmetinin ümumi bazar dəyəri 90000 manatdır.

14. Birinci instansiya məhkəməsinin təkrar qiymətləndirmə barədə 30 mart 2018-ci il tarixli qərardadı əsasında "xxxx" MMC-nin hesabatına əsasən Quba rayonu Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsinin bazar dəyəri 35000 manat və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 65000 manat olmaqla, ipoteka predmetinin ümumi bazar dəyəri 100000 manatdır.

15. Birinci instansiya məhkəməsinin qiymətləndirmə barə də 04 noyabr 2019-cu il tarixli qərardadı əsasında "xxxx" MMC-nin 01/073 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 140000 manatdır.

16. İddiaçının sifarişi ilə verilmiş "xxxx" MMC-nin 13/355 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 56.000 manat, likvid dəyəri 48.000 manatdır.

17. İddiaçının sifarişi ilə verilmiş "xxxx" MMC-nin LP-041/20 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 65.000 manat, likvid dəyəri 60.000 manatdır.

18. Birinci instansiya məhkəməsinin qiymətləndirmə barədə 18 mart 2020-ci il tarixli qərardadı əsasında "xxxx" MMC-nin 37 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin likvid dəyəri 90000 manatdır.

19. Quba Rayon Məhkəməsinin 2(027 )-52/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 22.763,40 ABŞ dolları, faiz borcu üzrə 10,001,30 ABŞ dolları, dəbbə puluna görə 20 ABŞ dolları olmaqla, cəmi 32.784,70 ABŞ dolları məbləğində pulun tutularaq ödənilməsi, borc ödənilmədikdə tutmanın Cavabdeh, Zamin1 və Zamin3, Zamin2 məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetlərinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsait hesabına əsas borcun, faiz borcunun, dəbbə pulunun ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyanlara verilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən İddiaçı1 xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Zamin1, Zamin3, Cavabdeh, Zamin2 və Zamin5 fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Rahim Həsənov)

20. Birinci instansiya məhkəməsi işdəki s übutlara əsasən müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli **********70015 saylı kredit müqaviləsi bağlanmış, müqüaviləyə əsasən cavabdehə 48 ay müddətinə, illik 18 faizlə 29.500 ABŞ dolları kredit ayrılmış, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün Cavabdeh, Zamin1 və Zamin3, Zamin2 məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində iddiaçıya əsas borc üzrə 22,763.40 ABŞ dollar manat, faiz borc üzrə 10,001,30 ABŞ dollar borclu qalması sübuta yeti rilir.

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır.

22. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına və öhdəliklərin icrası ilə bağlı maddi hüquq normalarına istinad edərək, əsas və faiz borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməli olması nəticəsinə gəlmişdir.

23. Birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçının cavabdehdən tələb etdiyi 3.672,69 ABŞ dolları məbləğində dəbbə pulu əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Buna görə də, d əbbə pulunun 20 ABŞ dolları məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir.

24. Birinci instansiya məhkəməsi xx.xx.2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan penyanın tutulması barədə iddia tələbi üzrə hesab edib ki, iddiaçı bu tələblə bağlı hər-hansı bir sübut təqdim etmədiyi üçün iddia həmin hissədə təmin edilməməlidir

25. Birinci instansiya məhkəməsi "xxxx" MMC-nin Ç-564 saylı, xx.xx.2019-cu il tarixli qiymətləndirilmə rəyini daha ağlabatan hesab edərək, ipoteka predmetinin ilkin satış qiymətini 100000 manat dəyərində müəyyən etmişdir.

26. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh, Zamin1, Zamin3 və Zamin2 mülkiyyətində olan əmlak ipotekaya qoyulmaqla, kredit müqaviləsi üzrə öhdəliyin icrasına təminat rolunu oynamışdır. Lakin Zamin4 cavabdeh qismində mülki işə cəlb edilsə də, cavabdeh Zamin4 arasında zaminlik müqaviləsi və ya ipoteka müqaviləsi aşkar edilmədiyindən cavabdeh Zamin4 aid hissədə iddia təmin edilməməlidir.

27. Birinci instansiya məhkəməsi həmçinin hesab edib ki, iddiaçı mənzil satıldıqdan sonra cavabdehlərin ailə üzvləri və digər şəxslərin mənzildən çıxarılmasını tələb etsə də, həmin ailə üzvlərinin və digər şəxslərin kimlər olması barədə məhkəməyə sübut təqdim etmədiyindən iddia həmin hissədə də təmin edilə bilməz.

28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 279, 295, 317.1, 319.1, 421.2, 442, 443.1, 445.1, 445.2, 448.1, 449.1, 449.4, 467, 739.1, 739.2-cü, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 34.1, 36.1, 39.3.3, 41.1, 41.2, 59.3, 59.4, Mülki Prosessual Məcəllənin 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən iddiaçının təqdim etdiyi tutarlı sübutları və rəyləri nəzərə almamış, qətnamə qəbul edərkən yalnız öz formal mülahizələrinə əsaslanaraq ipoteka predmetinin ilkin satış qiymətini 100000 (yüz min) manat məbləğində müəyyən etmiş dir. Həmçinin ipoteka predmetinin likvdi dəyəri müəyyən edilməmişdir; - birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi qiymətləndirici təşkilat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmiş və sonuncu tərəfindən Əmlak 90000 (doxsan min) manat məbləğində qiymətləndirilmişdir. Əmlakın ipoteka qoyulması barədə ipoteka müqaviləsində isə həmin əmlakın likvid dəyərini tərəflər “Roveks Konmark” Konsaltinq qiymətləndirmə şirkətinin 150567 XB saylı rəyi əsasında 45000 (qırx beş min) manat məbləğində müəyyənləşdirmişlər. Bundan başqa, məhkəmə prosesinin gedişatı zamanı Bank tərəfindən müxtəlif müstəqil qiymətləndirici təşkilatlara müraciət edilmiş və həmin təşkilatlardan Əmlakın qiymətləndirilməsi ilə bağlı əldə edilən rəylər məhkəməyə təqdim edilmişdir. “Roveks Konmark” Konsaltinq şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli 180087 YKB saylı, "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli MB 13/555 saylı və "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli LP- 041/20 saylı rəylərə əsasən ippteka predmetinin bazar dəyəri müvafiq olaraq 60000 manat, 65 000 manat və 56 000 manat məbləğində, likvid dəyəri isə 55000 manat, 60000 manat, 48000 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən müəyyən edilən ilkin satış qiyməti ilə qeyd edilən rəylərdə müəyyən edilən qiymətlər arasında kəskin fərq mövcuddur; - bundan başqa, birinci instansiya məhkəməsi 3 672,69 ABŞ dolları məbləğində penyanı “tənasübsüz dərəcədə yüksək” hesab etməklə 20 (iyirmi) ABŞ dolları məbləğin də müəyyən etmişdir. Halbuki, borc alan Cavabdehlə imzalanmış Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən Borclu əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda Kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 33 faiz dərəcəsi ilə (burada illik 33% faiz dərəcəsinin 18%-ni adi faizlər, 15%-ni isə dəbbə pulu təşkil edir) hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin yuxarıda Bank tərəfindən penya Kredit müqaviləsində nəzərdə tutulduğu illik 33 faizlə deyil, illik 15 faizlə hesablanmışdır ki, bu da hesablanmış penyanın məhkəmənin qeyd etdiyi kimi «tənasübsüz dərəcədə yüksək» deyil, əksinə, Kredit müqaviləsində razılaşdırılmış dərəcədən 2, 3 dəfə az faiz dərəcəsi ilə hesablandığını sübut edir. - birinci instansiya məhkəməsinin iddiaçının “fərdi yaşa yış evi satıldıqdan sonra orda yaşayan cavabdehlərin, onların ailə üzvlərinin və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda məcburi qaydada çıxarılmasına” dair tələbini Zamin4 aid hissədə təmin edilməli olmadığı barədə gəldiyi nəticə də düz deyil. Çünki Zamin4 ipoteka predmeti olan evdə yaşaması barədə iş materiallarında sübut vardır. - həmçinin birinci instanbsiya məhkəməsi xx.xx.22020-ci il tarixdən başlayaraq tələbin faktiki təmin edildiyi tarixə qədər əsas borc məbləğinə illik 18 faiz əldən çıxmış faydanın əvəzinin illik 15 faiz penyanını tutulması barədə iddia tələbini təmçin etməməklə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarını nəzərə almamışdır.

31. Cavabdeh Zamin3 da ap ellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini xahiş etmişdir.

32. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: - 21.12.2015-ci il tarixli devalivasiyaya qədər ödənişləri tam ödəmişlər. Lakin sonradan işləri dayanmış, ödəniş etməkdə çətinlik çəkmişlər. Dəfələrlə bankdan faiz hissəsində onlara köməklik göstərilməsini xahiş etsələr də, bank faiz və cərimə borcunun hesablanmasında maraqlı olduğundan köməklik etməmişdir. Bank onlardan şişirdilmiş məbləğdə borc tələb etmişdir. Məhkəmə araşdırma aparmadan bankın tələb etdiyi məbləği tutmuş, cavabdehləri maddi cəhətdən çıxılmaz vəziyyətə salmışdı; - bundan başqa ipoteka predmetinin qiyməti ağlasığmaz dərəcədə aşağı hesablanmışdır. Əmlaka müəyyən edilmiş məbləğlə razı deyildir; - həmçinin məhkəmə əmlakın satışı və özgəninkiləşdirilməsi ba ş tutumadan mülkiyyətçilərin oradan 1 ay ərzində çıxarılmasını təmin etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə də deyildir.

33. Apellyasiya instansiyası məhkəməsi borcun məbləği və ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi məqsədilə iş üzrə mühasibatlıq və qiymətləndirmə ekspertizası təyin etmişdir.

34. Məhkəmə Ekspertizası Mərkəzinin 9/4557 saylı, 23 iyul 2021-ci il tarixli rəyinə əsasən Cavabdeh 22767,47 ABŞ dolları əsas, 9720,80 ABŞ dolları faiz borcu vardır.

35. DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin 004-09/22 saylı, 11 yanvar 2022-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 96 min manatdır.

36. İddiaçının sifarişi ilə verilmiş "xxxx" MMC-nin 15/0246 nömrəli, xx.xx.2022-ci il tarixli rəyinə əsasən ipoteka predmeti olan evin bazar dəyəri 78.000 manat, lik vid dəyəri 71.000 manatdır.

37. İddiaçının sifarişi ilə verilmiş “X2” Şirkətinin 220110XB nömrəli, xx.xx.2012-ci il tarixli rəyinə əsasən ipoteka predmeti olan evin bazar dəyəri 75.000 manat, likvid dəyəri 68.000 manatdır.

38. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-97/22 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir, birinci instansiya məhkəməsinin 2(027)-52/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən, cavabdeh Zamin4 ipoteka predmeti olan evdən çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, cavabdeh X1 ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh, Zamin1, Zamin3, Zamin2 mülkiyyətində olan olan Quba rayonu, Qəçreş kəndində yerləşən evdən çıxarılsın. İpoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi hissəsində və cavabdehdən faiz borcuna görə 10.001,30 ABŞ dollarının tutulmasına dair hissədə dəyişdirilməsi, ipoteka predmetinin likvid dəyəri 90.000 (doxsan min) manat müəyyən edilməsi və Cavabdeh Şıxmurad oğlundan faiz borcuna görə tutulacaq 9.720,80 ABŞ dolları, cəmi borc 32.507,20 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev, Gülnarə Tağızadə)

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Zamin4 ipoteka qoyulmuş evdən çıxarılması hissəsində iddianı təmin etməməkdə haqlı olmamışdır. Belə ki, cavabdeh Zamin4 ipoteka predmeti olan evdə yaşaması faktı iddia ərizəsinə əlavə olunmuş Quba Rayon İHB-nnın Qəçrəş İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 67 saylı arayış (forma №2) və AR DİN-in BPQMİ-nin MAPS arayışı ilə təsdiq edilir. Buna görə də məhkəmə iddia tələbi ipoteka predmeti satıldıqdan sonra Zamin4 evdən çıxarılması hissəsində də təmin edilməlidir.

40. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dəbbə pulu ilə bağlı şikayəti üzrə qeyd edib ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Bu baxımdan, borcun məbləğinə mütənasiblik prinsipi rəhbər tutulmaqla, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi ilə birinci instansiya məhkəməsinin cərimə borcunu 20 ABŞ dolları müəyyən etməsi düzgün olmuşdur.

41. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin bazar qiyməti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı Qərardadına istinad edərək qeyd edib ki, “İpoteka haqqında” Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

42. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, məhkəmənin qətnaməsi həmin hissədə dəyişdirilməli, likvid qiymət müəyyən edilməlidir.

43. İpoteka predmetinin qiymətinə gəldikdə, apellyasiya məhkəməsi göstərib ki, ipoteka predmetinə dair iş üzrə bir neçə rəy alınmışdır. Bu rəylərdən “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin xx.xx.2020-ci il tarixli hesabatı əmlakın likvid dəyərinin müəyyən edilməsi baxımından daha məqsədəmüvafiqdir. Həmin hesabata əsasən ipoteka prdmetinin likvid qiyməti 90.000 (doxsan min) manat olduğu üçün, b u qiymət ilkin satış qiyməti kimi müəyyən edilməlidir.

44. Cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad edərək, belə qənaətə gəlib ki, faiz borcunun məbləği 9.720,80 ABŞ dolları olmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alındığını qətnamədə qeyd etsə də, yekunda Bankın 3 672,69 ABŞ dolları məbləğində penya tələbini 20 (iyirmi) ABŞ dolları manatadək a zaltmaqla bunun əksini göstərmişdir. Buradan göründüyü kimi, həm birinci, həm apellyasiya instansiyası məhkəmələri cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun deyil, ancaq cavabdehin mənafelərini nəzərə almışlar. Bu hal isə Mülki Məcəlllənin 467-ci maddəsinin tənasübün müəyyənləşdirilməsinə dair müddəalarının pozulmasını bir daha təsdiq edir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli hesabatına əsasən 90 000 (doxsan min) manat məbləğində müəyyən etmişdir. Lakin məhkəmə iş üzrə müəyyən edilmiş bir neçə ekspert rəyləri arasından nəyə görə məhz həmin rəyi rəhbər tutduğunu əsaslandırmamışdır. Halbuki, iddiaçı tərəfindən verilmiş təkrar əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətə əla və edilmiş müstəqil qiymətləndirmə şirkətləri olan “Roveks Konmark” Konsaltinq və "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 220110 XB saylı və MB-15/0246 saylı rəylərə əsasən həmin əmlakın müvafiq olaraq bazar (75 000 və 78 800 manat) və likvid dəyəri (68 000 və 71 000 manat) müəyyənləşdirilmişdir. Qeyd edilən uyğunsuzluqlarla bağlı iddiaçı tərəfindən təqdim edilmiş ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar təkrar ekspertiza barədə vəsatət apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun Maddə1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtər əfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

49. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin qiyməti və dəbbənin məbləği hissəsində mübahisələndirilmişdir. Bu baxımdan, hazırki kassasiya baxışının predmetini də həmin hissələr təşkil edir.

50. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Baxılan iş üzrə apellasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisələndirilən hissələrdə qanuni nəticəyə gəlmişdir.

53. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin hərracda ilkin satış qiymətini "xxxx" MMC-nin 02 avqust 2019-cu il tarixli rəyinə əsasən bazar qiymətilə 100 min manat müəyyən etmişdir. İddiaçı həmin qiymətin yüksək, cavabdeh isə aşağı olmasına dair apellyasiya şikayəti vermişlər.

54. İşdən görünür ki, apellyasiya məhkəməsi hər iki tərəfin bu dəlilinə qiymət verərək, işdəki çoxsaylı rəylərdən (iddiaçının sifarişi və məhkəmə qərardadı əsasında verilən) “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin xx.xx.2020-ci il tarixli hesabatını əmlakın likvid dəyərinin müəyyən edilməsi baxımından daha məqsədəmüvafiq hesab edərək, həmin hesabatı əsas götürməklə ipoteka prdemetinin ilkin satıç qiymətini li kvid dəyəri ilə 90000 manat müəyyən etmişdir.

55. Nəzərə alınsa ki, “İpoteka haqqında” Qanunun hazırki işə tətbiq edilən 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir, belə olan halda həmin maddəyə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

56. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin qiymətinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən qiymətinin daha az olması barədə iddiaçının dəlilləri iddiaçının özünün sifarişi əsasında verilmiş qiymətləndirmə rəylərinə əsaslanır.

57. İpoteka müqaviləsində əmlakın dəyərinin 45000 manat müəyyən edilməsi ilə bağlı qeyd edilməlidir ki, ipoteka pr edmetinin qiymətinin müqavilədə müəyyən edilməsi “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələbləri baxımından həmin qiymətin yenidən müəyyən edilməsini istisna etmir.

58. Məhkəmə kollegiyası həmçinin dəbbə pulu ilə bağlı da apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi dəbbə pulu ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirib ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır.

59. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti t əmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1n kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-97/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar