Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-427/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Birinci iş üzrə iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı iddiası ilə bağlı və birləşdirilmiş ikinci iş üzrə iddia üzrə İddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki işlərə dair QƏRARİ İş № 2(102)-427/2023 (Açar sözlər: kredit borcunun ödənilməsi, öhdəlik münasibətləri, tələbin ipoteka predmetinə yönəldilməsi, zaminlik və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi kassasiya instansiyası məhkəməsinin göstərişləri) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi), Nurməmm ədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, birinci iş üzrə iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası və birləşdirilmiş ikinci iş üzrə İddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “zaminlik və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki işə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1768/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh (ikinci iş üzrə iddiaçı) İddiaçı (vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 37L000001904 nömrəli kredit xətti müqaviləsinə əsasən Bank borcalana 120 ay müddətinə ödəmək şərtilə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açmağı, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı öz öhdəsinə götürmüşdür.
2. Bankla İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 37M000000097 nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli, 37L000001904 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən İddiaçı m ülkiyyətində olan Şirvan şəhəri, X1 küçəsi, 11 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0,00855 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, xüsusi mülkiyyətdə olan tikintialtı sahəsi 85,5 kv.m., ümumi sahəsi 74 kv.m., olan bir mərtəbəli, təyinatı ticarət olan qeyri-yaşayış binasını Bank qarşısında ipoteka ilə yüklü etmiş, yüklülük dövlət qeydiyyatına alınmış, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyəri 69.018,40 manat məbləğində müəyyən edilmişdir.
3. Bankla İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 37S000002896 nömrəli zaminlik müqaviləsinə əsasən İddiaçı bank qarşısında Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 37L000001904 nömrəli kredit xətti müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhd əsinə götürmüşdür.
4. Bankla Cavabdeh3 Ağairza oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 37S000002895 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 Ağairza oğlu bank qarşısında Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 37L000001904 nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
5. Bankla borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 37R000002112 nömrəli kredit razılaşmasına əsasən Bank borcalana 36 ay müddətinə illik 1,6667% ödəmək şərtilə 88.000 ABŞ dolları məbləğində kredit vermiş, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. 6. xx.xx.2014-cü il tarixli kassa məxaric orderinə əsasən Bank tərəfindən borcalan Ca vabdeh2 88.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir.
7. Bankla borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 37R000002112SA nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən xx.xx.2014-cü il tarixdə bağlanmış kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli yeni ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır.
8. Bank tərəfindən müqavilələr üzrə tərəflərə xx.xx.2015-ci il tarixdə borc məbləğinin ödənilməsi barədə xəbərdarlıq məktubları göndərilmişdir.
9. Birinci iş üzrə Cavabdeh2 03 iyun 2020-ci il tarixdə vəfat etmiş, X3 onun prosessual hüquq varisi kimi işə cəlb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat (birinci iş üzrə)
10. İddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia həcminin artırılması və azaldılması barədə ərizələrlə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, sonda cavabdehlərdən müştərək qaydada iddiaçı Bankın xeyrinə 37R000002112 nömrəli kredit razılaşması üzrə 57.996,13 ABŞ dolları kredit borcu, 46.047,66 ABŞ dolları faiz borcu və 108.796,88 ABŞ dolları cərimə olmaqla ümümilikdə cəmi 212.840 ABŞ dolları 67 sent məbləğində borcun, məhkəmədə iddia qaldımaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutman ın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin İddiaçı məxsus ipoteka predmetinə yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracda satılması və cəmi 212.840 ABŞ dolları 67 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının hərracdan satışdan əldə olunan 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına Banka ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və hərracın nəticəl əri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, borcalan kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Borcalanın tələb olunan məbləğdə Banka borcu qalmışdır.
12. Borcalanın vəsatəti əsasında Şirvan Şəhər Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq və daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizaları təyin edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2018-ci il tarixli 32715 nömrə li mühasibat rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh2 xx.xx.2014-cü il tarixli 37R000002112 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməli olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilmişdir: xx.xx.2016-cı il tarixdə əsas borc üzrə 87.605,64 ABŞ dolları, faiz borcu üzrə 20.115,83 ABŞ dolları, xx.xx.2017-ci il tarixə əsas borc üzrə 87.605,64 ABŞ dolları, faiz borcu üzrə 19.843,46 ABŞ dolları. 14. "xxxx" MMC-nin 28 mart 2018-ci il tarixli məktubla cavabdehin ekspertizanın aparılmasına şərait yaratmaması səbəbindən qərardadın icra olunmamasını bildirmişdir.
15. İddiaçının vəsatəti əsasında Şirvan Şəhər Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq və daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizaları təyin edilərək müvafiq rəylər alınmışdır.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2019-cu il tarixli 4524 nömrəli mühasibatlıq rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh2 xx.xx.2014-cü il tarixli 37R000002112 saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilmişdir: xx.xx.2016-cı il tarixə 87.605,64 ABŞ dolları əsas, 18.780,22 ABŞ dolları faiz; xx.xx.2018-ci il tarixə 87.211,28 ABŞ dolları əsas, 48.899,91 ABŞ dolları faiz borcu. 17. "xxxx" MMC-nin 25 dekabr 2019-cu il tarixli 896/19/AB nömrəli hesabata əsasən ipoteka predmeti 60.000 manat məbləğində qiymətləndirilmişdir.
18. Şirvan Şəhər Məhkəməsinin 2(032)-01/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ziya Əliyev) iddia qismən təmin edi lərək, сavabdehlər Cavabdeh2, Cavabdeh3 və İddiaçı müştərək qaydada 37R000002112 saylı kredit razılaşması üzrə 57.996,13 ABŞ dolları məbləğində kredit borcu, 18.780,22 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu olmaqla qətnamə icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəsi manat ilə hesablanaraq, ümumilikdə 77.076,35 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqı alınaraq iddiaçı Cavabdeh1 QSC-nin xeyrinə ödənilməsi, ipoteka ilə yüklü olan İddiaçı mülkiyyətində olan Şirvan şəhəri Leytenant İbrahimov küçəsi 11 saylı qeyri yaşayış binasının açıq hərracda satılaraq tələb edilən borca yönəldilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracda ilkin satış qiymətinin 69.018 manat müəyyən edilməsi, İddiaçı mülkiyyətində olan Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi 11 saylı qeyri yaşayış binası tutma yönəldildikdən, satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi, iddiaçı Cavabdeh1 QSC-nin cavabdehlərə qarşı hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması hissəsində iddia ərizəsinin təmin edilməməsi, cavabdehlərdən müştərək qaydada iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizalarının tədqiqatının dəyəri 290 manatın alınaraq dövlət nəfinə köçürülməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi i şdəki sənədlərə əsasən razılaşma üzrə borcalanın öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməməsini müəyyən etmişdir.
20. Birinci instansiya məhkəməsi tutulan faiz borcu məbləğini Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2019-cu il tarixli rəyinə əsasən müəyyən etmiş, 49.280 ABŞ dolları cərimə məbləğinin yüksək hesablandığını qeyd edib cərimə məbləğini 300 ABŞ dolları müəyyən etmiş, borc alan və zaminlərdən müştərək qaydada 57.996,13 ABŞ dolları əsas borc, 18.780,22 ABŞ dolları faiz borcunun alınaraq Banka ödənilməsi nəticəsinə gəlmişdir.
21. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti barədə xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə razılaşmayaraq, predmetinin ilkin satış qiymətini ipoteka müqaviləsinə uyğun olaraq 69.018 manat məbləğində müəyyən etmişdir.
22. Mə hkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 385.1, 442, 448.1, 449.1, 449.3, 467, 472, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.3.3, 59.3, 59.3.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Birinci instansiya məhkəməsində icraat (ikinci iş üzrə)
23. İddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və sonradan iddiaya əlavə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə borcalan arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 37L000001904 nömrəli kredit xətti müqaviləsi, xx.xx.2014-cü il tarixli, 37R00000212 nömrəli kredit razılaşması, onunla bağlanmış xx.xx.2014-cü il tarixli, 37M000000097 nömrəli ipoteka müqaviləsi, Cavabdeh3 Ağairza oğlu ilə bağla nmış xx.xx.2014-cü il tarixli, 37S000002895 saylı və İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 37S000002896 saylı zaminlik müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. İkinci iş üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21 aprel 2014-cü il tarixli 37L000001904 nömrəli kredit xətti müqaviləsi üzrə 22 aprel 2014-cü il tarixdə bağlanmış 37R000002112 nömrəli Kredit razılaşmasının ayrılmaz hissəsi olan 22 aprel 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri əsas borc üzrə məbləğ 37R000002112SA nömrəli sazişə əsasən dəyişdirilmişdir. Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmi ni müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulmuşdur. Zaminin məsuliyyətinin artmasına və va onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara əsasən kreditin ümumi məbləğinin dəyişdirilməsi və kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallara aiddir. O, 1 qrup gözdən əlil, savadsız qadındır, yazmağı, oxumağı bilmirmiş. Cavabdeh bankın əm əkdaşları isə ona zaminlik müqaviləsi və ipoteka müqaviləsi bağlanılan zaman izah etməmişlər ki, müqavilələrdə kreditin verilməsi xarici valyuta ilə nəzərdə tutulmuşdur. O, cavabdeh bank tərəfindən aldadılmış, hüquqları pozulmuşdur. Zaminlik və ipoteka müqavilələri xarici valyuta ilə aparıldığından tamamilə qanunsuz olmuşdur.
25. İddiaçı tələbini hüquqi əsası kimi Mülki Məcəllənin 477.0.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarına istinad etmişdir.
26. Cavabdeh Bankın nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, ləğvetmə hissəsində iddiaçının subyektiv hüququ yoxdur. İddiaçının özünə aid olan hissədə isə ipoteka və zaminlik müqaviləsində kreditin dollarla olduğu, məsuliyyətin niyə yarandığı qeyd edilmişdir. İpoteka, zaminlik müqaviləsi, kredit razılaşması və ödəniş planı notariusda təsdiq edilib və notariusun möhürü var. Kredit razılaşması notariusda təsdiq edilərkən borcalan iştirak etmiş və İddiaçı tapşırığına əsasən borcalan onun əvəzindən sənədə imza atmışdır. İddiaçının ödəniş planı ilə tanış olması barədə imza var. Ödəniş planında məbləğin hansı valyuta ilə qeyd olunması göstərilmişdir. Kredit razılaşmasına edilmiş dəyişiklik, İddiaçın Ağairza qızının zaminlik müqaviləsinin müddətini aşmamışdır. Konstitusiya Məhkəməsinin məlum qərarında qeyd edilmişdir ki, hər bir dəyişiklik deyil, ancaq zaminin vəziyyətini ağırlaşdıran dəyişikliklər zaminlik müqaviləsinin xitamına səbəb ola bilər. Burada isə müddətdə və məbləğdə dəyişiklik yoxdur.
27. İddiaçının vəsatəti əsasında Şirvan şəhəri 1 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
28. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2175/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) iddia tələbi rədd edilmişdir.
29. Məhkəmə iddianın rədd edilməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehlə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin ləğvini tələb etmək üçün subyektiv hüququ yoxdur. Çünki müqavilə Cavabdeh2 tərəfindən bağlanmış və həmin şəxs vəfat etmişdir. İddiaçı isə Cavabdeh2 hüququ varisi deyil. O cümlədən, iddiaçı cavabdehlə Cavabdeh3 Ağairza oğlu arasında bağlanmış zaminlik müqaviləsinin ləğvini tələb edir ki, bu tələb üçün də subyektiv hüququ yoxdur.
30. Məhkəmə iddiaçı ilə bank arasında bağlanmış zaminlik və ipoteka müqavilələri nin ləğv edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının tələbi əsassızdır. Çünki, tərəflər arasında bağlanmış ipoteka və zaminlik müqavilələrindən müəyyən olunur ki, kredit xəttinin məbləğinin 1.000.000 ABŞ dolları, müddəti 120 ay olduğu və bir aydan bir bərabər hissələrlə ödənilməsi qeyd edilmişdir. Göründüyü kimi ipoteka müqaviləsində məbləğ, valyuta və müddət qeyd edilmişdir.
31. İddiaçı gözdən əlil olduğundan aldadıldığını da bildirir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı əqdin etibarsız hesab edilməsini tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür.
32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2, 421.2, 477.0.1-ci maddələri və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhk əmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı ilə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
33. İddiaçı (ikinci iş üzrə cavabdeh) Cavabdeh1 QSC Şirvan Şəhər Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsindən (birinci iş üzrə) apellyasiya şikayəti verərək, qətnamənin qismən – faiz və cərimə borcunun qismən təmin edilməsi hissəsində ləğv edilməsini, həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
34. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi keçən müddət ərzində c avabdehlərin bank qarşısındakı öhdəliklərini tam şəkildə icra etməmələrini, məhkəməyə müraciət edildikdən sonra ödənilmiş məbləğin əsas borcdan silinməsini, kredit müqaviləsinin müddətinin ekspert rəyində qeyd edilən 24 noyabr 2016-cı il tarixində başa çatmamasını, bu səbəbdən bank tərəfindən kredit müqaviləsi üzrə faiz və cərimə borclarının hesablanmasının müqavilə şərtlərinə uyğun və qanuni olmasını nəzərə almayıb. 108.796 ABŞ dolları cərimə məbləği 300 ABŞ dollarınadək azaldılarkən kreditorun əmlak və digər əsaslı mənafeləri nəzərə alınmayıb.
35. Həmçinin cavabdeh (ikinci iş üzrə iddiaçı) İddiaçı da Şirvan Şəhər Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsindən (birinci iş üzrə) apellyasiya şikayəti verərək, əsas borcun yenidən hesablanmaqla müəyyən edilməsi, faiz borcunun isə s ilinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
36. Cavabdeh. İddiaçı birinci iş üzrə apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, ipoteka predmeti çox aşağı həddə qiymətləndirilmiş, əsas və faiz borcu düzgün hesablanmamışdır.
37. Bundan başqa cavabdeh (ikinci iş üzrə iddiaçı) İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsindən (ikinci iş üzrə) də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
38. Cavabdeh (ikinci iş üzrə iddiaçı) İddiaçı ikinci üzrə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, notarius imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktlar ı deyil, yalnız şəxsin imzasının həqiqliyini təsdiq edir. "xxxx" ASC ilə ipoteka müqaviləsi bağlananda müqavilə barmaq izi ilə təsdiq edilmişdi. Belə olan halda, hazırki müqaviləni iddiaçının əvəzindən başqa şəxsin imza etməsinə zərurət yox idi.
39. Bankın vəsatəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2020-ci il tarixli qərardadla ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək rəy alınmışdır.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 oktyabr 2020-ci il tarixli 9/3240 nömrəli ekspert rəyinə əsasən borcalanın xx.xx.2018-ci il tarixə 87.605,64 ABŞ dolları əsas, 34.473,71 ABŞ dolları faiz borcu vardır.
41. Apellyasiya instansiyası məhkəməsi cavabdeh (borc alan) Cavabdeh2 03 iyun 2020-ci il tarixdə vəfa t etməsini nəzərə olaraq, X2 onun prosessual hüquq varisi kimi işə cəlb etmişdir.
42. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-102/2021 saylı, 02 mart 2021-ci il tarixli qərardadı ilə birinci iş üzrə icraat, İddiaçı Cavabdeh1 QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki işə baxəlıb yekun qətnamə qəbul edilənədən dayandırılmışdır.
43. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11499/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının icraatında olan 2(103)-11499/2021 nömrəli (ikinci) işin Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-102/2021 nömrəli olan (birinci) işlə bir icraatda birləşdirilməsi və birləşdirilmə ilə bağlı sonrakı prosessual (qeyd iyyat) tədbirlərinin müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır.
44. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-18/2022 saylı, 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Nüsrət Mirzəyev) Bankın və İddiaçı apellyasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 2(032)-01/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsinin qismən - faiz borcunun tutulmasına dair hissədə, eləcə də borcun ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə yönəldilməsi və cavabdeh İddiaçı borcun tutulmasına dair hissədə ləğv edilmiş, faiz borcu tələbinə dair hissədə iddianın qismən təmin edilməsi, kredit müqaviləsi üzrə faiz borcunun 34.473,71 ABŞ dolları müəyyən edilməsi; ümumi tələb edilən borcun müvafiq olaraq azaldılması, borcun İddiaçı mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi və cavabdeh İddiaçı borcun tutulmasına dair hissədə iddianın təmin edilməməsi, birinci iş üzrə qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması, ikinci iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2175/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya baxışında keçirilmiş məhkəmə- mühasibatlıq ekspertizasının tədqiqatına görə, Bankdan 72,5 manat və İddiaçı 72,5 manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi Bankın şikayəti ilə bağlı qeyd etmişdir ki, Bank tələbini dəqiqləşdirdikdən və iddianın həcmini azaltdıqdan sonra, məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi qətnamədə göstərmişdir ki, birinci instansiya məhkəməsi müqavilə müddətinə faizləri hesablamaq əvəzinə, nə üçünsə müqavilə müddətinə deyil, xx.xx.2018-ci il tarixə olan borcun hesablanmasını ekspert qarşısında sual qoymuş, bununla yanaşı, yenə nə üçünsə ekspert rəyi ilə müəyyən edilmiş, xx.xx.2016-cı il tarixə olan faiz borcunu tutmuş, bununla da xx.xx.2016-cı il tarixə olan faiz borcunun tutulmasını təmin etməklə səhvə yol vermişdir.
47. Apellyasiya instansiyası məhkəməsi apellyasiya icraata zamanı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28 oktyabr 2020-ci il tarixli rəyini sübut olaraq qəbul etmiş və hesab etmişdir ki, Bankın apellyasiya şikayəti bu hissədə qismən tə min edilməli, kredit müqaviləsi üzrə faiz borcu 34.473,71 ABŞ dolları müəyyən edilməlidir.
48. Bankın cərimə borcuna dair hissədə qətnaməni mübahisələndirməsi ilə isə apellyasiya instansiyası məhkəməsi razılaşmamış, cərimə məbləğinin azaldılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymışdır.
49. Apellyasiya instansiyası məhkəməsi İddiaçı apellyasiya şikayəti üzrə ipoteka predmetinə tutuma yönəldilməsi və zamin İddiaçı borcun tutulmasının təmin edilməsi hissəsində Şirvan Şəhər Məhkəməsinin mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, məhkəmə bu hissədə də maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bankla borcalan arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 37L000001904 nömrəli kredit müqaviləsinin şərtləri üzrə iki dəfə dəyişiklik edilmiş, xx.xx.2015-ci il tarixli, 37R000002112S saylı kredit razılaşmasına uyğun olaraq, ödəniş planına dəyişiklik edilmiş, aylıq faiz dərəcəsi 1,6667% olmaqla kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin uzadılması barədə bu müqaviləyə zamin və ipoteka qoyan İddiaçı razılığı olmamışdır. Bu səbəbdən zamin İddiaçı borcun tutulması əsassızdır.
51. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, xx.xx.2015-ci il tarixli, 37R000002112S nömrəli razılaşmaya İddiaçı razılığının alınmaması, onunla bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi üçün əsasdır. Bu səbəbdən ipoteka predmetinə tutuma yönəldilməməlidir.
52. Apellyasiya instansiyası məhkəməsi ikinci iş üzr ə İddiaçı iddia etdiyi əsasla kredit müqavilələri və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olmadığını göstərək, İddiaçı ikinci iş üzrə apellyasiya şikayətini təmin etməmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 307.4, 385.1, 443.1, 445.2.1, 467, 472.1, 477.0.1, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2-ci maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu nun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
54. Qətnamədən birinci iş üzrə iddiaçı Bank (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin borcun İddiaçı tutulmaması, tutmanın ipoteka predmetinə yönəldilməməsi, tutulmuş cərimə borcunun dəyişdirilməməsi hissələrində ləğv edilməsi, mülki işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
55. Azərbaycan Respublikasının Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3899/2020 saylı, 14 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Elşad Şamayev və Elşanə Vəliyeva) iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-18/2022 saylı, 22 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən – borcun cavabdeh İddiaçı tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələblərinin təmin edilməyən hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmışdır. Qətnamə mübahisələndirilən qalan hissədə – cərimə borcuna aid hissədə dəyişdirilmədən saxlanmışdır.
56. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin “borcun cavabdeh İddiaçı tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələblərinin təmin edil məyən hissəsində” gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh İddiaçı 21 aprel 2014-cü il tarixli kredit razılaşması üzrə bağlanmış 22 aprel 2014-cü il tarixli kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planı ilə tanış olması barədə işdə olan sübut vardır. Həmin ödəniş planında valyuatının növü, məbləği, faiz dərəcəsi və kreditin qaytarılması müddəti əks edilib.
57. Apellyasiya instansiyası məhkəməsi isə həmin sübuta qiymət verməmiş, cavabdeh İddiaçı ödəniş planı ilə tanış olmasını Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsinin 31 may 2018 və 25 iyul 2019-cu il tarixli Qərarlarında əks edilən hüququ mövqeyi baxımından bağlanan kredit müqaviləsinə (faiz dərəcəsi barədə) onun zamin və ya ipoteka qoyan olaraq razılığı kimi qəbul edilib-edilməməsinə aydınlıq gətirm əmişdir. Qeyd edilən hallara qiymət verilmədən apellyasiya instansiyasının istinad etidiyi əsasla cavabdeh İddiaçı zamin kimi pulun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddianın rədd edilməsi əsaslı sayıla bilməz.
58. Qeyd edilən hallara qiymət veriləndən sonra isə 22 aprel 2014-cü il tarixli kredit razılaşması üzrə ödəniş planına edilmiş 15 aprel 2015-cil tarixli dəyişikliyin məzmunu və bu dəyişikliyin zamin və ipoteka qoyanın məsuliyyətini artırıb-artırmaması müəyyən edilməli idi. Apellyasiya instansiyası isə cavabdeh İddiaçı 22 aprel 2014-cü il tarixli kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planı ilə tanış olmasına qiymət vermədən həmin kredit razılaşması üzrə 15 aprel 2015-ci il tarixli dəyişikliyə razılıq verməməsinə istinad etmişdir. Apellyasiya in stansiyası məhkəməsindəki ikinci icraat
59. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1768/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Zeynal Zeynalov) cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan Şəhər Məhkəməsinin 2(032)-01/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmetini təşkil edən “borcun cavabdeh İddiaçı tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi hissələrində” dəyişdirilmədən saxlanılması qət edilmişdir.
60. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, bank kredit xətti müqaviləsi çərçivəsində borcalanla kredit razılaşması bağlayarkən, verilən kreditin faizi barədə zamin İddiaçı razılığını almışdır.
61. Məhkəmə kollegiyası nın mövqeyinə görə, zamin İddiaçı ilə bağlanmış zaminlik müqaviləsində borcalan Cavabdeh2 veriləcək kreditin valyutası, maksimum məbləği və maksimum müddəti öz əksini tapdığından, kredit xətt müqaviləsi çərçivəsində bağlanan kredit razılaşması üzrə verilən kreditin ödəniş planına zamin olaraq İddiaçıın razığı alındığından, sonradan 15 aprel 2015-ci il tarixli əlavə sazişlə kreditin qaytarılması üçün müəyyən edilmiş faiz dərəcəsinin artırılmaması, kreditin valyutasının dəyişdirilməməsi, məbləği və müddətinin xətt müqaviləsi ilə müəyyən olunan məbləğ və müddəti aşmadığından, həmin hal zaminin məsuliyyətinin artması kimi qiymətləndirilə bilməz.
62. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1, 319.1, 470.1, 470.2, 472.1, 477.0.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372, 420-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10, 33, 34.1.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublik ası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarlarındakı hüquqi mövqelərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
63. Cavabdeh İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair hissəsində ləğv edilməsi və işin baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etm işdir.
64. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, işin hallarına əsasən iddiaçı Cavabdeh1 QSC ilə zamin (cavabdehlər) İddiaçı arasında bağlanmış zaminlik müqaviləsi ümumi xarakterli olmaqla, gələcəkdə kreditorla borclu arasında bağlanacaq kredit razılaşmaları üzrə verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) icrasını təmin etmək məqsədini daşımışdır. Kredit xəttinin ümumi məbləği 1.000.000 (bir milyon) ABŞ dolları, müddəti isə 120 ay təşkil etmişdir, özü də bu müddət öhdəliyin icrası müddətini yox, müqavilənin 1.2-ci bəndinə görə, kredit razılaşmaları əsasında istənilən (tələb olunan) məbləğin 120 aydan gec olmayaraq verilməsini ehtiva etmişdir. Nəzərə almaq vacibdir ki, uzunmüddətli kredit müqaviləsi ilə yalnız kreditorun öhdəlikləri yaranır. Belə ki, kredit xət ti müqaviləsinə görə, kreditor müəyyən müddətədək bir və ya bir neçə dəfə borcluya kredit verməyi öhdəsinə götürür. Borclunun öhdəlikləri isə krediti aldıqdan sonra yaranır. O da nəzərə alınmalıdır ki, zaminlik müqaviləsinin özündə zaminliklə təmin edilən öhdəliyin yaranması kreditorla borclu arasında gələcəkdə bağlanaraq kredit razılaşmaları ilə şərtləndirilmiş, lakin zaminlik müqavilələrində gələcəkdə borcluya verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) məbləği, geri qaytarılması müddəti, faiz dərəcəsi və s. şərtlər öz əksini tapmamışdır. 65. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 v ə 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.
66. Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən, onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət belə razılığın həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır, olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir» Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hans ı əsas müqaviləyə dair zaminliyin yaranması və asas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə olduğundan, müvafiq olaraq həmin müqavilədə zaminliklə təmin edilmiş əsas öhdəliyin bütün mühüm şərtləri, əsasən də faiz dərəcəsi göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə həmin müqavilə çərçivəsində bağlanan kredit razılaşmasında faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Artıq qeyd olunduğu kimi, hər bir zaminlə gələcəkdə yaranacaq öhdəlik (öhdəliklər) üzrə zami nlik müqaviləsi bağlanaraq ümumi məbləğ və müddət göstərilsə də, faiz dərəcəsi əks olunmamışdır. Ona görə də banka lazım gəlirdi ki, kredit xətti müqaviləsi çərçivəsində borclu ilə kredit razılaşması bağlayarkən, verilən kreditin faizi barədə hər bir zaminin razılığını alsın. Hazırki işin materiallarından isə görünür ki, bank kredit xətti müqaviləsi çərçivəsində borcalanla kredit razılaşması bağlayarkən, verilən kreditin faizi barədə zamin İddiaçıin razılığını almışdır.
67. Kollegiya hesab etmişdir ki, zamin İddiaçı ilə bağlanmış zaminlik müqaviləsində borcalan Cavabdeh2 veriləcək valyutası, maksimum məbləği və maksimum müddəti öz əksini tapdığından, xətt müqaviləsi çərçivəsində bağlanan kredit razılaşması üzrə verilən kreditin ödəniş planına zamin olaraq İddiaçı razığı alındığından, sonra dan 15 aprel 2015-ci il tarixli əlavə sazişlə kreditin qaytarılması üçün müəyyən edilmiş faiz dərəcəsinin artırılmaması, kreditin valyutasının dəyişdirilməməsi, məbləği və müddətinin xətt müqaviləsi ilə müəyyən olunan məbləğ və müddəti aşmadığından, həmin hal zaminin məsuliyyətinin artması kimi qiymətləndirilə bilməz. Məhkəmə mübahisə üzrə nəticəyə gələrkən Plenum Qərarının tətbiq edilməməsini əsaslandırmamışdır. Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
68. Birinci iş üzrə iddiaçı Cavabdeh1 QSC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında zaminlik və ipoteka müqavilələri bağlanarkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunu n xx.xx.2018-ci il tarixli Qərarında göstərilənlərə uyğun olaraq zaminliyin xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği, müddəti və valyutası) açıq-aydın qeyd edilmişdir. Yəni kredit xətti müqaviləsinin 1.000.000 ABŞ dolları, müddətinin 120 ay olduğu qeyd edilmişdir. Bir gün sonra isə xx.xx.2014-cü il tarixdə bağlanmış kredit razılaşmasında və həmin kredit razılaşmasının tərkib hissəsi olan ödəniş planında faiz dərəcəsi (aylıq 1,6667 %) barəsində zaminin razılığı alınmışdır. İşə baxan məhkəmələr kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsini qət edərkən həm də bağlanmış müqavilələrin qanuniliyi və əsaslılığını yoxlamışlar. Hazırki iş üzrə kredit razılaşması İddiaçı zamin olduğu kredit xətti müqaviləsi müddətində bağlanılmaqla sonuncunun zaminlik götürdüyü kredit məbləğindən yüksək məbləğdə kredit verilməmiş, bununla da onun məsuliyyətinin artmasına və digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
69. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
70. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklər ini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
71. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
72. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
73. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
74. Maddə 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, hab elə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
76. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
77. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifad ələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
78. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
80. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
81. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
82. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
83. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
84. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
85. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
86. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
87. Kassasiya şikayətində birinci iş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları, ipoteka ilə yüklü olan cavabdeh İddiaçı mülkiyyətində olan Şirvan şəhəri Leytenant İbrahimov küçəsi 11 saylı qeyri yaşayış binasının açıq hərracda satılaraq tələb edilən borca yönəldilməsi hissəsində düzgün tətbiq edilsə də, “cavabdeh İddiaçı müştərək qaydada 37R000002112 nömrəli kredit razılaşması üzrə 57.996,13 ABŞ dolları məbləğində kredit borcu, 18.780,22 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu olmaqla qətnamə icra olunduğu günə olan Azərbaycan Respublikası Mə rkəzi Bankın müəyyən etdiyi məzənnəsi manat ilə hesablanaraq, ümumilikdə 77.076,35 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının alınaraq iddiaçı Bankın xeyrinə ödənilməsi” hissədə maddi hüquq normaları düzgün tətbiq olunmamış, həmin hissədə düzgün qətnamə qəbul edilməmişdir. Bu baxımdan qətnamə Cavabdeh İddiaçı aid olan, qeyd edilən hissədə ləğv edilməli və həmin hissədə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, iddia tələbi ona qarşı olan həmin hissədə təmin edilməməlidir.
89. Qeyd olunmalıdır ki, əsas öhdəliyin icras ının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
90. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.
91. Qanunverici həmçinin zaminliyə xitam verilmə əsaslarını da təsbit etmişdir. Bu əsaslar Mülki Məcəllənin 477-ci ma ddəsində sadalanmışdır. Həmin əsaslardan biri - Mülki Məcəllənin 477.0.1-cü maddəsində təsbit edilmiş “zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması”dır.
92. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır.
93. Zaminliyə xitam ve rilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir.
94. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. 95. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbayc an Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsi nin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
96. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Cavabdeh1 QSC ilə borcalan Cavabdeh2 arasında, borcalana 120 ay müddətinə ödəmək şərtilə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açması barədə xx.xx.2014-cü il tarixli, 37L000001904 nömrəli kredit xətti müqaviləsi bağlanmış, Bankla İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 37S000002896 nömrəli zaminlik müqaviləsinə əsasən o, kredit xətti müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Bundan sonra, bankla borcalan Cavabdeh2 arasında sonuncuya 36 ay müddətinə, 24 aprel 2017-ci il tarixədək qaytarmaq və i llik 1,6667% ödəmək şərtilə 88.000 ABŞ dolları məbləğində kredit verməsi barədə xx.xx.2014-cü il tarixli, 37R000002112 nömrəli kredit razılaşması bağlanmış, cavabdeh İddiaçı zamin kimi qeyd olunan kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planı ilə tanış olaraq imza etmişdir.
97. Daha sonra bankla borcalan arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 37R000002112 nömrəli kredit razılaşmasında xx.xx.2015-ci il tarixli, 37R000002112S saylı Sazişə əsasən, ödəniş planına dəyişiklik edilmiş, kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmış, lakin faiz göstərilməmişdir. Kredit müqaviləsinin uzadılması barədə bu müqaviləyə zamin kimi İddiaçı razılığı olmamışdır. Bu səbəbdən zamin İddiaçı borcun tutulması əsassızdır.
98. İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsi z nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.
99. İşin yuxarıda qeyd olunan bu halı, zamin cavabdeh İddiaçı zaminliyinə xitam verilməsi barədə nəticəyə gəlməyə əsas verir və bu halda ona qarşı kredit borcun tutulması hissəsində iddia tələbi təmin oluna bilməz.
100. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu madələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (ikinci iş üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1768/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi, “Сavabdeh İddiaçı müştərək qaydada 37R000002112 nömrəli kredit razılaşması üzrə 57.996,13 ABŞ dolları məbləğində kredit borc u, 18.780,22 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu olmaqla qətnamə icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəsi manat ilə hesablanaraq, ümumilikdə 77.076,35 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının alınaraq iddiaçı Bankın xeyrinə ödənilməsi” hissədə Şirvan Şəhər Məhkəməsinin 2(032)-01/2020 saylı 24 fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılsın və iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin “kredit müqaviləsi üzrə borc un ödənilməsi” tələbinə dair iddiası cavabdeh İddiaçı aid hissədə təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1768/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi kassasiya şikayətində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.