Məhkəmə qərarları › İş №2(102)-4283/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4283/2020

21.07.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4283/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Xəlilov İsmayıl Kamil oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X3 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “icarə haqqının bazar qiymətinin müəyyən edilməsi və icarə müqavilələrinin hərrac yolu ilə bağlanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəs i ilə T.Əliyarbəyov və Nizami küçələrinin kəsişməsində yerləşən qeyriyaşayış sahələrinin icarəyə verilməsi məqsədi ilə 1 (bir) kv.metri qeyri-yaşayış sahəsinin (zirzəmi və 1-ci mərtəbə üçün ayrı-ayrılıqda olmaqla) bazar qiymətinin müəyyən edilməsi üçün qiymətləndirici ilə müqavilə bağlanılması və həmin qeyri-yaşayış sahələrinin bazar qiymətinə uyğun olmaqla icarəyə verilməsi üçün icarə müqavilələrinin hərrac yolu ilə bağlanılması vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh şirkətin 30 % səhmləri ona məxsus olsa da, şirkət ona dividend verilməsindən yayınmaq üçün mülkiyyətində olan əmlakları rəsmi olaraq ucuz qiymətə icarəyə verir, amma əslində həmin əmlakların real icarə dəyəri qat-qat yuxar ıdır. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh" ASC tərəfindən bağlanılmış bütün sonuncu icarə müqavilələrinin etibarsız hesab edilməsi, icarə sahələrinin boşaldılması, Cəmiyyətin mülkiyyətində olan qeyriyaşayış sahəsinin 1 kv.metrinin icarə haqqının real bazar qiymətinin müəyyən edilməsi və icarə müqavilələrinin hərrac yolu ilə bağlanılması vəzifəsinin cavabdeh "Cavabdeh" ASCnin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X2 işə baxılan zaman vəsatət verərək bildirdi ki, İddiaçı iddia tələbi birbaşa Cavabdeh ASC-nin sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Çünki Cavabdeh ASC-nin əsas fəaliyyəti mülkiyyətində olan ün van 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin icarəyə verilməsindən ibarətdir. İddiaçı isə, icarə müqavilələrinin etibarsız sayılmasını, qeyri-yaşayış sahəsinin boşaldılmasını və icarə müqavilələrinin hərracda baxılmasını tələb edir. Bu səbəbdən də, işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)408/2020 saylı qərardadı ilə (sədrlik edən hakim Ü.Şükürova) İddiaçı Cavabdeh ASC-yə qarşı “icarə haqqının bazar qiymətinin müəyyən edilməsi və icarə müqavilələrinin hərrac yolu ilə bağlanılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərarla razılaşmayaraq şikayət vermişdir. İşin halları: Mübahisə mülki işin məhkəm ə aidiyyəti ilə bağlıdır. İş üzrə İddiaçı hesab edir ki, mülki işə ümumi məhkəmədə baxılmalıdır. Şikayət onunla əsaslandırılmışdır ki, o fiziki şəxs kimi öz adından məhkəməyə müraciət etmişdir və şirkətin 30% səhmi ona məxsus olsa da, vergi qanunvericiliyinə uyğun olaraq fərdi sahibkar statusuna malik deyildir və bu fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunmur. Kassasiya şikayətinin dəlilləri: Şikayət birinci instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 403-1.6-cı maddəsinin tələbinə müvafiq olaraq şikayətə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasınd a, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisədir. Çünki mübahisə predmeti Cavabdeh ASC-nin mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi ilə T.Əliyarbəyov və Nizami küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi məqsədi ilə 1 (bir) kv.metri qeyri-yaşayış sahəsinin (zirzəmi və 1-ci mərtəbə üçün ayrı-ayrılıqda olmaqla) bazar qiymətinin müəyyən edilməsindən ibarətdir. İddiaçı isə həmin şirkətin səhmdarı olmaqla kommersiya fəaliyyətinin düzgün aparılmadığını, ona görə həmin şirkətin gəlirlərindən dividend ala bilmədiyini mübahisələndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Tərəflər arasında mövcud olan mübahisə münasibətlərin xarakterinə görə kommersiya mübahisəsi olduğundan işə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işə baxan məhkəmə işin məhkəmə aidiyyəti məsələsini düzgün həll etmişdir. Yuxarıda göstərilənlərə əsa sən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Həmin iş üzrə Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar