Məhkəmə qərarları › İş №2(102)-4285/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4285/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4285/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(012)2998/2019, hakim E.T.Məmmədov) iddiaçı “xxxx ” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddiası qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 16512 ABŞ dolları əsas borc, 7595 ABŞ dolları faiz borcu olmaqla, cəmi 24107 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, Cavabdeh2 məxsus mənzilin 21213 manat qiymətləndirilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsait hesablna cavabdehin borcunun ödənlməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il t arixli qətnaməsi ilə (iş № 2(105)-282/2020, hakimlər F.Ə.Məmmədov, T.Q.Məmmədov, S.A.Qafari)iddiaçı “xxxx” QSC-nin apelyasiya şikayəti qismən, Cavabdeh1 apelyasiya şikayəti təmin edilmiş, Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, qətnamə qismən ləğv edilmiş, iddia tələbi faiz və cərimə borcunun tutulması hissəsində qismən təmin edilmiş, Cavabdeh1 iddiaçının xeyrinə faiz borcuna görə 1681 ABŞ Dolları, cərimə borcuna görə 200 ABŞ Dolları məbləğində pulun ödəniş gününə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə tutulması, iddia tələbi XXXtutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində təmin edilmiş, XXXtutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavab deh1, Cavabdeh5 və Cavabdeh4 tərəfindən tərk edilmədikdə, onların həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılması, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 49000 manat müəyyən edilməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin ipoteka predmetinə tutmanın yönəldilməsi, mənzilin boşaldılması və ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilib həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul eidlməsini xahiş etmişdir. İşin halları: “xxxx” QSC ilə Cavabdeh1 arasında xx xxxxxx 2010-cu il tarixli kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsinin təminatı olaraq bankla Cav abdeh2 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixliipoteka müqaviləsi üzrə sonuncuya məxsus mənzil kredit xətti müqaviləsinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda bankla Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə “xxxx” QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1,75 % olmaqla, 24 ay müddətinə 40000 ABŞ dolları kredit verilmişdir. xx xxxxxxx 2018-ci il tarixdə “xxxx” QSC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştir ak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş və nəzər alınmamışdır ki, yalnız hər iki tərəfin iradə ifadəsini özündə əks etdirən müqavilə tərəflər üçün məcburi xarakter daşıyır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər vəkilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədə n, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində mübahisələndirilir. Qeyd edildiyi kimi kredit xətti müqaviləsinin təminatı olaraq bağlanmış xx xxxxxx 2011 -ci il tarixliipoteka müqaviləsi üzrə Cavabdeh2 məxsus mənzil kredit xətti müqaviləsinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2.-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilm əsi hüququnun yaranması anıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilələrdə nəzərdə tutulan məbləği Cavabdeh1 versə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır. Bu halda, iddiaçı bank borcun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfind ən müəyyən edilir. İpoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 21213 manat müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən alınmış xx xxxxxx 2020-ci il tarixli qiymətləndirici rəyi ilə həmin mənzilin ilkin satış qiyməti 49.000 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti qiymətləndirmə rəyinə müvafiq olaraq 49000 manat məbləğində müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaş ayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin normanın məzmunundan göründüyü kimi ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka qoyan və ailə üzvlərinin mənzilin təhvil verməsi üçün 1 ay müddət müəyyən edilmişdir. Bununla bərabər mənzilin ipoteka qoyan və ailə üzvlərinin mənzili tərk etmələri mütləq şəkildə onların bu ba rədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri ilə şərtləndirilmişdir. Həmin Qanunun 59.4-cü maddəsində isə ipoteka predmeti olan mənzili tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş şəxslərin bu öhdəliyini icra etməməsinin nəticələri müəyyən edilmişdir. Göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə notariusun icra qeydinin və ya məhkəmə qərarının olması tutma yönəlməklə satılan əmlakdan 1 ay ərzində könüllü şəkildə çıxmayan ipoteka qoyanın məcburi qaydada çıxarılması üçün əsasdır. Cavabdeh1 kassasiya şikayətində irəli sürdüyü ipoteka müqaviləsində faiz dərəcəsinin göstərilməməsi ilə bağlı dəlilinə gəldikdə isə, apellyasiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi, xx.xx.2014-cü il tarixli ödəniş planında kredit razılaşması üzrə əsas borcun, faizin dərəcəsi və məbləği göstərilmişdir. Həmin ödəniş planı ilə ipoteka qoyan Cavabdeh2 tanış edilmiş və o, həmin tarixdə ödəniş planında “tanış oldum və razıyam” qeydlərini göstərməklə imzalamışdır. Göründüyü kimi, ipoteka qoyan Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə əsas borc və faiz dərəcəsi barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsa slandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar