Məhkəmə qərarları › İş №2(102)-4295/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-4295/2018

05.07.2018 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4295/2018 05.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4295/2018 05 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, İddiaçı və vəkili X8, Cavabdeh və vəkili X27nin iştirakı ilə İddiaçı Cavabdehə qarşı birgə nikah zamanı əldə olunmuş əmlakın bölünməsi tələbinə dair tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2017-ci il tarixli 2(105)-3537/2017 nömrəli qətnaməsindən Cavabde h tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehə qarşı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasındakı nikahları Abşeron rayon məhkəməsinin 1 noyabr 2016-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra, məhkəməyə müraciət edərək Cavabdehla birgə nikah dövründə əldə edilmiş “Kia Sorento” markalı, AZ **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin 2/3 hissəsinə ona, qalan hissəsinin cavabdehə verilməsi barədə iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3 və 220.4-cü maddələrini rəhbər tutaraq, iddianı düzgün qaldırmadığı qən aətinə gəlmiş və nəticədə 17 mart 2017-ci il tarixli qətnamə ilə iddia təmin edilməmişdir. Bu baxımdan məhkəməyə yenidən müraciət etməklə birgə nikah dövründə əldə edilmiş “Kia Sorento” markalı, AZ **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qüvvədə olan qanunvericiliyə uyğun bölünməsi barədə iddia qaldırmışdır. Birgə nikah dövründə əldə edilmiş “Kia Sorento” markalı, AZ **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin adına dövlət qeydiyyatındadır və həmin avtomobilin özgəninkiləşdirilməsinə Abşeron RayonMəhkəməsi tərəfindən qadağa qoyulmuşdur. Ona görə də məhkəmədən “Kia Sorento” markalı, AZ **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobildə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh payının müəyyən edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 21 iy un 2017-ci il tarixli, 2(012)-3502/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, “Kia Sorento” markalı, AZ **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobildə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh payı müəyyən edilmişdir (hakim Sevinc Quliyeva). Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən həm apellyasiya şikayəti vermiş, həm də, şikayətinə qarşılıqlı iddia ərizəsi əlavə etmiş və iddiasını bununla əsaslandırmışdır ki, İddiaçı ilə 17 oktyabr 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikah zamanı “Kia Sorento” markalı, AZ **-DA-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi AirTrek” markalı, AZ **-EC-*** qeydiyyat nişanlı avtomobillər əldə etmişlər. İddiaçı ilə nikahı Abşeron rayon məhkəməsinin 1 noyabr 2016-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. “Mitsubishi Air-Trek” markal ı, AZ **-EC-*** qeydiyyat nişanlı avtomobil onun adına alınmışdır və bu əmlakda onun 50 % payı vardır. Buna baxmayaraq, İddiaçı birgə nikahda olduqları vaxt, 2015-ci ildə bu maşını onun razılığı və xəbəri olmadan öz atası X5 və bu barədə onunla 01 avqust 2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Bu məsələdən o, İddiaçı ona qarşı birgə nikah zamanı əldə olunmuş əmlakın bölgüsü barədə 2017-ci ilin mart ayında məhkəmədə iddia qaldırarkən xəbəri olmuşdur. Bundan sonra o da İddiaçı qarşı “Mitsubishi Air-Trek” markalı, AZ **-EC-*** qeydiyyat nişanlı avtomobilin ½ hissədə payının müəyyən edilməsi barədə qarşılıqlı iddia qaldırmış, lakin avtomobilin mülkiyyətçisinin artıq İddiaçı olmaması əsası ilə qarşılıqlı iddia rədd edilmişdir. Hazırkı mübahisəyə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlı olmadığından qarşılıqlı iddia qaldıra bilməmişdir və bu səbəbdən də onu apellyasiya mərhələsində təqdim edir. Göstərilənlərə əsasən birgə nikah zamanı əldə olunmuş “Mitsubishi Air-Trek” markalı, AZ **-EC-*** qeydiyyat nişanlı avtomobilə dair İddiaçı ilə X12 arasında bağlanmış 01 avqust 2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı, bu avtomobildə ½ hissədə onun, ½ hissədə isə İddiaçı payı müəyyən edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-3537/2015 saylı, 21 dekabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya qismən şikayəti təmin edilərək hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 iyun 2017-ci il tarixli, 2(012)-3502/2017 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərəkİddiaçı iddiası təmin edilərək, “Kia Sorento” markalı, AZ **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobildə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh payının müəyyən olunması, Cavabdeh birgə nikah zamanı əldə olunmuş “Mitsubishi Air-Trek” markalı, AZ **-EC-*** qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, bu avtomobildə ½ hissədə onun, ½ hissədə isə İddiaçı payının müəyyən olunması barədə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Cavabdeh və vəkili X27 kassasiya şikayətini onunla əsaslandırmışlarki, mübahisəli “Mitsubishi Air-Trek” markalı AZ **-EC-*** qeydiyyat nişanlı avtomobilin İddiaçı tərəfindən formal alqı-satqı edilərək atası X9 adına sənədləşdirilməsi və 26 aprel 2017-ci il tarixədək, nəinki X16 hətta X1 olan müddətdə avtomobili özü idarə etməsi qarşılıqlı iddianın və iddiada göstərdiyi halların qanuni və əsaslı olmasına dəlalət edir. Çünki 01 avqust 2015-ci il tarixdən 02 avqust 2017-ci il tarixədək avtomobil İddiaçı sahibliyində olmuşdur. Sadəcə formal alqı-satqı əsasında öz adından atasının adına keçirtmişdir. İş materiallarında olan və AR DİN-in BDYPİ-nin verdiyi arayışdan da görünür ki, 01 avqust 2015-ci il tarixdən 02 avqust 2017-ci il tarixədək olan müddətdə avtomobilin formal mülkiyyətçilərinə çevrilmiş İddiaçı atası X12 və X7-yə “Mitsubishi Air-Trek” markalı AZ **-EC-*** qeydiyyat nişanlı avtomobil dair verdikləri etibarnamələr əsasında avtomobil İddiaçı sahibliyində və istifadəsində olmuşdur. Göründüyü kimi, İddiaçı ilə atası X12 və sonuncu X19 arasında bağlanmış müqavilələr formal xarakter daşımışdır. Yuxarıda göstərilən hallar məhkəmənin işin faktiki əsasla gəldiyi nəticəni inkar edir. Baxmayaraq ki, məhkəmə mübahisəli avtomobilin birgə nikah dövründə əldə edildiyini və birgə nikah dövründə özgəninkiləşdirildiyini müəyyən etdiyini və bunun iş üzrə mübahisə edilməyən hal olduğu qənaətinə gəldiyini qətnamədə qeyd etmişdir. Bundan başqa, məhkəmə qətnaməsində qarşılıqlı iddianın təmin edilməməli olmasına dair hər hansı maddi hüquq normasına istinad etməməsi qətnamənin bu hissədə qanunsuz və əsassız olmasına dəlalət edir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilərək Sumqayıt Apellyasiya məhkəməsinin 21 dekabr 2017-ci il tarixli 2(105)-3537/2017 saylı qətnaməsini qismən, qarş ılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edib, işi yenidən həmin hissədə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Cavabdeh və vəkili X27 məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməösini xahiş etdilər. İddiaçı və vəkili X11 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız qarşılıqlı iddianın rədd edilməsi hissəsində mübahisələndirdiyindən məhkəm ə kollegiyası qətnamənin qanuniliyini həmin hissədə yoxlayır. Belə ki, kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır. (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarı) Apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia üzrə “Mitsubishi Air-Trek” markalı, AZ **-EC-*** qeydiyyat nişanlı avtomobilə dair hissədə gəldiyi nəticələrdən görünür ki, mübahisəli avtomobil ilk dəfə tərəflər nikahda olduqları zaman özgəninkiləşdirilmişdir. Mübahisəli avtomobil axırıncı dəfə 02 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 və avtomobilin hazırkı mülkiyyətçisi odur. Bu alqı-satqı müqaviləsinin ləğvi və ya etibarsızlığı barədə hər hansı mötəbər sübutu isə Cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflər birgə nikahda oldu qları zaman “Mitsubishi Air-Trek” markalı, AZ **EC-*** qeydiyyat nişanlı avtomobili əldə etmiş, avtomobil İddiaçı adına qeydə alınmış, lakin İddiaçı birgə nikahda olduqları vaxt, 01 avqust 2015-ci il tarixdə bu avtomobili atası X5 və bu barədə onunla 01 avqust 2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra isə həmin avtomobil 26 aprel və 02 avqust 2017-ci il tarixli alqı-satqı müqavilələri ilə əvvəlcə 4500 manata X16, sonra isə 6000 manata X2. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh bu avtomobili İddiaçı tərəfindən onun razılığı və xəbəri olmadan öz atası X3, yalnız məhkəmədə iddia qaldırılan zaman alqı-satqı müqaviləsindən xəbər tutması barədə izahatına tənqidi yanaşaraq onun bu izahatını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməməsinə istinad etmişdir. La kin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı Cavabdeh ilə birgə nikahda olduqları vaxt, 2015-ci ildə bu maşını öz atası X4 və bu barədə onunla 01 avqust 2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlaması və onların nikahının Abşeron rayon məhkəməsinin 1 noyabr 2016-ci il tarixli qətnaməsi ilə pozulmasına baxmayaraq tərəflər arasında ailə münasibətlərinin nə vaxtdan pozulmasının, münasibətlərinin hansı formada olmasını aydınlaşdırmamış, avtomobilin atası X9 və sonradan digər şəxslərin adına rəsmiləşdirilməsinə baxmayaraq etibarnamə ilə İddiaçı istifadəsində qalmasına və belə olan halda, cavabdehin həqiqətəndə avtomobilin alqı-satqısından xəbərsiz olmasının mümkünlüyünə diqqət yetirməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansi yası məhkəməsi mübahisəli avtomobil ilk dəfə tərəflər nikahda olduqları zaman özgəninkiləşdirilməsi qənaətinə gələrkən Cavabdeh buna rəsmi razılığının olub-olmamasını araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-cü maddəsinə əsasən ərarvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.6-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 546 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nın 2-ci bəndinə görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstrukti v maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınır. Həmin Fərmanın 1 saylı əlavəsi olan “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə nəticəsini işin hallarına və tərəfl ərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, avtomaşının özgəninkiləşdirilən vaxt tərəflərin münsibətlərinin necə olması, Cavabdeh bu əmlakın satılmasına razılığının olub-olmaması, avtomobil satılsa belə İddiaçı istifadəsində qaldığına görə alqı-satqıdan xəbərsiz olmasının mümünlüyünə hüquqi qiymət verilməmişdir. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-ed ilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüqu qi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. HəminMəcəllənin76.1cimaddəsinəəsasəntərəflərintələbvəetirazlarınıəsaslandıranhallarınvəişidüzgünhəlletməküçün əhəmiyyətiolanbaş qahallarınmövcudolduğunuvəyaolmadığınıməhkəməmüəyyənedərkənbuM əcəllədəvəbaşqaqanunlardamüəyyənolunmuşqaydadaəldəetdiyiməlumatlarsübutlarhesabolun ur. QeydolunanMəcəllənin 76.2-cimaddəsinəgörəbuməlumatlaryazılıvəmaddisübutlara, ekspertlərinrəyləriilə, yerindəmüayinəkeçirməklə, səsvəvideoyazılarıilə, şahidlərinifadələriilə, işdəiştirakedənşəxslərinizahatlarıiləmüəyyənedilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, maddi və prosesssual hüquq normalarının tələblərini pozmuş, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul et mişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20.05.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 2.2ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqrərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunların və digər normativ hüquqi aktlarının düzgün tətbiqinin təmin olnması məhkəmənin vəzifəsidir. (MPM-nin 2.1-ci maddə) Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə işirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hü ququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Avropa İnsan Hüquql arı Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “De Cubber Belçikaya qarşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası MPM-in: - 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1cimaddəsinəəsasənmaddivəprosessualhüquqnormalarınınpozulmasıvəyadüzgüntətbiqolunma masıapellyasiyainstansiyasıməhkəməsininqətnaməvəqərardadınınl əğvedilməsiüçünəsasdır. - 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, qarşılıqlıiddiaçının kassasiya şikayətinin göstərilən hallar üzrə dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismənləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməklə, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 21.12.2017-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin olunmaması hissəsində ləğv edilməsi, həmin hissədə mülki iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə, mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilisin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2017-ci il tarixli, 2(105)3537/2017 nömrəli qətnaməsi qismən- qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilsin və mülki iş həmin hi ssədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar