Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4295/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi Cavabdeh vəkili Mustafayev Soyanxan İsrafil oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-43/2019 nömrəli iş üzrə 04 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Xəzər Rаyоn Məhkəməsinin (T.X.Əkbərov) 04 sentyabr 2018-ci il tarixli, 2(003)-264/2018 nömrəli qətnаməsi i lə İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş evin və həyətyanı sahənin boşaldılması, maddi və mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməsi, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Maqomayev küçəsi 2-ci dalanda istifadədə olan 0,02192 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 38,8 kv.m yaşayış, 30,2 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evindən və istifadədə olan 0,02192 ha torpaq sahəsindən çıxarılması, 10 (on) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulması və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və E.Y.Şamayev) 2(103)-43/2019 nömrəli, 04 fevral 2019-cu i l tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(003)-264/18 saylı, 04 sentyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin “zəbt olunmuş evin və həyətyanı sahənin boşaldılması” hissəsində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş evin və həyətyanı sahənin boşaldılması, maddi və mənəvi zərərin, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, Maqomayev küçəsi, 2-ci dalan, 1 saylı evdə yerləşə n 3 otaqlı mənzil iddiaçının şəxsi mülkiyyətindədir və valideynlərindən ona miras qalmışdır. Həmin ev mülkiyətinə DƏDRX tərəfmdən veıilmiş ******* saylı MN seriyalı Çıxarışla verilmişdir. Uzun illər həmin ev və onun yerləşdiyi torpaq sahəsı valideynlərinin və ailələrinin istifadəsində olmuşdur. Bundan sonra vərəsə kimi onun mülkiyyətinə keçmişdir. Mübahisəli mülkdə ailəsi ilə daimi yaşadıqdan sonra həmin evdə yay aylarında mövsümi yaşamışdır. Əsasən Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 51, mənzil 21-də yaşayır. Bakı Şəhən Xəzər rayonu, Türkan qəsəbəsi, Maqomayev küçəsi, 2-ci dalan, 1 saylı evdə yaşadığı vaxtlar torpaq sahəsində bağçılıq, bostanlıq və tərəvəzçiliklə məşğul olmuşdur, torpaqdan bəhər, fayda götürmüşdür. 2009-cu ilin sonları 2010-cu ilin əvvəllərində həmkəndlisi Rəşid onun artıq mülkdə mövsümi yaşadığını bilib ona müraciət etmişdir ki, qızı ailə qurub, kürəkəni Cavabdeh yaşayış yeri yoxdur, imkan varsa, evi ona versin ki, gənc ailəsi ilə müvəqqəti olaraq özünə ev tikənə kimi orada yaşasın. Ramik və qaynatası Rəşid onunla görüşdükdə ona bildirmişlər ki, həyətyanı sahədə və evdə abadlıq işləri aparacaqlar, təsərrüfatdan istifadə etməklə, yəni həyətdə tərəvəzçiliklə məşğul olmaqla həm özləri dolanacaq, həm də evi, həyəti saz vəziyyətdə saxlayacaqlar. O, son vaxtlar xəstə olduğundan, vaxtlı-vaxtında evə gedib-gələ, qulluq edə bilməmişdir. O, onlarla razılaşmış və evi müvəqqəti yaşamaq və evə qulluq etmək üçün onlara vermişdir. Bu səbəbdən də razılaşmışdır ki, cavabdeh ona məxsus həyətə köçüb yaşasın, həm də nəzərə almışdır ki, o da kasıb ailədir, həyəti əkib be cərər, qazanc əldə edər, həyətin və evin normal təmirdə saxlanmasına köməklik edər. Bir həmkəndli kimi əşyalarını bir otağa yığaraq digər otaqları və yardımçı sahələri, həyəti cavabdehin istifadəsinə vermişdir. Mülkü cavabdehlərin müvəqqəti istifadəsinə verdikdən sonra bir müddət onlar əkinçiliklə məşğul olaraq qazanc əldə etmış, həyətdə və evdə müəyyən təmir işləri görmüşlər. Cavabdehin qaynatası Rəşid tez-tez onun yanına şəhərə gələrək onunla görüşüb hal-əhval tutmuş və uşaqlarına yaşamağa ev verdiyinə görə ona minnətdarlıq bildirmişdir. Hətta çox isti münasibətləri yarandığından və xəstə olduğundan, o, həmin evin kredit borcunu Rəşidə vermişdir ki, aparıb onun yerinə banka ödəsin. Rəşid və cavabdeh hər dəfə şəhərə gələndə ona həyətdən müəyyən paylar, həyətin tərəvəzindən, meyvəsindən və s. gətirmişlər. 2017-ci ilin əvvəllərində xəstəliyi ilə əlaqədar və heç yerdə işləmədiyindən, mübahisəli evə köçüb yaşamaq istədiyini Rəşidə və cavabdehlərə bildirərək evi boşaltmalarını xahiş etmişdir. Onlar ondan bir qədər vaxt istəmiş və 2017-ci ilin aprel-may aylarında evi boşaldaraq ona təhvil verəcəklərini bildirmişlər. Vəd verdikləri vaxt bitdikdə isə cavabdehlər mülkiyyətində olan evini və həyətini müxtəlif bəhanələrlə boşaldıb təhvil vermək istəməmişlər. O, təkidlə mülkü təhvil verməyi onlardan tələb etdikdə isə, onu ümumiyyətlə mülkünə buraxmamışlar. Hal-hazırda cavabdehlər onun əmlakını, mülkünü, həyətyanı sahəsini qanunsuz olaraq zəbt etmişlər, ona külli miqdarda maddi və mənəvi zərər vurmuşlar. Göstərilənlərə əsasən, İddiaçı cavabdehin ailə üzvləri ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, Ş.Maqomayev küçəsi, 2-ci dalan, 1 saylı evdən və həmin evin həyətyanı sahəsindən çıxarılmaları, dəymiş 5000 manat dəyərində maddi, 25000 manat mənəvi zərərin, əldə edilmiş 10000 manat faydanın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-43/2019 nömrəli iş üzrə 04 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmış dır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Mustafayev Soyanxan İsrafil oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi Məhkəmə kollegiyası iclasında İddiaçı nümayəndəsi X1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak et məməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-43/2019 nömrəli iş üzrə 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci insta nsiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Maqomayev küçəsi 2-ci dalanda istifadədə olan 0,02192 ha torpaq sahəsində yerləşən 1 mərtə bəli, 3 otaqlı, 38.8 kv.m yaşayış, 30.2 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddianın əsasına görə cavabdeh iddiaçının razılığı ilə ailəsi ilə birgə iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə köçərək orada yaşamış, daha sonra iddiaçı cavabdehin mübahisəli evdən çıxmasını tələb etsə də, cavabdeh evdən çıxmamışdır. Hazırki iddiasında iddiaçı cavabdehin mülkiyyətində olan ev və həyətyanı sahədən çıxarılmasını tələb edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki,, Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə görə, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddin ə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakı nı geri tələb edə bilər. İş materiallarından müəyyən edilmişdir ki, mübahisəli ev iddiaçının xüsusi mülkiyyətində olmaqla cavabdehin qanunsuz sahibliyindədir və cavabdeh uzun müddətdir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını davamlı şəkildə pozur. İş materiallarında olan ödəniş qəbzlərindən müəyyən olunur ki, mübahisəli daşınmaz əmlakla bağlı banka olan ödənişlər İddiaçı adından ödənilmişdir. Cavabdehin təqdim etdiyi işə əlavə edilmiş (səh 138) Kapital Bankın 2 saylı Nəsimi filialında 1594 nömrəli hesab üzrə “X7 ödəyir İddiaçı yerinə” ifadəli borcun ödəniş cədvəli mötəbər sənəd kimi qəbul edilmir. Belə ki, qeyd edilən cədvəl nə tərəflərin (iddiaçı və cavabdehin qaynatası) imzaları ilə, nə də səlahiyyətli bankın möhürü ilə təsdiqlənməmişdir. Qeyd edilən sənəd sözügedən evin məh z cavabdehin iddia etdiyi kimi qaynatası X2 öz hesabına borcu ödədiyini, əmlakın məhz şifahi alqı-satqı əsasında cavabdehə verildiyini deməyə kifayət etmir. İddiaçı iddia tələbində qeyd etmişdir ki, X5 ilə çox yaxın münasibətləri olduğundan və xəstə olduğundan o, həmin evin kredit borcunu sonuncuya vermişdir ki, aparıb onun yerinə banka ödəsin. Cavabdehin istinad etdiyi kimi iddiaçının qaynatası X3 aldadaraq evlə bağlı sənədləşmələri həyata keçirməməsi dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X5 08.12.2017-ci il tarixdə Xəzər rayon Prokurorluğuna müraciət edərək İddiaçı cinayət məsuliyyətinə cəlb edilməsini, aldatma yolu ilə əldə edilən 65.951 manat pulun ondan alınaraq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin 26 f evral 2018-ci il tarixli qərarı ilə X2 şikayət ərizəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, cavabdeh tərəf evin pulunu ödədiyi 2009-cu ildən bu yana aldadılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmiş, iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi üçün polis orqanlarına məhz hazırki iddia ərizəsinin verildiyi 11.10.2017-ci il tarixdən sonra, yəni 08.12.2017-ci il tarixdə müraciət etməsi səbəbini isə hazırki halda məhkəməyə izah edə bilməmişdir. İşin bu halı da cavabdeh tərəfin evin rəsmiləşməmiş alqı-satqı əsasında ona məxsus olması ilə bağlı dəlillərini təkzib edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiy yətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-43/2019 nömrəli iş üzrə 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-43/2019 nömrəli iş üzrə 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy
Məhkəmə qərarları › İş №2(102)-4295/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4295/2019
28.06.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver