Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4302/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(104)-2832/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Ə.Allahverdiyev, iş 2(021)-2463/2018) İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair ilk iddiası təmin edilərək, 1100 manat dəyərində 8 qram çəkidə 583 əyarlı briliyant qaşlı nişan üzüyü, 1600 manat dəyərində 16 qram çəkidə 583 əyarlı briliyant qaşlı sırğa üzük dəstin in, 500 manat dəyərində 8 qram çəkidə 583 əyarlı anasının hədiyyəsi olan sırğaüzüyün, 160 manat dəyərində 3 qram çəkidə 583 əyarlı ad günündə aldığı üzüyün, 220 manat dəyərində 4 qram çəkidə 583 əyarlı yoldaşının ad günündə aldığı üzüyün və digər cehiz əşyalarının, həmin əmlaklar olmadığı təqdirdə onlarının dəyərinin və 25 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tamamilə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov, Ə.G.Abdullayev və R.Ş.Muradov, iş № 2(104)2988/2018) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətn aməsi iddianın qismən təmin edilmiş,Cavabdeh 1100 manat dəyərində 8 qram çəkidə 583 əyarlı briliyant qaşlı nişan üzüyü, 1600 manat dəyərində 16 qram çəkidə 583 əyarlı briliyant qaşlı sırğa üzük dəstinin, 500 manat dəyərində 8 qram çəkidə 583 əyarlı anasının hədiyyəsi olan sırğaüzüyün, 160 manat dəyərində 3 qram çəkidə 583 əyarlı ad günündə aldığı üzüyün, 220 manat dəyərində 4 qram çəkidə 583 əyarlı yoldaşının ad günündə aldığı üzüyün, həmin əmlaklar olmadığı təqdirdə onların dəyərinin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə iddianın təmin edilmiş digər hissəsində və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə (ha kimlər: Ə.A.Əhmədov, A.Ə.İsgəndərov və İ.K.Dəmirov, iş № 2(102)-2305/2017)İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(104)-2988/2018 saylı qətnaməsi qismən-ilk iddianın Cavabdeh 1100 manat dəyərində 8 qram çəkidə 583 əyarlı briliyant qaşlı nişan üzüyünün, 1600 manat dəyərində 16 qram çəkidə 583 əyarlı briliyant qaşlı sırğa-üzük dəstinin, 500 manat dəyərində 8 qram çəkidə 583 əyarlı anası tərəfindən hədiyyə verilmiş sırğa-üzük dəstinin, 160 manat dəyərində 3 qram çəkidə 583 əyarlı üzüyün, 220 manat dəyərində 4 qram çəkidə 583 əyarlı yoldaşının ad günündə aldığı üzüyün və ya onların dəyərinin alınıb İddiaçı verilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşə təkrar baxan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Mehtiyev, L.S.Süleymanov və A.V.Bayramov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(021)-2463/2018 saylı qətnaməsi-ilk iddianın Cavabdeh 1100 manat dəyərində 8 qram çəkidə 583 əyarlı briliyant qaşlı nişan üzüyünün, 1600 manat dəyərində 16 qram çəkidə 583 əyarlı briliyant qaşlı sırğa-üzük dəstinin, 500 manat dəyərində 8 qram çəkidə 583 əyarlı anasının hədiyyəsi olan sırğa üzük dəstinin, 160 manat dəyərində 3 qram çəkidə 583 əyarlı üzüyün və 220 manat dəyərində 4 qram çəkidə 583 əyarlı yoldaşı nın ad günündə aldığı üzüyün və ya onların dəyərinin alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: Tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Ailə münasibətləri pozulduğundan hazırda ayrı yaşayırlar. 2018-ci ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək münasibətlərinin pozulması ilə əlaqədar cavabdehlə yaşadığı evdən getdikdən sonra ozünə məxsus qızıl-zinət və cehiz əşyalarının cavabdehin evində qalmasını və cavabdehin həmin əmlakları qaytarmamasını əsas gətirərək dəyəri 4080 manat məbləğində olan qızıl-zinət əşyalarının və dəyəri 9825 manat olan cehiz əşyalarının Cavabdeh natura və ya pul formasında alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılı qlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı qaldırdığı iddiasının qızıl-zinət əşyaları hissəsində rədd edilməsinə, cehiz əşyaları hissəsində qismən təmin edilməsinə və cavabdehdən (ilkin iddiaçıdan) anasına məxsus 8 qram çəkidə 583 əyarlı 500 manat dəyərində bir cüt qızıl sırğa, 4 qram çəkidə 583 əyarlı 220 manat dəyərində üzük və ona aid 8 qram çəkidə 583 əyarlı 500 manat dəyərində nişan üzüyünün alınaraq natura və ya pul formasında ona verilməsinə və 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları həqiqətən də ona hədiyyə kimi verilmiş və cavabdeh həmin qızıl-zinət əşyalarının mövcudluğunu mübahisələndirməmişdir. Həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrində də bu hallar öz təsdiqini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə dindirilmiş şahid ifadələrinə, iddiaçının izahatına və iddiaçı tərəfindən irəli sürülmüş dəlilləri təkzib edə biləcək sübutların təqdim olunmamasına əsaslanaraq hesab etmişdir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. (225.2) Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. (225.3) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). İddiaçıya hədiyyə şəklində verilmiş qızıl-zinət əşyaları onun mülkiyyəti olduğundan cavabdehin həmin əşyala rı özündə saxlayaraq ona qaytarmaması əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qətnamə iş üzrə müəyyən olunmuş sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4302/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4302/2020
23.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver