Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4302/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyət hüququ. Mülkiyyət hüquna müdaxilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçın vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-589/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX № ******* seriyalı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, X14 küçəsində yerləşən 44 saylı evin 13 saylı mənzili Cavabdeh1 Sabir qızının adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır, mənzil 1 yaşayış otağından ibarətdir, ümumi sahəsi 21,4 kvadrat metr təşkil edir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM № 165399 seriyalı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, X14 küçəsində yerləşən 44 saylı evin 21/18 saylı mənzili Cavabdeh4 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata al ınmışdır, mənzilin 2 yaşayış otağı, ümumi sahəsi 28,75 kvadrat metr təşkil edir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM № 054224 seriyalı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, X14 küçəsində yerləşən 44 saylı evin 20 saylı mənzili Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır, mənzilin 1 yaşayış otağı, ümumi sahəsi 23,5 kvadrat metr təşkil edir. Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 948 saylı, 26 oktyabr 2000-ci il tarixli sərəncama əsasən Bakı şəhəri, Səbail rayonu, X14 küçəsində yerləşən 44 saylı evin 14 saylı mənzili Cavabdeh2 adına qeydiyyata alınmışdır, mənzilin 2 yaşayış otağı, ümumi sahəsi 49,5 kvadrat metr təşkil edir. Cavabdeh3 06 yanvar 1998-ci il tarixdə ölmüşdür. X5 05 may 1964-cü il tar ixdə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh3, anası X1r. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li qərarına əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş yaşayış binalarının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələr inin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. 14.03.2018-ci il tarixli, 03 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Səbail rayon İcra Hakimiyyəti başçısı X13 ilə "xxxx" MMC-nin direktoru arasında rayon İcra Hakimiyyətinin 29.12.2016-cı il tarixli 177 saylı sərəncamı ilə Qurban Abbasov küçəsi 42, 44 saylı binaları və Xanlar küçəsini əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən MMC tərəfindən ünvan 1 ünvanlardakı yaşayış binalarının tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikint i obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. 26 dekabr 2016-cı il tarixli ünvan 2 ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında aktda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 06 may 2016-cı il tarixli, 34/04041 nömrəli tapşırığına əsasən ünvan 2 ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinə vizual texniki baxış keçirildi və aşağıdakılar müəyyən olundu. Baxış keçirilən İddiaçı MMC-yə ayrılmış 0,12 ha sahə ünvan 2 ünvanda yerləşir. Qeyd olunan ərazi 33 mənzildən ibarətdir. Bu ərazidə yerləşən fərdi yaşayış evləri bir və iki mərtəbəli olmaqla, XX əsrin əvvəllərində in şa edilmişdir. Yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri ağac konstruksiyasından inşa edilmişdir. But daşından olan divarlarda keçici çatlar, ağac konstruksiyalarvında çürümələr, beton konstruksiyalarında qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış evləri və mənzillərin mövcud vəziyyəti texniki cəhətdən qəzalıd ır, istismar üçün təhlükəlidir. Yaşayış evlərində və mənzillərdə təmir-bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. 1.Yaşayış evlərinin istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması,
2. Sakinlərin təcili olaraq mənzillərdən çıxarılması, 3.Qeyd olunan yaşayış binasına gələn bütün kommunikasiya xətlərinin kəsilməsi, 4.Ərazinin şərti olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması. Binada yaranmış vəziyyətin təbii fəlakət və hadisələrlə əlaqəsi yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (müstəqil tələb irəli sürməyən şəxs qismində Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin cəlb edildiyi) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cava bdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Sabir qızına məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 21,4 kvadrat metr sahəsi olan 13 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 20 faiz əlavə olmaqla-sahəsi 25,68 kvadrat metr olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 49,5 kvadrat metr sahəsi olan 14 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 450 manat kirayə haqqı və 20 faiz əlavə olmaqla - sahəsi 59,4 kvadrat me tr olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 23,5 kvadrat metr sahəsi olan 20 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 20 faiz əlavə olmaqlasahəsi 28,2 kvadrat metr olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh4 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 28,75 kvadrat metr sahəsi olan 21/18 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 20 faiz əlavə olmaqlasahəsi 34,5 kvadrat metr olan yeni və təmirli mənzil sahəsi ilə təmin edilməklə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh1 Sabir qızına məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 21,4 kvadrat metr sahəsi olan 13 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 30 faiz əlavə olmaqla sahəsi 27,82 kvadrat metr olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 49,5 kvadrat metr sahəsi olan 14 sa ylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 450 manat kirayə haqqı və 30 faiz əlavə olmaqla - sahəsi 64,35 kvadrat metr olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44- də yerləşən 23,5 kvadrat metr sahəsi olan 20 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 30 faiz əlavə olmaqla-sahəsi 30,55 kvadrat metr olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh4 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44- də yerləşən 28,75 kvadrat metr sahəsi olan 21/18 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 30 faiz əlavə olmaqla-sahəsi 37,37 kvadrat metr olan yeni və təmirli mənzil sahəsi ilə təmin edilməklə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin rayonlarının, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının icrası ilə əlaqədar Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin “Qəzalı vəziyyətdə olan binaların sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi” haqqında 29 dekabr 2016-cı il tarixli, 177 saylı sərəncamı ilə Səbail rayonu Bayıl qəsəbəsi ərazisində yerləşən uzunmüddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Qurban Abbasov küçəsi 42, 44, Xanlar küçəsinin əhatə etdiyi ərazidə yerləşən 1-2 mərtəbəli yaşayış binalarının söküntüsü və 0,55 ha ərazidə yeni çoxmərtəbəli yaşayış binansının layihələndirilməsi və tikintisi pilot layihə kimi iddiaçıya həvalə edilmişdir. Ərazi üzrə torpaq sahəsi həm Səbail Rayon İcra Hakimiyyətinin 29 dekabr 2016-cı il tarixli, 177 saylı sərəncamı ilə, həm də 14 mart 2018-ci ildə Səbail Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilə ilə Cəmiyyətə verilmişdir. “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqaviləyə əsasən Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti Qurban Abbasov küçəsi 42, 44; Xanlar küçəsinin əhatə etdiyi ərazidə yerləşən 5500 kvadrat metr torpaq sahəsini hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün Cəmiyyətə icarəyə verməyi, Cəmiyyət isə hər il 20350 (iyirmi min üç yüz əlli) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlərin qəzalı vəziyyətdə olan və tikinti normalarına cavab verməyən mənzillərinin əvəzinə Cəmiyyət onlara ünvan 3 ünvanda memarlıq-şəhərsalma standartlarına uyğun tikəcəyi hündürmərtəbəli binada müasir mənzillər təklif edir. Ancaq cavabdehlərlə aparılmış danışıqlar nəticəsiz qalmış, razılaşma əldə olunmamışdır. Cəmiyyət tərəfindən 44 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında hər bir vətəndaşa mənzilin in sahəsindən 30faiz artıq olmaqla təmirli mənzil, mənzildən köçməsi üçün birdəfəlik 500 manat və bina tikilib hazır olanadək cavabdehlər Cavabdeh1 Sabir qızının 21,4 kvadrat metr-dən ibarət 13 saylı mənzilinə müvafiq 350 manat, Cavabdeh2 49,5 kvadrat metr-dən ibarət 14 saylı mənzilinə müvafiq 450 manat, Cavabdeh3 23,5 kvadrat metr-dən ibarət 20 saylı mənzilinə müvafiq 350 manat və Cavabdeh4 28,75 kvadrat metr-dən ibarət 21/18 saylı mənzilinə müvafiq 350 manat aylıq kirayə haqqı ödənilməsi təklif olunmuşdur. İddiaçı hesab edir ki, bu, vətəndaşların mənzilinə görə tam və ədalətli kompensasiyadır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Şahin Abdullyev) 2(009)-1885/2019 saylı, 14.10.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 Sabir qızına məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 21,4 kvadrat metr. sahəsi olan 13 saylı mənzilinə görə İddiaçı MMC tərəfindən mənzildən köçməsi üçün birdəfəlik 500 manat, həmin ünvanda yeni tikilən bina hazır olanadək aylıq 350 manat kirayə haqqı və 30 faiz əlavə olmaqla sahəsi 27,82 kvadrat metr olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 49,5 kvadrat metr sahəsi olan 14 saylı mənzilinə görə İddiaçı MMC tərəfindən mənzildən köçməsi üçün birdəfəlik 500 manat, həmin ünvanda yeni tikilən bina hazır olanadək aylıq 450 manat kirayə haqqı və 30 faiz əlavə olmaqla sahəsi 64,35 kvadrat metr olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiy yət və istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 23,5 kvadrat metr. sahəsi olan 20 saylı mənzilinə görə İddiaçı MMC tərəfindən Cavabdeh3 prosessual hüquqi varisi X2 mənzildən köçməsi üçün birdəfəlik 500 manat, həmin ünvanda yeni tikilən bina hazır olanadək aylıq 350 manat kirayə haqqı və 30 faiz əlavə olmaqla sahəsi 30,55 kvadrat metr olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh4 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 44-də yerləşən 28,75 kvadrat metr sahəsi olan 21/18 saylı mənzilinə görə İddiaçı MMC tərəfindən mənzildən köçməsi üçün birdəfəlik 500 manat, həmin ünvanda yeni tikilən bina hazır olanadək aylıq 350 manat k irayə haqqı və 30 faiz əlavə olmaqla sahəsi 37,37 kvadrat metr olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin qərarının icrası ilə bağlı mübahisəli yaşayış evlərin istismar müddətinin bitməsi ilə əlaqədar onların yerləşdiyi ərazidə müvafiq söküntü işlərinin həyata keçirilməsi, sakinlərin köçürülməsi və sakinlərə vəsaitlərin ödənilməsi Bakı şəhər Səbail İcra Hakimiyyətinə həvalə edildiyindən, həmçinin Səbail rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanılmış 14.03.2018ci il tarixli müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini İddiaçı MMC öz üzərinə götürdüyündən, İddiaçı MMC hazırki tələblə məhkəmədə iddia irəli sür məyə subyektiv hüquqa malikdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin mülkiyyətində olan mənzillərin istismara yararsız və qəzalı vəziyyətdə olması, həmçinin həmin mənzillərin orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunduğundan, iddia tələbi həmin mənzillərin sökülməsi, cavabdehlərin ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması və mənzillərin boşaldılması hissəsində də əsaslıdır. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə uçmaq təhlükəsi olan, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərin sakinlərin köçürülməsi yerli icra hakimiyyəti tərəfindən, dövlət vəsaiti hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Səbail rayon İcra Hakimiyyətinin sərəncamı ilə tikinti məqsədləri üçün İddiaçı MMC-yə icarəsinə verilməklə ayrıldığından, həmçinin Səbail rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanılmış 14.03.2018-ci il tarixli müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini İddiaçı MMC öz üzərinə götürdüyündən, iddia tələbi cavabdehlərə məxsus mənzillərin dövlət reyestrində qeydə alınmış qanuni sahələrinə 30 faiz əlavə edilərək cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməklə mənzil sahələri ilə təmin edilməsi hissəsində, cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzildən istifadə və digər hüquqlarına xitam verilməklə, onların həmin mənzildən çıxarılmaları və mənzillərin boşaldılması və sökülməsi hissələrində də təmin edilməldir. Məhkəmə həmçinin cavabdehlərin mənzildən çıxarılmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi onların mənzillərindən köç məsi üçün hər birinə birdəfəlik 500 manat və yeni tikilən bina hazır olanadək İddiaçı MMC-nin vəsaiti hesabına Cavabdeh1 Sabir qızına aylıq 350 manat, Cavabdeh2 aylıq 450 manat, Cavabdeh3 prosessual hüquq varisi X4 aylıq 350 manat, Cavabdeh4 aylıq 350 manat kirayə haqqı ödənilməsi hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər: Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova, Xəyal Sarıyev) 2(103)-1253/2020 saylı, 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ye ni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən iddiaçının cavabdehlərə həmin ünvanda tikintisi başa çatdırıldığı hündürmərtəbəli binada yaşayış sahəsi təklif etsə də, təklifin məzmununun cavabdehlərin mənafeyinə uyğun olmaması, həmin ərazidə tikinti işlərinin aparılmasına başlanması nəzərə alınarsa, hazırkı vaxtadək cavabdehlərlə hər hansı danışıqların aparılmaması, cavabdehlərin tələblərinin nədən ibarət olması öyrənilmədən, cavabdehlərin mülkiyyətlərindən məhrum edilmələrinə dair iddianın verilməsinin hüquqdan sui istifadə olması, cavabdehlərin mülkiyyətində olan evlərin qəzalı vəziyyətdə və yaşayış üçün yarasız olmasının sübut edilməməsi, həmçinin İddiaçı MMC-nin hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərin i irəli sürməyə imkan verən subyektiv hüququnun olmamasına istinad edərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı rədd etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 140, 152.1, 389.2, 390.1, 390.3-cü, Torpaq Məcəlləsinin 66.2, 67.3-cü və «Torpaqların dovlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddələri ilə əsaslandırmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının (hakimlər: Aqil Abbasov (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva, Elşad Şamayev) 2(102)-3545/2020 saylı, 20 iyul 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Ali Məhkəmənin qənaətinə görə iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına uyğun deyildir. Apellyasiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması nəticəsinə gələrkən nə İddiaçı MMC-nin, nə də üçüncü şəxs olan Səbail rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı 25.02.2016-cı il tarixli qərarı ilə torpaqları dövlət ehtiyacları üçün alan orqan kimi müəyyən edilməməsinə, nə iddiaçının, nə üçüncü şəxsin mübahisəli torpaq sahəsinə dair icarə hüquqlarının dövlət qeydiyyatına alınmamasına istinad etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçı hazı rki iddianı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı 25.02.2016-cı il tarixli qərarına deyil, Səbail rayon İcra Hakimiyyətinin 29 dekabr 2016-cı il tarixli Sərəncamına və həmin sərəncam əsasında Qurban Abbasov küçəsi 42, 44; Xanlar küçəsinin əhatə etdiyi ərazidə yerləşən 5500 kvadrat metr torpaq sahəsinin hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün MMC-nin icarəsinə verilməsi barədə Səbail rayon İcra Hakimiyyəti ilə bağlanmış 14 mart 2018-ci il tarilxi torpağın icarə müqaviləsinə istinad etməklə vermişdir. Buna görə də iddiaçının subyektiv hüququnun olub-olmaması Səbail rayon İcra Hakimiyyətinin 29 dekabr 2016-cı il tarixli Sərəncamı və 14 mart 2018-ci il tarilxi torpağın icarə müqaviləsi kontekstində yoxlanılmaqla müəyyən edilə bilərdi. Apellyasiya məhkəməsi isə iddiaç ının subyektiv hüququnun olmamasını həmin Sərəncam və müqavilə baxımından yoxlamadan müəyyən etmişdir. Bundan əlavə, bir tərəfdən iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmamasını bildirən məhkəmə, digər tərəfdən iddia tələbinin digər hüquqi əsaslarına da qiymət verməklə ziddiyyətli nəticəyə gəlmişdir. Buna görə də bir halda ki, apellyasiya instansiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq iddiaçının subyektiv hüququnun olmaması nəticəsinə düzgün gəlməyib, belə olan halda, iddia tələbinin digər əsasları üzrə apellyasiya instansiyası məhkəmənin qiymətləndirməsini (təklif edilən kompensasiyanın az olması, cavabdehlərin evinin qəzalı vəziyyətdə olmasının sübut edilməməsi, torpaqların dövlət ehtiyacı üçün alınmaması və.s.) yoxlamağa kassasiya məhkəməsi zərurət görməmi şdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Anar Tanrıverdiyev sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 prosessual hüquqi varisi X5, X8, Cavabdeh4 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, ünvan 4 ünvanda yerləşən binalar qəzalı və yararsız vəziyyətdədir və onlar heç bir texniki normaya cavab vermir, hər an uça bilər. Bu evlər XX əsrin əvvəllərində inşa edili b və sakinlərin həmin evdə yaşaması təhlükəlidir. Bu səbəbdən iddiaçı Səbail rayon İcra Hakimiyyətinin 29.12.2016-cı il tarixli sərəncamını, Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 26.12.2016-cı il tarixli aktını əsas tutmaqla ünvan 5 ünvanda qəzalı və yararsız vəziyyətdə olmaqla təmir və bərpa işlərinin aparılması iqtisadi cəhətdən əhəmiyyətsizdir. İşə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçının subyektiv hüququnun olubolmaması məsələsini araşdıraraq apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iş materiallarında olan 14.03.2018-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən Səbail Rayon İcra Hakimiyyətinin 29.12.2016-cı il tarixli 177 saylı Sərəncamı ilə Qurban Abbasov küçəsi 42, 44; Xanlar küçəsini əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinə icarə müqavilə si bağlanmışdır ki, bu da iddiaçının subyektiv hüququnun olmasını təsdiq edən faktdır. Səbail rayon İcra Hakimiyyətinin 29.12.2016-cı il tarixli 177 saylı Sərəncamından göründüyü kimi İddiaçı MMC-yə ərazidə yerləşən yaşayış və qeri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması İddiaçı MMC-nin hesabına həyata keçirilməsi tapşırılmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli əraziyə yerli baxış keçirmiş və müəyyən etmişdir ki, sözügedən ərazidə bir neçə sakinl ərin evi sökülsə də, hazırki iş üzrə cavabdehlərin yaşayış sahələri sökülməmişdir. Eyni zamanda, yaşayış sahələri sökülmüş sakinlərin İddiaçı MMC-yə qarşı iddia irəli sürməsi də iş materiallarında aşkar edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, İddiaçı MMC ilə evləri sökülmüş sakinlər arasında razlıq əldə edilmiş və daha sonra söküntü işləri aparılmışdır. Məhkəmə bu qənaətə gəlmişdir ki, hazırki iş üzrə cavabdehlərlə belə razılıq əldə edilmədiyindən onların iradəsinə zidd sözügedən yaşayış sahələrinin sökülməsi yolverilməzdir. Məhkəmə iş materiallarından, apellyasiya şikayətinin məzmunundan və tərəflərin izahatlarından müəyyən etmişdir ki, cavabdehlər İddiaçı MMC ilə müqavilə bağlamaqdan imtina edirlər. Mübahisəli ərazidəki yaşayış sahələrinin cavabdehlərin xüsusi mülkiyyətində olması işin mübahisələndirilməyən halını təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının subyektiv hüququnun mövcud olması cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməsinə əsas deyildir. Belə ki, Mülki Məcəllənin 6.1.5-ci maddəsində müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi təsbit edilmişdir. Həmin prinsip Mülki Məcəllənin 390-cı maddəsində öz əksini tapmışdır. Həmin maddənin tələbinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər və bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər və müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi iddiaçının iddia tələbi cavabdehlərin mülkiyyətində olan yaşayış sahələrinə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsinə yönəldiyindən iddia tələbinin təmin edilməsi müqavilə azadlığı prinsipinə zidddir. İş materiallarından və tərəflərin izahatından aydın olur ki, cavabdehlər onlara məxsus olan yaşayış sahələrinin sökülməsi və onlara başqa mənzillərin verilməsi təklifi ilə razı deyillər. Belə olan halda, cavabdehlərin yaşayış sahələrinin sökülməsi ilə bağlı iradə ifadəsi mövcud olmadığından İddiaçı MMC-nin tələbi cavabdehlərin müqavilə azadlığı prinsipinə zidd hesab edilir və təmin edilə bilməz. İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilm əsini və iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişlərinə tam əməl etməyərək prosessual pozuntuya yol vermişdir. Məhkəmə iddiaçının subyektiv hüququnun olmasını müəyyən etmiş, lakin digər məsələlərlə bağlı Ali Məhkəmənin qərarına uyğun araşdırma aparmamış, nəticədə düzgün olmayan qənaətə gəlmişdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzm ununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məh kəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş m ateriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 417.1.3. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququ n tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Tərəflər arasındakı mübahisə Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, ev 44 saylı ünvanda yerləşən 13, 14, 21/18, 44 saylı mənzillərlə bağlıdır. Həmin mənzillər müvafiq olaraq cavabdehlərin mülkiyyətindədir. Azərbaycan Respublikası Nazir lər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı ilə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə göstərilən rayonlar üzrə şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən çoxmənzilli yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin s ökülməsi və yenidən qurulması, inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi, o cümlədən hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qəzalı vəziyyətdə olan binalar sökülüb yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi qərara alınmışdır. Həmin Qərarda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məq sədilə Səbail rayonu İcra Hakimiyyətinin 29 dekabr 2016-cı il tarixli 177 saylı sərəncamına və 14 mart 2018-ci il tarixli müqaviləyə əsasən, ünvan 7 ünvanında yerləşən yaşayış binalarının söküntüsünün "xxxx" MMC tərəfindən yerinə yetirilməsinə, eləcə də həmin ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. "xxxx" MMC ilə hazırki iş üzrə cavabdehlər olan mülkiyyətçilər arasında sonunculara məxsus mənzillərin yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərlə əvəzləşdirilməsinə dair razılığın əldə edilməməsi hazırki məhkəmə mübahisəsinin yaranmasına səbəb olmuşdur. Belə ki, iddiaçı MMC tərəfindən cavabdehlərə onlara məxsus mənzillərin yerləşdiyi binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında onların hər birinin mənzilinin sahəsindən 3 0 faiz artıq olmaqla təmirli mənzil, mənzildən köçməsi üçün birdəfəlik 500 manat və bina tikilib hazır olanadək cavabdehlər Cavabdeh1 21,4 kvadrat metr-dən ibarət 13 saylı mənzilinə müvafiq 350 manat, Cavabdeh2 49,5 kvadrat metr-dən ibarət 14 saylı mənzilinə müvafiq 450 manat, Cavabdeh3 23,5 kvadrat metr-dən ibarət 20 saylı mənzilinə müvafiq 350 manat və Cavabdeh4 28,75 kvadrat metr-dən ibarət 21/18 saylı mənzilinə müvafiq 350 manat aylıq kirayə haqqı ödənilməsi təklif edilir. Bununla bərabər, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, müvafiq icra hakimiyyətinin aktı ilə mübahisə predmeti olan mənzillərin uzun müddət ərzində təmirsiz istismar olunması, köhnəlməsi, fiziki aşınmaya məruz qalması, kommunikasiya xətləri və sistemlərinin yararsız vəziyyətdə olması, yaşayış evlərinin ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab verməməsi, texniki cəhətdən qəzalı və istismar üçün təhlükəli olması müəyyən edilmiş, səlahiyyətli dövlət orqanı (Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi) tərəfindən həmin mənzillərdə təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməllərindən biri hesab edilir. Bununla bərabər, Konstitusiyada hüquq və azadlıqlarla yanaşı onla rdan irəli gələn vəzifələr də müəyyən edilir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələr istisna edilmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilir ki, hər hansı məhrumetmə qanuni olmalı və qanuni məqsəd daşımasından əlavə həmçinin mütənasiblik tələbinə uyğun olmalıdır. İctimaiyyətin ümumi maraq tələbləri və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı tələblər arasında ədalətli tarazlıq (balans) olmalıdır, bu cür ədalətli tarazlığın axtarışı bütün Konvensiyaya xasdır. Zəruri tarazlığın əldə olunması o halda mümkün deyil ki, şəxs fərdi və həddən artıq yük daşıyır (bax Sporrong və Lönnroth İsveçə qarşı, 23 Sentyabr 1982, §§ 69-74, A seriyaları no. 52; Brumaresku Rumıniyaya qarşı (GC), no. 28342/95, § 78, AİHM 1999-Vİİ; X7rşı, no. 3851/12, §§ 58-59, 11 Dekabr 2014, və həmin işlərdə istinad olunan işlər). Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən çoxmənzilli binaların sökülərək yenidən inşa ediləcək yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərlə (əvvəlki mənzilin sahəsindən 30 faiz artıq olmaq şərti ilə) əvəzləşdirilməsi mənzil mülkiyyətçisinin əmlak hüquqlarının pozulmasına səbəb olmur, əksinə mülkiyyətçinin öz mənzilinə dair mülkiyyət hüquqları yeni inşa ediləcək mənzilə dair mülkiyy ət hüququ ilə əvəzləşdirilir, bu əvəzləşdirmə mülkiyyətçinin vəziyyətini daha da yaxşılaşdırmaqla onun mənafeyinə uyğun hesab edilməlidir (eyni ərazidə abadlaşdırılmış sahədə 30 faiz də artıq olmaq şərti ilə təmirli mənzil verilməsi), yəni müdaxilə qanuni hesab edilir. Belə olan halda, mənzil mülkiyyətçisinin təkliflə razılaşmaması hüquqdan sui-istifadə kimi qiymətləndirilməli, söküləcək binalarda mənzil sahəsinə malik digər mülkiyyətçilərin hüquqlarının pozulmasıın qarşısının alınması və ictimai maraqlar baxımından MMC-nin iddası əsaslı hesab olunmalıdır. Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Re spublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında da ifadə edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, qeyd edilən qaydalar təkmilləşdirilənədək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Azərbaycan Respublika sı Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə, eyni zamanda “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1ci maddəsi və Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinin tələblərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Qeyd edilənlər əsas götürülməklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin müqavilə azadlığı prinsipinə zidd olmasına istinad edərək iddianın rədd edilmsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bir daha vurğulanmalıdır ki, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdır ılması həmin şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə gönd ərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-589/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.