Məhkəmə qərarları › İş №2(102)-4307/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4307/2022

03.10.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4307/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl edilməməsi, maddi və prosessual hüquq normalarının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10860/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 03 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh1 30 iyul 1996-cı il tarixdə rəsmi nikaha daxil olublar. Birgə nikahdan üç uşaqları var, uşaqlardan ikisi yetkinlik yaşına çatıb.

2. Yasamal Rayon Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulub. Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə X4 arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir.

3. AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktuba əsasən “HYUNDAİ İX-35” markalı, 99FJ902 dövlət qeydiyyat nişanlı a vtomobil xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü X2 adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Həmçinin həmin tarixdə nəqliyyat vasitəsinin yeni mülkiyyətçisi Cavabdeh2 tərəfindən Cavabdeh1 etibarnamə verilmişdir.

4. Mübahisə avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi (sonradan iddia tələbinin dəqiqləşməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə alınan “HYUNDAİ İX-35" markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı X4 ilə Cavabdeh2 arasında 16 apr el 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış qeydiyyatın ləğv olunması, X2 və İddiaçı həmin avtomobilə mülkiyyət hüququnun tanınması, avtomobilin 1/2 hissəsinə Cavabdeh1, 1/2 hissəsinə İddiaçı paylarının müəyyən edilməsi, Cavabdeh1 və İddiaçı həmin avtomobil üzərində mülkiyyət hüququnun qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə birgə nikah dövründə, xx.xx.2018-ci il tarixdə “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Avtomobil Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh həmin maşını iddiaçının razılığı olmadan xx.xx.2019-cu il tarixində qeydiyyatdan çıxararaq alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır.

7. Özgəninkiləşdirmə formal olaraq aparılmış, çünki avtomobil hazırda da cavabdehin öz istifadəsindədir.

8. İddiaçı 24 yanvar 2020-ci il tarixdə cavabdehə birgə nigah dövründə aldıqları avtomobilə dair onun razılığı alınmadan bağlanmış 16 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinin və həmin avtomobilin 1/2 hissəsinin onun adına sənədləşdirilməsinin razılaşma yolu ilə 15 gün müddətində həll edilməsini təklif edərək sifarişli-xəbəmaməli məktubla pretenziya göndərmişdir. Cavabdeh məktubu 31 yanvar 2020-ci il tarixdə alsa da, bu günə kimi göndərilən məktuba cavab verməmişdir.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 225.1, 337.5, 339.1, 340.2, 650-ci, Ai lə Məcəlləsinin 36.1 və 36.3-cü maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək göstərib ki, “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə alınmışdır. Nikah pozulduqdan sonra cavabdeh “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobili satarkən keçmiş ərinini, yəni iddiaçının razılığını almamışdır. Mülki Məcəllənin 650-ci maddəsinə görə alqısatqı müqaviləsi bağlanarkən dövlət qeydiyyatından keçməli olan daşınar əşyalara daşınmaz əmlaklarla bağlı müddəalar tətbiq olunur. Daşınmaz əşyalarda da birgə nikah dövründə əldə olunan əmlakların alqı-satqısı zamanı ərin və arvadın razılığı tələb olunur.

11. Cavabdehlər birinci instansiya məhkəməsində i ştirak etməmişlər.

12. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X4 ilə Cavabdeh2 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh1 və İddiaçı həmin avtomobilə mülkiyyət hüququ tanınaraq avtomobilin 1/2 (ikidə bir) hissəsində Cavabdeh1, 1/2 (ikidə bir) hissəsində İddiaçı payları müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim Orxan Məmmədli)

13. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, İddiaçılə cavabdeh J.Fətəliyeva (Hüseynova) arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Tərəflər birgə nikah dövründə, “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh J.Fətəliyevanın adına rəsmiləşdirilməklə əldə etmiş, xx.xx.2019-cu il tarixində həmin avtomobil iddiaçının razılığı olmadan alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Həmin avtomobilin tərəflərin birgə nikahı dövründə əldə olunmuş əmlak olması araşdırılmış sübutlarla tam təsdiq edilir.

14. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına, ümumi birgə mülkiyyət və əqdlərin etibarsızlığı ilə bağlı qanunvericilik normalarına istinadən belə nəticəyə gəlib ki, “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı cavabdeh J.Fətəliyeva ilə digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Çünki mübahisədə adı keçən avtomobili n alqı-satqısı ilə bağlı cavabdeh J.Fətəliyeva ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin yalnız görünüş üçün formal olaraq bağlanması iş materialları ilə tam təsdiq olunur.

15. Birinci instansiya məhkəməsi həmçinin belə nəticəyə gəlib ki, hazırda qeyd olunan avtomobilin qeyri-bərabər bölünməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud olmadığından, həmin əmlak tərəflər arasında bərabər paylara uyğun olaraq bölünməlidir.

16. İddia tələbinin nəqliyyat vasitəsi üzərində aparılmış qeydiyyatın ləğv olunması və iddiaçı ilə Cavabdeh1 həmin avtomobil üzərində mülkiyyət hüququnun qeydə alınması tələbi üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hüququn qeydə alınması inzabati orqanın səlahiyyətinə aiddir və hər hansı inzibati orqanın üzər inə vəzifə və öhdəlik qoyulması ümumi məhkəmələrin səlahiyyətlərinə aid deyildir. Buna görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 222.2, 222.3, 324.1, 337.1, 337.2, 340.2-ci, Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2, 33.1, 33.2, 33.3, 36.1, 36.3, 37.1, 37.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

18. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh iddiaçının İddiaçı uzun müddətdir ki, tanıyır. Belə ki, cavabdeh münasib qiymətə düşən əmlakları alıb sonradan satı şını təşkil edir. İddiaçı 2019-ci ilin aprel ayında cavabdehə bildirmişdir ki, arvadı Cavabdeh1 ilə ümumi razılıq əsasında ayrılmışlar və bu məqsədlə Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən 74 nömrəli evin, 59 nömrəli mənzilini və "HYUNDAİ İX-35" markalı, 99- FJ-902 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satmaq qərarına gəlmişlər. İddiaçı münasib qiymətə həmin əmlakları ona almağı təklifi etmişdir. Cavabdeh isə yekun qərar verib iddiaçıya İddiaçı məlumat verəcəyini bildirmişdir; - qərara gəldikdən sonra iddiaçı ilk olaraq 14 aprel 2019-cı il tarixdə mübahisədə adı keçən avtomobili iddiaçının iştirakı ilə və dəyərini ona ödəməklə Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlanmış və bundan sonra, yəni 07 may 2019-cu il tarixdə isə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov k üçəsində yerləşən 74 nömrəli evin 59 nömrəli mənzili iddiaçıdan 120.000 manat ödəməklə onlardan almışdır; - bundan əlavə, iddiaçı ondan xahiş etmişdir ki, 1-ci qrup əlil uşağı var, avtomobilə müştəri tapana kimi nəqliyyat vasitəsinin müvəqqəti istifadəsinə dair etibarnamə versin. O, da iddiaçı ilə münasibətlərini nəzərə alaraq alaraq Cavabdeh1 adına nəqliyyat vasitəsinin idarə etmək üçün etibarnamə vermişdir; - sonradan ona məlum olmuşdur ki, İddiaçılə arvadı arasında hazırda mənzilə və avtomobilə dair məhkəmə mübahisəsi var; - cavabdeh onlardan hər iki əmlakı hər ikisinin iştirakı və razılığı ilə almış və əmlakların dəyərini iddiaçıya tam ödəmişdir. Bu səbəbdən o, avtomobilin vicdanlı alıcısıdır və buna görə vicdanlı alıcı hesab edilməlidir.

20. İddiaçı apellyasiya şikayətinə etiraz edərə k bildirib o, cavabdehi əvvəllər tanınmamış və yalnız mənzili satarkən cavabdehi görmüşdür. İddiaçı keçmiş arvadı ili 2019-cu ilin aprel ayına qədər bir yerdə yaşamışlar və avtomobil həmin müddət ərzində satılmışdır. Bununla belə, iddiaçı avtomobilin satılmasından gec xəbər tutmuşdur. O, mülkiyyətində olan mənzili Cavabdeh2a xx.xx.2019-cu il tarixdə satmışdır.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1591/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2262/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə yəni, “X4 ilə Cavabdeh2 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 Ağaraza qızının və İddiaçı həmin avtomobilə mülkiyyət hüququ tanınaraq avtomobilin 1/2 (ikidə bir) hissədə Cavabdeh1, 1/2 (ikidə bir) hissədə İddiaçı paylarının müəyyən edilməsi” hissəsində ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı” barədə iddia tələbi təmin edilməmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Məhərrəmova, Elnur Həsənov)

22. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, hazırkı işdə birgə nikah dövründə əldə olunmuş əmlak olduğu irəli sürülən avtomobilin tərəflərin birgə nikahları dövründə əldə edildiyi işdəki mövcud sübutlarla təsdiq olunmaqdadır. Buna görə də mübahisənin obyektiv həlli üçün ilk növbədə mübahisəli nəqliyyat vasitəsinə dair X4 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqa viləsinin etibarsız hesab edilməsi tələbinin əsaslı olub-olmadığı araşdırılmalıdır.

23. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən 74 nömrəli evin, 59 nömrəli mənzilini Cavabdeh2 satmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, belə olan halda iddiaçının avtomobilin satılmasından xəbərsiz olması barədə irəli sürdüyü dəlil əsassızdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, mübahisədə adı keçən avtomobil X4 tərəfindən 16 aprel 2019-cu il tarixdə Cavabdeh2 satılmışdır. Bundan 21 gün sonra isə tərəflərin birgə mülkiyyətində olan mənzil həmin şəxsə, yəni Cavabdeh2a satılmışdır. Bu baxımdan, hər iki əmlak eyni şəxsə satıldığından iddiaçının avtomobilin satılmasından xəbəri olmaması barədə irəli sürdükləri inandırıcı deyildir.

25. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına və mülki və ailə qanunvericiliyinin müvafiq normalarına istinadən hesab edib ki, mübahisə mövzusu olan avtomobili alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh2 vicdanlı əldə etmişdir və onun avtomobil üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir.

26. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının ər-arvadın birgə mülkiyyətinin hüquqi rejimindən yaranan hüquqları pozulmuş olsa belə, bu pozuntu mübahisəli avtomobili vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006- cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bi r-birinə olan inamının da azalmasına gətirib çıxarardı”.

27. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, Ailə Məcəlləsinin 33.4cü maddəsi, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığının zəruriliyini və belə razılıq olmadan bağlanan əqdin mübahisələndirilə bilinəcəyini nəzərdə tutur. Lakin mexaniki nəqliyyat vasitələri rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar hesab edildiyindən və onların dövlət qeydiyyatından keçirilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə tənzimlədiyindən, nəqliyyat vasitələri ilə əlaqədar müqavilələr bağlanan zaman belə bir razılığın olması qanunvericiliklə tələb edilmir.

28. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi Cavabdeh2 əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyritaraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanuni dir.

29. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etməyi zəruri bilib ki, İddiaçı gələcəkdə Cavabdeh1 qarşı nəqliyyat vasitəsinin satılması ilə bağlı pul tələbinə dair məhkəməyə müraciət etmək hüququ istisna edilmir.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 182.1, 222.3, 394, 650, Ailə Məcəlləsinin 32.1, 32.2, 33.3, 33.4, 37.1, 37.2-ci maddələri ilə əsaslandrımışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

31. İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququ tanınmaqla payların müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kasasiya şikayəti belə əsaslandırılıb: - apelyasiya instansiyası məhkəməsinin mövqeyi Cavabdeh2 hüquqlarının qorunmasına yönələn mövqedir. Apelyasiya instansiyası məhkəməsi həm Ailə Məcəlləsinin 33.3-cü maddəsinə istinad edir və dərhal da alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlərin mövcud olmadığını göstərir. Ailə Məcəlləsinin 33.3-cü maddəsində isə göstərilir ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqdin bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Göründüyü kimi, Cavabdeh2 iddiaçının razılığının olmadığını bilirdi, alqı-satqı müqaviləsində də həmin razılıq yoxdur. Qanunda nəzərdə tutulan daha hansı şərtlər lazımdır k i, həmin müqavilə mübahisələndirilsin; - apelyasiya instansiyası məhkəməsi istinad etdiyi qanun normasını iş üzrə düzgün tətbiq etməmişdir; - bundan başqa, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə istinad edərək, guya həmin Əsasnaməyə əsasən nəqliyyat vasitələri ilə əlaqədar müqavilələr bağlanan zaman ər-arvadın razılığının olmaması qanunvericiliklə tələb edilmir. Lakin həmin Əsasnamədə nəqliyyat vasitələri ilə əlaqədar müqavilələr bağlanan zaman ər-arvadın razılığının olmasının qanunvericiliklə tələb edilməməsi bar ədə bənd yoxdur. Əksinə, həmin Əsasnamənin “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydası”nın 1.2-ci bəndində göstərilir ki, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanılır. Bu məsələdə mövcud qanunvericilik Mülki Məcəllənin 650-ci maddəsinin tələblərinə riayət olunmasını tələb edir. Qətnamədə həmin maddənin göstərilməsinə baxmayaraq, tələblərinə riayət edilməmişdir. Deməli, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əksinə olaraq nəqliyyat vasitələri ilə əlaqədar müqavilələr bağlanan zaman ər-arvadın razılığının olması qanunvericiliklə tələb olunur. Belə olan halda, nəqliyyat vasitəsinin alqı-satqısı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Əsasnamə yə deyil, qanunvericiliyin tələb etdiyi Mülki Məcəllənin 650-ci maddəsinin tələblərinə uyğun həll edilməli idi; - Ailə və Mülki Məcəllənin tələbləri ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququnun onların qarşılıqlı razılığı əsasında həyata keçirilməli olduğunu ehtiva edir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının avtomobilin satılmasından xəbərsiz olması barədə irəli sürdüklərinin əsassız olması barədə məhkəmənin gəldiyi nəticənin özü əsassızdır. Belə ki, avtomobilin alqı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixdə, mənzilin alqı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixdə olmuşdur. Göründüyü kimi, avtomobilin alqı-satqısı mənzilin alqı-satqısından 21 gün əvvəl olmuşdur. İddiaçı izahatında da göstərmişdir ki, Cavabdeh2 mənzilin satılmasından bir neçə gün əvvəl tanımı şdır. Buna görə də məhkəmənin iddiaçının avtomaşının alqı-satqısından xəbərinin olması barədə göstərdikləri heç bir məntiqə sığmır. Bu halda Cavabdeh2 vicdanlı alıcı kimi qəbul edilə bilməz. Çünki cavabdehin xoş niyyəti, ağlabatan ehtiyatlılığı və sayıqlıq göstərməklə bağladığı əqd deyil, pis niyyətlə, iddiaçıya maksimum maddi ziyan vurmaqla bağladığı müqavilə var; - avtomobilin alqı-satqısı cavabdehlər arasında olmuşdur və bu halda iddiaçının razılığı qanunvericiliyə uyğun olaraq tələb olunsa da, onun razılığı alınmamışdır. Mənzilin alqı-satqısı onunla Cavabdeh2 arasında olmuşdur və bu halda Cavabdeh1 razılıq ərizəsi alınmış və notariat qaydasında təsdiq edilmişdir. apelyasiya instansiyası məhkəməsinin gələcəkdə iddiaçının Cavabdeh1 qarşı nəqliyyat vasitəsinin satılması ilə bağlı pul tələ binə dair məhkəməyə müraciət etmək hüququnun olmasını göstərməsinin özü də iddiaçının iddia tələbinin əsaslı və qanuni olmasını göstərir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4589/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1591/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

34. Kassasiya instansiyasının mövqeyi: - apellyasiya kollegiyası alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlərin mövcud olmadığı qənaətinə gələrkən düzgün hüquqi mövqedə olmamışdır. Belə ki, Ailə Məcəlləsinin 33.3-cü maddəsinə görə ərarvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqdin bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər; - apellyasiya kollegiyası cavabdehi vicdanlı alıcı hesab edərək, müqavilənin etibarsızlığının dispozitiv şərtlərinin mövcud olmadığı qənaətinə gələrkən işin hallarına tam əhəmiyyət verməmiş və tam araşdırmamış, yalnız cavabdehin göstərdikləri əsasında onun vicdanlı alıcı olması qənaətinə gəlmiş, Cavabdeh2 vicdanlı alıcı olmasının nədə ifadə olunmasını, hansı sübutla təsdiq olunmasını əsaslandıra bilməmişdir. Halbuki iş materiallarından görünür ki, iddiaçı cavabdehi əvvəllə r tanımasını inkar etmiş, Cavabdeh2 mənzilin alqı-satqısı zamanı arvadının təklifi əsasında tanımasını göstərmiş, Cavabdeh2 nümayəndəsi isə avtomobilin dəyərinin iddiaçıya ödənilməsi barədə yalnız məntiqi sübutları olmasını məhkəmə iclasında bildirmiş, məhkəməyə iddiaçının avtomobilin alqısatqısından məlumatlı olması, pulun iddiaçıya ödənilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir; - bundan əlavə, apellyasiya kollegiyasının daşınar əmlak olan avtomobilin alqı-satqısı zamanı ər-arvaddan digərinin razılığının tələb olunmasının qanunvericilikdə öz əksini tapmaması mövqeyi ilə də razılaşmaq olmaz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəy yən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydası”nın 1.2-ci bəndində göstərilir ki, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanılır. Bu məsələdə mövcud qanunvericilik Mülki Məcəllənin 650-ci maddəsinin tələblərinə riayət olunmasını tələb edir ki, həmin normada da göstərilmişdir ki, rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, avtomobil də rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşya hesab olunduğundan Mülki Məcəlləsinin 650-ci ma ddəsi də müvafiq surətdə mübahisəyə tətbiq edilməli idi ki, apellyasiya kollegiyası həmin normanı qəbul etdiyi qətnamədə göstərmiş olsa da, həmin normanın tələblərinə riayət etməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

35. Təkrar apellyasiya baxışında Cavabdeh2 vəkili qeyd etmişdir ki, mübahisədə adı keçən avtomobil Cavabdeh2 tərəfindən artıq satılmış və başqa şəxsin mülkiyyətindədir.

36. İddiaçı və onun vəkili də mübahisəli mübahisədə adı keçən avtomobilin Cavabdeh2 tərəfindən başqa şəxsə satılmasını təsdiq edərək, bu alqı-satqının da formal xarakter daşımasını bildiriblər.

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10860/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2( 004)-2262/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən “X4 ilə Cavabdeh2 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh1 Ağaraza qızının və İddiaçı həmin avtomobilə mülkiyyət hüququ tanınaraq avtomobilin 1/2 (ikidə bir) hissədə Cavabdeh1, 1/2 (ikidə bir) hissədə İddiaçı payları müəyyən edilməsi” hissəsində ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 Ağaraza qızı və Cavabdeh2 Fərmasn oğluna qarşı «müqavilənin etibarsızlığı” barədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vəfaddin İbayev (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Rəşad Həsənov)

38. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən avtomobilin artıq başqa şəxsə satılması h əmin avtomobilin başqasının mülkiyyətində olmasını müəyyən edərək, belə qənaətə gəlmişdir ki, avtomobilin mülkiyyətçisi dəyişdiyinə və yeni mülkiyyətçiyə qarşı iddia tələbi irəli sürülmədiyinə görə İddiaçı iddia tələbi təmin oluna, yəni “HYUNDAİ İX-35” markalı, 99FJ902 dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqı müqaviləsi etibarsız hesab olunmaqla avtomaşın üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 Ağaraza qızının mülkiyyət hüququ tanına bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti əvvəlki kassai sya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə əlavə olaraq göstərilib ki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsində kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan məhkəmə üçün məcburiliyi göstərilsə də, həmin tələb apellyasiya məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 222.2 Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 225.6. Daşınmaz əmlaka bi rgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 33.1 Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 36.1 Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümum i əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2 Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

42. Ka ssasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, kollegiya qətnaməni həmin hissədə yoxlayır.

44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etməd iyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

46. İşin müəyyən edilmiş mübahisəsiz hallarına görə iddiada adı keçən avtomobil İddiaçılə Cavabdeh1 (Fətəliyevanın) birgə nikahları dövründə əldə edilib və həmin avtomobilin Cavabdeh1 tərəfindən digər cavabdeh E.Abdullyeva satılması zamanı iddiaçının razılığı alınmayıb.

47. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş bu halına baxmayaraq, mübahisəyə tətbiq edilməli olan Mülki Məcəllənin 225.6, 337.1, 650-ci və Ailə Məcəlləsinin 33.1, 33.4.-cü maddələrinin tələblər ini nəzərə almamış, MPM-in 420-ci maddəsini pozaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında şərh edilən göstərişlərə əməl etməmiş, mübahisədə adı keçən avtomobilin sonradan başqa şəxsə satılmasına istinad etməklə iddianı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd etməklə səhvə yol vermişdir.

48. Belə ki, iddiaçı birgə nikah vaxtı əldə edilmiş avtomobilin keçmiş arvadı tərəfindən Cavabdeh2 satılması zamanı razılığının alınmamasını bildirir. İşin bu xüsusatı mübahisəsiz hal kimi müəyyən edilib.

49. Mülki Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

50. Azərbaycan Respublikası Prezidentin in 11 aprel 2007-ci il, 564 nömrəli Fərmanı ilə təsqdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın 2 saylı əlavəsinin 2-ci bəndinə görə hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növü sayılır.

51. Mülki Məcəllənin 225.6-cı maddəsinə görə isə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 33.4-cü maddəsinə görə isə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır.

52. Göründüyü kimi, qeyd edilən qanunvericilik normaları ilə ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlaka dair sərəncam verməsi qaydası, rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyaların növü və belə daşınar əmlakların alqı-satqısına daşınmaz əmlakın alqı-satqısı zaman əməl edilməli olan göstərişlərin müvafiq surətdə tətbiq edilməli ol ması təsbit edilib.

53. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydası”nın 1.2-ci bəndinə görə nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanılır.

54. Əsasnamənin qeyd edilən 1.2-ci bəndində nəzərdə tutlmuş “nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanılması” ifadəsi də məhz yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından qiymətləndirilməlidir.

55. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halları və adı çəkilən normaların tələbi nəzərə alınarsa, Mülki Məcəlləsinin 337.1-ci maddəsi baxımından “HYUNDAİ İX-35" markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı X4 ilə Cavabdeh2 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsızdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi avtomobilin alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməyən hissəsində ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən həmin iddia təmin edilməli, müqavilə etibarsız hesab edilməlidir.

56. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 225.6-cı maddəsinin tələbləri pozulmaqla bağlanmış ədqin etibarsızlığı əldə edənin vicdanlı olduğu hallara da aiddir. Bu baxımdan, Cavabdeh2 vicdanlı əldə edən olması barədə dəlili də əsassız sayılmalıdır.

57. İddia tələbinin “HYUNDAİ İX-35" markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində bərabər payın müəyyən edilməsi hissəsi ilə bağlı kollegiya qeyd edir ki, bu hissədə iddia tələbi, həmin avtomobil hazırda tamam başqa şəxsin mülkiyyətində olduğu üçün təmin edilə bilməz. Çünki əmlak üzərində payın müəyyən edilməsi üçün həmin əmlakın ümumi birgə mülkiyyətdə olması əsas şərtdir ki, işin müəyyən edilmiş hallarına görə də hazırda belə bir şərt mövcud deyil. Bu baxımdan, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi və həmin iddianın təmin edilməsi üçün əsasla r yoxdur.

58. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – “HYUNDAİ İX-35" markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı X4 ilə Cavabdeh2 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi yuxarıda göstərilənlərə əsasən təmin edilməli, həmin müqavilə etibarsız hesab edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya qismən şikayəti təmin edilsin. Ba kı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10860/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – “HYUNDAİ İX-35" markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı X4 ilə Cavabdeh2 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. “HYUNDAİ İX-35" markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı X4 ilə Cavabdeh2 arasında 16 aprel 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar